Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5428/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil və cavabdeh Hüseynova (Xəlilova) Gülüstan Həsənşah qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)4113/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2020-ci il tarixli, 2(002)-278/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında ümumi sahəsi 300 kv.m olan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, Q.Əsgərov, V.Sadıqov) xx.xx.2020-ci il tarixli, 2(103)-4113/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-278/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında ümumi sahəsi 300 kv.m olan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya stansiyası məhkəməsində işə obyektiv baxılmaması, işin tam və hərtərəfli, ədalətli və açıq araşdırılmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsi ilə müəyyən edilmiş tələblərin əsaslı şəkildə pozulması ilə nəticələnən tamamilə qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur. İşə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin tələbləri əsaslı şəkildə pozularaq məhkəmə prosesində iddiaçı tərəfə cavabdeh tərəfindən verilmiş sözügedən apellyasiya şikayətinə öz etiraz və mülahizələrini bildirməsi, apelyasiya şikayətində cavabdeh tərəfindən bildirilən əsassız hallarla bağlı özünün müvafiq vəsatət və iş üçün mühüm əhəmiyyət kəsb edən lazımi sübutlarını təqdim edə bilməsi üçün şərait yaradılmamış, bir sözlə iddiaçı tərəfin məhkəmə prosesində mülki qanunvericiliklə ona tanınmış prosessual hüquqlarını həyata keçirə bilməsi üçün demək olar ki, şərait yaradılmamışdır. Digər bir tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tər əfindən qətnamə qəbul edilən zaman maddi hüquq normaları da əsaslı şəkildə pozulmuşdur. Belə ki, iş materiallarından və eləcə də işdə olan sübutlardan, faktlardan və həmçinin yalnız birinci instansiya məhkəməsində ifadəsi alınmış şahid ifadələrindən də göründüyü kimi iddiaçının məhkəməyə müraciət etdiyi iddia ərizəsi ilə ona məxsus olan evdən çıxarılmasını xahiş etdiyi 300 kv.m torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi tam əsasla İddiaçı məxsus olmuşdur. Bu faktı iş materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən də araşdırılaraq hüquqi qiymət verilmiş müvafiq hüquq müəyyənedici sənədlər təsdiq edir. Məhkəmə demək olar ki, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün faktiki olaraq heç bir araşdırma aparmamış, işdə mövcud olan faktiki hallara, sübutlara, şahid ifadələrinə və iddiaçıya məxsus olan fərdi yaşayış evinin tikintisi üçün ona qanuni şəkildə ayrılmış 300 m2 torpaq sahəsində müvafiq icazələri almaqla, tələb olunan tikinti norma və qaydalarına riayət etməklə müvafiq qurum tərəfindən razılaşdırılmış layihə əsasında öz vəsaiti hesabına inşa etdiyi fərdi yaşayış evi ilə bağlı işdə olan hüquq müəyyənedici sənədlərə hüquqi qiymət verməmiş, iddiaçı tərəfdən vəsatət və işlə bağlı digər sübutlar təqdim edilməsinə şərait varatmamış, iş üzrə iddiaçı tərəfə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etirazla bağlı özünün hüquqi arqumentlərini ifadə etməyə tam şəkildə şərait yaratmamış və eyni zamanda qətnamə qəbul edən zaman yalnız öz şəxsi mülahizəsi əsasında gəldiyi nəticəni qanunvericiliyin də tələb etdiyi formada əsaslan dırmalı olduğu halda əsaslandırmamışdır. İş materiallarında kifayət qədər sübut və hüquq müəyyənedici sənədlər, eləcə də şahid ifadələri olduğu halda apelyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 3/133 saylı qərarını və iddiaçı ilə bağlanmış müvafiq alqı-satqı müqaviləsini, fərdi yaşayış evinin tikintisi ilə bağlı iddiaçı tərəfindən müvafiq qurumlardan alınmış razılıqları olduğu təqdirdə İddiaçı tam qanunsuz əsaslarla həmin fərdi yaşayış evi üzərində hüququnun olmadığı qənaətinə gəlmiş, onun tərəfindən tikilmiş fərdi yaşayış evinin özbaşına tikili olduğunu bildirmiş, amma Cavabdeh qeyd olunan 300 m2 torpaq sahəsi və onun üzərində iddiaçı tərəfindən və onun vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi üzərində üm umiyyətlə qanunvericiliklə müəyyən edilmiş hər hansı bir hüququnun olub-olmaması məsələsini araşdırmamış, iddiaçının qardaşı ilə cavabdehin nikahlarına məhkəmə qaydasında xitam verildikdən sonra cavabdehin hansı hüquqi əsasa görə iddiaçıya məxsus olan evdə yaşaması halları ilə bağlı iddiaçı tərəfinin müvafiq izahatlarını təqdim etməyə imkan yaratmamış və cavabdeh tərəfin mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı hər hansı bir hüquqa (sahiblik, istifadə və mülkiyyət hüququna) malik olub-olmaması ilə əlaqədar təqdim edilmək istənilən vəsatətini qəbul etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4113/2020 saylı qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası mə hkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və 3-cü şəxs Qaradağ rayonu Qobustan Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh Hüseynova (Xəlilova) Gülüstan Həsənşah qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddi a tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının ona məxsus olmasını sübut edə bilmədiyi və yaşamadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 56-57-ci km ünvanında ümumi sahəsi 300 kv.metr olan torpaq sahəsində inşa edilmiş evdən Cavabdeh çıxarılmasını tələb etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materialları üzrə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq müəyyən edir ki, mübahisə predmeti təşkil edilən fərdi yaşayış evinin statusu öz başına tikilidir və həmin evin İddiaçı məxsus olmasına dai r heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan iddia tələbinin təmin edilməsi üçün də hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə mü nasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən məhkəmə iclasının qısa müddət ərzində yekunlaşdırılmasını, iddiaçıya hüquqlarının müdafiəsi və həyata keçirilməsini təmin edə bilməsi üçün şərait yaradılmamasını, bununla onun prosessual hüquqlarının pozulmasını göstərsə də, kasasiya yoxlaması zamanı bu hal öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçı iş materiallarında kifayət qədər sübut, hüquq müəyyən edici sənəd və şahid ifadələri olmasına baxmayaraq, məhkəmənin maddi hüquq normasını pozmaqla iddia tələbini təmin etmədiyinə istinad etsə də, kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, iş materiallarında iddiaçının mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq müəyyən edici (mülkiyyətində olmasını təsdiq edən) sənəd mövcud deyildir. Be lə ki, mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən apelyasiya kollegiyası haqlı olaraq mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olmasına, iddiaçının həmin evlə bağlı hüququnun olmamasına istinad etməklə iddianı təmin etməməkdə haqlı olmuşdur. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏ RARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4113/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5428/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5428/2020
13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver