Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5455/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARİ i(Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ) 19.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1223/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, xx.xx.2009-cu il tarixdə iddiaçının anası X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (bundan sonra – mübahisəli fərdi yaşayış evi) köçmüşdür. xx.xx.2011-ci il tarixli fərdi yaşayış evindən payın bağışlama müqaviləsinə əsasən mübahisəli fərdi yaşayış evi X5 tərəfindən iddiaçıya və X4 bağışlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən frdi mübahisəli yaşayış evinin 0,03424 hektar torpaq sahəsində yerləşən 147,3 kvadrat metr ümumi, 83,7 kvadrat metr yaşayış sahəsi X1, 0,04576 hektar torpaq sahəsində yerləşən 143,3 kvadrat m etr ümumi, 68 kvadrat metr hissəsi isə iddiaçının paylı mülkiyyətindədir. İddiaçı və cavabdeh mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarının - xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X6 Cavabdeh yanında saxlanılmaları və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 160 manat alimentin tutulması qət edilmişdir. Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən tərəflər arasında bağlanmış nikah xx xxxx 2019-cu il tarixdə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlə birgə himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü xb və xx.xx.2013-cü il təvəllüdlü xcnın qeyd olunan ünvandakı yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Cavabdeh ailə qurarkən mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü xb və xx.xx.2013-cü il təvəllüdlü xc adlı iki övladları vardır. 2017-ci ildən İsveç Krallığına gedərək orada işləmiş və hər ay ailəsi üçün pul göndə rmişdir. Bir müddət sonra cavabdeh onun xəbəri olmadan məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarının cavabdehin yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay hər uşağa görə 160 manat alimentin tutulması qət edilmişdir. Cavabdehlə aralarında nikah pozulduğuna görə, onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və qeyd olunan yaşayış sahəsindən çıxarılması qənaətinə gəlmişdir. Qeyd olunan fərdi yaşayış evi xx.xx.2011-ci il tarixədək mülkiyyət hüququ əsasında onun anası X2 məxsus olmuşdur.x44 həmin evi bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin iddiaçıya məxsus olan mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehin və onun himayəsində olan xb və xc həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbi təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, L ətifə Məmmədova, Telman Quliyev) xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsindən görünür ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2011-ci ildə iddiaçıya və onun qardaşı Y.Muxtarova bağışlanmış və onların mülkiyyətinə keçmişdir. Cavabdeh iddiaçının ailə üzvü kimi həmin vaxt fərdi yaşayış evinə istifadə hüququ əldə etmişdir. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdurs a, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında nikah məhkəmə qətnaməsinə əsasən xx xxxx 2019-cu il tarixində pozulmuşdur. Yəni, həmin vaxtdan etibarən tərəflər arasında a ilə münasibətlərinə xitam verilmişdir. Belə olan halda cavabdeh iddiaçının keçmiş ailə üzvü olmaqla mübahisəli yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Cavabdehin nümayəndəsi cavabdehin başqa yaşayış yeri olmadığını və mübahisəli evə ehtiyacının olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəflər nikahda olduqları dövrdə mübahisəli evin həyətində cavabdehin vəsaiti hesabına əlavə otaqlar inşa edildiyini bildirsə də, həmin otaqların məhz cavabdehin vəsaiti hesabına inşa edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hətta həmin otaqların cavabdeh tərəfindən inşa edildiyi sübut edilərsə belə, bu hazırda mübahisənin mahiyyətinə təsir edə bilməz. Belə ki, iddiaçı ca vabdehin mübahisəli yaşayış sahəsində yerləşən ümumi sahəsi 143,3 kvadrat metr, yaşayış sahəsi 68 kvadrat metr olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Həmin fərdi ev isə iddiaçıya bağışlanma müqaviləsinə əsasən bağışlanmışdır. Belə ki, Mülki Məcəlləyə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Məhkəmə qeyd etmişdir ki, həmin yaşayış sahəsi iddiaçıya bağışlandığından ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməz. Əgər cavabdeh yaşayış sahəsinə əsaslı vəsait qoyduğunu iddia edirsə, bununla bağlı çəkdiyi xərcləri iddiaçıdan tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxa rıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayı ş yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları itirildiyi üçün onunla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan şəxslər xx.xx.2012-ci il təvəllüdlü xb və xx.xx.2013-cü il təvəllüdlü cxə də onunla birlikdə yaşayış sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticən i düzgün hesab etmişdir. Çünki tərəflər arasında nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqlar analarının yanında saxlanmışlar. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstələnlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə ola raq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcə lləsi: Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbayca n Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarı: “...Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam ası ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1223/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov