Məhkəmə qərarları › İş №2(102)-5447/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5447/2019

10.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5447/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli, 2(104)1311/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy rayon məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(042)-551/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.S.Kazımov) İddiaçı1 cavabdehlə r Cavabdeh1 və Cavabdeh4 qarşı “torpaq sahəsinin boşaldılması” barədə iddiası təmin edilərək, 08 iyul 2017-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Gədəbəy şəhərində yerləşən 0,0380 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşadılması qət edilib. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli, 2(104)1311/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gədəbəy rayon məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “torpaq sahəsinin b oşaldılması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, 08 iyun 2017-ci il tarixli Çıxarışa və Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Gədəbəy şəhərində yerləşən 0,0380 ha torpaq sahəsi mülkiyyətindədir. Lakin cavabdehlər torpağa dair heç bir hüquq müəyyənedəci sənədlər olmadığı halda ona məxsus torpaq sahəsini zəb edərək istifadə edirlər. Ona görə də iddia ərizəsinin təmin edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı1 və vəkili X məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1, vəkili X1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, a pellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini zəbt etmələrinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 153.1, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 08 iyun 2017-ci il tarixli Çıxarışa və 08 iyul 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Gədəbəy şəhərində yerləşən 0,0380 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Eyni zamanda “Torpağa mülkiyyət hüququna dair” 03 iyul 2001-ci il tarixli Dövlət aktına əsasən, Gədəbəy rayon AİK-nın 28 avqust 1998-ci il tarixli, 09 saylı qərar ilə Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində yerləşən 1,20 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehlərin və ailə üzvlərinin adlarına qeydə alınıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2018-ci il tarixli ekspert rəyinə, həmçinin Azərbaycan Respublikası ƏMDK-nin yanında daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 iyul 2018-ci il tarixli rəyinə əsasən, mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınan Gədəbəy şəhərində yerləşən 0,0380 ha torpaq sahəsinin sərhədləri müəyyən edilib. Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən mülkiyyət hüququ üzrə cavabdehin və ailə üzvlərinin adına olan 2,20 ha torpaq sahəsi ilə, mülkiyyət hüququ üzrə iddiaçının adına olan 0,0380 ha torpaq sahəsinin hər hansı hissəsinin üst-üstə düşmədiyi müəyyən olunur. Xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0,0380 ha torpaq sahəsi bütünlükdə cavabdehlər tərəfindən tutulub istifadə olunur. Birinci instansiya məhkəməsi Azərbayca n Respublikası Mülki Məcəlləsinin 152, 157, 218ci maddələrinin tələblərinə istinad edərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin Maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin Maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alın malıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1. maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.1. maddəsinə görə, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olmamasını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Ca vabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, işə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə ilə müəyyən olunur ki, cavabdehlər iddiaçıya məxsus olan 0,0380 ha torpaq sahəsi bütünlükdə cavabdehlər tərəfindən tutulub istifadə olunur. Digər tərəfdən İddiaçı1, iddiaçı X2un Cavabdeh1 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin, Dövlət Aktının etibarsız hesab edilməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və dəymiş zərərin əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə tərəf olmadığından və həmin mülki iş üzrə iddia tələblərinin rədd edilməsinə dair Gədəbəy rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 23 dekabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki mülki iş üzrə predyusial əhəmiyyət daşıya bilməz. Daha sonra işdən görünür ki, Gədəbəy şəhərində yerləşən 0,0380 ha torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqlarına” aid olmaqla, 08 iyul 2017-ci il tarixli Çıxarışa və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir və bu gün həmin sənədlər qüvvədədir. Ona görə də Cavabdeh1 kassasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 140, 149.2, 148.2-ci maddəsinin tələbləri baxımından da əsassızdır. Belə ki, həmin maddələrin mənasına görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezu mpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz əmlakın dövlət reyestr indəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, dü zgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli, 2(104)-1311/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar