Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5431/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə d air mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-192/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6428/2018 saylı, 28.12.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Y.Həsənov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçı “İddiaçı" ASC-in xeyrinə 17 aprel 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə 103.694,84 manat əsas, 57.056,56 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 162.751,4 manat məbləğin də borcun və 24 iyul 2014-cü il tarixli ** saylı kredit müqaviləsi üzrə 22594.08 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 24594,08 manat olmaqla ümumilikdə 187345,48 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması,tutmanın Cavabdeh2 mülkiyyətindəki Yer qazan “Soilmec R-312” markalı yük avtomobilinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq cavabdehlərdən tələb edilən borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-192/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) cavabdehlər Cavabdeh1 və Cavab deh2 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(010)-6428/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının xeyrinə 17 aprel 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə tutulmalı olan ümumi borcun 134.969,53 manat, 24 iyul 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun 19.031,26 manat müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyərinin isə 80.000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 manatın apelyatorlar Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi nin hesabına ödənilmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı ASC-in xeyrinə 24 iyul 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə 22.594,08 manat faiz və 22.594,08 manat cərimə olmaqla, cəmi 45.188,16 manat və 17 aprel 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə 103.694,84 manat əsas, 57.056,56 manat faiz və 41.302,49 manat cərimə olmaqla, cəmi 202.053,89 məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Yer qazan Soilmec R-312 markalı yük avtomobilinə yönəldilməsi, əmlakın aç ıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 və ”Cavabdeh3” MMC-dən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyul 2014-cü il tarixli, ** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22%-lə 33 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. 17 aprel 2014-cü il tarixli, ** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22 %-lə 36 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Yer qazan Soilmec R-312 markalı yük avtomobili 100.CL.170414.00001/a saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh3 MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. 07.03.2018-ci il tarixə Cavabdeh1 24 iyul 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə banka 22.594,08 manat faiz və 22.594,08 manat cərimə olmaqla, cəmi 45.188,16 manat borcu vardır. 07.03.2018-ci il tarixə Cavabdeh1 17.04.2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə banka 103.694,84 manat əsas, 57.056,56 manat faiz və 41.302,49 manat cərimə olmaqla, cəmi 202.053,89 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanında qeydə alınmışdır. Müddətin keçməsinə baxmay araq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdədliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin faiz və cərimə borcu hissəsin də ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili Vəkil2 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası təkrarən ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-nin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Ə manətlərin Sığortalanması Fondunun vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 17 aprel 2014cü il tarixli, ** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22% olmaqla, 36 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. 17 aprel 2014-cü il tar ixli, 100.CL.170414.00001/b saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 MMC 17 aprel 2014-cü il tarixli, ** saylı kredit müqaviləsi üzrə öhdəliyin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 24 iyul 2014-cü il tarixli, ** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 22% olmaqla, 33 ay müddətinə 170.000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus “Yer qazan Soilmec R-312” markalı yük avtomobili 100.CL.170414.00001/a saylı, 17 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 1 saylı əlavə ilə ipoteka ilə yüklü edilmiş əmlak – “Yer qazan Soilmec R-312” markalı yük avtomobili 350.000 manat məbləğində qiymətləndirilmişdir. İşdən göründüyü kimi, tərəflər ar asında kredit, zaminlik və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verən in bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək qeyd etmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər işti rakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 02 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11490 saylı ekspert rəyinə əsasən 17 aprel 2014-cü il tarixli kredit müqavilə üzrə öhdəliklərin icrasının sonuna, yəni, 17 aprel 2017-ci il tarixə 105.690,13 manat əsas borc, 41.274,69 manat faiz borcu, cəmi 146.994,8 2 manat müyyən edilmişdir. İş materiallarında olan iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında əsas borc 103.694,84 manat, faiz borcu isə 57.056,56 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin çox, faiz borcunun isə az hesablandığı müəyyən olunmuşdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Bu nunla əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin kredit borcu üzrə faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından əsas borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, borclu tərəfindən banka ödənilməmiş faiz borcu 41.274,69 manat məbləğində müəyyən edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər in icrası müddəti bitdikdən sonra 10.000 manat məbləğində ödəniş edildiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə cəmi 144.969,53 manat (103.694,84+41.274,69=144.969,53) borcdan müqavilə üzrə öhdəliklərin icrasının müddəti bitdikdən sonra ödənilmiş 10.000 manat çıxılmaqla, ümumi borc 134.969,53 manat müəyyən edilməlidir. İddianın cərimə borcu hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilə də nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli 11490 saylı ekspert rəyinə əsasən, həmin müqavilə üzrə faiz borcu 19.031,26 manat müəyyən edildiyindən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcunun məbləği 19.031,26 manat müəyyən edilməlidir. Belə ki, qeyd olunan rəyin mötəbərliyinə 24 iyul 2014-cü il tarixli müqavilə üzrə mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cərimə borcu əsas borca mütənasib hesablandığından, qeyd olunan müqavilə üzrə isə əsas borc müəyyən edilmədiyindən, 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu müəyyən edilə bilməz. Belə olan halda 24 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə borcu silinməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka pr edmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləs i bağlanarkən “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri 350.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin QXM/281-M saylı 29.01.2020-ci il tarixli rəyinə əsasən, bağlanarkən “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri 80.000 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “Yer qazan Soilmec R312” markalı yük avtomobilinin hazırkı dövrə olan bazar dəyəri ekspert rəyi ilə müəyyən edildiyindən, “Yer qazan Soilmec R-312” markalı yük avtomobilinin bazar dəyəri 80.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsu mundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apelyatorlar Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentlinin hesabına ödənilməlidir. Kassasiya kollegiyası kassartorların apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibə tlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabd eh1, Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-192/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5431/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5431/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver