Məhkəmə qərarları › İş №2(102)-5450/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5450/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5450/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili X4, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)1188/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tə rəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(012)4145/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağ evindən çıxarılma” tələbinə dair ilk iddiasının təmin edilərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən bağ evindən çıxarılması, iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, T.Quliyev, G.Tağızadə) xx.xx.2020-ci il tarixli, 2(105)-1188/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhk əməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-4145/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “bağ evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən bağ evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, onun Abşeron rayonu, Novxanı kəndi, Sabit Orucov küçəsi, 1319 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən sübutları, iş materiallarını tam araşdırmadan, Azərbaycan Respublikası MPM-nin bu barədə olan 14.2-ci maddəsinin tələbini pozmuş, faktlara deyil, formal mülahizələrə əsaslanaraq belə bir qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 222 saylı Qərarı ilə İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində-ünvan 2 ünvanında 2 mərtəbəli 3 otaqlı ev tikmişdir. Elə həmin evə mən gəlin gəldikdən sonra, yəni xx.xx.2016-cı ildə daşınmaz əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət hüququ əsasında cavabdeh- qayınatası İddiaçı Lətif oğlunun adına dövlət qeydiyyatına alınmışdır. O, X3 ilə xx.xx.2015-ci ildə rəsmi, nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuş, ilkin iddia üzrə İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon,ev 20/33 -də 2 otaqlı 8 saylı mənzili kirayə verdiyindən, onların razılığı ilə Abşeron rayonu, Novxanı kəndi, Sabit Orucov küçəsi, 1319 saylı evə gəlin gətirilmiş və cehizlərini həmin evdə yerləşdirərək onlarla birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Həmin evdə yaşayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-cı il təvəllüdlü X5 adlı övladları doğulmuşlar. 2-ci uşağa hamilə olmasına baxmayaraq ilkin idd ia üzrə iddiaçı «bağ evindən çıxarılma» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, işə məhkəmədə baxılan zaman ilkin iddiaçı onun hamiləliyi ilə əlaqədar həkimə müayinəyə getməsindən istifadə edərək 2020-ci ilin fevral ayının 7-də qapının qıfılını dəyişmiş və həmin vaxtdan körpə uşaqlarla onu evə buraxmamış, hətta 1-ci qrup əlil olan həyat yoldaşının da onlarla görüşməsinə imkan vermir. 2-ci uşağa hamilə olmasına baxmayaraq ilkin iddia üzrə iddiaçı «bağ evindən çıxarılma» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, işə məhkəmədə baxılan zaman ilkin iddiaçı onun hamiləliyi ilə əlaqədar həkimə müayinəyə getməsindən istifadə edərək 2020-ci ilin fevral ayının 7-də qapının qıfılını dəyişmiş və həmin vaxtdan körpə uşaqlarla onu evə buraxmamış, hətta 1-ci qrup əlil olan həyat yoldaşı nın da onlarla görüşməsinə imkan vermir. O, ilkin iddia üzrə iddiaçının rəsmi nikahlı gəlinidir, 4 yaşlı və 5 aylıq-2 körpə uşaqla yaşamağa yeri yoxdur. Hesab edirlər ki, məhkəmə iddianı təmin edərkən uşaqların müəyyən yaş həddinə çatana kimi evdə yaşamalarına möhlət verə bilərdi. Qeyd olunanlara əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1188/2020 nömrəli qətnaməsinin ləğv iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddi açı və vəkili X1 şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-1188/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı məxsus mənzildə heç bir hüquqi əsas olmadan yaşayır. Cavabdeh İddiaçı məxsus olan mənzildə heç bir hüquqi ə sas olmadan yaşamasını İddiaçı qanuni maraqlarını pozması kimi qiymətləndirilir və belə olan halda İddiaçı öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək hüququ vardır. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus evdə hüquqi əsas olmadan yaşaması sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də Cavabdeh Abşeron rayonu, Novxanı kəndi, Sabit Orucov küçəsi, 1319 ünvanında yerləşən bağ evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsind ə birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüquq u olan şəxsləri ehtiva edir. İş materiallarından da göründüyü kimi qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğlu X3 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və mübahisəli bağ evinə gəlin köçmüşdür. Sözü gedən mənzil iş materiallarından və işin mübahisə edilmiyən hallarından da göründüyü kimi, iddiaçı ora köçməmişdən qabaq İddiaçı tam mülkiyyətindədir. Belə olan halda mübahisələndirilən evə Cavabdeh heç bir istifadə hüququ yarana bilməz. Mübahisələndirilən yaşayış evinə Cavabdeh hər hansı bir istifadə hüququnun olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyinə görə sonuncunun həmin evə istifadə hüququnun verilməsi qeyri-mümkündür, əks halda İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan və təminat verilən “mülkiyyət hüququ” kob ud şəkildə pozulmuş olacaqdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər əsasında kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, apelyasiya kollegiyası mübahisəyə mülkiyyət hüquqlarının pozuntulardan qorunması prinsipindən yanaşmaqla mübahisə üzrə düzgün hüquqi mövqedə olmuş, cavabdehin həmin mənzillə bağlı hər hansı hüququnun olmamasını düzgün müəyyən etmişdir. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəb ul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Həmin M əcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)1188/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar