Məhkəmə qərarları › İş №2(102)-5433/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5433/2022

18.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5433/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X5 Kompani S.A” şirkətinin Cavabdeh qarşı QƏRARİ Açar sözlər: (özbaşına tikilinin sökülməsi) 18.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “X5 Kompani S.A” şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7934/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. «“X5 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnaməyə əsasən Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. 2. 22.01.2020-ci il tarixli akta əsasən 4 saylı neft və qazçıxarma sexin ərazisi olan Yeni ünvan 1 ünvanında Cavabdeh məxsus 40 kv.m ölçüdə olan sahədə qanunsuz olan otaq artırılması işləri aşkar olunmuş, bununla ba ğlı vətəndaş Cavabdeh tikilinin qeyriqanuni olması barədə xəbərdarlıq edilmişdir.

3. Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli C-62-151 saylı məktubun surətinə əsasən yerində baxış zamanı uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evinin dam örtüyünün öz hesabına və mövcud ölçülərdən kənara çıxmamaq şərti ilə metal keramika və ya ondulin ilə dəyişdirilməsinə etiraz olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “X5 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1, 39 T 416242.00 m B 4475023.00 m C koordinatlar üzrə yerləşən tikilin in özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhər Suraxanı rayon məhkəməsinin (hakim L.X2) 2(010)-213/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.2, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2021saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi nin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4) 2(103)-7934/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X5 Kompani S.A” şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7934/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.

10. Ali Məhkəmənin 2(103)-1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7934/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

12. Daha sonra, iddiaçı yenidən kassasiya şikayəti verərək, şikayətə prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1) 2(103)-7934/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)-7934/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, barəsində kass asiya şikayəti verilmiş xx.xx.2021-ci il tarixli qətnamə iddiaçıya xx.xx.2021-ci il tarixində göndərilmiş, kassasiya şikayəti isə 2 aylıq prosessual müddət ötürülmədən xx.xx.2021-ci il tarixində elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir.

15. Kollegiya hesab etmişdir ki, iddiaçı kassasiya şikayətinin geri qaytarıldığını bildiyi vaxtdan 2 ay keçdikdən sonra – xx.xx.2022-ci ildə nöqsanları aradan qaldıraraq yenidən kassasiya şikayəti vermişdir. Bundan başqa, iddiaçı ərizəsində kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddəti ötürməsini şikayətin Ali Məhkəmə tərəfindən geri qaytarılması, daha sonra mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması zamanı keçən müddətlə izah etmişdir. Halbuki, iddiaçı kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən də geri qaytarıldığını xx.xx.2022-ci il tarixindən bilirdi. Həmin vaxtdan 2 ay keçməsinin üzürlü hesab edilməsini isə iddiaçı heç nə ilə izah edə bilməmişdir..

16. Kollegiya həmçinin qeyd etmişdir ki, kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-in normalarının tələblərinə cavab vermir, yəni 3 saylı Əlavədə nəzərdə tutulmuş qaydada göstərilən qrafik daxilində deyildir. 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş MPM-in 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7934/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddi açı kassasiya şikayəti verərək qərardadının ləğv edilərək, kassasiya şikayətinin mümkün hesab edilməsi və qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edilməklə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmas ının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 133.2 Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

22. Maddə 133.3 Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

23. Maddə 133.4 Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

24. Maddə 133.5 Müddətin bərpasından imtina barədə qərardad çı xarılır.

25. Maddə 405 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində

26. Maddə 406.1 Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə dəyişib) Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7934/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar