Məhkəmə qərarları › İş №2(102)-5440/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5440/2021

22.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5440/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5440/21 (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Bakı şəhəri, 22 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2021-ci il tarixli, 2(103)-4559/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 06.10.2018-ci il tarixdə "xxxx" MMC-də proqramçı vəzifəsinə təyin olunmuşdur.

2. İddiaçı İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən 14.07.2020-ci il tarixli əmrlə xitam verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin 14.07.2020-ci il tarixli, 044 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh arasında 06 oktyabr 2018-ci il tarixində əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bağlandığı dövrdən həmin əmək müqaviləsinə xitam verildiyi 14 iyul 2020-ci il tarixədək əmək müqaviləsinə bir neçə dəfə dəyişiklik edilmiş və bütün bu dəyişikliklər elektron informasiya sistemində qeydiyyata alınmışdır.

6. İddiaçı cavabdeh müəssisədə işləyən zaman 21 iyun 2020-ci il tarixində onun adı cavabdeh müəssisə tərəfindən mv.gov.az sisteminə daxil edilərək iddiaçıya icazələrin alınması və monitorinqi sistemindən arayış əldə edilmiş və 05 iyul 2020-ci il tarix inə qədər bu arayışın qüvvədə olduğu qeyd edilmişdir. Yəni COVİD-19 pandemiyası ilə bağlı olaraq işçilərin elektron sistemində qeydiyyata alınaraq onların portal vasitəsilə icazə alınaraq işə gəlməsinin təmin edilməsi prosedurlarına riayət edilərək iddiaçıya da bu şəkildə icazə alınmışdır.

7. Daha sonra iddiaçı 01 iyul 2020-ci il tarixdə cavabdeh müəssisəyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və öz təşəbbüsü ilə işdən ayrılmaq istədiyini bildirmiş, bunun qarşılığında iddiaçı cavabdeh müəssisənin rəhbərinin təhqirləri və hədələri ilə üz-üzə qalmış, nahar fasiləsinə çox az qalmış – saat 12:54:57-də cavabdeh müəssisə tərəfindən my.gov.az sisteminə daxil olunaraq iddiaçının adına icazələrin alınması və monitorinqi sistemindən verilmiş arayış ləğv edilmişdir. Həmin döv rdə xüsusi karantin rejimi sərtləşdirildiyi üçün portalda xüsusi icazəsi olmayan bir şəxsin evdən çıxması xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilə və yekunda inzibati xəta kimi tövsif edilərək cərimələnə bilərdi.

8. Ancaq iddiaçı öz evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirmiş, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görülməsi və təhvil verilməsi ilə bağlı daim ünsiyyətdə olmuşdur.

9. İddiaçı 15 iyul 2020-ci il tarixdə elektron sistemə nəzər yetirəndə 14 iyul 2020-ci il tarixində Əmək Məcəlləsinin 70“ç” maddəsi ilə işdən azad edildiyi görmüşdür. İddiaçı 15 iyul 2020-ci il tarixindən etibarən dəfələrlə şifahi qaydada müraciət edib işdən azad edilməyi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsini istəsə də, buna cavabdeh müəssisə tərəfindən məhəl qoyulmamışdır.

10. İddiaçı 23 iyul 2020-ci il tarixdə cavabdeh müəssisəyə yazılı şəkildə müraciət edərək, yazılı ərizənin müəssisəyə təqdim olunduğu gündən etibarən 2 təqvim günü müddətində əmək kitabçasının və işdən azad edilmək barədə əmrin surətinin verilməsi, o cümlədən son haqq-hesabın ödənilməsi tələb etmiş, əks təqdirdə cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması səbəbindən müvafiq dövlət və məhkəmə orqanlarına müraciət edəcəyini bildirmişdir. Müraciətə cavabdeh müəssisə tərəfindən heç bir münasibət bildirilməmişdir. Daha sonradan iddiaçı 28 iyul 2020-ci il tarixində yuxarıda qeyd edilən məzmunda ərizə ilə yenidən müraciət edərək sənədlərin təqdim edilməsi istəmişdir.

11. İki dəfə cavabdeh m üəssisəyə işdən azad edilmə barədə əmrin surətinin və əmək kitabçasının verilməsi, son haqq-hesabın iddiaçının hesablaşma hesabına köçürülməsi istənilsə də, cavabdeh tərəfindən əmək qanunvericliyinin elementar tələbləri kobud şəkildə pozulmuşdur. 23 iyul 2020-ci il tarixdən iddiaçı tərəfindən qeyd edilən problemlərlə bağlı X3 və əlaqədar orqanlara müraciət edilmiş, X5 tərəfindən də həmin sənədlərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

12. İddiaçının müraciətinə 28 iyul 2020-ci il tarixində **********8 saylı məktubla cavab verilərək 05 avqust 2020-ci il tarixinədək X2 Bakı şəhər İdarəsinə gəlməli olduğu bildirilmiş, iddiaçı tərəfindən şikayətin araşdırılması ilə bağlı dəfələrlə X3 gedildiyi halda, cavabdeh müəssisənin nümayəndəsi bir dəfə də ol sun X3 gəlməmiş, sənədlərin verilməməsi və son haqq-hesabın ödənilməməsi ilə bağlı heç bir izahat verməmişdir.

13. Hazırkı dövrə qədər iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin surəti, əmək kitabçası və son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır. X5 belə, cavabdeh müəssisədən əmək kitabçasının, işdən azad edilmək barədə əmrin surətinin alınıb hüquqları pozulmuş işçiyə verilməsi ilə bağlı tədbir görə bilməməkdədir.

14. İddiaçı tələbinin əsası kimi Əmək Məcəlləsinin 70, 71, 72, 83, 187, 294.1 və 300.1-ci maddələrinə istinad etmişdir.

15. Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı 01 iyul 2020-ci ildə işə gəlib və saat 11-də iş yerini özabşına təkr edib; - bu barədə aktlar tərtib erdilib; - iddiaçı işə gəlmədiyi üçün onun izahatını almaq mümk ün olmayıb.

16. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi iddiaya münasibət bildirərək qeyd edib ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən və son haqq hesabı ödənilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə Şirkətin rəhbəri X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla bağlı müəssisənin rəhbəri barəsində 24 avqust 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və 03 sentyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1900 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

17. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4302/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh MMC-nin 14.07.2020-ci il tarixli, 044 saylı əmri ləğv edilmiş, İddiaçı proqramçı vəzifəsinə işə bərpa edilmiş və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət olunmuşdur. (hakim Natavan Tağıyeva)

18. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı cavabdeh müəssisədə işləyən zaman 21 iyun 2020-ci il tarixində onun adı cavabdeh müəssisə tərəfindən mv.gov.az sisteminə daxil edilərək iddiaçıya icazələrin alınması və monitorinqi sistemindən arayış əldə edilmiş və 05 iyul 2020-ci il tarixinə qədər bu arayışı n qüvvədə olduğu qeyd edilmişdir. COVİD-19 pandemiyası ilə bağlı olaraq işçilərin elektron sistemində qeydiyyata alınaraq onların portal vasitəsilə icazə alınaraq işə gəlməsinin təmin edilməsi prosedurlarına riayət edilərək iddiaçıya da bu şəkildə izin alınmışdır. Daha sonra iddiaçı 01 iyul 2020-ci il tarixində cavabdeh müəssisəyə ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini və öz təşəbbüsü ilə işdən ayrılmaq istədiyini bildirmiş, bunun qarşılığında cavabdeh iddiaçının adına icazələrin alınması və monitorinqi sistemindən verilmiş arayış ləğv etdirmişdir. İddiaçı öz evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirmiş, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görüməsi və təhvil verilməsi ilə bağlı d aim ünsiyyətdə olmuşdur. X1 14 iyul 2020-ci il tarixində AR Əmək Məcəlləsinin 70/ç maddəsi ilə işdən azad edilmişdir. 15 iyul 2020-ci il tarixindən İddiaçı şifahi qaydada müraciət edib işdən azad edilməyi barədə əmrin surətini, əmək kitabçasını və son haqq-hesabın ödənilməsini tələb etmiş, lakin cavabdeh sənədləri verməmişdir. 23 iyul 2020-ci il tarixində cavabdeh müəssisəyə yazılı şəkildə müraciət edilmiş, lakin iddiaçı tərəfindən edilən müraciətə cavabdeh müəssisə tərəfindən heç bir münasibət bildirilməmişdir. İddiaçı X3 müraciət etmiş, nəticədə İddiaçı əmək müqaviləsinə düzgün xitam verilmədiyinə görə, Cavabdeh MMC-nin rəhbəri X6 barəsində 1900 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçının işdən azad edilməsi ilə bağlı əmrinin surəti, əmək kitabçası və işç isinin son haqq-hesabı cavabdeh müəssisədə qalmaqdadır.

19. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinə istinad edərək, qeyd edib ki, İddiaçı öz hərəkətləri ilə maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə 06.10.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə 14.07.2020-ci il tarixində xitam verilməsi barədə 14.07.2020-ci il tarixli əmr qanunsuz qəbul edildiyindən iddia təmin edilməlidir.

21. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 11, 68, 70, 71, 72, 300-cü, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh mü əssisə apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə ancaq iddiaçının mülahizələrini əsas götürməklə, heç bir hüquqi normaya əsaslanmadan iddianı təmin etmişdir; - "xxxx" MMC-də proqramçı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyi üçün, əsaslı olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; - əmək müqaviləsinə xitam verilməsinin əsasları "xxxx" MMC tərəfindən qanuna uyğun sənədləşsə də, birinci instansiya məhkəməsi həmin sənədləri hər hansı əsas gətirmədən nəzərə almamışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4559/2021 nömrəli, 16 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayo n Məhkəməsinin 2(006)-4302/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, Ziya Şirinov)

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, əksinə, iddiaçı ilə əmək müqaviləsinə düzgün xitam verilmədiyi üçün cavabdehin vəzifəli şəxsi inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.

26. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı iş yerinə gedib-gələ bilməməsini cavabdehin xüsusi karantin rejiminin (yaşayış yerini tərk etmək üçün xüsusi icazənin tətbiq edilməsi) qüvvədə olduğu dövrdə onun adına verilmiş arayışı ləğv etməsi ilə, həmin səbəbdən işə gedə bilməməsi ilə əsaslandırmış, buna baxmayaraq öz evindən xüsusi proqramlar vasi təsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirməsini, cavabdehin və cavabdehin digər törəmə cəmiyyətlərinin əməkdaşları ilə işlərin görülməsi və təhvil verilməsi ilə bağlı daim ünsiyyətdə olmasını bildirmişdir.

27. Apellyasiya məhkəməsi iddiaçının iş yerində olmaması ilə bağlı müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının təsdiq edilmədiyini nəzərə alaraq, onun evindən xüsusi proqramlar vasitəsi ilə əmək müqaviləsi üzrə funksiyalarını davam etdirdiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayıb.

28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaç ı hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına yol verilməsi sübut olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edib.

30. Kassasiya şikayətinin dəlilləri: - əmək qanunverciliynə əsasən məcburi iş buraxma və buna görə əmək haqqının hesablanması o halda yaranmış olur ki, işçinin öz təşəbbüsü və iradəsi olmadan onunla əmək müqaviləsinə xitam verilsin. Hazırki halda isə belə deyil. Çünki iddiaçı özü deyir ki, 01 iyul 2020-ci il tarixdə işdən çıx ma barədə ərizə verib; - iddiaçı 01 iyul 2020-ci il tarixdən 14 iyul 2020-ci il tarixə kimi işdən çıxma barədə ərizəsini gerini götürməyib, bu da onu təsdiq edir ki, iddiaçının işəgötürənlə işləmək arzusu olmamışdır. Belə olan halda, məcburi iş buraxma halı da yoxdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Cavabdeh MMC-nin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

33. İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

34. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməməmi ş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə üçüncü şəxsin nümayəndəsinin iştirakı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içki lər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəz ifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma a parmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

40. İddia t ələbi işə bərpa barədədir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulmasına istinad etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.

42. Barəsində şikayət verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması halları sübut olunmur.

42. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulub.

43. Bu b axımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir.

44. İddiaçının 01 iyul 2020-ci il tarixdə işdən çıxma barədə ərizə verdiyi və bu səbədən işəgötürənlə əmək münasibətlərinin davam etməsində maraqlı olmadığı üçün iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin düz olmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası bu dəlili Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri baxımından əsasssız hesab edir. Çünki qeyd edilən norma məhz işəgötürənin əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozduğu halda tətbiq edilir. Hazırki işdə də bu hal mövcuddur.

45. Buna görə də apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir.

46. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: CavabdehMMC-nin kassasiya şikayəti təmi n edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2021-ci il tarixli, 2(103)4559/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar