Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5442/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli 2(107)630/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-1181/2018) İddiaçı ərizəsi təmin edilərək 23 oktyabr 2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Zaqatala ra yonunun Danaçı kəndində yerləşən 03 avqust 2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çixarışda qeyd edilmiş ümumi sahəsi 26.50 kv.metr olan yaşayış evi və 0.4243 ha torpaq sahəsinin ¼ hissəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Zaqatala rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı miras evə və torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: Tərəflərin anaları 23 oktyabr 2009-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra Zaqatala rayonunun Danaçı kəndində yerləşən həyətya nı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. 09 sentyabr 2013-cü il tarixdə Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən miras qoyanın qızı Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən mirası qəbul etmiş digər vərəsənin məcburi pay hüququnun nəzərə alınmamasına görə Zaqatala rayon məhkəməsinin 23 fevral 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin şəhadətnamə ləğv edilmişdir. Bununla əlaqədar həmin şəhadətnamə əsasında Cavabdeh adına verilmiş 25 sentyabr 2013-cü il tarixli Dövlət Reyestrindən Çıxarış ləğv edilmişdir. 2018-ci ilin sentyabr ayında miras qoyanın oğlu İddiaçı mirası qəbul etmiş vərəsə kimi onun miras əmlak üzərində vərəsəlik hüququnun müəyyən olunmasına dair qətnamə qəbul ed ilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş ma teriallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən onun mirası qanunla müəyyən olunmuş qaydada qəbul etməməsini əsas göstərmişdir. Məhkəmə həmin nəticəyə iş materiallarına düzgün qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İşdən görünür ki, hər iki tərəf miras qoyanın uşaqları olmaqla birinci növbə vərəsələr kimi miras əmlakdan pay hüququna malikdirlər. Miras qoyan əmlakı nı qızı Cavabdeh vəsiyyət etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193, 1194-cü maddələrinə əsasən İddiaçı miras əmlakdan məcburi pay hüququna malik olduğundan o, miras əmlakdan payını tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası iddiaçının mirası qəbul etməməsini müəyyən edib iddianı rədd edərkən işdə olan Zaqatala rayon məhkəməsinin 23 fevral 2016-cı il tarixli qətnaməsində iddiaçı tərəfindən mirasın qəbul edilməsinin müəyyən o lunması faktına düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh bütün miras əmlaka dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhz hazırkı iş üzrə İddiaçı tələbi əsasında ləğv edilmiş və bu zaman onun mirası faktiki qəbul etməsinə dair müəyyən etdiyi hala əsaslanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə Cavabdeh həmin iş üzrə tərəf olmamasına əsaslanıb həmin faktın hazırkı iş üçün əhəmiyyət kəsb etməməsi qənaətinə gələrkən Cavabdeh həmin iş üzrə tərəf olmasını və həmin faktı etiraf etməsi ilə əlaqədar 23 fevral 2016-cı il tarixli qətnamədə göstərilənləri diqqətdən qaçırmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılm ası üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5442/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5442/2019
01.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver