Məhkəmə qərarları › İş №2(102)-5448/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5448/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5448/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)1173/2020 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin (hakim E.Hümbətov) xx.xx.2019-cu il tarixli, 2(074)-854/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh3 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin X7rşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsi olan fərdi yaşayış evinə dair X1 adına verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, Seriya RX № ******* saylı Çıxarışın, xx.xx.2013-cü il tarixli 2V-241 nömrə ilə qeyd olunmuş vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh1 adına verilmiş Seriya RX № ******* saylı Çıxarışın, xx.xx.2019-cu il tarixdə 2V-7 nömrə ilə qeyd olunmuş vərəsəlik hüququna dair şəhadətnamənin və həmin şəhadətnamə əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş Seriya RX № ******* saylı Çıxarışın ləğv edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,1199 ha torpaq sahəsinə və üzərində olan fərdi yaşayış evinə İddiaçı mülkiyyəti hüququnun bərpa edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, Ş.Abasov, T.Məmmədov) xx.xx.2020-ci il tarixli, 2(105)-1173/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh3 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin X7rşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndi ndə yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına olan ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv olunması və həmin evin üzərində onun mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş **********47-10301 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli 2V-241 nömrə ilə qeyd olunmuş vərəsəlik hüququna dair şəhadətnamənin, Cavabdeh1 adına verilmiş Seriya RX № ******* saylı Çıxarışın, xx.xx.2019-cu il tarixdə 2V-7 nömrə ilə qeyd olunmuş vərəsəlik hüququna dair şəhadətnamənin və cavabdehin adına verilmiş **********47-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışın ləğv olunması və mübahis əli əmlaka onun mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən tamamilə aidiyyəti olmayan qanun normalarını tətbiq etmiş, qanunları səhv təfsir edərək düzgün olmayan nəticəyə gəlmiş və ən əsası, vaxtı ilə cavabdehin mərhum nənəsinin və sonradan atasının mülkiyyətində olmuş, hal-hazırda isə cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsini qanunsuz şəkildə iddiaçının mülkiyyətinə verməklə, torpağın mülkiyyətçisi kimi cavabdehi torpaq üzərində hüququndan məhrum etmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı maddi və prosessual hüquq normaları nın digər pozuntularına da yol verilmişdir ki, bütün bu səhvlər son nəticədə işin nəticəsinə təsir göstərərək qeyri-obyektiv, qanunsuz və əsassız bir məhkəmə qərarının çıxarılmasına səbəb olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şamaxı rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 17 saylı qərarı ilə sahəsi 0,1 (3 ha olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmış və bu torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-210A,kod 41017018 saylı Şəhadətnamə də tərtib olunmuşdur. Eyni zamanda X2 adına verilmiş xx xxxxxx 1990-cıil tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adma kolxozun ərazisində 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi ola n 3 otaqlı yaşayış evi X1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X5 ilə X10 və İddiaçı arasında bağlanılmış xx xxxxx 2006-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti X1 adına verilmiş xx xxxxxx 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında sonuncunun mülkiyyətində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evindən ibarətdir. Başqa sözlə, Şamaxı rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 17 saylı qərarı ilə X3 ayrılmış və bu torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-210A, kod 41017018 saylı Şəhadətnamə əsasında onun mülkiyyətində olan sahəsi 0,13 ha olan torpaq sahəsi (faktiki olaraq 0,129 ha) tərəflər arasında bağlanılmış bağışlama müqaviləsinin predmeti olmamışdır. Məhkəmənin özü də qətnamədə X5 ilə X10 və İddiaçı arasında bağlanılmış xx xxxxx 2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına verilmiş xx xxxxxx 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsi əsasında sonuncunun mülkiyyətində olmuş Şamaxı rayonu, Çuxuryurd kəndi “İliç” adına kolxozun ərazisində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı yaşayış evinin bağışlandığını qeyd etsə də, nədənsə iddia tələbini təmin edərkən həmin fərdi yaşayış evinin yerləşdiyi, lakin yuxarıda göstərilən bağışlama müqaviləsinin predmeti olmayaraq X1 mülkiyyətində saxlanılmış, sonradan isə vərəsəlik qaydasında əvvəlcə cavabdehin mərhum atası C avabdeh1, daha sonra isə cavabdehin mülkiyyətinə keçmiş sahəsi 0,13 ha olan torpaq sahəsini də əsassız şəkildə iddiaçıya vermişdir. Apelyasiya instansiyası məhkəməsi bu dəlillərə nəinki hər hansı hüquqi qiymət verməmiş, həmin hallara mülki-prosessual qanunvericilik normalarına zidd olaraq, ümumiyyətlə qətnamədə toxunmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)1173/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh3, vəkili Vəkil, İddiaçı və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin X8 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmi ş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, fərdi yaşayış evinin üzərində Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(074)-805/2013 saylı qətnaməsi əsasında X1 sahiblik fa ktı müəyyən olunmuşdur. Sözügedən məhkəmə qətnaməsi əsasında evin üzərində X1 mülkiyyət hüququ xx xxxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bundan sonra Şamaxı rayon dövlət notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq olunmuş 2V-211 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında evin üzərində X1 vərəsəsi Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmış və ona xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh1 həmin fərdi yaşayış evini xx xxxxxx 2014-cü il tarixdə Şamaxı rayon DNK-da təsdiq olunmuş 4ə-19 nömrəli bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh3 bağışlamışdır. Lakin, sonradan sözügedən bağışlama müqaviləsi xx.xx.2016-cı ildə Şamaxı rayon notariat kontorunda bağlanmış 3M-234 nömrəli saziş əsasında ləğv edildiyinə görə, fərdi yaşayış evi yenidən Cavabdeh1 adına qeydiyyata alınmış və ona xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə vəfat etdiyinə görə Şamaxı rayon notariat ofisində təsdiq olunmuş 2V-7 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında fərdi yaşayış evi yenidən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bu səbəbdən də iddiaçının mülkiyyət hüququnun qeydə alınması (bərpası) DƏDRX tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsin ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, mübahisəli evin X6 adına qeydə alınmasına əsas olan məhkəmə aktı yuxarı məhkəmə instansiyası tərəfindən ləğv edilərək baxılmamış saxlanıldığından, həmin məhkəmə aktının icrasına dönüş edilmədiyindən, evə dair mülkiyyət hüququ sonuncunun adında qeydiyyatda qalması iddiaçının həmin ev üzərində mülkiyyət hüququnun bərpa edilməsinə maneə yaratmışdır. İddiaçı da bunu əsas gətirərək hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələblərinin təmin edilməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası düzgün olaraq iş materiallarında olan və qanuni qüvvəsini almış məhkəmə aktlarına istinad edərək vurğulamışdır ki, mübahisəli evin X6 adına qeydə alınmasına əsas olan məhkəmə aktı yuxarı məhkəmə instansiyası tərəfindən ləğv edilərək baxılmamış saxlanıldığından, həmin məhkəmə aktının icrasına dönüş edilmədiyindən, evə dair mülkiyyət hüququ sonuncunun adında qeydiyyatda qalması iddiaçının həmin ev üzərində mülkiyyət hüququnun bərpa edilməsinə maneə yaratmışdır. Cavabdehin kasasiya şikayətində dəlil olaraq qeyd etdiyi hallarla bağlı hə r hansı sübuta istinad edə bilməmiş və ya bu barədə kasasiya şikayətinə də hər hansı sübut əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1173/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar