Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5441/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2(107)155/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş rayon məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(014)-1728/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Əlizadə) İddiaçı Mövlüd qızının Cavabdeh1 və digərl ərinə qarşı “evə köçürülmə, evdən istifadə hüququnun tanınması, yaşayış və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, iddiaçının uşaqları ilə birlikdə Cavabdeh1 məxsus olan Ağdaş rayonu, XX kəndində yerləşən yaşayış evinə köçürülməsi, həmin evdən istifadə hüququ tanınmaqla, yaşayış və yardımçı sahələrdən cavabdehlərlə birlikdə istifadə qaydasının müəyyən edilməsi qət olunub. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2(107)155/2019 saylı qətnaməsi ilə (hakimlər İ.F.Quliyev sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağdaş rayon məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münas ibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “evə köçürülmə, evdən istifadə hüququnun tanınması, yaşayış və yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki,03 yanvar 2004-cü il tarixdə rəsmi nikah əsasında Cavabdeh3lə ailə qurub və onların birgə nikahından 28 aprel 2003-cü il tarixdə Ceyhun, 02 may 2008-ci il tarixdə XX adlı iki uşaqları doğulub. Cavabdeh3lə ailə qurduqdan sonra şəxsi və cehiz əmlaklarını Cavabdeh1 məxsus olan Ağdaş rayonu, XX kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Cavabdehlərlə birlikdə təsərrüfatı birgə idarə etməklə birgə yaşayıb. 2008-ci ildə Cavabdeh3lə birlikdə ev tikməklə həmin e vdə yaşayıb. Həmin tikdirdikləri evin torpaq sahəsi eltisi XXnın adına rəsmiləşdirilib. Ağdaş rayon məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə onun həmin evdən çıxarılması qət edilib. Hazırda iki övladı ilə birlikdə gəlin köçdüyü evə köçmək istəyir. Ailə münasibətləri baş tutmadığından Cavabdeh3 məhkəmədə ona qarşı nikahın pozulması barədə iddia qaldırıb və Ağdaş rayon məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulub və birgə nikahlarından doğulmuş iki uşağın onun himayəsində saxlanılması və uşaqların saxlanılması üçün onun xeyrinə aliment tutulması qət edilib. Hazırda o, gəlin köçdüyü evdən çıxarılıb və cavabdehlər onu evə buraxmır. Ona görə də iddia ərizəsinin təmin ediliməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxa rıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasın ın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının rəsmi nikah əsasında Cavabdeh3lə ailə qurmasına, sonuncunun yaşadığı digər Cavabdeh1 məxsus olan evə gəlin köçməsinə, həmin evdə onun Cavabdeh3lə birgə nikahından iki uşaqlarının doğulmasına, tərəflərin mübahisəli evdə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmələrinə, ailə münasibətləri baş tutmadığından iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikahın məhkəmə qətnaməsinə əsasən pozulmasına, nikah pozulduqdan sonra cavabdehlərin iddiaçını azyaşlı uşaqları ilə birlikdə evə buraxmamalarına və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin, həmçinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi yaşayış və yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi hissəsində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini evə köçürülmə və evdən istifadə hüququnun tanınması hissəsində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və maddi, prosessual hüquq normalarının tələblərini hazırki mül ki mübahisəyə düzgün tətbiq edib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 03 yanvar 2004-cü il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh3lə ailə qurub və sonuncunun yaşadığı və digər Cavabdeh1 məxsus olan Ağdaş rayonu, XX kəndi, 0,52 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,9 kv.metr olan fərdi yaşayış evinə gəlin köçüb. İddiaçı özünə məxsus olan cehiz əşyalarını mübahisəli evdə yerləşdirmiş və həmin evdə onun Cavabdeh3lə birgə nikahından 28 aprel 2003-cü il tarixdə Ceyhun, 02 may 2008-ci il tarixdə XX adlı iki uşaqları doğulub. Sonradan Cavabdeh3 tələbinə əsasən Ağdaş rayon məhkəməsinin 30 iyun 2015-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər iki uşağın İddiaçı yanında saxlanılması qə t edilib. Sonradan ailədə yaranmış münaqişə nəticəsində iddiaçı iki uşağı ilə birlikdə evdən getmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin onu iki uşağı ilə birlikdə evə buraxmamasını göstərib, iki uşağı ilə birlikdə evə köçürülməsi, evdən istifadə hüququnun tanınması, yaşayış və yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra işdən görünür ki, iddiaçı 09 iyul 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 09 oktyabr 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Ağdaş rayonu, XX kəndi, 0,52 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,9 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına, evin yerləşdiyi 0,52 ha həyətyanı torpaq sa həsi isə mülkiyyət hüququ üzrə Cavabdeh3 və digər beş nəfər ailə üzvlərinin adlarına qeydə alınmışdır. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvüləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvüləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Eələcə də Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın bu norması öz xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmal ıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli ev üzərində mülkiyyət hüququnun 09 oktyabr 2018-ci il tarixdən əmələ gəlməsini nəzərə alıb hesab edir ki, iddiaçı həmin evə cavabdehlərin razılığı ilə ailə üzvü qismində köçməklə, həmin evdə o nlarla birgə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etdiyindən, iddia tələbini evə köçürülmə və evdən istifadə hüququnun tanınması hissəsində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Lakin, kassasiya instansiyası məhkəməsi mübahisəli evdən və yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə razılaşmır və hesab edir ki, iddia tələbini bu hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlib. Belə ki, əvvəla, Azərbaycan Respublikası Konst itusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadhqlarının müdafıəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol un 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marksın Belçikaya qarşı” işində qeyd edib ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçı öz əmlakmdan maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüququnun maneəli formada həyata keçirilməsi başa düşülür. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfmdən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarma uyğun hərəkət etmək səlahiyyətidir. Müdafiəsinə və toxunulmazhğına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ hər kəsin t əkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elementləri ehtiva edir. Mülkiyyət hüququnun bütün qanunsuz qəsdlərdən qorunması demokratik dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 mülkiyyətində olan evdən və yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin etməklə, sonuncunun həmin ev və yardımçı sahələr üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnu pozub və məhdudlaşdırıb. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin hissədə qətnaməni dəyişdirilmədən saxla yıb. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- evdən və yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia ərizəsi rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2(107)-155/2019 saylı qətnaməsi qismən- evdən və yardımçı sahələrdən istifadə qaydasının müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissəd ə iddia ərizəsi rədd edilsin, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5441/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5441/2019
17.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver