Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5434/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Qaçabəyov Rafel Nofel oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5434/21 (Açar sözlər:: evə köçürülmə barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1536/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh Nofel oğluna qarşı iddia qaldıraraq, mərhum X1 adına olan Qusar rayonu, Bədişqala kəndində yerləşən evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.V.Kazımov) iddia təmin edilərək, iddiaçının mərhum X2 adına olan Qusar rayonu, Bədişqala kəndində yerləşən evdən istifadə hüququnun tanınması və iddiaçının həmin evə köçürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 2001-ci ildə faktiki nikah münasibətinə giriblər və nikahlarını 26 avqust 2004-cü ildə rəsmi qaydada qeydə aldırıblar. Onların birgə nikahından 01 noyabr 2002-ci ildə Naira və 01 oktyabr 2004-cü ildə Rəvan adlı iki uşaqları doğulub. İddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdehin atası mərhum X3 məxsus olan Qusar rayonu, Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Tərəflərin ailə münasibətləri pozulduğu üçün onlar ayrılıblar. Bundan sonra Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər iki uşaq iddiaçının yanında saxlanılıb. Tərəflərin ər-arvad münasibətləri pozulanadək onlar sözügedən evdə birgə yaşayıb və ümumi təsərrüfatı birgə idarə ediblər. Beləliklə, iddiaçı evdən istifadə hüququ əldə edib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1 və 3-cü hissələrinin, habelə 123-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Qusar Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellya siya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 2001-ci ildə faktiki nikah münasibətinə giriblər və nikahlarını 26 avqust 2004-cü ildə rəsmi qaydada qeydə aldırıblar. Onların birgə nikahından 01 noyabr 2002-ci ildə Naira və 01 oktyabr 2004-cü ildə Rəvan adlı iki uşaqları doğulub. İddiaçı cavabdehlə ailə qurduqdan sonra cavabdehin atası mərhum X3 məxsus olan Qusar rayonu, Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Tərəflərin ailə münasibətləri pozulduğu üçün onlar ayrılıblar. Bundan sonra Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər iki uşaq iddiaçının yanında saxlanılıb. Məhkəmə iclasında tərəflərin izahatları və mülki iş materialları ilə müəyyən olunub ki, tərəflər 2001-ci ildən 2007-ci il tarixədək ünvan 1 ünvanda kirayə ev tutaraq yaşayıblar, sonradan isə 2006-cı ildən 2009-cu il tarixədək Qusar rayonu, Bədişqala kəndində cavabdehin qardaşının adına olan torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikərək 2019-cu ilədək həmin evdə ər-arvad kimi yaşayıb, ümumi təsərrüfat aparmış və uşaqların tərbiyəsi ilə birgə məşğul olmuşlar. Hazırda iddiaçıya məxsus olan əmlaklar həmin evdə yerləşir. Bundan başqa, iddiaçının izahatı ilə müəyyən olunur ki, o cavabdehlə ər-arvad kimi birgə yaşayıb, ümumi təsərrüfat apararkən tikmiş olduqları evindən istifadə və sahiblik hüquqlarının bərpa olunmasını istəyir. Bunun üçün də hazırki iddia ilə məhkəməyə müraciət edib. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olunur ki, iddia çı, Qusar rayonu, Bədişqala kəndində mərhum X2 adına olan yaşayış evindən uzun müddətdir ki çıxıb və bir daha qayıdıb həmin evdə yaşamayıb, daimi yaşamaq üçün özünə başqa ünvan seçib. 2009-2019-cu illərdə iddiaçı cavabdehlə birlikdə Qusar rayonu, Bədişqala kəndində özbaşına tikmiş olduqları evdə yaşayıb və hazırki vəziyyətdə onun istifadə hüququnun tanınması və köçürülməsini tələb etdiyi yaşayış sahəsinə heç bir hüququ qalmayıb. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 14.1, 14.3, 139.1, 157.4-cü maddələrinin, habelə mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəllənin 60, 87, 123-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ic raat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat v erdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcə lləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Maddənin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin 123-cü maddəsində göstərilir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onlarla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaş ayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya in stansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər 2001-ci ildə faktiki nikah münasibətinə giriblər və nikahlarını 26 avqust 2004-cü il tar ixdə rəsmi qaydada qeydə aldırıblar. Onların birgə nikahından 01 noyabr 2002-ci ildə Naira və 01 oktyabr 2004-cü ildə Rəvan adlı iki uşaqları doğulub. İddiaçı ailə qurduqdan sonra cavabdehin atası mərhum X3 məxsus olan Qusar rayonu, Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Tərəflərin ailə münasibətləri pozulduğu üçün onlar ayrılıblar. Bundan sonra Qusar Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər iki uşaq iddiaçının yanında saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi həmçinin tərəflərin izahatları və mülki iş materialları ilə müəyyən edib ki, tərəflər 2001-ci ildən 2007-ci il tarixədək ünvan 1 ünvanda kirayəyə ev tutaraq orada yaşayıblar, sonradan isə 2006-cı ildən 2009-cu il tarixədək Qusar rayonu, B ədişqala kəndində cavabdehin qardaşının adına olan torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikərək 2019-cu il tarixədək həmin evdə ər-arvad kimi yaşayıb, ümumi təsərrüfat aparıblar və uşaqların tərbiyəsi ilə birgə məşğul olublar. Hazırda iddiaçıya məxsus olan cehiz əşyaları da həmin evdə yerləşir. Bundan başqa, iddiaçının izahatı ilə müəyyən olunur ki, o cavabdehlə ər-arvad kimi birgə yaşayıb, ümumi təsərrüfat apararkən tikmiş olduqları evdən istifadə və sahiblik hüquqlarının bərpa olunmasını istəyir. Bunun üçün də hazırki iddia ilə məhkəməyə müraciət edib. Göründüyü kimi iddiaçı, 2009-cu ildən 2019-cu il tarixədək cavabdehlə birlikdə Qusar rayonu, Bədişqala kəndində özbaşına tikmiş olduqları fərdi yaşayış evində yaşayıblar və bu gün də iddiaçıya məxsus cehiz əşyaları həmin evdə dir. İşin bu halları Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 sentyabr 2020-ci il tarixli və Qusar rayonu, Gündüzqala bələdiyyəsinin 19 sentyabr 2020-ci il tarixli arayışları ilə də istisna olunmur. Belə ki, həmin arayışlarla müəyyən olunur ki, həqiqətən Qusar rayonu, Bədişqala kəndində nə mərhum X2, nə də Cavabdeh Nofel oğlunun mülkiyyətində fərdi yaşayış evləri yoxdur, lakin sonuncu iddiaçı ilə bir ailədə yaşadıqları müddətdə cavabdehin qardaşı X4 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi inşa edərək uzun müddət həmin evdə yaşayıblar. Eyni zamanda, iddiaçının apellyasiya icraatı mərhələsində verdiyi izahatdan (iş vərəq 67) görünür ki, o, öz zəhməti ilə tikdiyi evi istəyir, başqa evi istəmir. Qayınatasının özünün ayrı evi olduğunu, cavabdehin yalan izahat verdiyini bildirib və əlavə olaraq izahatında göstərib ki, 2006-cı ildən 2009-cu ilədək cavabdehlə bir yerdə ər-arvad kimi birgə yaşayıb ümumi təsərrüfat apardıqları müddətdə qaynına məxsus olan torpaq sahəsində özlərinə fərdi yaşayış evi inşa ediblər və orada yaşayıblar. Hazırda onun tələbi özlərinin tikmiş olduqları yaşayış evindən ona sahiblik, istifadə hüququnun verilməsindən ibarətdir və həmin evdə yaşamaq istəyir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsini təmin etmək üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb və bunun üçün işdə iştirak edən şəx slərə, o cümlədən iddiaçıya prosessual hüquqlarının həyata keçməsinə hər hansı kömək göstərməyib. Belə ki, mərhum Nofel Qaçabəyov və cavabdehin qardaşı Bəhlul Qaçabəyova məxsus torpaq sahələrində neçə fərdi yaşayış evinin olduğunu və iddiaçının iddia ərizəsində iddia etdiyi evin kimin tərəfindən inşa edildiyini, iddia etdiyi evlə izahatında göstərdiyi evlərin eyni evlər olubolmamasını araşdırmayıb. Həmçinin, iddiaçının iddia ərizəsində mərhum qaynatası Nofel Qaçabəyova məxsus olduğu iddia edilən evdən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini iddia etdiyi halda, onun apellyasiya icraatı mərhələsində nəyə görə cavabdehlə birgə nikah dövründə inşa etdikləri evə köçülürməsini tələb etməsi ilə bağlı izahatına aydınlıq gətirməyib və onun izahatını iş üzrə toplanmış digər sübutla rla yanaşı yoxlamayıb, qiymətləndirməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, iddiaçı, 2009-cu ildən 2019-cu il tarixədək iki azyaşlı uşağı ilə birlikdə sözügedən evdə yaşayıb və cavabdehlə ümumi təsərrüfatı birgə idarə edib və sonradan ailədə yaranmış münaqişə nəticəsində evdən gedib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, hesab edir ki, mübahisəli evin kimin tərəfindən inşa edilməsi, eyni evdən söhbət gedib-getməməsi aydınlaşdırıldıqdan sonra Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, qanunun analogiyası əsas tutulmaqla, tərəflər arasında əmələ gəlmiş mülki hüquq münasibətlərinə mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin tələbləri tətbiq edilməklə, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Həmin maddələrin mənasına görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilmə mişsə, evdə yaşayış sahəsindən onlarla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, Konstitusiyanın 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, özbaşına tikiliyə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və uzun müddət yaşadığı evdən qanunsuz məhrum edilib. Yəni, ailədə gərgin münasibətlər yarandığı və cavabdehlə nikahı pozulduğu üçün o, iki uşağı ilə birlikdə hazırda başqa evdə, yəni valideynlərinə məxsus olan evdə yaşamaq məcburiyyətində qalıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini əsaslı sayıb hesab edir ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının hə min evə qayıtmasına və yaşamasına cavabdehin imkan verməməsi əslində məhrumetmə hesab olunur. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, məhrum etmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və s.) yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Ona görə də kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, mübahisəli evin kimə məxsus olması və həmin evin kimin tərəfindən inşa edilməsi, iddiaçının iddia etdiyi evin cavabdehlə birgə inşa etdiyi ev olub-olmadığı tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Özlərinin inşa etdiklər i evə münasibətdə isə tərəflər bərabər statusda olduqları üçün iddiaçının məruz qaldığı məhrum etmə (evə buraxılmaması) ilk vaxtdan qanunsuz olub. Eyni zamanda nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və başqa cür təfsir oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(105)-1536/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5434/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5434/2021
23.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver