Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5458/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması və istifadə hüququnun itirilmiş hesab olunmasıtələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apelyasiya şikayətinin məzmunu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştiraki ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2470/2020 nömrəli qərardad ından Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2202/2020 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı ASC-nin iddiası təmin edilərək, Cavabdeh ünvan 1 mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, onun əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2202/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2470/2020 nömrəli qərardadı ilə (ha kim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2202/2020 nömrəli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətində giriş və xahiş etdi hissələrdə qətnamənin tarixi düzgün qeyd olunmasa da, məhkəmə bunu texniki səhv kimi qəbul edə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili xxx oğlu kasasiya şikayətinə etiraz edərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan Cavabdeh ape lyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, şikayətin giriş və xahiş hissələrində qətnamənin tarixini xx xxxx 2020-ci il əvəzinə, xx xxxx 2020-ci il göstərmiş və bununla barəsində apelyasiya şikayəti verilən qətnamənin qəbul edilmə tarixi düzgün göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən apelyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsiiş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətindəapelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məcəllənin 366.4-cü maddəsinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kasasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində apelyasiya şikayətinin mümkünlüyünü yoxlamış və həmin şikayət Azərbaycan Respublikası MPM-in 361.1.3-cü maddəsinin tələblərinə uyğun olmadığından, apelyasiyanı qeyri-mümkün hesab etmişdir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu əsassız və formal hesab etmişdir. Belə ki, apelyasiya şikayətinin məzmunun ilə bağlı qanunun göstərişlərinin pozulması məhkəmə tərəfindən texniki səhv kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası xüsusən qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi apelyatora izah etmişdir ki, onun Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə uyğun olaraq göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apelyasiya şikayəti vermək hüququ vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apelyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kasasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2470/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5458/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5458/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver