Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5442/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5442/21 (Açar sözlər: əmrin ləğv edilməsi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4137/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh AS C tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun 29.10.2020-ci il tarixli 2596k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə – kiçik və orta sahibkarlarla iş departamentinin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İdarə Hey ətinin sədri Abbas İbrahimovun 29.10.2020-ci il tarixli 2596k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi və öz ərizəsi ilə işdən azad edilməsinə dair portalda düzəliş (və əmək kitabçasına) edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.10.2018-ci il tarixdə Cavabdeh ASC-nin 01.10.2018-ci il tarixli 866k saylı əmri ilə həmin bankın «Sabunçu» filialının kredit şöbəsinin kiçik və orta sahibkarlığın kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 15.03.2019cu il tarixdə həmin bankın «Sabunçu» filialının kredit şöbəsinin kiçik və orta sahibkarlığın kreditləşməsi üzrə baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. 18.04.2019-cu il tarixdən həmin bankın «Sabunçu» filialının kiçik və orta sahibkarlıq kreditləri üzrə baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. 02.03.2020-ci il tarixdə kiçik və orta sahibkarlarla iş departamentinin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin oktyabr ayının birindən 2020-ci ilin oktyabr ayının 30-a kimi həmin bankda yüksək peşəkarlıq və vicdanla fəaliyyət göstərmişdir. Bu səbəbdən də, qısa müddətdə vəzifədə 3 dəfə qabağa çəkilmişdir. Təxminən 2020ci ilin əvvəllərində maaş artımı ilə əlaqədar olaraq rəhbərliyə müraciət etmişdir. Lakin avqust ayına kimi ona müsbət cavab verilməmişdir. Sentyabr ayının ortalarında isə baş ofisdə iclas keçirilərək maaş artımı olmayacağı bildirilmiş və ona ərizəsini yazaraq işdən çı xa biləcəyini bildirmişlər. Bundan sonra o, 23.09.2020-ci il tarixdə ərizəsini yazaraq öz arzusu ilə işdən çıxarılmasını xahiş etmişdir. Eyni zamanda başqa banklara CV nümunələrini göndərərək iş axtarmağa başlamışdır. İşəgötürən Cavabdeh ASC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam vermişdir. Cavabdeh ASC-nin 29.10.2020ci il tarixli 2596k saylı əmrində deyilir: «X1 departamenti tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən, Cavabdeh ASC-nin kiçik və orta sahibkarlarla iş departamentinin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi İddiaçı ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir. Belə ki, o, işdən çıxma fikrində olmasını bildirdikdən sonra korporativ e-mail ün vanından bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları kənar e-mail (öz şəxsi e-mail) ünvanına göndərmişdir. Əməkdaşın belə məlumatların kənar e-mail ünvanına göndərməsi bank üçün müştəri itkisini formalaşdırır. Yuxarıda qeyd olunan əməli ilə İddiaçı Cavabdeh ASC-nin «Etik davranış məcəlləsi»nin (2.7. Məlumatların qorunması), Banklar haqqında qanunun 41-ci maddəsini (Bank sirri), Cavabdeh ASC-də informasiya prosesləri və texnologiyaları ilə iş proseslərində təhlükəsizliyin təmin olunmasına dair metodik göstərişlərin 3.4cü bəndini (Konfidensial və əhəmiyyətli xidməti məlumatlardan ibarət elektron məktubların identifikasiya olunmamış kənar ünvanlara göndərilməsi, eləcə də şəxsi məzmunlu yazışmalarda korporativ e-mail ünvanından istifadə edilməsi yolverilməzdir) və əmək müqavilə sinin 3.3-cü hissəsinin «d» bəndini (dövlət sirrini, Bankın kommersiya sirrini, eləcə də bank sirrini müəyyən olunmamış qaydada və şərtlərlə qorumaq) pozmuşdur». Vəzifə səlahiyyətindən heç vaxt suiistifadə etməmişdir. Əmrdə göstərilən bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatların şəxsi e-mail ünvanına göndərməsində heç bir neqativ hal yoxdur. Belə ki, onlar kredit mütəxəssisləri daimi olaraq ərazidə işlədikləri və təhkim edilmiş filiallara getdikləri üçün bu məlumatlar daimi olaraq tərəflərindən analiz edilir. Həmçinin rəhbərlərdən gələn e-mailləri adətən şəxsi e-mail ünvanına atırlar ki, digər filiallarda və ya ərazidə bu işlərlə məşğul ola bilsinlər. Bildirir ki, bütün banklarda işçilərin internet resurslarından və şəxsi e-mail ünvanından istifadə edilməsi texniki olaraq q adağandır, belə istifadə yalnız bankın rəhbərliyinin icazəsi ilə ola bilər. O da rəhbərliyin icazəsi ilə şəxsi e-mail adresindən istifadəyə icazə verilmişdir. Şəxsi e-mail adresinə göndərilən məlumatlar heç bir halda 3-cü şəxslərə ötürülməmişdir. Şəxsi e-mail adresinə göndərildiyi bildirilən 317 hüquqi şəxsin hansısa məlumatlarının 3-cü şəxslərə ötürülməsi barədə heç bir məlumat yoxdur və ola da bilməz. Həmçinin göstərilən 317 müştərinin hər-hansı birinin bu günlərdə Cavabdeh ASC-ni tərk etməsi barədə hansısa bir fakt yoxdur, ola da bilməz. Vəzifə maaşını artırmadıqları üçün öz ərizəsi ilə işdən çıxması barədə ərizəsini təqdim etdikdən sonra qanunsuz olaraq belə bir əmələ əl atan işəgötürənin 29.10.2020-ci il tarixli əmri ləğv edilməlidir. İşdən çıxma barədə ərizəsini yazdıqdan sonra ona bir sıra banklardan işlə bağlı təkliflər gəldiyi məlumatı işəgötürənə çatdırıldığı üçün onlarda belə bir fikir formalaşıb ki, guya o, müştəriləri başqa banka aparacaq. Bundan sonra cavabdeh onu ləkələmək üçün bu işə əl atmışdır. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarını və müqavilə üzrə öhdəliklərini vicdanla və dəqiq yerinə yetirmişdir. Cavabdeh bankda işlədiyi 3 il müddətində bir dəfə də olsun barəsində hansısa bir intizam tədbiri görülməmişdir. Əmək qanunvericiliyinin (Əmək Məcəlləsinin 72- ci maddəsinin) göstərilən tələblərinin heç birini pozmamışdır. İşəgötürənin öz əmrində istinad etdiyi kommersiya və bank sirrini yayması barədə yalanlar isə şər və böhtandır. Bankın müştərilərindən hansınınsa 3-cü şəxslərə ötürməsi barədə hansısa bir fakt və sübutları olmadığı halda onun əmək h əyatını ləkələyərək gələcəkdə əmək fəaliyyətinin qarşısına sədd çəkmələri heç bir vicdana və ədalətə sığmadığı kimi heç bir qanuni əsası da yoxdur. Şəxsi e-mail adresinə göndərdiyi 317 hüquqi şəxsin məlumatlarını o, e-mail adresinə atmaqla yox, çap edib özü ilə aparmaq kimi sadə üsulu seçə bilərdi. 2007-ci il tarixdən bank sektorunda çalışır və əvvəllər işlədiyi bankların heç birində heç bir neqativ işi və ya intizam tənbehi olmamışdır. Bank qanunvericiliyini çox yaxşı bilir, bank sirrini, maddi məsuliyyətin, korporativ məsuliyyətin nə olduğunu çox yaxşı bilir. 23.09.2020-ci il tarixdə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmişdir. Verdiyi ərizəyə əsasən bir aylıq müddət 23.10.2020-ci il tarixdə başa çatır və həmin gündən əmək müqaviləsi ləğv edilmiş hesab edilir. Ləğv edilmiş əmə k müqaviləsinin 29.10.2020-ci il tarixdə 70-ci maddənin «ç» bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsi qanunsuzdur. Göstərilənlərdən başqa, bir daha qeyd edir ki, şəxsi e-mail adreslərinə hansısa məlumatların göndərilməsi gizli yolla və hansısa informasiya texnologiyalarından istifadə etməklə bankın informasiya təhlükəsizliyini pozaraq hansısa göndərişlər etməmişdir. Bankın demək olar ki, əksər işçilərinin nəinki şəxsi e-mail adreslərinə girmələri, həmçinin bankda digər internet resurslarına girmək, internetdən istifadə etmək yalnız bankın rəhbərliyinin icazəsi ilə mümkün olan işdir. Onlar isə daim ərazidə və digər təhkim olunmuş filiallara səfərlər etdikləri üçün onlara belə bir imkan verilmişdir ki, onlar məlumatları şəxsi e-mail adreslərinə atmaqla telefonlarında portfeli idarə edə b ilsinlər. Bir daha bildirir ki, bankın hansısa müştərilərinin məlumatlarını özünə götürmək və ya həmin müştəriləri özü ilə gedəcəyi banka aparmaq fikri olacağı təqdirdə həmin məlumatları bankın ofisində çap edərək özü ilə rahat şəkildə apara bilərdi. Bunu isə etməyə ehtiyacı yoxdur. 13 ildir ki, müxtəlif banklarda kredit mütəxəssisi vəzifəsində çalışır və kifayət qədər müştəri potensialı var. Onun hansısa müştərilərin məlumatlarını oğurlamağa ehtiyacı yoxdur. Cavabdeh ASC onu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edən zaman əmrdə konkret olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə və bankın hüquqi şəxs olan 317 müştərisinin məlumatlarını şəxsi e-mail adresinə göndərməsinə istinad etmişdir. Bu iki hal isə Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə uyğun deyil. Həmin b ənddə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmək göstərilir. İşçinin 70-ci maddənin «ç» bəndinə istinad edib işdən çıxaran zaman göstərilən iki hal yoxdursa, 72-ci maddədə sadalanan hallara istinad edilməlidir. Əmrdə isə 72-ci maddənin heç bir bəndinə istinad edilməmişdir. Çünki, o, bu maddədə göstərilən heç bir əməli törətməmişdir. Nə işəgötürənə maddi zərər vurmuş, nə hansısa kommersiya və ya dövlət sirrini yaymış, nə də işəgötürənin qanuni mənafeyinə xələl gətirməmişdir. İşəgötürən onun ərizəsində göstərdiyi müddətə kimi gözləməyərək onu 29.10.2020-ci il tarixdə əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Onun 30.10.2020-ci il tarixə kimi ərizəsini ləğv edib öz işində qalmaq hüququ var. Odur ki, bu əsasla da işəgötürənin əmri qanunsuz və əsassızdır. B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 fevral 2021-ci il tarixli 2(006)-1294/2021 nömrəli qətnaməsi ilə (hakim – Ceyhun Tağıyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. İddiaçının işdən çıxmasına bir neçə gün qalmış bankın müştərilərinə aid məlumatları öz e-mail ünvanına göndərməsi qanunsuz olmaqla, həqiqətən bank üçün müştəri itkisi riskini formalaşdırır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən qanunvericili yin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Xəyal Sarıyev) 17 may 2021-ci il tarixli, 2(103)-4137/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(006)-1294/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinni təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72ci maddədə sadalanan hallarda əm ək vəzifələrini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yet irməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əmrin verilməsinə əsas kimi iddiaçının ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən su istifadə etməsi, yəni iddiaçının işdən çıxma fikrini bildirdikdən sonra korporativ e-mail ünvanından bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları kənar e-mail(öz şəxsi email) ünvanına göndərməsi göstərilmişdir. Lakin bu hal iddiaçının cavabdehə maddi ziyan vurmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki, bunun nəticəsində cavabdehin qanunla qorunan mənafeyinə hər hansı bir formada ziyan dəyməsi təsdiq olunmalıdır. Amma belə bir ziyan dəyməsinə dair cavabdeh məhkəməyə heç bir sübut təqdim etmir. Qeyd olunan məlumatları iddiaçının öz şəxsi e-mail ünvanına göndərməsinə icazəsi olmasaydı ən azından bank bunu texniki vasitələrin köməyi ilə qadağan edə bilərdi. Bununla yanaşı, bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatların başqa şəxslərin əlinə keçməsinə, həmin şəxslərin cavabdeh bankla münasibətlərini pozub, başqa banklarla əməkdaşlıq etmələrinə və.s. hallara dair də cavabdeh tərəfdən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər əsaslı və təsdiq olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün ən azından apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən təkzib oluna bilərdi. Mübahisələndirilən əmrdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək m üqaviləsinin ləğv edilməsinin zəruriliyi də əsaslandırılmamışdır. Bundan əlavə, qeyd olunduğu kimi cavabdeh iddiaçının əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirərkən sui istifadə etməsi nəticəsində ona maddi ziyan vurmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü. Lakin cavabdeh bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunduğu kimi, iddiaçının bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları öz şəxsi e-mail ünvanına göndərməsi hələ cavabdehə maddi ziyan vurması demək deyildir. Əksinə, apellyasiya şikayətində göstərilənlər iddianın təmin edilməməsinin əsaslı və qanuni olmadığını bir daha təsdiq etmiş olur. Göstərilənlərdən əla və, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız say ılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə də, iddiaçının 23 sentyabr 2020-ci ildə öz təşəbbüsü ilə işdən çıxmasına dair ərizə verməsi işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf də mübahisələndirmir. Mübahisəli hal odur ki, əmək müqaviləsi bir ay bitən kimi ləğv edilmiş sayılmalı idi, yoxsa yox? Belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin mü qaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Göründüyü kimi, hazırki işdə də əmək müqaviləsi ərizənin verildiyi tarixdən bir ay sonra 23.10.2020-ci il tarixdə iddiaçının təşəbbüsü ilə ləğv edilib, lakin cavabdeh bunu rəsmiləşdirməyib, yalnız iddiaçının maaş azlığına görə işdən gedəcəyini qəbul etmədyi üçün iddiaçının bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları öz şəxsi e-mail ünvanına göndərməsini bəhanə edərək 29.10.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edib. Göründüyü kimi, əmək müqaviləsi 29.10.2020-ci il tarixdən 6 gün əvvəl işçinin təşəbbüsü ilə ləğv edildiy inə görə cavabdehin 6 gün sonra işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etməsi düzgün olmamışdır. Bu hal özü də iddianın təmin edilməsi üçün müstəqil əsas kimi çıxış edir. Odur ki, iddia tələbi təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh ASC (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmasına baxmayaraq, apelya siya instansiyası məhkəməsi qətnaməni ləğv etməklə birinci instansiya məhkəməsinin iş üzrə tətbiq etdiyi maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını öz qətnaməsində göstərməmişdir. Hesab edirlər ki, iddiaçının bankın təhlükəsizlik sistemindən kənar e-mailə əvvəlcədən göstərilmiş məlumatları göndərməsi, müştəri məlumatlarının yayılması, bank sirrinin pozulması risqi altına alması, bankın qanunla qorunan hüquq və mənafelərinə mühüm zərər vurulması kimi qiymətləndirilmişdir. Eyni zamanda işçinin işdən azad olunmasına dair öz xahişi ilə yazdığı ərizənin müddətinin 23.10.2020-ci il tarixdə bitməli olduğu halda əmək münasibətlərinə 29.10.2020-ci il tarixdə, yəni 6 gün sonra xitam verilməsi ilə bağlı hesab edirlər ki, apelyasiya məhkəməsi bu hissədə kobud yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə işçinin öz xahişi ilə işdən azad olunması ilə kobud pozuntuya yol verdiyinə görə işdən azad olunması halı arasında fərqi eyniləşdirməklə hər iki hala eyni qiymət verərək işdən azad olunmanın hüquqi aspektlərini ümumiləşdirmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC -nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72e. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsnin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması he sab edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasas iya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini iki dəlillə, yəni iddiaçının 317 hüquqi şəxsin məlumatlarının şəxsi e-mailə göndərilməsi ilə banka zərər vurulması və iddiaçının kobud pozuntuya yol verməsinə görə 29.10.2020-ci il tarixdə istinad edilmiş norma əsas ında əmək müqaviləsinə xitam verilməsinin əsaslılığı ilə əsaslandırmağa çalışmışdır ki, həmin dəlillərin əsassızlığı kasasiya yoxlaması nəticəsində də öz təsdiqini tapmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bankın istinad etdiyi iddiaçı tərəfindən yol verilmiş pozuntu halı üzrə banka ziyan dəyməsi barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Digər tərəfdən isə işçinin işdən azad olunması barədə ərizə verdiyi tarixdən sonra növbəti 1 ayadək olan müddətdən sonra onun hər hansı maddənin pozuntusu ilə təqsirli bilinib əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Çünki qanunvericilikdə konkret olaraq işçinin öz arzusu ilə işdən azad olunması barədə ərizə ilə müraciət etdiyi zamandan 1 ay sonra əmək müqaviləsinə xitam verilməli olması göstərilmişdir. Həmin müddətin tamamında artıq işçi ilə işəgötürən arasında əmək münasibətləri bitmiş sayılmalı olduğu halda, yəni həmin zamandan sonra tərəflər əmək münasibətlərində olmadıqları halda işçinin hər hansı pozuntu əsasında işdən azad edilməsi qanunsuzdur. Odur ki, apelyasiya kollegiyası apelyasiya şikayətini təmin etməklə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4137/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.