Məhkəmə qərarları › İş №2(102)-546/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-546/2025

25.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-546/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs X4) qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1322/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Abşeron rayon İcra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 1/6/1567 saylı məktubundan görünür ki, İddiaçı Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********41 reyestr nömrəli çıxarışı ilə Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş birmərtəbəli fərdi yaşayış evinin (80 kv metr) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən bu şərtlər daxilində razılaşdırılmışdır: 1.Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın;

2. Tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun; 3.Tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH başçısı Aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtl ər vətəndaş tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun ailə üzvlərinin, cavabdehlə birlikdə yaşayan digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar və sair daşınar əşyaları) ilə birlikdə Hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən 23 oktyabr 2019-cu il tarixli **********41 reyestr, **********5 qeydiyyat nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilin in (həmçinin qanunsuz çəkdiyi elektrik xətti də daxil olmaqla) onun hesabın sökülməsi (qanunsuz olaraq yararsız hala saldığı elektrik xəttinin bərpası təmin edilməklə), ödənilmiş 100,4 manat məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən tutulması ilə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o və həyat yoldaşı Elçin övladlarlarının gələcəyi üçün torpaq sahəsi almaq istəmişlər. Bununla əlaqədar olaraq həyat yoldaşı Elçin internet üzərindən Abşeron rayonu, Qobu qəsəbəsində torpaq elanı görmüş və elanı yerləşdirən şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış, bir-neçə gün sonra həmin insanla görüşmüşdür. Görüş zamanı torpaq sahəsinin sənədləri ilə tanış olan yoldaşı heç bir problemin olm adığını müəyyən etdikdən sonra elanı yerləşdirən şəxslə birlikdə torpaq sahəsini görmək üçün Qobu qəsəbəsinə getmişdir. Torpaq sahəsini ümumi müşahidə edərkən, eyni zamanda yoldaşı tərəfindən dəvət edilmiş Abşeron rayonu üzrə Daşınmaz Əmlakın nümayəndəsi tərəfindən torpaq sahəsinin koordinatlarının faktiki sahə ilə uyğunluğunun tutuşdurulması zamanı yoldaşı 6 metrin əskik olduğunu, normalda 20x20 metr olan sahəsinin 6 metrini (1,2 sot) qonşunun zəbt etdiyini müəyyən etmiş və bununla bağlı öz iradını satıcıya bildirmişdir. Torpaq sahəsini almaq fikrindən daşınmaq ərəfəsində olarkən bu səfər 6 metr torpaq sahəsini qanunsuz öz torpaq sahəsinə qatan və ev tikən qonşu, hazırkı iddia üzrə Cavabdeh həyat yoldaşı Elçinə bildirmişdir ki, “sən bu torpaq sahəsini al, heç bir problem yoxdur, mən zəbt etdiyim ərazidən çıxacam və ya zəbt etdiyim ərazinin dəyərini sənə ödəyəcəm, ümumiyyətlə mənim əlim hər yerə girir, necə desən elə də edəcəyik”. Həyat yoldaşı Elçin ilə Cavabdeh arasında olan bu şifahi razılıqdan sonra Elçinlə birlikdə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini satın almışlar. Bir neçə gün keçdikdən sonra cavabdehlə danışıq aparan zaman cavabdeh verdiyi sözləri danmaqla yanaşı, həyat yoldaşını təhqir etmiş, belə bir razılığın olmadığını, "demişəmsə deməmiş olum" kimi ifadələr işlətməklə belə bir fikirdə qəti şəkildə olmadığını vulqar ifadələrlə bildirmişdir. Bundan sonra oğlu həmin torpaq sahəsində ev tikmək qərarına gəlir, bu zaman yenə Yulət adlı şəxs "Mən naxçıvanlıyam, nə dövlət tanıyıram, nə qanun, sə nə torpağlarımı verməliyəm?" kimi ifadələrlə həm tikintiyə mane olur, bununla yanaşı dayanmadan yoldaşının və oğlunun dini əqidəsini təhqir edir və onu başqa hərəkətlər etməyə təhrik edirdi. Əlavə olaraq istifadə etdikləri elektrik xəttindən özünə qeyri-qanuni elektrik naqili çəkməklə də onun mülkiyyət hüququnu bir daha pozmuşdur. Bu uzun surən sıxıntılar və Cavabdeh tərəfindən yaradılan qanunsuz maneələrə 2 ildən artıq dözsələr də, artıq hədəqədən çıxmış, bu adam barəsində dövlətin müvafiq orqanlarının tədbirlər görməsinin lazım olduğu qənaətinə gələrək, qanunsuz zəbt etdiyi topraq sahəsi hissəsindən çıxarılması, tikdiyi qanunsuz tikilinin isə öz hesabına sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa məcbur olmuqşlar. Cavabdehə dəfələrlə xəbərdarlıq etmələrinə, eləcə də polisə şikayət et mələrinə baxmayaraq, o həmin ərazidən çıxmamış və qanunsuz fəaliyyətinə davam etmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmaqdadır.

6. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyildir. Ekspertiza onun iştirakı ilə keçirilməlidir. Abşeron rayonunda bütün torpaqlarda sürüşmə vardır.

7. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-1292/2024 saylı mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüq uqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa görə, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 0,0267 ha təşkil edir. İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatlarının üst-üstə düşən hissəsi 0,0050 ha (50 kv metr) təşkil edir, lakin İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlara əsasən 0,0083 ha (83 kv metr) hissəsi digər qonşuların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikintitexniki ekspertizası üzrə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1359 nömrəli ekspert rəyi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 2/-3-32/21292/2024 nömrəli mütəxəssis rəyinin nəticələri eynilə təsdiq edilmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(012)-202/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət i tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin 0,0050 ha (50 kv metr) hissəsində tikilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,4 manat (bir yüz manat qırx qəpik) pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi ekspertizanın rəyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, rəydə göstərilən nəticədə sübuta yetirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0050 ha (50 kv metr) təşkil e dir. Ekspertizanın rəyi ilə təsdiqini tapmışdır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0,04 ha torpaq sahəsinin 0,0050 ha təşkil edən hissəsində cavabdeh tərəfindən qanunsuz olaraq ev tikilmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********41 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu q əsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin 0,0050 ha (50 kv metr) təşkil edən hissəsində tikilmiş qanunsuz tikili cavabdehin hesabına sökülməli və cavabdeh torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdır.

11. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsinin Cavabdeh, onun ailə üzvlərinin, torpaq sahəsindən çıxarılması hissəsi qeyri-müəyyən olduğundan, yəni ailə üzvlərinin adı soyadı göstərilmədiyindən həmin hissədə və eyni zamanda cavabdehin qanunsuz çəkdiyi elektrik xəttinin də sökülməsi, həmçinin qanunsuz yararsız hala satdığı elektrik xəttinin bərpa edilməsi hissəsi isə iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəl lə) 152, 180.1, 180.2, 180.3 və 180.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3 və 223.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, cavabdehin əsl cavabdehlə əvəz olunması, təkrar məhkəmətorpaqşünaslıq ekspertizasının təyin edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razı deyil, ekspertiza onun iştirakı ilə keçirilməmişdir. Abşeron rayonunda bütün torpaqlarda sürüşmə var. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 43 saylı Notariat kontorunun xx.xx.2013-cü il tarixli etibarnaməsindən də görünür ki, X2 həmin etibarnamə ilə ona “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Abşeron Ərazi İdarəsindən verilmiş çıxarışa əsasən Abşeron rayon, Qobu qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən istifadə etməyi, tikinti işləri aparmağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka, girov qoymağı, dəyişməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 80 il müddətinə verilmiş və xx.xx.2093-cü ilədək qüvvədədir. Avropa Məhkəməsinin də presedentlərindən görünmüşdür ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hü ququnu tanıması kimi qiymətləndirir. İddia tələbinin onun, ailə üzvlərinin torpaq sahəsindən çıxarılması hissəsi qeyri-müəyyəndir, yəni ailə üzvlərinin adı göstərilməmişdir, elektrik xəttinin sökülməsi, bərpa edilməsi hissəsi iddiaçı tərəfindən sübut edilməmişdir. Eyni zamanda, sözügedən iddia tələbi üzrə əsl cavabdeh o deyil, həyat yoldaşı olmalı idi, çünki torpaq sahəsi onun adınadır. İş materiallarına əlavə edilmiş çıxarışdan da görünür ki, torpaq sahəsinin mülkiyyətçisi həyat yoldaşı X3r. Digər tərəfdən qeyd edir ki, ekspert rəyi ilə razı deyil, çünki ekspert əraziyə baxış keçirtmədən rəy vermişdir. Həmin ərazidə yaşayış var, lakin ekspertiza keçirilməsi barədə onlara məlumat verilməmiş, bildiriş təqdim edilməmişdir. Həmin evdə yaşayış var. Ekspert gəlsə idi, bundan məlumatlı olardıl ar. Məhkəmədə də bildirmişdir ki, torpaq həyat yoldaşının adınadır, eyni zamanda təkrar məhkəmə ekspertizasının keçirilməsini istəmişdir. Hətta, məhkəmə iclasının gedişində hakimin qərəzli olduğunu müşahidə edəndən sonra hakimə etiraz təqdim etsələr də, etiraz təmin edilməmişdir. Eyni zamanda, qətnamə tamamilə əsassız mülahizələrlə doludur. Orada göstərilmişdir ki, guya kommunal xətləri qanunsuzdur, halbuki, qanuni sayğaclardan istifadə edir. Eyni zamanda bildirir ki, həmin ərazi sürüşmə zonasına aiddir. İddiaçının torpaq sahəsi yerindədir, əskik deyil, 20x20 m olmaqla 4 sotdur. Ərazi sürüşmə zonasında olduğu üçün hamı bir-birinin yerinə keçmişdir, bu ümumi problemdir. Ümumilikdə hesab edir ki, qətnamə qanunsuz və əsassızdır, çünki torpaq onun adına deyil, həyat yoldaşının adınadır, bu işd ə cavabdeh ola bilməz. Həmçinin hesab edir ki, bu iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməlidir, çünki rəy obyektiv olmadığına görə onunla razı deyil.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1322/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.M.Hüseynov (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və İ.K.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiy yətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin 0,0050 ha (50 kv metr) hissəsində tikilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,4 manat (bir yüz manat qırx qəpik) pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi həmin hissədə rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

16. Apellyasiya məhkəməs i qeyd etmişdir ki, işdə olan mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, tərəflər arasındakı mübahisəli torpaq sahəsi 50 kv metr təşkil edir, həmin torpaq sahəsi cavabdehin istifadəsində olmaqla orada sonuncuya məxsus tikilinin (yaşayış evinin) bir hissəsi yerləşir. Mübahisəli torpaq sahəsi hüquq müəyyənedici sənədə əsasən iddiaçıya məxsusdur, lakin həmin sahə hələ iddiaçıdan əvvəlki mülkiyyətçinin vaxtından cavabdehin sahiblik və istifadəsində olmuş, cavabdeh orada tikinti işləri apararkən mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi buna etiraz etməmiş və sözügedən sahənin ona məxsus olmasını, cavabdehin oranı zəbt etməsini sonuncuya bəyan etməmişdir. İddiaçı da hazırda mülkiyyətində olan torpaq sahəsini alarkən həmin torpaq sahəsinin bir hissəsinin cavabdehin sahiblik və istifadəsində olduğunu, hətta orada cavabdehə məxsus tikilinin olduğunu bilmiş, buna baxmayaraq, torpaq sahəsini əvvəlki mülkiyyətçisindən qeyd edilən vəziyyətdə almağa razılaşmışdır. İddiaçı tərəfindən məhkəməyə cavabdehin mübahisəli məsələni hər hansı formada (torpaq mübadiləsi və ya kompensasiya ödənilməsi yolu ilə) özü həll edəcəyinə dair üzərinə öhdəlik götürməsi ilə bağlı aralarında razılaşma olduğunu təsdiqləyən sübut təqdim edilməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, konkret halda iddiaçının da cavabdehə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərini irəli sürməsi əsassız olmuşdur. Belə ki, öz torpaq sahəsində yaşayış evi tikmiş cavabdeh qərəzsiz olaraq, yəni özününkü bildiyi qonşu torpaq sahəsinin sərhədini pozmuş, buna görə ona heç kəs tərəfindən ira d və etiraz bildirilməmiş, qeyd edilən pozuntu faktını sonradan qonşu torpaq sahəsini alqı-satqı yolu ilə əldə edən iddiaçı aşkar edərək mübahisələndirməyə başlamışdır. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Halbuki, hazırkı iş üzrə cavabdeh neçə illər bundan əvvəl öz torpaq sahəsində yaşayış evi tikmiş, həmin vaxt tikintinin qonşu torpaq sahəsinə keçməsi bilinməmiş, cavabdeh və ailə üzvləri həmin evdə neçə illər yaşayandan sonra üzərində tikilinin olduğu 50 kv metr torpaq sahəsinin sənəd üzrə qonşuya (iddiaçıya) məxsus olduğu ortaya çıxmışdır. Böyük məsrəflər hesabına başa gəlmiş və cavabdehin ailəsi ilə birlikdə yaşayış yeri olan tikilinin sökülərək mübahisəli torpaq s ahəsinin iddiaçıya qaytarılması cavabdehə ağır maddi və mənəvi zərər vurmuş olar, halbuki, mübahisəli 50 kv metr torpaq sahəsi iddiaçının ümumi (0,04 ha) torpaq sahəsinin cüzi (1/8) hissəsini təşkil edir. Buna görə də hazırda cavabdehin evinin sökülməsi tələbi ədalətsiz və qeyri-humanist yanaşma kimi təzahür edir. Belə olan halda, qanunvericilikdə (Mülki Məcəllənin 172.3 və 173.3-cü maddələri) nəzərdə tutulduğu kimi, sərhədi pozulmuş qonşu (iddiaçı) müəyyən əvəz (pul kompensasiyası) almaqla həmin pozuntuya dözməli və zəbt olunmuş torpaq sahəsinə özünün mülkiyyət hüququnu əvəz müqabilində faktiki sahibə ötürməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, təsvir olunan vəziyyətdə cavabdehə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərinin irəl i sürülməsi həm də hüquqdan sui-istifadə əlamətlərini ehtiva edir. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3 və 560.3.4-cü maddələrində isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hallarından biri kimi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdehə ev tikərkən qonşu torpaq sahəsinə keçdiyi barədə neçə illər ərzində heç bir irad və etiraz bildirilmədiyi üçün o, qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə normal və mübahisəsiz münasibətlərə güvənmiş olduğu halda indi ona qarşı tikilisinin sökülüb torpaq sahəsindən çıxarılması tələbinin irəli sürülməsi tələbkarın hüquqdan suiistifadəyə yol verməsinə də lalət edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmadığından və yol verilmiş pozuntunun aradan qaldırılması (yəni iddiaçının 50 kv metr torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüququnun bərpası) cavabdehin tənasübsüz maddi-mənəvi zərərə məruz qalması ilə nəticələnə biləcəyindən hazırkı iş üzrə iddia tələbi təmin edilməməlidir.

19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə maddi hüquq normalarının tələbləri baxımından düzgün qiymət verməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi hüquq normalarının təfsir və tətbiqində səhvə yol vermiş, nəticə etibarilə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 172.3, 173.3, 560.1-ci, MPM-in, 384.0.2, 385.1 və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı torpaq sahəsini almaqdan imtina etmək istəmiş, lakin cavabdeh problemi hər hansı yolla özü həll edəcəyinə onları əmin etmiş və onlar cavabdehin sözünə inanıb həmin torpaq sahəsini almışlar. Lakin sonradan cavabdeh verdiyi sözü danmış, onlara zəbt etdiyi torpağın əvəzini verməkdən (ödəməkdən ) imtina etmişdir. Cavabdeh isə izahatlarında bildirmişdir ki, o, heç kəsin torpağını zəbt etməmiş, ona həyat yoldaşının adına olan sənəddəki torpaq sahəsi kimi məhz indi faktiki istifadələrində olan torpaq sahəsini ölçüb vermişlər, onun istifadəsində sənəddə olan ölçüdən artıq torpaq sahəsi yoxdur. Vaxtilə torpaq sahələrinin ölçülüb verilməsi zamanı müvafiq mütəxəssislər tərəfindən qeyri-dəqiqliyə, sürüşmələrə yol verilmiş, nəticədə indi həmin ərazidə bütün həyətyanı torpaq sahələrinin sənədlərdəki koordinatları ilə faktiki koordinatları arasında uyğunsuzluqlar mövcuddur, halbuki, neçə illər, hətta on illər bundan əvvəl insanlar onlara verilmiş, ya da sonradan aldıqları torpaq sahələrində evlər tikmiş, təsərrüfatlar yaratmışlar. Hesab edir ki, əgər sənədə əsasən iddiaçının torpaq sahəsi nin hər hansı hissəsi onun həyətinə düşürsə, bunda onun təqsiri yoxdur və iddiaçı ondan mübahisəli torpaq sahəsinin, yaxud əvəzinin verilməsini tələb etməkdə haqlı deyildir. Bu, apellyasiya məhkəməsinin mövqeyi olmuş və apellyasiya məhkəməsi öz qətnaməsində bildirmişdir ki, əgər iddiaçının mülkiyyət hüquqlarının cavabdeh tərəfindən pozulması təsdiqini tapsa da bunda cavabdehin təqsiri yoxdur. Məhkəmənin bu mövqeyi həddən ziyadə məntiq xətası olmaqla yanaşı, əsassız yanaşma olmuşdur. Həmçinin məhkəmənin digər mövqeyi belə olmuşdur ki, mübahisəli torpaq sahəsi hüquq müəyyənedici sənədə əsasən iddiaçıya məxsusdur, lakin həmin sahə hələ iddiaçıdan əvvəlki mülkiyyətçinin vaxtında cavabdehin sahiblik və istifadəsində olmuş, cavabdeh orada tikinti işləri apararkən mübahisəli torpaq sahəsinin əvvə lki mülkiyyətçisi buna etiraz etməmiş və sözügedən sahənin ona məxsus olmasını, cavabdehin oranı zəbt etməsini sonuncuya bəyan etməmişdir. İddiaçı da indi mülkiyyətində olan torpaq sahəsini alarkən həmin torpaq sahəsinin bir hissəsinin cavabdehin sahiblik və istifadəsində olduğunu, hətta orada cavabdehə məxsus tikilinin olduğunu bilmiş, buna baxmayaraq, torpaq sahəsini əvvəlki mülkiyyətçisindən qeyd edilən vəziyyətdə almağa razılaşmışdır. İddiaçı tərəfindən məhkəməyə cavabdehin mübahisəli məsələni hər hansı formada (torpaq mübadiləsi və ya kompensasiya ödənilməsi yolu ilə) özü həll edəcəyinə dair üzərinə öhdəlik götürməsi ilə bağlı aralarında razılaşma olduğunu təsdiqləyən sübut təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxi l olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

29. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

30. Maddə 560.1. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsində və işə baxılan zaman izahatlarında göstərdiyi dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmiş, düzgün olaraq iddiaçının hazırkı tələblərini hüquqdan sui-istifadə kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası bu qiymətləndir mə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

44. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol veril məmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1322/2024 nömrəli iş üzrə 14 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar