Məhkəmə qərarları › İş №2(102)-5445/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5445/2018

20.08.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5445/2018 20.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5445/2018 20 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, tərcüməçi X1, İddiaçı, Cavabdeh və onun vəkili X5in iştirakı ilə İddiaçı Cavabdehə qarşı “pul tələbi barədə” iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli 2(103)-3216/2018 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti ü zrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan aldığı borcun qaytarılması məqsədi ilə 8.800 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh iddiaçıdan iki dəfəyə 8.800 manat məbləğində pulu borc olaraq almışdır. Bu məbləğin 8.000 manatı 29.05.2015-ci il tarixli “iltizam” ilə, 800 manatı isə iltizamsız onun tərəfindən cavabdehə verilmişdir. Aralarında olan razılığa görə borc 2-3 ay ərzində qaytarılmalı idi. Amma, qeyd edilən müddətdən xeyli zaman ke çməsinə, habelə iddiaçının cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu qaytarmır. Bakı şəhəri, Pirallahı rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli 2(103)3216/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 dekabr 2017-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdehə qarşı “pul tələbi barədə” iddiasının qismən təmin edilməsi, götürülmüş borcun ödənilməsi məqsədi ilə 8.000 (səkkiz min) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə 2 5 (iyirmi beş) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun digər hissəsi, yəni 5 manat İddiaçı özünə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Cavabdeh və onun vəkili X5 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.01.2018-ci il tarixli 2(103)-515/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh sələmçi İddiaçı 8000 manat sələm götürmüş, götürərkən 8000 manat pulu götürdüyü barədə iltizam yazmış, lakin mülkiyyətində olan fərdi yaşayış evini sataraq ona olan borcunu şahidlərin iştirakı ilə tam olaraq ödəmişdir. Məhkəmə isə şahidlərin olmasını nəzə rə almadan, təsir altında yazdığı iltizama əsaslanaraq qətnamə qəbul etmişdir. Bu isə istər maddi, istərsə də prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının tələb etdiyi borc (sələm) məbləği isə 8800 manatdır. Göründüyü kimi, Mülki Məcəllənin tələbinə əsasən iddia tələbi təmin edilə bilməz. Lakin məhkəmə iddia tələbini təmin etməklə qanunvericiliyin bu normasını kobud şəkildə pozmuşdur. Bundan başqa, qeyd etdiyi kimi, o, borcunu şahidlərin iştirakı ilə tam olaraq qaytarmış, bu halda həmin şəxslər məhkəmə tərəfindən şahid qismində cəlb edilərək dindirilə bilərdi. Lakin məhkəmə tərəfindən həmin şəxslər şahid qismində cəlb edilməmiş və dinlənilməmişdir. Bu isə işin tam, hərtərəfli və obyektiv araşdırılmamasına gətirib çıxarmışdır. Bütün bunlar isə öz növbəsində məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli 2(103)-3216/2018 saylı qətnaməsini tamamilə ləğv edərək iş üzrə yeni ədalətli qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh və onun vəkili X5 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına əsasən cavabdehin adından yazılmış və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 29.05.2015-ci il tarixli “iltizamdan” görünür ki, Cavabdeh İddiaçıdan 8.000 manat məbləğində pulu borc olaraq götürmüşdür. İşin materiallarından görünür ki, iddiaçı cavabdeh, qeyd edilən bu məbləğdən əlavə olaraq ondan 800 manat məbləğində pulu da borc olaraq almasını, lakin bu borcu təsdiq edə biləcək yazılı sübutu olmamasını bildirmiş, cavabdeh isə iddiaçıdan 8.000 manat məbləğində pulu 29.05.2015-ci il tarixdə borca aldığını və bu barədə “iltizam” yazdığını təsdiq etsə də, iddiaçıdan 800 manat məbləğində borc almasını təsdiq etməmiş dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.). Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən iş üzrə tərəflərin verdikləri məlumatlar üzrə haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə yalnız 8.000 manat məbləğində pulun borc verilməsi, cavabdehin iddiaçıdan əlavə olaraq 800 manat məbləğində pulu borc almaması təsdiq olunur. Cavabdeh iddiaçıdan cəmi 8.000 manat məbləğində pulu borc alsa da, həmin borcu qaytarmadığı üçün sonuncu məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaya olan etirazının əsa sı kimi istinad etdiyi hallara dair gəldiyi nəticə ilə də razılaşır. Belə ki, qanunvericiliyə əsasən sübut etmə yükü MPM-nin yuxarıda qeyd edilmiş 77.1-ci maddəsinə əsasən cavabdehin (borclunun) üzərinə düşdüyü halda o, iddia tələbinə qarşı irəli sürdüyü etirazını təsdiq edə biləcək sübutları, yəni, mülkiyyətində olan evi sataraq iddiaçıya olan borcunu şahidlərin iştirakı ilə tam olaraq qaytarmasına dair sübutları təqdim edə bilməmişdir. Belə olan halda cavabdeh iddiaçıdan borc aldığı 8.000 manat məbləğində pulu iddiaçıya qaytarmaması, bununla da cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi, cavabdeh, icra etmədiyi öhdəliyə görə mülki məsuliyyət – cavabdehlik daşıması kimi apellyasiya instansiyası məhkəməsinin nəticələrini məhkəmə kollegiyası qanuni və əsaslı s ayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edil mədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nai l olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini tam təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və onun vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2018-ci il tarixli 2(103)-3216/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar