Məhkəmə qərarları › İş №2(102)-5467/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5467/2019

17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5467/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı X1 vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(104)1969/2018 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qazax rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(023)-1593/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.H.Səmədov) iddiaçı X1 Cavabdeh qarşı “əsas borca gör ə 10.000 manat, bank uçot dərəcəsinə uyğun olaraq 4 illik faizə görə 4.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(104)1969/2018 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, Ş.M.Əliyeva və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qazax rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, 05 avqust 2013-cü il tarixdə “xxxx” ASC Qaz ax filialından cavabdehin adına köçürdüyü 10.000 manat, bank komissiya haqqına görə 20 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq 4 illik faizə görə 4.000 manat, cəmi 14.050 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edi lib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Xin vəkili Nümayəndə məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı X, Cavabdeh və vəkili X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı Xin vəkili Nümayəndə izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsinə, cavabdehin iddiaçıdan 10.000 manat borc pul almasına, lakin, cavabdehin həmin pul vəsaitini iddiaçıya geri qaytarmamasına və beləliklə də iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 385.1, 425.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamə il ə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməyib, cavabdeh isə apellyasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirib. Apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin tələblərini pozaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə mübahisələndirilən hissəsində yoxlamaq əvəzinə, qətnamənin əsaslandırıcı hissəsində həmin Məcəllənin 372.6, 372.7-ci maddələrinin tələblərinə istinad edib qətnaməni cavabdehə münasibətdə yoxladığını qeyd etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə dəyişdirilmədən saxlayıb. Halbuki, sadalanan prosessual normaların mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin qətnaməsinin əsaslılığını o, vaxt tam yoxlamağa borcludur ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəlmiş olsun və apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olsun. Hazırki halda isə, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını iddia ərizəsinin təmin edilməyən hissəsində də dəyişdirilmədən saxlamaqda haqlı olmamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740-cı maddələrinin tələblərinə istinad edərək, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsini göstərsə də, hansı mötəbər sübutlara əsasən bu qənaətə gəlməsini qətnamədə əsaslandırmayıb. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.1, 220.4-cü maddələrinin mənasına görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını və sair müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi “köçürmənin göndərilməsi barədə” 05 avqust 2013-cü il tarixli bildirişdən, həmin bildirişə əlavə edilmiş 05 avqust 2013-cü il tarixli qəbzdən isə görünür ki, 05 avqust 2013-cü il tarixdə iddiaçı 10.000 manat pul vəsaitini “xxxxı” ASC-nin Qazax filialı vasitəsilə cavabdehə maddi yardım şəklində göndərib və həmin sənədlərdə köçürmənin təyinatı: mad di yardım kimi göstərilib. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin izahatı və apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, eləcə də 10.000 manat pul vəsaitinin məhz maddi yardım şəklində köçürülməsini nəzərə almadan, yalnız “köçürmənin göndərilməsi barədə” bildirişə və həmin bildirişə əlavə edilmiş “qəbz”ə əsaslanaraq tərəflər arasında borc hüquqi münasibətlərin olması qənaətinə gəlib. Halbuki, cavabdeh, izahatında, apellyasiya və kassasiya şikayətlərində iddia tələblərinə etiraz edərək göstərib ki, hazırda iddia olunan 10.000 manat pul vəsaiti iddiaçıya deyil, Qazax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin komandiri X3a məxsusdur və sonuncu ilə qonşuluqda yaşayır. İddiaçını isə ümumiyyətlə tanımır və sonuncu X3 un tabeçiliyində olmaqla hərbi hissədə xidmət edib. X7 tapşırığı ilə onun adına bank vasitəsi ilə köçürülən 10.000 manat pul vəsaitini X2un iştriakı ilə X3un biznes şəriki X4a verib. Sadalanan hallar işin 31-ci vərəqində olan X2un notarial qaydada təsdiq edilmiş ərizəsi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş 740-cı maddəsinin köhnə redaksiyasına görə, borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddələrin mənasına görə, borc müqaviləsi üzrə pulun verməsini sübut etmək vəzifəsi ilk növbədə borc verənin öhdəsinə duşur. Borc müqaviləsinin digər iştirakçısı sayılan borc alan isə, pul vəsaitini borc verənə qaytarmağa o, vaxt borcludur ki, həmin pul vəsaitini bilavasitə almış və ya borc verən tərəfin əsaslandırdığı faktları etiraf etmiş olsun. Hazırki halda cavabdeh iddiaçı ilə aralarında hər hansı formada borc müqaviləsinin bağlanmasını qəti şəkildə inkar edir və sonuncu ilə aralarında heç bir öhdəlik hüquq münasibətləri nin əmələ gəlmədiyini bildirir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin hansı mülki hüquqi münasibətdə olmalarını aydınlaşdırmadan, onların tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə təqdim etdikləri yazılı sübutları araşdırmadan, həmin sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb, qiymətləndirmədən, onlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, zərurət yarandığı halda iddiaçının şəxsən məhkəmə iclasında iştirakını təmin edib hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, eləcə də işin obyektiv həlli üçün hazırki işdə adları hallanan X3, X4 və X2un şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərba ycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRAR A ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(104)-1969/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar