Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5426/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5426/2021 (Açar sözlər: qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, ekspert rəyinin alınmaması) Bakı şəhəri, 22 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələ binə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-80/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində bələdiyyə mülkiyyətində olan 600 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə qaytarı lması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, Sumqayıt Bələdiyyəsinin işçiləri tərəfindən mütəmadi aparılan ərazi yoxlamaları zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində bələdiyyə mülkiyyətində olan 600 kvadrat metr torpaq sahəsini zəbt edərək, orada qanunvericiliklə müəyyən olunmuş qaydada icazələr almadan özbaşına tikili kimi fərdi yaşayış evini inşa etmişdir.
3. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliyinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələ rə səbəb olmalıdır.
4. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunların tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.
5. Cavabdeh sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci, Mülki Məcəllənin 14.1, 152.1, 156.1, 157, 241.2-ci, Torpaq Məcəlləsinin 47, 56, 66.1, 110, 111-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.1, 6.2, və 16-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh iddiaya etiraz ed ib. Etirazın dəlilləri: - Sumqayıt şəhərindəki başqa bir evini satıb Sumqayıt şəhəri 76-cı məhləə ərazisindən 600 m2 torpaq sahəsi alıb. Həmin torpaqda ev tikib, heş bir torpağı zəbt etməyib. - qanunsuz idisə, evi tikən vaxt irad bildirilərdi.
8. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-190/2019 nömrəli, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Azər İsmayılov)
9. Məhkəmə mübahisəli əraziyə baxış keçirilməsinin nəticəsinə əsasən müəyyən edib ki, cavabdeh tərəfindən ərazidə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, həmin ev ərazidə salınmış yaşayış massivində inşa edilmiş və ev bütün kommunal xidmətlərlə, işıq, qaz və su ilə təchiz edilmişdir. Ev yaşayış üçün tam yararlıdır. Hazırda cavabdeh ailəsi ilə birlikdə artıq bir neçə ildir ki, həmin evdə yaşayır. İdd iaçı tərəfindən bu illər ərzində, yəni torpağın zəbt edilməsi, həmin torpağın hasara alınması, ev inşa edilməsi, evə qaz, su, işıq çəkilməsi dövründə hər hansı bir addımlar atılmamış, cavabdehin bu hərəkətləri mübahisələndirilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Bununla belə, MM-in 180.3-cü maddəsi üzərində tikinti işləri aparılmış torpaq sahəsinin şəxsin mülkiyyətində olması şərti ilə həmin tikiliyə mülkiyyət hüququnun tanınması mümkünlüyü nü nəzərdə tutmuşdur, bir şərtlə ki, həmin tikili bu və ya digər şəxsin mənafeyinə xələl gətirməsin, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmasın.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində olan 600 kv.m torpaq sahəsindən və həmin sahədə inşa edilmiş fərdi yaşayış evindən Cavabdeh sahiblik və istifadə hüququ yaranmışdır ki, bu da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Buna görə də iddia tələbi rədd olunmalıdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 180-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” i ş üzrə 27 sentyabr 2007-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə Sumqayıt Bələdiyyəsinin iddia tələblərinə düzgün hüquqi qiymət verməmiş, mülkiyyət hüququna dair məsələyə yanaşmada ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir; - məhkəmə formal mülahizələr əsasında, müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə qanunazidd qərar çıxarmışdır; - “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” 21 iyun 2001-ci il tarixli torpaqayırma sənədləri əsasında Sumqayıt şəhəri ərazisind ə bələdiyyə torpaqları müəyyən edilməklə Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.; - mübahisələndirilən torpaq sahəsinin də daxil olduğu bələdiyyə torpaqları üzərində faktiki sahiblik və istifadə hüququ həmin dövrdən etibarən Sumqayıt Bələdiyyəsinə keçmişdir; - belə olan halda məhkəmənin, bələdiyyənin faktiki sahibliyinə verilmiş torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin, ən azından sahiblik hüququnun müdafiəsindən imtinasını anlamaq mümkün deyildir.
15. Apellyasiya instansiyası 18 noyabr 2019-cu il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən cavabdeh Cavabdeh tərəfindən hasara alınmış 600 kv.m torpaq sahəsi və orada inşa edilmiş fərdi evin Bələdiyyənin ərazisinə düşüb-düşməməsi barədə müvafiq sua l qoyulmuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2021-ci il tarixli, 10/437 saylı məktubuna əsasən mütəxəssis rəyi təqdim edilmədiyi üçün ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq, ekspertizanın aparılmasından imtina edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-80/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-190/2019 nömrəli, 22.07.2019-cu il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə )
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd edib ki, idd iaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Sumqayıt Bələdiyyəsi (vəkil Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişlər.
21. Kasassiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi ekspertin və mütəxəssisin rəy verməməsinin hüquqi əsaslarını aydınlaşdırmamış, ekspertizanın keçirilməsi üçün zəruri olan tədbirləri görməmişdir; - xüsusui bilik tələb olunana suallara cavabde almadan qərar qəbul etmişdir. b) Kassasiya ş ikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
22. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 18 0.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İddia tələbi cavabdehin Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində bələdiyyə mülkiyyətində olan 600 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin (fərdi yaşayış evinin) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin Sumq ayıt Bələdiyyəsinə qaytarılması barədədir.
26. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və bunu onunla əsaslandırmışdır ki, ev yaşayış üçün tam yararlıdır, evin inşa edilməsi, evə qaz, su, işıq çəkilməsi dövründə hər hansı bir addımlar atılmamış, cavabdehin bu hərəkətləri mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi MM-in 180.3-cü maddəsinə istinad etmişdir.
27. Apellyasiya məhkəməsi də eyni mövqe ilə razılaşmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in istinad edilən 180.3-cü maddəsi maddəsi işin müəyyən edilmiş hallarına uyğun gəlmir. Çünki birinci instansiya məhkəməsi bir tərəfdən həmin normaya istinadən üzərində tikinti işləri aparılmış torpaq sahəsinin şəxsin mülkiyyətində olması şərti ilə həmin tikiliyə mülkiyyət hüququnun tanınması mümkünlüyü qeyd edir, digər tərəfdən də cavabdehin inşa etdiyi tikilinin altındakı torpağın cavabdehin mülkiyyətində olmasını halını da müəyyən etmir. Halbuki birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
29. Buna görə də iddianın rədd edilməsi üçün MM-in 180.3-cü maddəsinin tətbiqi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır.
30. Bundan başqa, işdən görünür ki, apellyasiya instansiyası torpaq sahəsinin bələdiyyəyə aid olub-olmamasını aydınlaşdırmaq üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həva lə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılması üçün zəruri olan əlavə materialların və mütəxəssis arayışının təqdim edilməsi barədə ekspert vəsatətinin təmin edilməməsi əsası ilə ekspertizanın təyin edilməsi barədə qərardadı icrasız saxlamışdır. Apellyasiya instansiyası isə ekspertiza təyin edilməsi barədə qərardadın sonrakı icrasını təmin etməmiş, nəticədə təyin edilmiş ekspertiza baş tutmamış və rəy verilməmişdir.
31. Ekspertiza təyin edilsə də, ekspertizanın həvalə edildiyi orqanın ekspertiza keçirilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi, başqa sözlə, təyin etdiyi ekspertizanın rəyini almamasına baxmayaraq, apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olub-olmaması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən halı, zəruri bildiyi ekspert rə yi ilə müəyyən etməmişdir. Halbuki məhkəmə ekspertizanı məhz bu məqsədlə təyin etmişdi.
32. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, apellyasiya məhkəməsi tərəfindən işin konkret halını müəyyən etmək üçün iş üzrə ekspertiza keçirilməsi zəruri bilinib və ekspertiza təyin edilib, belə olan halda, işin həmin halının ekspert rəyi alınmadan müəyyən edilməsi əsası sayıla bilməz. Eyni zamanda o də nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən hal xüsusi bilik tələb edən ekspertiza tədqiqatı ilə müəyyən edilməli məsələdir.
33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıxxx kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-80/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməs i ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.