Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-546/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının Q Ə RARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə, habelə Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.Tağıyev) İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh 4000 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Rəhimov, hakimlər G.Tağızadə və T.Quliyev) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası m əhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatında Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yu xarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Quba rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq olunmuş borcun etiraf edilməsi barədə xx xxxx 2017-ci il tarixli müqavilədən görünür ki, borclu Cavabdeh etiraf edir ki, İddiaçı 4000 manat borc almışdır. Həmin borcu bu tarixdən xx xxxxx 2018-ci il tarixinədək hər ay 400 manat olmaqla (10 ay x 400 manat=4000 manat) ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əş yalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Həmin Məcəllənin 442-ci mad dəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunmuş müqavilədən və işin faktiki hallarından görünür ki, tərəflər arasında borc mübnasibətləri yaranmış və onlar bu münasibətləri borcun etiraf edilməsi barədə xx xxxx 2017-ci il tarixli müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqaviləyə əsasən borclu Cavabdeh etiraf edir ki, İddiaçı 4000 manat borc almışdır. Həmin borcu bu tarixdən xx xxxxx 2018-ci il tarixinədək hər ay 400 manat olmaqla (10 ay x 400 manat=4000 manat) ödəyəcəkdir. Lakin İddiaçı həmin müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh bunu etməmiş, yəni 4000 manat məbləğində pulu xx xxxxx 2018-ci ilədək kreditora qaytarmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi yetirə yetirmədiyinə görə müqavilədə göstərilən borc ondan tutulmalıdır. Qarşılıqlı iddiaya gəlincə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası 4000 manat borca görə 11114 manat dəyərində qızılzinət əşyalarının girov qoyulmasını ağlabatan hesab etmir. Bundan başqa, qüvvədə olan qanunvericiliyə görə əşyanın girov qoyularaq borc götürülməsi mümkündür və bu barədə normalar mövcuddur. Cavabdeh isə bu hüququndan istifadə etməmiş və 11114 manat dəyərində əmlaka dair girov əməliyyatını notarial qaydada rəsmiləşdirməmişdir, halbuki ondan fərqli olaraq İddiaçı verdiyi cəmi 4000 manat borca görə qeyd edilən müqaviləni bağlamışdır. Beləliklə də, 11114 manat dəyərində qızıl-zinət əşyalarının girov qoyulması barədə işdə hər hansı mötəbər sübut növü olmadığından məhkəmə kollegiyası bu iddianı əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-546/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-546/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver