Məhkəmə qərarları › İş №2(102)-544/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-544/2025

12.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-544/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X X2rşı mülki iş üzrə QƏRARİ Açar sözlər:əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri: Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2(105)-1602/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı “Kosmik plazma və helio geofiziki problemlər” şöbəsində elmi işçi vəzifəsinə işə götürülmüşdür.

2. İddiaçı xx.xx.2006-cı il tarixdə İİ dərəcəli əlillik dərəcəsi 1 il müddətinə müəyyən edilmiş və xx.xx.2015-ci il tarixdən əlillik dərəcəsi müdətsiz müəyyən edilmişdir. 3. 09.01.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərara əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmiş və nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına X1i təmsilçisi X3 Xətalar Mə cəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 700 manat cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, N.Tusi adına X5 (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək 13 il 09 ay müddət ərzində əmək haqqına 25 faiz əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsi barədə ona əlavə ödənişlərin verilməsi, İİ qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanması, 2012-2014-cü il lərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanması, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o, dövrki yüksək dəyərinin nəzərə alınması və mediasiya prosesində ödədiyi 200 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci ildən cavabdehdə elmi işçi vəzifəsində işləyir və hal-hazırda orada “kosmik plazma və helio geofiziki problemlər” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirir. 2006-cı ildən etibarən ona İİ qrup əlillik dərəcəsi verilmiş və 2006-cı ildən 2015-ci ilədək hər il həkim komissiyasının Qərarı ilə onun əlillik müddəti bir il artırılmış və nəhayət 2015-ci ildə tibbi müay inədən sonra əlilliyi müddətsiz hesab edilmişdir. Belə ki, Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair X6 daxil edilmiş qərardan görünür ki, ciddi xəsarət alması nəticəsində onun səhhəti çox ağır dərəcədə pozulmuş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən, “qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol alın gicgah nahiyəsinin dekompression rezeksiya trepanasiyası, epidural hematomanın və beyin debutinin xaric edilməsindən s/v. sağ tərəfli hemiparez, kəskin asteno-nevrotik sindrom” tibbi diaqnozu ilə 2015-ci ildən etibarən ona müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2008-ci ildən etibarən hal-hazıradək cavabdehdə işləyir. xx.xx.2019-cu ildən etibarən isə cavabdehdən müddətsiz əmək müqaviləsi ilə elmi işçi vəzifəsində işləy ir. Lakin, 2006cı ildən etibarən onun əlilliyi qüvvədə olarkən, xx.xx.2008- ci ildən o, indiyədək fiziki iş olmayan sahədə, yəni elmi iş sahəsində çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, əmək fəaliyyətinə başladığı xx.xx.2008-ci ildən indiyədək İİ qrup əlillk onun əmək haqqına 25% əlavələr, əmək məzuniyyətinin müddəti və gündəlik maksimum iş saatları nəzərə alınmamışdır. Bundan əlavə, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilməmişdir. Bu məzuniyyəti də hər birisi 42 gün hesablanmaqla, ayrıca qaydada tam həcmdə pul ekvivalenti ilə hesablanıb ona ödənilməlidir. 2022-ci ildə müraciət etdikdən sonra cavabdehin qanuni təmsilçisinin xx.xx.2022-ci il tarixli, 120 saylı əmri ilə hər ay 25 faiz artımlar nəzərə alınmışdır. Lakin, əvvəlki müddətlər nəzərə alınmamışdı r, halbuki, xx.xx.2008-ci ildən İİ qrup əlil olması cavabdehin əvvəlki rəhbərliyinə məlum idi. Bu səbəbdən X12 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. Ona göndərilmiş 15 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, əmək fəaliyyətinə başladığı ilk vaxtdan 2 günlük əmək məzuniyyətinin verilməli olduğu, həftəlik iş normasının 35 saat olması və hər ay ona verilən əmək haqqına 25% əlavənin ödənilməli olması faktı təsdiq edilmişdir. Aşkar olunmuş bu pozuntularla bağlı işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələri üzrə xx.xx.2023-cü ildə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, pozulmuş əmək hüquqlarının bərpa olunması barədə X12 Xidmətinə müraciət etmiş və Xidmət tərəfindən əlavə ödənilməli 25% əmək haqqının, ildə 42 günlük məzuniyyət günlərinin və 36 saatdan çox olmayan həftəlik iş günlərinin ona verilməsi üçün cavabdehə göstəriş xarakterli məktub göndərilmiş və eyni zamanda, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən o, mediasiyaya müraciət etmiş və cavabdehlə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişinə əsasən, cavabdehin nümayəndəsi onun əmək hüquqlarının pozulmasını etiraf etmiş və xx.xx.2008ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona verilən əmək haqqına əlavə olaraq 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh ona bildirmişdir ki, müvafiq məhkəmə qətnaməsi qəbul edil ib, qüvvəyə minəndən sonra, onlar mediasiya prosesində götürdüyü öhdəliyi icra edəcəklər. 2008-ci ildən hal-hazıradək ölkədə 2015-ci ilin əvvəlində və sonunda iki dəfə manatın devalvasiyası baş vermiş və milli valyuta dəyərdən düşmüşdür. Odur ki, ona ödənilməli pul 2008-2015-ci illər üçün hesablanarkən, həmin dövrlərdə olan milli valyutanın dəyəri və məzənnəsi nəzərə alınmalıdır. İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək olan 13 il 09 ay müddət ərzində əmək haqqına 25% əlavəni almamış, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunmamış və həmçinin onun üçün həftəlik iş norması 36 saatdan çox olmamaqla müəyyən edildiyi halda, hər gün 8 saat işləyərək, həftədə 40 saat işdə olmuşdur. Bütün bunların hamısı pul şəklində ona ödənilməlidir.

6. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı hesab edir ki, 2008-2022-ci illər ərzində onun hüquqları pozulmuş və o, ödənilməmiş məbləğlərin ödənilməsini tələb edir. Bununla bağlı, iddiaçı əvvəl X9 müraciət etmiş və sonuncu məsələni araşdıraraq, iş saatlarının azaldılmasına və məzuniyyətin artırılmasına dair imtiyazların tətbiq edilməsini tələb etmişdir. Bu səbəbdən, inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdehin qanuni təmsilçisi cərimə edilmişdir. Bundan sonra, cavabdeh dərhal Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi müraciət etmiş və tələb olunan məbləğin ayrılmasına və ödənilməsinə qərar verilməsini xahiş etmişdir. Lakin, iddiaçı məsələ ilə bağlı müraciətin cavabını gözləmədən, məhkəməyə müraciət etmişdir. Bundan əvvəl, i ddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiyada tərəflər arasında Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişi belə olmuşdur ki, Elm və Təhsil Nazirliyi müraciətə baxaraq, məsələni müsbət həll edəcəyi təqdirdə, cavabdeh tərəfindən məbləğ dərhal ödəniləcəkdir. Barışıq sazişini imzalayarkən, cavabdehin nümayəndəsi mediatorun sözlərinə inanaraq, onu oxumadan imzalamışdır. X7 nüsxəsi cavabdehə çatdırıldıqda, məlum olmuşdur ki, Barışıq Sazişi heçdə nümayəndə ilə müzakirə olunmuş və razılaşdırılmış müddəaları əks etdirmir. Belə ki, Barışıq Sazişinin 2-ci bəndində cavabdehin üzərinə qanuna uyğun olmayan (əmək haqqına bütün dövr üçün 25 faiz əlavə) öhdəliklər qoyulmuş və onun 10 gün ərzində icra olunması göstərilmişdir. Bu fakt aşkar edilən kimi, dərhal cavabdehin rəhbərliyi tərəfind ən 1 saylı Mediasiya Təşkilatına, Ədliyyə Nazirliyinə və X10 Heyətinə müraciət olunaraq, Barışıq Sazişinin ləğv edilməsini xahiş etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-710/2024 saylı qətnaməsi ilə (hakim F.Yaqubov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2008-2022-ci illərə aid əlavə ödənişlərin ödənilməsini tələb edir. İddiaçı tərəfindən mübahisə üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İddia müddəti ötürüldüyündən və iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən ərizə verildiyindən, iddia təmin oluna bilməz.

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 375.1, 375.2-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 -cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci ildən cavabdehdə elmi işçi vəzifəsində işləyir və hal-hazırda orada “Kosmik plazma və helio geofiziki problemlər” şöbəsində elmi işçi kimi fəaliyyətini davam etdirir. 2006-cı ildən etibarən ona İİ qrup əlillik dərəcəsi verilmiş və 2006-cı ildən 2015-ci ilədək hər il həkim komissiyasının qərarı ilə əlillik müddəti bir il artırılmış və nəhayət 2015-ci ildəki tibbi müayinədən sonra əlilliyi müddətsiz hesab edilmişdir. İş materiallarına daxil ed ilmiş tibbi sənədlərdən görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair X6 daxil edilmiş qərarında yazılmışdır ki, ciddi xəsarət almağı nəticəsində səhhəti və sağlamlığı çox ağır dərəcədə pisləşmiş və Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən, “Qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol alın gicqah nahiyəsinin dekompression rezeksiyatrepanasiyası, epidural hematomanın və beyin debutinin xaric edilməsindən s/v., sağ tərəfli hemiparez, kəskin asteno-nevrotik sindrom” tibbi diaqnozu ilə 2015-ci ildən etibarən ona müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2008-ci ildən etibarən hal-hazıradək cavabdehdə işləyir. xx.xx.2019-cu il tarixdən etibarən isə cavabdehdə müddətsiz əmək müqaviləsi ilə elmi işçi vəzifəsinə keçiri lmişdir. Lakin, 2006cı ildən etibarən əlilliyi qüvvədə olarkən xx.xx.2008- ci il tarixdən indiyədək fiziki iş olmayan sahədə, yəni elmi iş sahəsində çalışaraq, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Odur ki, əmək fəaliyyətinə başladığı xx.xx.2008-ci il tarixdən indiyədək İİ qrup əlilikmi əmək haqqına 25% əlavələr, əmək məzuniyyətinin müddəti və gündəlik maksimum iş saatları nəzərə alınmamışdır. Bundan əlavə, 2012-2014-cü illərdə ümumiyyətlə əmək məzuniyyəti verilməmişdir. Bu məzuniyyətində hər birisi 42 gün hesablanmaqla, ayrıca qaydada tam həcmdə pul ekvivalenti ilə hesablanıb ödənilməlidir. 2022-ci ildə müraciət etdikdən sonra, işəgötürənin xx.xx.2022-ci il tarixli, 120 saylı əmri ilə hər aylıq 25 faiz artımlar nəzərə alınmışdır. Lakin, bu tarixdən əvvəlki müddətlər nəzərəalınmamış və sözü gedən müəssisədə xx.xx.2008-ci ildən etibarən əmək fəaliyyətinə başladığı vaxtı İİ qrup əlil olması barədə müəssisənin o, vaxtki rəhbərliyi məlumatlı idi. Bu səbəblərdən X12 Xidmətinə rəsmi qaydada müraciət etmiş və sonuncu tərəfindən ona göndərilmiş 15 yanvar 2024-cü il tarixli cavab məktubundan görünür ki, əmək fəaliyyətinə başladığı ilk vaxtdan 42 günlük əmək məzuniyyətinin verilməli olduğu, həftəlik iş normasının 35 saat olması və hər ay ona verilən əmək haqqıya 25% əlavənin ödənilməli olması faktı təsdiq edilmişdir. Aşkar olunmuş bu pozuntularla əlaqədar müəssisənin işə götürəni barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələri əsasında xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh qaydasında cərimə edi lmişdir. Beləliklə, X12 Xidmətindən əlavə ödənilməli 25% əmək haqqının, ildə 42 günlük məzuniyyət günlərinin və 36 saatdan çox olmayan həftəlik işgünlərinin ona verilməsi üçün cavabdehə göstəriş xarakterli məktub göndərilmiş və eyni zamanda, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişindən görünür ki, cavabdeh əmək hüquqlarının pozulmasını etiraf etmiş və xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona verilən əmək haqqına əlavə olaraq 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh ona bildirmişdir k i, müvafiq məhkəmə qətnaməsi qəbul edilib, qüvvəyə minəndən sonra, onlar Mediasiya prosesində götürdüyü öhdəliyi icra edəcəklər.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1602/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin icrası ilə bağlı iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulmuş əlillər üçün güzəştlərdən məlumatlı olmaması və bununla bağlı hüquqlarının pozulmasına etiraz etməməsi, onun hüquqlarının bərpası məqsədilə hərəkətsizlik etməsi məsuliyyət yaradır. İddiaçı, 2008-ci ildə n etibarən hüquqlarının pozulmasından məlumatlı olsa da, bu barədə yalnız xx.xx.2022-ci ildən sonra hərəkət etməyə başlamış və buna baxmayaraq, pozulmuş hüquqlarını bərpa etmək üçün müraciət etməsi ilə bağlı bir illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən, birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq edərək iddianı rəddetməsi qanuni və əsaslı olmuşdur.

14. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mediasiya prosesi nəticəsində imzalanmış Barışıq Sazişi səlahiyyətsiz şəxs tərəfindən bağlanmış olması səbəbindən etibarsızdır. Çünki, Barışıq Sazişinin hüquqi qüvvəyə minməsi üçün müvafiq səlahiyyətin etibarnamədə göstərilməsi vacibdir. İşdən görünür ki, Barışıq Sazişi cavabdeh təşkilat tərəfindən dərhal etibarsız hesab edilmiş və bununla bağlı iradə ifadə olunmuş və barışıq sazişi təqdim edildikdən dərhal sonra cavabdeh təşkilat mediasiya şurasına və digər müvafiq təşkilatlara müraciət etmiş, sazişin etibarsız olduğunu bildirmişdir. Buna görə də, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi Mülki Məcəllənin 358-360-cı maddələri nəzərə alınmaqla etibarsız sayılmalıdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin Barışıq Sazişini nəzərə almadan, iddia müddətini tətbiq etməsi və iddianı rədd etməsi əsaslı və qanuni hesab olunmalıdır.

15. Həmçinin, iş materiallarında olan cavabdehin 31 yanvar 2024-cü il tarixli müraciətində cavabdeh təşkilatın əmək mübahisəsinin həlli üçün yuxarı orqana müraciət etdiyi və mübahisənin həlli ilə bağlı rəy tələb etdiyi bildirilmişdir. Bu fakt, cavabdeh təşkilatın Barışıq Sazişini təsdiqləmək üçün yuxarı orqanın rəyini gözləm əsi və bununla əlaqədar iradə ifadəsini geri çəkməsi ilə bağlı dəlil olaraq qiymətləndirilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyni Əmək Məcəlləsinin 294, 296-cı, Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 358.1, 358.2, 359.1, 360.1, 360.2, 362.1, 372.1, 375.1, 375.2, 377.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək 13 il 09 ay müddət ərzində əmək haqqına 25% əlavənin verilməsi, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunması və həftəlik iş normasının 35 saat müəyyən edilməsinə dair ona əlavə ödənişlərin verilməsi, İİ qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin iki qat hesablanması, 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanması, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o dövrki yüksək dəyərinin nəzərə alınması və mediasiya prosesində ödədiyi 200 manat xərcin cavabdehdən alınaraq, ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mediatorun təşkilatçılığı ilə mediasiya xidmətlərinin göstərilməsinə dair üç tərəfli müqavilə və heç bir konflikt mövcud olmadığından, tərəflər arasında Barışıq Sazişi imzalanmışdır. Cavabdehi mediasiya prosesdə etibarnamə üzrə nümayəndəsi təmsil etmişdir. Barışıq Sazişi belə olmuşdur ki, Elm və Təhsil Nazirliyi müraciətimizə baxaraq məsələni müsbət həll edəcəyi və cavabdehin büdcəsinə müvafiq məbləği ayıracağı təqdirdə cavabdeh tərəfindən bu məbləğ dərhal ödəniləcəkdir. İddiaçı özü etiraf edib müqavilə bağladı və Barışıq Sazişi qüvvədə olduğu halda, iddia müddətinin tətbiqi qanunların kobud şəkildə pozulmasıdır. O, 2005-ci ildə Respublika Taekvando Federasiyasının məşq zalında bədbəxt hadisə nəticəsində ağır kəllə beyin travması almışdır və İİ qrup əlildir. Ağır kəllə beyin travması aldığından və fikir dağınıqlığı olduğundan müəyyən hadisələri xatırlamır. Maddi imkanının zəifliyindən və bu işlərdən məlumatı olmadığından, eyni zamanda üzərinə qəyyum təyin olunmadığından, müddətin ötürülməsindən xəbərdar olmamışdır. Qanunvericiliyi rəhbər tutaraq bildirir ki, o, İİ qrup əlil olduğundan və ağır kəllə beyin travması aldığından qeyd edilən müddət üzrülü hesab edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir:

21. Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməm əsinin və ya düzgün icra edilməməsinin nəticələri.

22. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

23. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

24. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

25. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

26. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

28. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

29. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

30. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

31. Maddə 355-26.1.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

32. Maddə 355-26.1.2. Barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

33. Maddə 407.2. Kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış Barışıq Sazişini nəzərə almadan işə mahiyyəti üzrə baxmaqla, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozub.

40. Əvvəla, işdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbləri- İİ qrup əlilliyi qüvvədə olduğu müddətdə, yəni 01 sentyabr 2008-ci ildən 20 iyun 2022-ci il tarixədək 13 il 09 ay müddətində əmək haqqına 25 faiz əlavənin ödənilməsindən, illik 42 günlük əmək məzuniyyəti ilə təmin olunmasından, həftəlik iş normasının 35 saat müəyyən edilməsi barədə ona əlavə ödənişlərin ödənilməsindən, İİ qrup əlilliyi nəzərə alınmaqla, işlədiyi əlavə iş saatlarının dəyərinin ikiqat hesablanmasından, habelə 2012-2014-cü illərdə ona ümumiyyətlə əmək məzuniyyəti verilmədiyindən, bunun ayrıca hesablanmasından, devalvasiyadan əvvəl olan 2008-2015-ci illərdə onun üçün hesablanacaq əlavə ödənişlərə görə milli valyutanın o, dövrkü yüksək dəyəri nəzərə alınmaqla, mediasiya prosesində ödədiyi 200 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir.

41. Eyni zamanda, işdən görünür ki, iddiaçının müracətinə əsasən, tərəflər mediasiya prosesinin gedişində hazırkı mübahisəyə dair 07 mart 2024-cü il tarixli, MŞS.MT.030.202400510 saylı Barışıq Sazişi bağlamışlar və Barışıq Sazişini müvafiq surətdə iddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi imzalayıb.

42. X13 şərtlərindən görünür ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi, iddiaçının əmək hüquqlarının pozulmasını etiraf edib və 01 sentyabr 2008-ci ildən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində iddiaçıya verilən əmək haqqına əlavə 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürüb.

43. Lakin, sonradan cavabdeh, mediasiya prosesində üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edib.

44. Cavabdeh isə mediasiya prosesində tərəflər arasında Barışıq Sazişinin imzalandığını, barışığa görə Elm və Təhsil Nazirliyi müraciətə baxaraq məsələni müsbət həll edəcəyi halda, iddia olunan məblə ğləri dərhal cavabdehə ödəyəcəklərini bildirdiklərini, cavabdehin nümayəndəsinin Barışıq Sazişini mediatorun sözlərinə inanaraq oxumadan imzaladığını, Barışıq Sazişinin surəti cavabdehə verildikdən sonra məlum olmuşdur ki, Barışıq Sazişi heçdə nümayəndə ilə müzakirə olunmuş və razılaşdırılmış müddəaları əks etdirmədiyini, Barışıq Sazişinin 2-ci bəndində cavabdehin üzərinə qanuna uyğun olmayan (əmək haqqına bütün dövr üçün 25 faiz əlavə) öhdəliklər qoyulduğunu, onun 10 gün müddət ərzində icra olunması qeyd edildiyini və bu fakt aşkar edilən kimi cavabdehin dərhal aidiyyəti təşkilatlara müraciət edərək, Barışıq Sazişinin ləğv edilməsini tələb etdiyini göstərib, iddiaya etiraz edir.

45. Azərbaycan Respublikası MPM-in 355-23.1-ci maddəsinin tələbinə görə, “Mediasiya haqqında” Qanunda müəyyən e dilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 46. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o, cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

47. Sadalanan normaların mənasına görə, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət olunması üçün iki şərtdən birinin mövcud olması zəruridir: bir incisi, barışıq sazişi könüllü qaydada icra edilməsin; ikincisi, barışıq sazişinin könüllü icrasından imtina olunsun.

48. Göründüyü kimi, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiqlənməsinin məqsədi- razılaşmanın məcburi icrasını təmin etməkdən ibarətdir.

49. Nəzərə alınmalıdır ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə- hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağlanılan qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1 və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

51. Həmçinin nəzərə alınmalıdır ki, mediasiya institutu-“Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi təsis edi lib və ümumiyyətlə mediasiyanın məqsəditərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Qanun, mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir. 52. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-in 355-25.1 və 355-25.3cü maddələri).

53. Hazırkı işdən görünür ki, tərəflər mediasiya prosesinin gedişində 07 mart 2024-cü il tarixli, MŞS.MT.030.2024-00510 saylı Barışıq Sazişi bağlayaraq mübahisənin məhkəmədən kənar qaydada həlli barədə razılağa gəliblər. Yəni, cavabdehin etibarnamə üzrə nümayəndəsi Barışıq Sazişini imzalayaraq, iddiaçının əmək hüquqlarının pozulduğunu etiraf edib və 01 sentyabr 2008-ci ildən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində iddiaçıy a verilən əmək haqqına əlavə 25% əmək haqqının, illik 42 gün əmək məzuniyyətinin və həftəlik iş vaxtı normasının 35 saat olması nəzərə alınmaqla, pozulmuş əmək hüquqlarının bərpasına dair öhdəlik götürüb.

54. İşdən görünür ki, bu gün də Barışıq Sazişi qüvvədədir, nə iddiaçı, X13 məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, nə də cavabdeh Barışıq Sazişinin etibarsızlığı ilə bağlı ayrıca məhkəmədə iddia qaldırıb.

55. Belə olan halda, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələblərinə iddia icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmayıb və ümumiyyətlə işə iddia icraatı qaydasında baxılması üçün prosessual əsaslar yoxdur.

56. Digər tərəfdən, işə baxan məhkəmələr hazırkı iddia tələblərin ə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla mülki prosessual normaların tələblərini pozub. Bu isə MPM-in 418.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

57. Həmçinin qeyd olunmalıdır ki, MPM-in müvafiq olaraq 387.2.8 və 418.4.10-cu maddələrinə əsasən, iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmamasının yoxlanılması apelyasiya şikayətinin və ya kassasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olubolmaması hər bir halda araşdırılmalıdır.

58. Bu baxımdan, kasssasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən Barışıq Sazişinin etibarlı olub-olmadığını hazırkı məhkəmə baxışının predmetinə çevirməklə əslində MPM-in 218.3 və 372.4-cü maddələrinin tələblərini də pozub. Çünki, sözügedən normaların mənasına görə, bir qayda olaraq məhkəmə, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində işə baxılmasının predmeti olmayan tələblərə baxmır.

59. Belə olan halda, tərəflər sözügedən Barışıq Sazişinin etibarlı olub-olmadığını mübahisələndirmədikləri üçün apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbləri çərçivəsində sözügedən Barışıq Sazişinin etibarlılığını iddia icraatı qaydasında yoxlayıb işə mahiyyəti üzrə baxmaqda haqlı olmayıb.

60. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə ic raata xitam verilir.

61. Həmin Məcəllənin 305.1, 305.1.17, 355-23.1-ci maddələrində göstərilir ki, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.

62. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər mediasiya prosesində hazırkı iddia tələbləri ilə bilavasitə bağlı olan Barışıq Sazişi bağladıqları üçün, razılaşdırılmış Barışıq Sazişi cavabdeh tərəfindən könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, iddiaçı Barışıq Sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında, cavabdeh isə Barışıq Sazişinin etibarsızlığı ilə bağlı iddia icraatı qaydasında ayrıca məhkəməyə müraciət edə bilərlər.

64. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2(105)-1602/2024 saylı qətnaməsi ləğv edilsin. İddaiçı İddiaçı cavabdeh X X2rşı “əmək hüquqlarının bərpasına dair” mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar