Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5464/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın qismən qəbul edilməsinin yolverilməzliyi, payın müəyyən edilməsi tələbinə baxılarkən, bu barədə tələbin olub-olmamasından asılı olmayaraq digər vərəsələrin mirası qəbul etməsi faktını araşdırmanın zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)583/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Baxılan mübahisə 1991-ci ildə vəfat etmiş X2 qalan mirasın bölünməsi barədədir. İddiaçı miras qoyan X5 Yaqubovla 1986-cı ildə evlənmiş, sonuncunun valideynləri Zəkəriyyə Yaqubov və İmamət Yaqubova ilə birlikdə yaşadığı, Qax rayonun Qaşqaçay kəndində yerləşən evə gəlin köçmüşdür və fasiləsiz olaraq orada yaşayır. İddiaçının həmin nikahdan Esmira, Elvin və Elşən adlı üç uşaqları doğulmuşdur. Zəkəriyyə Yaqubov 1991-ci ildə, onun arvadı İmamət Yaqubova isə 1996-cı ildə vəfat etmişdir. Afər Yaqubov valideynləri öləndən sonra evdə yaşayıb idarə etməklə m irası qəbul etmiş və 2015-ci ildə vəfat etmişdir. Afər Yaqubovun vəfatından sonra iddiaçı həmin evdə yaşamaqda davam edir. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə X11, İddiaçı və onların övladları Esmira, Elvin və Elşən Yaqubovların mülkiyyətinə verilmişdir.
2. X3 beş övladı olmuşdur: Xanım, Arif, Afər, Akif və Vaqif. Xanım Yaqubova 1969-cu ildə ərə gedərək Qax şəhərinə köçmüşdür. Arif Yaqubov 1978-ci ildə Qaşqaçay kəndində tikdiyi evə köçmüşdür və orada yaşayır. Vaqif Yaqubov 22.01.1986-cı ildən qeydiyyatdan çıxaraq Rusiya Federasiyasına getmişdir və hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. Cavabdeh 20.10.1988-ci ildən qeydiyyatdan çıxaraq Rusiya Federasiyasına getmiş, 2018ci ilin iyul ayından qayıdıb mübah isəli evdə qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qayınatası Zəkəriyyə Yaqubov 1991-ci ildə, qayınanası İmamət Yaqubova isə 1996-cı ildə vəfat etdikdən sonra əri Afər onlardan qalan mirası faktiki olaraq qəbul emişdir. Əri Afərdən başqa vərəsələrin heç biri mirası qəbul etməmişdir. X10 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payı tam olaraq müəyyən olunmalıdır.
5. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatın da iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının miras əmlakda payı yoxdur. O, mərhum atasından qalmış mirasa sahib çıxa bilər.
6. Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ilə (hakim M. Qarayev) iddia tələbi təmin edilmiş, mərhum X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evindən ibarət miras əmlaka vərəsəlik açılması və həmin əmlak üzərində İddiaçı miras payı tam müəyyən edilərək ona verilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zəkəriyyə Yaqubov öldükdən sonra miras əmlak olan Qax rayonu Qaşqaçay kəndində yerləşən fərdi yaşayış evi oğlu Afər Yaqubov tərəfindən faktiki qəbul edilmiş, Cavabdeh (o cümlədən digər vərəslər) tərəfindən isə nə faktiki, nə də rəsmi qəbul edilmədiyin dən sonuncu, miras əmlaka dair özünün qanun üzrə vərəsəlik hüququnu aradan qaldırmışdır. Zəkəriyyə Yaqubovun vərəsəsi mirası faktiki qəbul etmiş Afər Yaqubov 27.06.2015-ci il tarixdə ölmüşdür. Afər Yaqubovun ölümü 2000-ci ildən sonraya təsadüf etdiyindən onun ölümü ilə yaranmış münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilmişdir. X28 miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü üçün mirasdan pay almaq hüququ onun vərəsələri olan iddiaçılar İddiaçı, Abduyeva (Yaqubova) Esmira Afər qızı, X13 və X1 (irsi transmissiya). X26 digər vərəsələri X20 və X21 məhkəməyə ərizə təqdim edərək X2 miras qalmış əmlakdan onlara düşən paydan imtina etdiklərini, həmin əmlakı faktiki qəbul etmədiklərini və gələcəkdə həmin əmlakla bağlı iddia qaldırmayacaqlarını göstər imişlər. Afər Yaqubovun digər vərəsəsi olan Abduyeva (Yaqubova) Esmira Afər qızı isə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamış, mirası faktiki qəbul etməmişdir. Məhkəmə tərəfindən bu hal həmin vərəsənin susması və miras əmlakdan imtinası kimi qiymətləndirilməlidir. Ona görə də, X20, X21 və X8 və eləcə də Zəkəriyə Yaqubovun digər vərəsələri X6, X14, Cavabdeh Zəkəriyə oğlu və X4 miras əmlakdan imtina edilmiş payları iddiaçı tək vərəsə İddiaçı verilməlidir.
8. Məhkəmə öz mövqeyini 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 01.09.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1176, 1147, 1134, 1151.1, 1159.1.1, 1243, 1252, 1273-1, 1166-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)583/2021 saylı qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, X2 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən, yaşayış sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı fərdi yaşayış evindən X7 payına düşən 1/5 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxslər iddiaçının miras əmlakı vərəsəlik qaydasında qəbul etməsini mübahisələndirmirlər. Ancaq vərəsə olaraq miras əmlakda onların da müəyyən miqdarda paylarının olduğunu qeyd edirlər.... X15 birinci növbə vərəsə olaraq özünün payına düşən miras kütləsini faktiki qəbul etmiş və öz adına vərəsəlik şəhadətnaməsi almadan ölmüşdür. Onun payına düşən miras kütləsi isə mirasın 1/5 hissəsi olmuşdur. İddiaçının iddia tələbi o vaxt tam təmin edilə bilərdi ki, onun mərhum əri atasından qalmış mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi barədə vərəsəlik şəhadətnaməsi almış olsun və yaxud iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olsun, eyni zamanda digər vərəsələr mirası qəbul etməmiş olsun.... Məhkəmə kollegiyası digər vərəsələrin mirasda pay hüququnun tanınıbtanınmasına münasibət bildirərək qeyd edir ki, vərəslərdən X9, X14, Cavabdeh və X12 miras paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, eyni zamanda hər hansı bir tələblə çıxış etməmişlər. Ona görə də məhkəmə kollegiyası onların miras əmlakı vərəsəlik qaydasında qəbul edib-etməmələrini araşdırmağa lüzum görmür və onların paylarının açıq saxlanmasını məqsədəmüvafiq hesab edir.
12. Məhkəmə gəldiyi nəticəni 01.09.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532, 552-ci, 01.09.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1243, 1252-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətin in dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin digər vərəsələr payların müəyyən edilməsi barədə məhkəməyə ərizə vermədiyinə görə onların mirası qəbul edib-etməməsini yoxlamağa ehtiyac olmaması barədə gəldiyi nəticə əsassızdır. Çünki iddia tələbində mirasdan payının tam müəyyən olunmasını tələb etdiyinə görə məhkəmə digər vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyini yoxlamağa borcludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında İd diaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, mira s qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. [ 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün i şin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digə r normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsə lələrə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən maddi hüquq normasının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
25. Belə ki, tərəflər arasında yaranmış mübahisə, qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları əsasında həll olunmalıd ır.
26. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına əsasən çıxarılmalıdır.
27. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Qanunvericilik mirasın açılmasını da miras qoyanın ölümü ilə əlaqələndirir (mülki Məcəllənin 1145-ci maddəsi). Bu baxımdan, miras əmlak bir neçə dəfə mirasın açılması ilə bir neçə vərəsədən ötürülməsinə dayanan tarixə malik olduqda, iddianın düzgün həlli üçün hər bir mirasın açılmasından sonra miras kütləsinin hüquqi statusunun təhlilinə ehtiyac yaranır.
28. Baxılan işdən görünür ki, mirasın kütləsini təşkil edə n ev 1930-cu ildə inşa edilmişdir və mülkiyyət hüququ əsasında 27.06.1988-ci ildə Zəkəriyyə Yaqubovun adına qeydiyyata alınmışdır.
29. Zəkəriyyə Yaqubov 1991-ci ildə vəfat etdiyinə görə məhkəmələr haqlı olaraq ondan qalan mirasın bölünməsi üçün həmin vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tərbiq etmişdir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.
30. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir.
31. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericilik lə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi).
32. İşə baxmış məhkəmələr bu baxımdan işin hallarını araşdırmış və iddiaçının əri Afər Yaqubovun, atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etmədiyini, lakin mirası faktiki olaraq qəbul etdiyini müəyyən etmişdir.
33. Lakin apellyasiya instansiyası məhkəməsi, mirasın tam şəkildə iddiaçının payını müəyyən edən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, Afər Yaqubovun atasından miras qalan əmlakdan özün ün payına düşən miras kütləsini faktiki qəbul etdiyini, onun payına düşən miras kütləsinin isə mirasın 1/5 hissəsi olduğunu bildirmişdir.
34. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının iddia tələbi o vaxt tam təmin edilə bilərdi ki, onun mərhum əri atasından qalmış mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi barədə vərəsəlik şəhadətnaməsi almış olsun və yaxud iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olsun, eyni zamanda digər vərəsələr mirası qəbul etməmiş olsun.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır.
36. Hazırda qüvvədə olan Mülki Məcəllənin mirasın qəbul edilməsindən bəhs edən 1243-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olma sından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
37. Doğrudur ki, əvvəllki Mülki Məcəllədə bu norma məhz indiki məzmunda əksini tapmamışdı. Lakin həmin Məcəllənin 552-ci maddəsi və vərəsəlik hüququ ilə bağlı digər normalar, mirasın qismən və ya tam qəbul edilməsi kimi anlayışları müəyyən etməmiş və ya bunu ehtiva edən hüquqi məzmuna malik deyildi. Əksinə, 552-ci maddədə əksini tapmış “mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinin yol verilməzliyi” barədə müddəa, həmin Məcəllə ilə müəyyən olunmuş vərəsəlik institutunun elementləri ilə sistemli təhlil olunduqda o hüquqi nəticə törədirdi ki, miras kütləsinə daxil olan əmlakın bir hissəsini qəbul etmiş şəxs, bütün əmlakı qəbul etmiş sayılır.
38. Məhz buna görə də “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsini n bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 1979-cu il 28 sentyabr tarixli 5 №-li qərarına əlavə olunmuş 6-1 bəndində izah etmişdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan düşən payı qəbul etmiş hesab olunur.
39. Çünki mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
40. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
41. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin “Afər Yaqubovun atasından miras qalan əmlakdan özünün payına düşən miras kütləs ini faktiki qəbul etdiyi” barədə dəlili qanuna ziddir.
42. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin digər vərəslərin miras paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinə görə onların miras əmlakı vərəsəlik qaydasında qəbul edib-etməmələrini araşdırmağa zərurət olmaması və onların paylarının açıq saxlanmasının məqsədəmüvafiqliyi barədə gəldiyi nəticəni də əsassız sayır.
43. Çünki, mirasdan qanun üzrə vərəsəlik əsasında düşən pay, mirası qəbul etmiş vərəsələrin sayından asılı olaraq az və ya çox ola bilər. Buna görə də iddianın həlli zamanı digər vərəsələrin də mirası qəbul edib-etməməsi müəyyən edilməli, mirasın bölünməsi ilə əlaqədar tərəflərin mübahisəsinə qəti-müəyyənlik gətirilməli, gələcəkdə əlavə mübahisələrin yaranmaması ü çün, işin bütün əhəmiyyətli halları müəyyən edilərək hüquqi qiymət verilməlidir. Bu məqsədlə miras qoyanın bütün birinci dərəcəli (bu vərəsələri qalmadıqda növbəlilik əsasında digər vərəsələri) işə cəlb olunmalı, mirasın bölünməsi tələbinə münasibəti müəyyən edilməli və sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Əvvəlkli Mülki Məcəllənin miras əmlakının bölünməsi adlanan 563-cü maddəsinə görə miras əmlakın bölünməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır.
44. Bundan başqa, Afər Yaqubovun digər vərəsələri işə cəlb edilməmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir və kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Lakin istinad olunan maddi hüququ normalarının düzgün tətbiq olunması işin hallarının əlavə araşdırılmasını tələb etdiyinə görə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(107)583/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.