Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-544/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2913/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 199 8-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-2xx xxx 30404018 saylı şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətlərində olan 0,10 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib sürətdə İddiaçı2 2/8, İddiaçı1 qzına 3/8, Cavabdeh 3/8 hissə olmaqla bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD 30404018 saylı şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi onların, yəni İddiaçı1, İddiaçı2 və Cavabdeh birgə mülkiyyətidir. Şabran rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(031)-1206/2017 saylı qətnaməsi ilə, onların Cavabdeh qarşı paylı mülkiy yətdə payların ayrılması və miras payının müəyyən edilərək naturada ayrılması tələbi barədə iddiaları qismən təmin edilmiş, Dəvəçi rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-156A, KOD 30404018 saylı Dövlət aktına əsasən 2,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılaraq, X1 miras qalmış payı daxil olmaqla 3/8 hissəsinin onlardan-İddiaçı1, 1/8 hissəsinin isə İddiaçı2 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Şabran rayon məhkəməsinin qətnaməsi qismən-«Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının JN-156A KOD 30404018 saylı Dövlət Aktına əsasən 2, 079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payı naturada ayrılaraq 1/8 hissə İddiaçı2 verilsin və D əvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998ci il tarixli 08 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD 30404018 saylı şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaqsahəsindən İddiaçı1 və İddiaçı2 paylarının müəyyən edilməsi və naturada ayrılması tələbi təmin edilsin» hissələrində ləğv edilmiş və həmin hissələrdə iddia təminedilərək, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD 30404018 saylı şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması və İddiaçı2 2/8 hissə müəyyən edilməsi qət edilmişdir. Qətnamə-«Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19noyabr 1998-ci il tarixli, 08 saylı qərarı ilə torpağa m ülkiyyət hüququna dair JN-156A KOD 30404018 saylı Dövlət Aktına əsasən 2,079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılaraq X1 miras qalmış payı daxil olmaqla 3/8 hissəsi İddiaçı1 verilsin» hissələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(102)-2520/18 saylı qərarı ilə dəyişdiirlmədən saxlanılmışdır. Beləliklə hər iki torpaq sahəsindən onlara – İddiaçı1 3/8, İddiaçı2 2/8, cavabdeh-Cavabdeh 3/8 hissə ayrılması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir. Qətnamə xx xxxxxx 2018-ci illdə qismən icra olunmu ş, Torpağa mülkiyyət hüququna dair JN-156A KOD 30404018 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payları naturada ayrılaraq onlara tanıdıldı. Torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD30404018 saylı şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsindən paylarının naturada ayrılması, paylar ayrıldığı təqdirdə hər bir mülkiyyətçiyə düşən torpaq sahəsinə gediş-gəliş yolunun təmin olunmaması səbəbindən mümkün olmadı. Ona görə də həmin torpaq sahəsinin hərracda satılaraq satış pulunun paylarına münasib bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət edirlər. Şabran Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(031)-269/2019 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqay ıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2913/2019 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari, F.Ə.Məmmədov və L.M.Məmmədova) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2913/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri Mahmudov Müşfiq Ziyaddin oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri Mahmudov Müşfiq Ziyaddin oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)2913/2019 nömrəli qətnaməsinin ləğv e dilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bundan əvvəl qəbul edilmiş qətnamələrlə birgə mülkiyyətdə olan torpaq sahələrindəki paylar müəyyən edilmişdir. Qətnaməni icrası mərhələsində Torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD30404018 saylı şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsindən paylarının naturada ayrılması, paylar ayrıldığı təqdirdə hər bir mülkiyyətçiyə düşən torpaq sahəsinə gediş-gəliş yolunun təmin olunmaması səbəbindən mümkün olmadı. Ona görə də həmin torpaq sahəsinin hərracda satılaraq satış pulunun paylarına münasib bölüşdürülməsi zəruridir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmə klərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə Cavabdeh apellyasiya şikayətini təmin edib, iş üzrə Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(031)-269/2019saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, JN-156A kod 30404018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarına əsasən Cavabdeh və ailə üzvləri – X2, İddiaçı2, X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Şabran rayon məhkəməsinin qətnaməsi qismən-«Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının JN156A KOD 30404018 saylı Dövlət Aktına əsasən 2,079 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payı naturada ayrılaraq 1/8 hissə İddiaçı2 veril sin və Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD 30404018 saylı şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 paylarının müəyyən edilməsi və naturada ayrılması tələbi təmin edilsin» hissələrində ləğv edilmiş və həmin hissələrdə iddia təmin edilərək, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-156A KOD 30404018 saylı şəhadətnaməyə əsasən 0,10 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması və İddiaçı2 2/8 hissə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-25 20/2018 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3936/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 78 saylı arayışdan görünür ki, İddiaçı2 Şabran rayonu Gəndov kəndində yaşayır. Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 79 saylı arayışdan görünür ki, İddiaçı1 Şabran rayonu Gəndov kəndində yaşayır. Şabran rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3936/2017 saylı xx xxxx 2018-ci il tarixli icra vər əqəsinin icrası zamanı JN-156A KOD 30404018 saylı şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin Cavabdeh 3/8 hissə, Təranə Mahmudovaya 3/8 hissə, İddiaçı2 2/8 hissədə bölünərək hər payçıya düşən torpaq sahəsinin gediş-gəliş yolunun olmaması səbəbindən tanıdılması mümkün olmamışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və y a belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ü mumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan i ştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 ap&l 2014cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açı q hərracdan satılaraq bölünməsinindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Hamin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul komp ensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasım tələb etmək hüququna malik deyil. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki,tərəflər arasında mübahisəli torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması barədə mübahisə olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin torpaq sahəsi naturada ayrılaraq iddiaçılara verilmişdir. Belə olan halda, iddiaçıların hərracda satılması tələb etdiyi torpaq sahəsi naturada (real olaraq) bölündüyündən, həmin torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun paylarına uyğun olaraq aralarında bölünməsinə dair iddia tələbini təmin e tməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2913/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-544/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-544/2020
13.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver