Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5454/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-348/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev, iş 2(026)-200/2019) İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 9750 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qal an hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.G.Rəhimov, G.F.Tağızadə və T.O.Quliyev) cavabdehin apelyasiya şikayəti təmin edilərək Qobustan Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1la 2017-ci ilin əvvəllərində tanış olmasını və sonuncunun ona ailə həyatı qurmalarını təklif etdikdən sonra avtomobil almaq üçün ondan 8500 manat (5000 ABŞ dolları) məbləğində, toy xərcinin ödənilməsi üçün 1250 manat, daha sonra 800 manat və yaşadıqları mənzilin kirayə haqqını ödəmək üçün yenə də 320 manat məb ləğində borc almasını, lakin bir müddət birgə yaşadıqdan sonra evə gəlməməsini əsas göstərməklə Cavabdeh1 onun xeyrinə 10.820 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddi açının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı müxtəlif vaxtlarda və müxtəlif məqsədlər üçün Cavabdeh1 cəmi 10.820 manat məbləğində borc verməsini iddia etsə də məhkəməyə bunu təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbay can Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin normaya əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi o zaman yarana bilərdi ki, borcun verilməsi sübuta yetirilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi iddiaçı tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Borcu n verilməsini təsdiq edən şahidlər X4 və X1 borcun verilməsində bilavasitə iştirak etmədikləri üçün məhkəmə kollegiyası onların ifadələrini borcun verilməsini təsdiq edən sübut kimi qəbul etməmişdir. Digər şahid X2 isə iddiaçının xalası qızı olduğundan məhkəmə kollegiyası onun ifadəsini inandırıcı saymamışdır. İddiaçı izahatında onun şikayəti əsasında polis orqanında aparılan araşdırma zamanı cavabdehin ondan borc almasını etiraf etdiyini bildirsə də, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı bu öz təsdiqini tapmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Re spublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5454/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5454/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver