Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5433/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Əhməd oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5433/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs: Maraqlı şəxs2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(105)-466/2021 saylı qətnaməsindən Maraqlı şəxs2 kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 170 kv.metr torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq torpaq sahəsinə dair yeni Çıxarışın verilməsi öhdəliyinin Reyestr Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər məhkəməsinin 27 may 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.M.Mahmudov) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli, 10 saylı protokol-qərarına əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən sahəsi 170 kv.metr olan torpaq sahəsi iddiaçıya satılıb. 18 mart 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Eyni zamanda qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 Reyestr Xidmətinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “A” saylı fərdi yaşayış evinə (torpaq sahəsinə) mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilib və həmin qətnamə ilə müəyyən edilib ki, 18 mart 2016-cı il tarixli Çıxarışa əsasən, ünvan 1 ü nvanda yerləşən 0,017 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 40,9 kv.metr olan tikili İddiaçı adına qeydə alınıb və həmin Çıxarış qüvvədədir və Maraqlı şəxs2 tərəfindən mübahisələndirilməyib. Daha sonra, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X1 Həşimova və digərlərinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddiası rədd edilib. Həmin qətnamə ilə müəyyən edilib ki, Zina Həsənovaya məxsus olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsi İddiaçı tərəfindən zəbt edilməyib. Göründüyü kimi Maraqlı şəxs2 ünvan 2 ünvanda yerləşən fərdi evinə (torpaq sahəsinə) mülkiyyət hüququnun tanınması barədə iddia qaldırdığı və həmin sahənin ona məxsus olduğunu mübahisələndirdiyi halda, İddiaçı mülkiyyətinə verilmiş 0, 017 h a torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr fərdi yaşayış evi fərqli ünvanda, yəni ünvan 3ləri ayrı-ayrı sahələr olmaqla, hazırda mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış 0,017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr fərdi yaşayış evinə münasibətdə Maraqlı şəxs2 mülkiyyət hüququnun pozulması halları mövcud deyil. Ona görə də Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.1, 157.4, 157.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Maraqlı şəxs2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasi ya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi ndə icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya ins tansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, Maraqlı şəxs2 vəkili Vəkil, cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ dur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkə tlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı Maraqlı şəxs2 kassasiya şikayətinin dəlilləri hüdudla rında yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin Heybət Abbasova münasibətdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Maraqlı şəxs2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın rədd edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası mə hkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli, 10 saylı protokol-qərarına əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən sahəsi 170 kv.metr olan torpaq sahəsi iddiaçıya satılıb. 18 mart 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Eyni zamanda qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 Reyestr Xidmətinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “A” saylı fərdi yaşayış evinə (torpaq sahə sinə) mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilib və həmin qətnamə ilə müəyyən edilib ki, 18 mart 2016-cı il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,017 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 40,9 kv.metr olan tikili İddiaçı adına qeydə alınıb və həmin Çıxarış qüvvədədir və Maraqlı şəxs2 tərəfindən mübahisələndirilməyib. Daha sonra, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X1 Həşimova və digərlərinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddiası rədd edilib. Həmin qətnamə ilə müəyyən edilib ki, Zina Həsənovaya məxsus olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsi İddiaçı tərəfindən zəbt edilməyib. Göründüyü kimi Maraqlı şəxs2 ünvan 2 ünvanda yerləşən fərdi evinə (torpaq sahəsinə) mülkiyyət hüququnun tanınması barədə iddia qaldırdığı və həmin sahənin ona məxsus olduğunu mübahisələndirdiyi halda, İddiaçı mülkiyyətinə verilmiş 0, 017 ha torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr fərdi yaşayış evi fərqli ünvanda, yəni ünvan 3ləri ayrı-ayrı sahələr olmaqla, hazırda mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış 0,017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr fərdi yaşayış evinə münasibətdə Maraqlı şəxs2 mülkiyyət hüququnun pozulması halları mövcud deyil. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edə ndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, Maraqlı şəxs2 apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edi lməsi üçün əsaslar yoxdur. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 Reyestr Xidmətinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388 “A” saylı fərdi yaşayış evinə (torpaq sahəsinə) mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilib və həmin qətnamə ilə müəyyən edilib ki, 18 mart 2016-cı il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,017 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 40,9 kv.metr olan tikili İddiaçı adına qeydə alınıb. Bu baxımdan İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Maraqlı şəxs2 etirazının əsası kimi istinad etdiyi torpaq sahəsi ayrı-ayrı sahələr olmaqla, hazırda mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış 0,017 hektar torpaq sahəsi və onun üzərində yerləşən 40,9 kv.metr evə münasibətdə Maraqlı şəxs2 mülkiyyət hüququnun pozulması halları mövcud deyil. Bundan başqa, Maraqlı şəxs2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənas ına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. B u baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 21 may 2021-ci il tarixli, 2(105)-466/2021 saylı qətnaməsi Maraqlı şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5433/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5433/2021
30.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver