Məhkəmə qərarları › İş №2(102)-5432/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5432/2022

11.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5432/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh X1 qarşı iddia tələbinə, Cavabdehin iddiaçılara qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Paylı mülkiyyətdəki payın naturada ayrılması, vərəsəlik şəhadətnaməsinin, mənzilin alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab olunmaqla ləğvi və mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mülkiyyətin naturada m üəyyən olunması və müdaxilənin qadağan edilməsi” barədə ilk, cavabdehin iddiaçılara qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mənzilin alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi və mənzilin boşaldılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ünvan 3qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1047/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə X8 xx.xx.1985-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından hazırki iş üzrə iddiaçılar Zaur, Zülfiyyə və Rəmziyyə anadan olmuşdur.

2. Onların nikahı ünvan 3qayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

3. Cavabdeh ilə Namaz İsmayılov xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.

4. Namaz İsmayılov 30 sentyabr 2017-ci ildə vəfat etmişdir.

5. Vəfat edən tarixə mərhum B.İsmayılovun mülkiyyətində xx.xx.2012-ci il tarixli reyestr qeydli çıxarışa əsasən ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 (10 sot) ha torpaq sahəsi olmuşdur.

6. N.İsmayılovun vəfatından sonra arvadı – iş üzrə Cavabdeh ünvan 3qayıt "ASAN xidmət” Mərkəzinin notariat kontoruna müraciət edərək mərhumdan miras qalmış torpaq sahəsinin 1/4 hissəsinə dair xx.xx.2018-ci il tarix Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Miras əmlakın ¾ hissəsi açıq saxlanılmışdır. R.İsmayıllovanın mülkiyyət h üququ daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla rəsmiləşdirimişdir.

7. Bundan sonra iddiaçılar notariata müraciət edərək həmin torpaq sahəsinin ¾ hissəsinə xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. 8. ünvan 3qayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-64/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3ayıt şəhər Ərazi İdarəsinə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı iddia tələbi qismən təmin edilmiş, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı, 0.10 ha olan torpaq sahəsinin ¼ hissəsi yəni, 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 9Q saylı evin 26-cı mənzili və ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0.1 (10 sot) ha torpaq sahəsi üzərində naturada iddiaçıların və cavabdehin paylarının müəyyən olunması və iddiaçılara məxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 (10 sot) ha torpaq sahəsi üzərində real vəziyyətdə iddiaçıların və cavabdehin paylarının müəyyən olunması və iddiaçılara m əxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda cavabdeh onları bağ torpaq sahəsinə buraxmır. Dəfələrlə bağ torpaq sahəsinə dair hüquqlarını həyata keçirmək istəsələr də, cavabdeh buna imkan verməmişdir. O, özünə və onlara məxsus əmlakları zəbt edərək öz məqsədləri üçün istifadə etmişdir. Bu da onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

12. Cavabdeh iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3qayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 iddiaçılara xx.xx.2018-ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesa b olunması, miras kütləsinə daxil olan ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alqı-satqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı ümumı sahəsi 0.10 ha torpaq sahəsinin 0.025 ha (250 kv.m.) onun qanuni istifadəsindədir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Mənzilini 2010-cu ildə sataraq həmin vəsaitlə istifadəsində olan torpaq sahəsində (250km) fərdi yaşayış evi inşa etmişdir. Hazırda ailəsi ilə birgə bu evdə yaşayır. Evə dair 081396 nömrəli lisenziyalı "xxxx" MMC memarlıq-planlaşdırma aparmış və plan sxemini tərt ib və təsdiq etmişdir. ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı torpaq sahəsinin naturada yerində bölünməsi və həmin hissəyə dair (250km) adına ayrıca çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə ekspertiza keçirilmiş və müvafiq rəy əldə edildikdən sonra məhkəmə iddia tələbini qismən təmin etmiş, ünvan 3qayıt bağ massivi B-3969 saylı, 0,10 ha olan torpaq sahəsinin 1/4 hissəsi yəni 0,025 ha ölçüdə ona aid hissədə naturada bölünmüş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda iddiaçılar ona məxsus ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q, 26 saylı mənzili və torpağı bölmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini aldıqdan sonra ona məlum olmuşdur ki, həmin mənzil miras kütləsinə daxil olmasına baxmay araq nədənsə şəhadətnaməyə salınmamışdır. MİS-dən aldığı xx.xx.2020-ci il tarixli, 2071 saylı f-2 arayışından görünür ki, mənzil sahibi X7r və xx.xx.2017-ci ildə mənzilə qeydiyyata düşüb. Bununla belə qəti qənaətə gəlir ki, xx.xx.2017-ci ildə ölmüş ərindən miras qalan həmin mənzil adı çəkilən şəxsə xx.xx.2017-ci ildə satılıb. Yəni əri öldükdən 3 ay sonra alqı-satqı edilmişdir. Miras pay hüququ olan həmin mənzil qanunsuz yollarla özgəninkiləşdirilib. Ona görə də mənzilə dair alqı-satqı (bağışlama) işi notariatdan tələb edilməli və əməliyyatı aparmış notarius işə cavabdeh qismində cəlb olunmalıdır. Miras açılarkən iddiaçılar və notarius mirasın bir hissəsini gizlətmişdirlər. Hazırda məhkəməyə iddia ərizəsi verərək mənzilin də bölünməsini tələb edirlər. Hazırda miras mənzil vərəsə olmayan kən ar şəxsin - X5 mülkiyyətində və istifadəsindədir. Odur ki, ünvan 3qayıt “Asan Xidmət’’ mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 iddiaçılara 4.04.2018-ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras kütləsinə daxil olan ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alqı-satqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəməyə təqdim edilmiş ünvan 3qayıt Asan Xidmət Mərkəzinin 4.04.2018-ci il tarixli 2296 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 (miras qoyan) miras qalmış ünvan 3qayıt şəhəri, Novxanı bağ m assivi, B-3969 ünvanında yerləşən 0.1 ha torpaq sahəsinə dair ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q, mənzil 26-da qeydiyyatda olan Nümayəndə (etibarnaməyə əsasən İddiaçı3, İddiaçı2 və İddiaçı1 adlarından çıxış edərək) (vərəsə) verilmiş xx.xx.2018-ci il tarixində 2V-341 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir.

15. Təqdim edilmiş ƏMDK yanında DƏDRX-nin 2 saylı ünvan 3qayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********98 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q ünvanda yerləşən 26 saylı mənzil ünvan 3qayıt şəhər Xalq Deputatları Soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 21/2222 nömrəli order, 9 saylı MİS tərəfindən verilmiş xx.xx.1991-ci tarixli 148 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri və ünvan 3qayıt Xalq Deputatları Soveti icraiyyə Komitəsınin xx.xx.1991-ci il tarixli, M-1/263 reyestr mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 3qayıt şəhər 4 saylı Dövlət notariat kontorunun notariusunun təsdiq etdiyi xx.xx.1999-cu il tarixli, 3M-1/79 reyestr nömrəli alqı-satqı müqaviləsi əsası nda mənzil Nümayəndə adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdır. xx.xx.2009-cu il tarixdə Nümayəndə idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. ünvan 3qayıt şəhər 4 saylı Dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1729 reyestr nömrəli xx.xx.2017cı il tarixlı alqı-satqı müqaviləsi əsasında mənzil X5 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2358 nömrəli, 14 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torp aq sahəsinin 3/4 və 1/4 hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir. 17. ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli iş üzrə 9 dekabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) ilk iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus (¾ hissədə) ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinin 1/4 hissəsi cavabdehin və 3/4 hissəsi isə iddiaçıların mülkiyyətindədir.

19. Məhkəmə iddia tələbinin mübahisəli torpaq sahəsinin naturada bölünməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iş üzrə tətqiq edilmiş ekspert rəyinə əsasən torpaq sahəsinin naturada ayrılması mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir.

20. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi 3/4 hissədə ilkin iddiaçılara məxsus olmaqla onların həmin torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları vardır. Bu səbəbdən iddia tələbi iddiaçılara məxsus daşınmaz əmlakın istifadəsinə cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi hissəsində təmin edilməlidir.

21. Məhkəmənin qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdeh tələbini əsaslandıracaq hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etm əmişdir. Belə ki, cavabdeh ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilin mərhum Namaz İsmayılovun miras kütləsinə daxil olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, mənzil X6 öldüyü vaxt Nümayəndə mülkiyyətində olmuşdur. Cavabdeh ilə X8 xx.xx.2012-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən boşanmış, keçən müddət ərzində (5 ildən çox) N.İsmayılov mənzilin bölgüsü ilə bağlı hər hansı iddia qaldırmamışdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1, 213.2, 216, 217 və 220-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh qətna mədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinə dair gəldiyi nəticədə əsassızdır. Belə ki, məhkəmə aydınlaşdırmamışdır ki, cavabdehin müdaxiləsi, törətdiyi maneə nədən ibarətdir.

25. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirməmişdir. Miras kütləsinə daxil olan ünvan 3qayıt şəhəri, 9-cu mkr, ev 9Q, 26 saylı mənzilin bölüşdürülməsini iddiaçılar tələb edib, iddiaçılar iddia tələbinin həmin hissəsini geri götürüb, məhkəmə də cavabdehin razılığını almadan həmin hissəyə münasibət bildirməyib. Həmin mənzil miras kütləsinə daxildir. Bu səbəbdən də həmin mənzil tərəflər arasında bölünməlidir. Torpaq sahəsinə gəldikdə isə torpaq sahəsində paylar qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilib. Cavabdehin torpaq sahəsinə hər hansı müdaxiləsi yoxdur.

26. Məhkəmə kollegiyasının iclasında iddiaçılar nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisələndirilən evə dair məhkəmə sorğu göndərmiş, həmin evin özü ilə mərhum ərinin nikahı dövründə əldə edilməsi, satılması müəyyən edilmişdir, həmin ev miras kütləsinə daxil deyildir. Bağ sahəsindən 3 pay iddiaçıların, 1 pay cavabdehindir. Lakin cavabdeh bağa getməyə icazə vermir. 27. ünvan 3qayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1047/2022 nömrəli iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddiasının əsasını təşkil edən sübutları təqdim edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olduğuna görə qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ildə ölmüş əri –X8 vəsiyyətnamə qoymayıb. Həmin tarixdən mirası qəbul edib, idarə edir. 2011-ci ildən faktiki nikaha daxil olaraq ailə qurublar. Eləcə də miras qoyana məxsus “OpelVektra” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil onun qanuni isifadəsində olmuş, oğluna etibarnamə vermiş, maddi ehtiyacı olduğuna görə əri öldükdənn sonra 2000 manata başqasına satmışdır. ünvan 3qayıt Şəhər Məhkəməsinin digə r qətnaməsi ilə vərəsəlik şəhadətnaməsi əsasında miras kütləsinə daxil edilməyən həmin avtombil 6500 manat qiymətləndirilmiş və dəyərinin vərəsələr arasında bölünməsi qət edilmişdir. Ona görə də hər iki məhkəmə qətnamələri qərardadla ləğv edilməli və bir icraatda birləşdilib tələblər tam şəkildə rədd edilməli idi. Məhkəmə ona qarşı iddianı təmin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddaçılar ərinin sağlığında ona baş çəkməmiş, onunla ümumiyyətlə ünsiyyətdə belə olmamış, sağlamlığı ilə maraqlanmamış, mirası heç bir halda və keyfiyyətdə qəbul etməmişlər. Yalnız əri öldükdən sonra notariat orqanına ərizə vermişlər.

32. Məhkəmə işin faktiki hallarına qiymət verərkən onun dəfələrlə həmin məhkəmələrdə eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə məhkəmə m übahisəsi olduğuna dair vəsatətlərinə əhəmiyyət verməmişlər. Mahiyyəti üzrə işə baxan ünvan 3qayıt Apellyasiya Məhkəməsi hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında həmin predmet, eyni əsaslar və eyni tərəflər arasında olan 2(102)3599/2022 nömrəli iş üzrə kassasiya şikayətinə baxılmasına əhəmiyyət verməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin hakimi Lətifə Məmmədova hər iki işin baxışında iştirak edərək qətnamələrə imza etmiş, bununla da Azərbaycan Respublikasının MPM-in 19.1.2-ci maddəsinin tələbi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, onda n istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüq uqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. ünvan 3qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1047/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar