Məhkəmə qərarları › İş №2(102)-5458/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5458/2019

08.08.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5458/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli 2(104)-3674/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Q.Mustafayev, iş № 2(062)-1681/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilərək cavabdehlərin uşaqları ilə birlikdə iddiaçıya məxsus N küçəsində yerləşən Texniki Peşə Məktəbinə məxsus binanın 9 saylı mənzilindən çıxarılmaları və onların həmin mənzilə qanunsuz müdaxilələrinə son qoyulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ş.Muradov, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Tovuz rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N küçəsində yerləşən Texniki Peşə Məktəbinin 9 saylı mənzili 30 aprel 1987-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. 2018-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə 3 il əvvəl ona mə xsus mənzilə daxil olub oranı tərk etməkdən boyun qaçırmalarını əsas göstərməklə cavabdehlərin uşaqları ilə birlikdə ona məxsus mənzildən çıxarılmaları və onların mənzilə qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək mübahisəli mənzili 10.000 manata alıb onun təmirinə də bir o qədər vəsait sərf etməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfi ndən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus mənzilə girərək oranı könüllü tərk etməkdən boyun qaçırırlar. Cavabdehin kassasiya şikayətində mübahisəli mənzilin onun tərəfindən Elmira Əliyeva adlı şəxsdən alınması iddia olunsa da işdə bunu təsdiq edə bilən heç bir sübut yoxdur və Elmira Əliyevanın mübahisəli mənzilə heç bir aidiyyəti yoxdur. Mübahisəli mənzil indiyə kimi iddiaçının mülkiyyətindədir və o, cavabdehlərin həmin mənzilə özbaşına girmələrini iddia edərək oradan çıxarılmalarını tələb edir. Kollegiya hesab edir ki, cavabdehlər heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından onların həmin mənzildən çıxarılmaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin müddəalarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərlə əlaqədar kollegiya iddia tələbini və onun təmin olunmasını qanuni və əsaslı sayır. Qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar