Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-545/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: fərdi əmək mübahisələrinin həllində iddia müddəti; hüququn pozulmasının aşkar edildiyi gün; əmək müqaviləsinin ləğv edilməsi qaydaları; iki və daha artıq əsasla əmək müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə da ir mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2(105)1377/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-də sürücü vəzifəsində çalışmışdır.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli, 58 nömrəli əmri ilə, cəmiyyətdə iş həcminin azalması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur: "xxxx" ASC-nin rəhbərliyinin təqdim etdiyi sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi əsasında həmin müəssisəyə kran sürücüsü vəzifəsinə qəbul olunmuş, onunla bağlanmış əmək müqaviləsinə iş həcminin az olması ilə əlaqədar olaraq kran sürücüsü peşəsinə ehtiyac olmaması səbəbindən xx.xx.2023-cü il tarixli 58 nömrəli əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. ƏƏSMN-nin X1 Sisteminin “Əmək və Məşğulluq” altsistemində iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xx.xx.2023-cü il tarixdə xitam v erilməsi barədə əmək müqaviləsi bildirişinin mövcud olduğu müəyyən edilmişdir. Əmək müqaviləsində müvafiq qeydlərin aparılmadığı, eyni zamanda Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü və 76-cı maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvercilikdə nəzərdə tutulmayan əsasla, habelə bu məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilməsi) maddələrinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Həmçinin, işəgötürən tərəfindən bu Məcəllənin 83.2-ci (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə veri lməlidir) və 172.4-cü (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozulmuş, son haqq-hesab 997,93 manat hesablanmış, lakin iddiaçının işdən çıxdığı gün tam ödənməmişdir. Aşkar olunmuş qanun pozuntularına əsasən işəgötürən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, onun əvvəlki iş yerinə - kran sürücüsü vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün - xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqın ın, mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödədiyi pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1986-cı il tarixdən cavabdeh müəssisədə sürücü-maşınist işləyir. İşlədiyi dövrdə o, Rusiya Federasiyasına ezam olunmuş, oradan lazım olan avtokranı müəssisəyə gətirmiş və bu zaman avtokranın mühərrik sisteminin yenilənməsi üçün öz vəsaiti hesabına 1100 ABŞ dolları vəsait xərcləmişdir. Həmin avtokran ötən illər ərzində müəssisənin istismarında olmuşdur. 2015ci ildə tərəflərin razılığı ilə əmək münasibətlərinə xitam verilmiş və xx.xx.2019-ci il tarixdən yenidən müddətsiz əmək müqaviləsi bağlanmaqla müəssisədə kran sürücüsü peşəsinə qəbul olunmuşdur. 2023-cü ilin ikinci yarısında müəssi sədə iş həcminin azalması səbəbindən işəgötürən onu ödənişsiz məzuniyyətə göndərmək istədiyini bildirmiş, o isə bunun qarşılığında ötən dövrdən yığılmış əmək məzuniyyətinə çıxmaq istədiyini bildirmiş və rəsmən xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdən artıq əmək məzuniyyətində olduğunu hesab etmişdir. Bundan sonra məzuniyyətdə olduğu dövrün əmək haqqı tələbi ilə cavabdeh müəssisəyə müraciət etmiş, onlar isə işçi kimi onunla əmək müqaviləsinə xitam verildiyini bəyan etmişlər. O, bu xəbəri eşidən kimi dərhal aidiyyəti dövlət qurumlarına, o cümlədən X4 Xidmətinə müraciətlər etmişdir. Müfəttişlik müraciətləri əsasında araşdırma aparmış və cavabdehin əməlində işçi olaraq ona münasibətdə kobud qanun pozuntularını aşkar etmiş, əmək müqaviləsinə xit am verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv olunması, eləcə də yol verilmiş digər pozuntuların aradan qaldırılması üçün göstəriş vermiş, həmçinin cavabdeh müəssisə barədə AR İXM 192.4 və 192.6-cı maddələrinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə inzibati protokol tərtib etmişdir. Lakin, cavabdeh bunları nəzərə almamış, onun pozulmuş hüquqlarını bərpa etməmişdir.
6. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, cəmiyyətin iş həcminin az olması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən işə xitam verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında X4 tərəfindən araşdırılma aparılmış, xx.xx.2023ci il tarixli qərara əsasən son haqq-hesab ödənilmişdi r. Həmçinin iddiaçı əmək müqaviləsinin bərpa olunması məqsədilə xx.xx.2024-cü il tarixdə müəssisəyə dəvət olunmuş, lakin o yeni əmək müqaviləsinin bağlanmasına etirazını bildirərək, şifahi qaydada qeyd etmişdir ki, artıq onlarla işləmək istəmir və başqa bir təşkilatda işləyir. Etiraz etdiyi üçün iddiaçıdan yazılı izahat tələb olunsa da, iddiaçı bunu verməkdən imtina etmişdir. Bu səbəbdən cəmiyyətin kollektivi tərəfindən iclas təşkil olunmuş, aidiyyəti akt və protokol tərtib edilmişdir. İddiaçı həmin sənədlərə də imza atmaqdan imtina etmiş, bu səbəbdən sənədlərin bir nüsxəsi və digər sənədlər iddiaçının ünvanına göndərilmişdir.
7. Cavabdeh həmçinin məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən fərdi əmək mübahisələrinin həlli üçün q anunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
8. İddiaçı məhkəmənin hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024cü il tarixdə məzuniyyət pulunun verilməsi üçün cavabdehə müraciət etmiş, müdir isə bir neçə aya ona pulun veriləcəyini bildirmişdir. Bundan sonra o işlə təmin olunması üçün məşğulluq orqanına müraciət etmişdir ki, onu işlə təmin etsinlər. Bu zaman ona məzuniyyət pulunu alması üçün X3 və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X3 müraciət edəndə ona bildirilmişdir ki, işdən çıxarılıb. Hazırda işə bərpa olmaq istəmədiyini, müəssisənin maşınına çəkdiyi 750 dollar xərci və işsiz qaldığı müddətlə bağlı kompensasiyanı tələb edir.
9. Cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında verdiyi izahatında, iddiaçının işə bərpa olmaq istəmədiyin i, maşına çəkdiyi xərci tələb etdiyini bildirmiş və qeyd etmişdir ki, məzuniyyət pulunu artıq ödəmişlər.
10. Hazırlıq iclası iddia tələbinin dəqiqləşdirilməsinə şərait yaradılması məqsədilə təxirə salınmışdır.
11. İddiaçı etiraza münasibət ünvanlayaraq bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Belə ki, o işdən çıxarılması ilə bağlı cavabdeh müəssisəyə müraciət etməmiş, eləcə də işdən çıxma barədə ərizəni imzalamamışdır.
12. Bundan sonra, iddiaçı ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə xx.xx.2024-cü il tarixinin onun hüququnun pozulduğunu aşkar etdiyi gün kimi qiymətləndirilməsini xahiş etmişdir.
13. Cavabdeh müddətin üzrlü hesab edilməsinə dair ərizəyə e tiraz ünvanlayaraq bildirmişdir ki, müddətin axımı xx.xx.2023-cü ildən hesablanmalıdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3462/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış «Əmək müqaviləsinə xitam verilməsi barədə» 58 nömrəli, xx.xx.2023-cü il tarixli əmr ləğv edilmiş, iddiaçı kran sürücüsü vəzifəsinə işə bərpa edilmiş, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əmrin tarixini səhv - xx.xx.2023-cü il göstərsə də, əmrin surəti ona təqdim olunmadığından, eyni zamanda iddia ərizəsinin məzmunundan idd iaçının niyyətinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə yönəldiyi aydın olduğundan iddia tələbi həmin hissədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi kimi qəbul edilməlidir. 16. xx.xx.2023-cü il tarixli həmin əmr əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla qanunsuzdur. Belə ki, sözügedən əmrdə qanunverciliyin əmək müqaviləsinə xitam verilməsinə əsas olan hər hansı maddəsinə istinad edilməmişdir. İşçinin işdən çıxarılmasının əsası kimi iş həcminin azalması göstərilmişdir. Halbuki, əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi belə bir müstəqil əsas nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı ilə bağlanmış əmək müqaviləsində həmin əsasın əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi nəzərdə tutulması ba rədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
17. Eyni zamanda işdə olan X4 Xidməti Abşeron-Xızı regional şöbəsinin iddiaçıya ünvanladığı məktubun məzmunundan görünür ki, “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən sözügedən əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin mövcud olduğu müəyyən edilmişdir.
18. Göründüyü kimi, cavabdeh müəssisə mübahisələndirilən əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi “müəssisədə iş həcminin azalması” halına istinad etsə də, X2 tamamilə başqa əsas – “tərəflərin qarşılıqlı razılığı”, yəni Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad etmişdir.
19. Halbuki, iddi açı nəinki işdən çıxarılması barədə cavabdehə hər hansı ərizə ilə müraciət etməmiş, onun əmək müqaviləsinə xitam verilməsindən xəbəri olmamış, bu barədə Məşğulluq Xidmətindən və X4 Xidmətindən öyrənmişdir. Bu səbəbdən, əmək qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmiş xx.xx.2023-cü il tarixli əmr ləğv edilməlidir.
20. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaya etirazını yalnız iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmış, mübahisələndirilən əmrin qanuni və əsaslı olması barədə hər hansı sübuta istinad etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir.
21. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixli əmr hal-hazıradək iddiaçıya təqdim edilməmişdir. Bunun əksinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddia ərizəsinin xahiş hissəsində əmri n tarixinin yanlış göstərilməsi də sözügedən əmrin iddiaçıya təqdim edilməməsini təsdiq edən hallardan biridir.
22. Lakin iş materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən işdən çıxarılmasından məlumatlı olmuşdur. Belə ki, onun X4 Xidmətinə yazdığı həmin tarixli ərizənin məzmunundan görünür ki, ərizədə İddiaçı razılığı olmadan işdən çıxarılması barədə həmin xidmətə müraciət etmişdir. İddia müddətinin başlanğıcı həmin tarixdən hesablandığı halda iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Lakin məhkəmə iddiaçı tərəfin iddia müddətinin bərpa edilməsi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti bərpa edilməlidir.
23. Məhkəmə iddia müddətinin bərpa edilməsinə nəticəsinə gələrkən ilk növbədə iddiaçının əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən ç ıxarılmasını nəzərə almışdır. Digər tərəfdən, iddiaçı X4 Xidmətinin cavab məktubunu aldıqdan sonra işdən çıxarılmasının qanunsuz olduğunun dövlət orqanı tərəfindən təsdiq edildiyini bilmiş, nəticədə işə bərpa edilməklə əmək hüquqlarının bərpa ediləcəyini güman etmişdir.
24. Belə ki, hər iki tərəf sözügedən məktubu 2024-cü ilin yanvar ayının sonunda almış, cavabdeh X4 Xidmətinin müvafiq məktubu ilə əlaqədar xx.xx.2024-cü il tarixdə iddiaçını müəssisəyə dəvət etmişdir. Lakin həmin vaxt əvvəlki ayların əmək haqlarının ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq olmuş, nəticədə İddiaçı işə bərpa edilməmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə (SS884907955AZ saylı göndəriş) cavabdeh müəssisəyə mediasiya təklifi ünvanlamış, xx.xx.2024-cü il tarixdə (SS884922198AZ saylı göndəriş) isə mediasiya prosesinin həyata keçirilməsi üçün 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir.
25. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmaqla işçi ilə əmək münasibətlərinə xitam verdiyindən iddia tələbi İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu tarixə qədər məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi hissəsində də təmin edilməlidir.
26. Eyni zamanda məhkəmə cavabdehin iddiaçının 2023-cü ilin iyun ayından öz hesabına məzuniyyətdə olması barədə dəlilləri ilə əlaqədar bildirmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi məzuniyyətdə olan şəxslərin əmək müqaviləsinə xitam verilməsini qadağan edir.
27. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 2, 68, 70, 75, 296, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsində icraat
28. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri aşağıdakı kimi olmuşdur: 1) Birinci instansiya məhkəməsi iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən məlumatsız olduğu qənaətinə gəlsə də, cavabdeh iddiaçını bu barədə vaxtında məlumatlandırmış, əmək kitabçası və aidiyyəti sənədləri onun ünvanına göndərmiş, iddiaçı özü isə bunu məhkəmə iclasında etiraf etmişdir. 2) İddiaçı iddia ərizəsində işə bərpa edilməsini xahiş etsə də, məhkəmə iclaslarında verdiyi izahatlarında istəyinin işə bərpa olmaq deyil, kran üçün çəkdiyi xərcin ona qaytarılması olduğunu bildirmişdir. Birinci instan siya məhkəməsi isə iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasını təxirə salsa da, növbəti iclaslarda tələbin dəqiqləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirməmişdir. 3) Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin ötməsi ilə bağlı verdiyi ərizəyə qiymət verməmiş, 9 ay keçməsinə baxmayaraq əsassız olaraq iddia müddətini bərpa etmişdir.
30. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin barəsində inzibati xəta haqqında protokollar tərtib edildikdən sonra, iddiaçı müəssisəyə dəvət olunaraq onunla yenidən əmək müqaviləsi bağlanılması təklif edilmiş, cavabdehin ötən dövr üçün ödəniş etməkdən imtina etməsi səbəbindən, iddiaçı yeni müqavilə bağlamaqdan imtina etmişdir. Həmçinin, iddiaçı əmək kitabçasını hələ də iddiaçıya verməmi şdir ki, bu səbəbdən iddia müddətinin axımı davam edir.
31. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı əmək kitabçasını götürməkdən imtina etdiyi üçün, həmin sənəd poçt vasitəsi ilə ünvanına göndərilmiş, evdə olmadığı üçün göndəriş geri qayıtmışdır. Bu barədə poçt qəbzi də mövcuddur.
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1377/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir (hakimlər: İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Zaur Məmmədov).
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsilə razılaşmayaraq mövqeyini belə əsaslandırmışdır ki, 20 may 2024-cü i l tarixli hazırlıq iclasında iddiaçı izahatı ilə işə bərpa olunmaq istəməməsini bildirsə də, məhkəmə tərəfindən həmin iclasda iddiaçıya iddiaya dəqiqləşmə təklif edilmiş, lakin sonrakı iclaslarda bu məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir. Məhkəmə iclaslarının audio-video yazılarından da aydın olur ki, iddiaçı işə bərpa olunmaq istəmir, həmçinin bununla bağlı cavabdeh tərəfindən iddiaçıya yeni əmək müqaviləsi bağlamaq təklif edilsə də, iddiaçı cavabdehlə işləmək istəmədiyini qəti şəkildə bildirmişdir. İddiaçının izahatından aydın olur ki, o, qanunsuz işdən çıxması ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2023cü il tarixli məktubu ilə cavabdehə xx.xx.2023-cü il tarixli 58 nömrəli əmək müqaviləsinə xitam verilməsi əmrinin 20 gün müddəti ndə ləğv olunması barədə göstəriş verilmiş, cavabdeh qeyd edilən göstərişlə əlaqədar iddiaçını xx.xx.2024-cü il tarixdə müəssisəyə dəvət etmiş, lakin iddiaçı onlarla işləmək istəmədiyindən işə bərpa edilməkdən imtina etmişdir (xx.xx.2024-cü il tarixli hazırlıq iclasının 06:48-ci dəqiqəsi).
34. Qeyd edilən halı təsdiq edən digər sübut olan iş materiallarındakı xx.xx.2024-cü il tarixli aktdan da görünür ki, cavabdehin əməkdaşları İddiaçı işə bərpa edilməsinə etiraz etməsi, başqa təşkilatda işləməsini akt tərtib edərək təsdiq etmişlər (i/v 22). Həmin tarixli iclasın 7-ci dəqiqəsində də iddiaçı izahatında iddia ərizəsi verərkən işə bərpa olunmaq deyil, onun tərəfindən krana qoyulmuş xərcin əvəzinin cavabdeh tərəfindən ödənilməsini istəməsi olduğunu bildirmişdir.
35. Göründüyü kimi, iddiaçı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərkən əsas məqsədi işə bərpa olunmaq deyil, krana qoyulmuş xərcin ödənilməsi olmuşdur. Bu səbəbdən iddiaçının işə bərpa olunmaq istəməməsinə baxmayaraq, həmin iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadə sayılmalıdır.
36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, X4 Xidməti tərəfindən iddiaçının işdən çıxması qanunsuz hesab edildiyindən xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2024-cü il tarixdən cavabdeh müəssisədə işləməyə dəvət olunsa da, o işləmək istəmədiyini bildirmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixli Akt tərtib olunsa da, iddiaçı məhz xx.xx.2024-cü il tarixdən işə bərpa olunmağı üçün dəvət olunduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılması barədə hüquqlarının pozulmasını bilsə də, işləmək istəmədiyini qeyd etmişdir. Buna görə də iddiaçı tərəfindən ötürülmüş iddia müddəti bərpa edilməməlidir.
37. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4-cü, Əmək Məcəlləsinin 296-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayətinin ilkin dəlilinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçası hal-hazıradək ona təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi əmrin və əmək kitabçasının poçt vasitəsilə iddiaçıya göndərildiyini bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, iddia müddətinin ötürüldüyü qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi qanunverciliyin tələbini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyivə ya əmrin (sərəncamın, qərarın) işçinin X2 yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
40. Kassatorun digər dəlilinə görə, mübahisələndirilən əmrdə onun işdən çıxarılmasının əsası kimi “müəssisədə iş həcminin azalması” göstərilsə də, X1 Sisteminə başqa əsas – Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə müvafiq olaraq “tərəflərin qarşılıqlı razılığı” qeyd edilmişdir. Halbuki, iddiaçının onunla bağlanmış müqaviləyə xitam verilməsindən xəbəri olmamış, bu barədə müvafiq qurumlara müraciət edərkən öyrənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı təqdim edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Etiraz cavabdehin iddia ərizəsinə qarşı verdiyi etiraza, eləcə də apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
43. Maddə 76, 1-ci hissə: İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
44. Maddə 76, 2-ci hissə: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
45. Maddə 296, 1-ci hissə: Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
46. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
47. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyivə ya əmrin (sərəncamın, qərarın) işçinin X2 yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçini n məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yaran dığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, qanunsuz işdən çıxması ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, sonuncunun xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması barədə göstəriş verilmiş, cavabdeh qeyd edilən göstərişlə əlaqədar iddiaçını xx.xx.2024-cü il tarixdə müəssisəyə dəvət etmiş, lakin iddiaçı işə bərpa edilməkdən imtina etmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılması barədə hüquqlarının pozulmasını bils ə də, işləmək istəmədiyini qeyd etmişdir.
58. Məlum olduğu kimi, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
59. İddiaçı isə hüququnun pozulduğunu bildiyi halda 1 aylıq müddət ərzində məhkəməyə müraciət etməmiş, yalnız işdən azad edildikdən 9 ay sonra, xx.xx.2024-cü il tarixdə işə bərpa haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhk əməsi haqlı olaraq, iddiaçı tərəfindən ötürülmüş iddia müddətinin bərpa edilməməli olduğu qənaətinə gəlmişdir.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməs in. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1377/2023 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.