Məhkəmə qərarları › İş №2(102)-5471/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5471/2019

14.11.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5471/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(021)4003/2018, hakim S.İ.Seyfəliyev) İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamən in etibarsız hesab edilməsi, istifadəsində olan Bərdə rayonu, Hacallı kəndində, kanalın yanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və onun həmin torpaq sahəsindən sərbəst istifadə etməsi barədə iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-1636/2019, hakimlər N.N.Quliyev, Ə.İ.Məmmədov, A.Hüseynzadə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bərdə rayon Aqrar İslahat komissiyasının 20 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə Bərd ə rayonunun Hacallı kəndində 0,33 ha həyətyanı torpaq sahəsi ayrılmış, torpağın mülkiyyətə verilməsi barədə dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinə Bərdə rayonunun Hacallı kəndində 3,13 ha pay torpaq sahəsi verilmişdir. 03 avqust 2018-ci il tarixdə Əhmədov X1 Fazil Surxay oğluna qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdehin onun 40 il istifadəsində olan Bərdə rayonu, Hacallı kəndində kanalın yanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən çxarılması və onun həmin torpaq sahəsindən sərbəst istifadə etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasına, onun İ qrup əlil və 4 uşaq atası olmasına hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin 0,07 ha sahəsinin cavabdeh tərəfindən özbaşına tutulduğuna istinad edərək, cavabdehin adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, cavabdehin onun istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsindən çıxarılması və onun həmin torpaq sahəsindən sərbəst istifadə etməsinə dair hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyət çinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, cavabdehin sənəd üzrə mülkiyyətinə 0,33 ha həyətyanı torpaq sahəsi verilmiş, hazırda faktiki istifadəsində olan torpaq sahəsi isə 0,40 ha-dır, bunun da 0,07 ha hissəsi onun həyətyanı torpaq sahəsinin şərq tərəfindən keçən kollektorun qorunma zolağı olmaqla, dövlət mü lkiyyətinə məxsus torpaq sahəsidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qanunsuz sahibliyində olan 0,07 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, iddiaçının həmin sahənin cavabdehin zəbtindən azad edilməsi barədə hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar