Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5457/2022 23.09.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7757/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: Cavabdeh X (Vəkil2 tərəfindən tərtib edilmiş) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7757/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Cavabdeh Tib Məqburə Bahəddin qızının kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilməmişdir. MPM-nin 404-1.2-ci maddəsinə görə, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəll ənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən MPM-nin 404-1.1, 404-1.2, 407.4, 408.1.1, 408.1.3, 408.1.5, 408.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh X Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7757/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya
Məhkəmə qərarları › İş №2(102)-5457/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5457/2022
23.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver