Məhkəmə qərarları › İş №2(102)-5457/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5457/2021

23.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5457/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh: Qusar rayon Bədişqala kənd tam orta məktəbinin direktoru Cavabdeh və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli, 2(105)-1118/2021 saylı qətnaməsindən cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinin və üçüncü şəxs Qusar Rayon Təhsil Şöbəsinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinə qarşı “işə bərpa, əmək haqqının, müavinətin və dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, işəgötürənin 28 iyul 2020-ci il tarixli, 27 saylı əmrinin ləğv edilməsi, iddiaçıya məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, habelə xəstəliyə görə müavinət ödənilməklə iddiaçının cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Qusar Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılıb. Cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbi və üçüncü şəxs Qusar Rayon Təhsil Şöbəsi ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə İddiaçı Quba rayonunda “Covid-19” xəstəliyindən vəfat edib. Kassasiya instansiyası məhkəməsi, mülki iş materiallarını öyrənib hesab edir ki, aşağıdakılara görə iş üzrə tərəflərdən biri olan İddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edil ərək icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehdə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləyib və hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, “işə bərpa, əmək haqqının, müavinətin və dəymiş zərərin əvəzinin ödənilməsi”ni iddia edir. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1, 417.1.5-ci maddələrində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə tərəflərdən biri olan iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 409-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı cavabdeh Qusar rayon Bədişqala kənd tam orta məktəbinə qarşı “işə bərpa, əmək haqqının, müavinətin və dəymiş zərərin əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə tərəflərdən biri olan İddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 22 aprel 2021-ci il tarixli, 2(105)-1118/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar