Məhkəmə qərarları › İş №2(102)-5471/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5471/2022

12.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5471/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsindən çıxarılma, X7nın və protokolun etibarsız hesab edilməsi, torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-851/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilkin və qarşılıqlı iddiaç ılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. X6 tərəfindən verilmiş X1 görünür ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsinin sonunda Bağşılıq cəmiyyətinin sahəsindən 800 m2 olan 27 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986-cı il tarixə qeydə alınmış müqaviləsinə əsasən, İddiaçı daimi istifadəsinə verilmişdir.

3. X6 Cəmiyyəti İdarə Heyyətinin 5 saylı protokolundan xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən, 800 m2 torpaq sahəsindən ibarət № 27 saylı bağ ərazisinin İddiaçı ayrılması, “Xəzər” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınaraq Bağçılıq Yoldaş lıq cəmiyyətinə üzv qəbul edilməsi qərara alınmışdır.

4. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 893 saylı vəkil sorğusuna xx.xx.2021-ci il tarixli, 3179 saylı cavabına əsasən“Xəzər” və “Xəzri” Sumqayıt Bələdiyyəsinin təşkil etdiyi yerli məhəllə komitələri fəaliyyət göstərir. Xəzər bağçılıq və Xəzri adlanan ərazilərin diskolasiyası Sumqayıt Bələdiyyəsində mövcud deyildir.

5. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 272 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən Cavabdeh həqiqətən Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində yaşayır. Onun qəsəbə ərazisində S.Vurğun küçəsində dəniz tərəfdə əlavə olaraq 9,5 sot istifadə olunan torpaq sahəsi vardır.

6. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 36 sayl ı xx.xx.2021-ci il tarixli arayışına əsasən, Bağçılıq Cəmiyyətinin üzvü olan siyahıda İddiaçı adına 27 saylı bağ yoxdur. Bu barədə heç bir məlumat yoxdur. Cəmiyyətin ərazisi Kimyaçılar qəsəbəsindən sürücülük məktəbinin arxasına qədər ərazini təşkil edir.

7. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 293 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən, İddiaçı adına Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində torpaq sahəsi yoxdur.

8. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 09 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən 1 saylı Məhəllə Komitəsinin ərazisi Kimyaçılar qəsəbəsindən Sürücülük məktəbinə qədər S.Vurğun küçəsinin dəniz tərəfi daxil olmaqla əhatə olunur. Bu ərazidə Xəzri yaşayış massivi yoxdur. İddiaçı adına olan 2 7 saylı bağ sahəsi barədə onlarda heç bir məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İlkin iddia üzrə İddiaçı “qanunsuz zəbt olunmuş bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən 27 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin əvvəlində Xəzər Bağçılıq cəmiyyətinə ərizə ilə müraciət edərək həmin bağçılıq cəmiyyətinə üzv qəbul edilməsini xahiş etmişdir. Xəzər Bağçılıq cəmiyyəti idarə heyətinin üzvlərinin yığıncağı ilə xx.xx.2007ci il tarixli 5 saylı protokola əsasən həmin cəmiyyətə üzv qəbul edilərək ona 800 kv.metr torpaq sahəsi olmaqla 27 saylı bağ sahəsi ayrılmışdır. xx.xx.2007-ci il tarixdə «Xəzər bağçılıq» cəmiyyətinin qərarına əsasən o, bağçılıq cəmiyyətinə üzv qəbul edilərək 27 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi onun qanuni sahibliyində olmasına baxmayaraq, Cavabdeh həmin bağın ona məxsus olduğunu iddia edərək qanunsuz olaraq 27 saylı bağı zəbt etmiş və ona məxsus bağ sahəsinə daxil olmağına imkan vermir. Qeyd edir ki, hazırda həmin ərazi Xəzri yaşayış massivi adlanır. Cavabdeh ona məxsus 27 saylı bağ sahəsini qanunsuz zəbti nəticəsində onun həmin bağdan çıxarılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “X7nın və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması” tələbinə dair qarşıl ıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq İddiaçı adına verilmiş X7nın və üzvlüyə qəbul edilməsinə dair xx.xx.2007- ci il tarixli protokolun etibarsız hesab edilməsi, istifadəsində olan torpaq sahəsinə müdaxiləyə son qoyulması və dövlət rüsumu kimi köçürdüyü 100 manat pulun, hüquqi yardımla bağlı köçürdüyü 111 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəf məhkəmədə ona qarşı iddia qaldırmaqla «Xəzər» bağçılıq yoldaşlığı Cəmiyyətinin xx.xx.2007-ci il tarixli Qərarına əsasən ona verilmiş 27 saylı sahəsi 800 kv.m. olan bağ sahəsindən çıxarılmağını xahiş etmişdir. O, iddia tələbini qəbul etmir və qarşılıqlı iddia tələbi ilə müraciət edərək bildirir ki, iddiaçının əlində əsas kimi tutaraq bu gün ona qarşı iddia qaldırdığı kitabçanın ona 2007-ci ilin fevral ayında verildiyini və həmin tarixdə cəmiyyətə üzv qəbul olunduğunu göstərmişdir, halbuki qeyd edilən vaxtlarda o, Rusiyada yaşamış, Azərbaycanda olmamışdır. Bundan başqa, onun nə «Xəzər» bağlarında, nə də «Xəzri» bağlarında torpaq sahəsi olmamış və cavabdehin bu gün onun çıxarılmasını iddia etdiyi, faktiki olaraq «Xəzri» yaşayış massivinə aid edilən, sahəsi 950 kv.m. olan torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, o, 1991-ci ildən bu torpaq sahəsini faktiki olaraq tutmuş və istifadə edir, bu ərazidə o, yüzlərlə meyvə ağacı əkmişdir. Əgər həqiqətən də 2007-ci ildən bu torpaq sahəsi cavabdehə verilmişsə nə üçün keçən bu 15 il ərzində o, həmin torpaq sahəsini axtarmamış və bununla bağlı iddia qaldırmamışdır. Onun istifadəsində olan sahə «Xəzri» yaşayış massivinin tərkibində olmaqla onun «Xəzər» KBYna hər hansı bir aidiyyəti yoxdur və o, bununla bağlı həmin cəmiyyətdə olmuş, araşdırılmış, müəyyən edilmişdir ki, iddiaçının adı ümumiyyətlə qeydiyyat kitabına daxil edilməmişdir, bu saxta kitabçanı ona keçmiş cəmiyyət sədri olmuş və dünyasını dəyişmiş H.Camalov adlı şəxs vermişdir. Onu da qeyd edir ki, «Xəzər» BYC-nə yalnız vətəndaşların işlədiyi müəssisələrin həmkarlar İttifaqlarının müvafiq Protokolları əsasında bağ sahəsinə ehtiyacı olan şəxslər üzvlüyə qəbul olunur və onlara ayrılmış bağ sahəsinin təhkim aktları tərtib olunaraq təqdim edilir. Lakin qarşı tərəf bu saxla kitabçanı əlində əsas tutaraq idida edir ki, guya həmin kitabçada göstərilən ərazi bu gün onun faktiki istifadəsində olan ərazidir, halbuki iddiaçı bunu təsdiq edən hər hansı bir sənədi təhkim və ya ayrıc aktı, torpağın plan və ölçüsünü təqdim etməmişdir. O, bu torpaq sahəsindən istifadə etməklə bələdiyyə vergilərini ödəyir və bundan başqa həmin torpaq sahəsinə su xətti çəkdirmişdir. Onu da qeyd edir ki, qarşı tərəf dəfələrlə onun bağının qıfılını qırmış, qapısını sökərək aparmış və o, bununla bağlı AR DİN-nin 102 xidmətinə və polisə də şikayət etmişdir. Bu şəxsin məqsədi onun bağını əlindən almaq, sataraq başqa şəxslərə olan borcunu ödəməkdir. O, onkoloji xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir, iddiaçının bu hərəkətləri ona ağır təsir etmişdir. İddiaçı hazırda əlində bu saxta kitabçanı əsas tutaraq hər yerə təqdim edir və onun 30 ildən artıq müddətdə baxaraq qulluq etdiyi bu bağın ona məxsus olduğunu bildirir, halbuki bu bağın ona heç bir aidiyyəti yoxdur. Cavabdehin bu gün ona qarşı məhkəmədə iddia qaldırmasına əsas kimi istinad etdiyi X7 və protokol saxta olduğu üçün etibarsız hesab edilməli və iddiaçının onun istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Onu da qeyd edir ki, tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Xəzri yaşayış sahəsinə aid olan ərazi ilə «Xəzər» bağlar sahəsinə aid olan ərazi müxtəlif sahələri əhatə edir, yəni iddiaçının əlində əsas tutduğu kitabçanın ona məxsus torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur.

13. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Almaz Süleymanova) 2(060)-8415/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, ilkin iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan verməmişdir.

15. Məhkəmə daha sonra qeyd etmişdir ki, ilkin iddiaçının istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin on a ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

16. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlmişdir ki, ilkin iddia sübuta yetirilmədiyindən rədd edilməlidir.

17. Məhkəmə həmçinin bildirmişdir ki, qarşılıqı iddia tələbini də məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə qeyd etmişdir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır.

18. Hüquq nəzəriyyəsinə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırkı halda qarşılıqlı iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görmür və iddia qaldırmaq hüququna malik olmadığından qarlışılı iddia üzrə iddiaçını tələbinin rədd edilməsi nəticəsinə gəlir.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 166.3, 238.1, 241.2, Torpaq Məcəlləsinin 4, 5, 68, 80, 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiy ası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsini, həmin iddianın təmin olunmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini, həmin iddianın təmin olunmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5 (sədrlik edən, məruzəçi hakim), X3 və X8) 2(105)-851/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin ilk iddiaya aid hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna görə də həmin torpaq sahəsinin harada yerləşdiyini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır.

25. Apellyasiya kollegiyası da qeyd etmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbini irəli sürmək hüququna malik olmamışdır. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə apellyasiya qaydas ında ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

26. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası MM-nin 238.1, 241.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 48.2, 84, 111, Azərbaycan Respublikası MPM-in 46, 50.1, 50.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsini, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

28. İlkin iddia üzrə iddiaçı kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Sumqayıt apelyasiya məhkəməsinin mülki kollegiyası qətnaməni qət edərkən maddi hüquq normalarını düzgün t ətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının nəzərinə çatdırıram ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 8415/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verərkən apelyasiya şikayətimi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı bağçılıq üzvlük kitabçasının və protokolunun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməsi, dolayı yolla ona məxsus bağ sahəsini zəbt etdiyini etiraf etmişdir. Lakin 1-ci instansiya məhkəməsi isə həmin hala hüquqi qiymət verməyərək əsassız qətnamə qət etməklə onun qanuni hüququnu pozmuşdur. Hazırda bağçılıq cəmiyyətinin ona bağ s ahəsinin ayrılmasına dair protokol və həmin protokol əsasında verilmiş X7 qüvvədə olmasına baxmayaraq məhkəmə tərəfindən iddia tələbinin təmin olunmaması başa düşülən deyil. Lakin işə yenidən baxan apelyasiya məhkəməsi apelyasiya şikayətində qeyd etdiyi hallara hüquqi qiymət verməyərək Sumqayıt şəhər məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün olmayan qətnamə qət etmişdir. Sumqayıt apelyasiya məhkəməsi Sumqayıt şəhər məhkəməsinin ilkin iddia tələbinə dair verilmiş apelyasiya şikayətini dəyişdirmədən qüvvədə saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X6 idarə heyətinin 5 saylı xx.xx.2007-ci il tarixli qərarına və X4 əsasən isə torpaq sahəsinin harada yerləşdiyini, sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün deyildir Buna əsaslanan apelyasiya instansiya sı məhkəməsi ilkin iddia tələbi üzrə verilmiş apelyasiya şikayətini dəyişdirmədən qüvvədə saxlamışdır. Halbuki ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh onun X7nın və protokolunun etibarsız hesab edilməsi tələbinə dair torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbinə dair qarşlıqlı iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etməklə dolayısı yolla mənə məxsus torpaq sahəsini zəbt etdiyini etiraf edir.Ortaya belə bir sual çıxır ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əgər ona məxsus bağ sahəsini zəbt etmədiyi təqdirdə nəyə görə ona məxsus bağçılıq kitabçasını və həmin bağ sahəsinin mənə ayrılmasına dair protokolun etibarsız hesab edilməsi tələbi ilə qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müra ciət etmişdir. Göründüyü kimi mülki işə baxan Sumqayıt apelyasiya mülki kolegiyası həmin halları araşdırmamış və həmin hallara hüquqi qiymət verməyərək faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənə məxsus bağ sahəsini dolayısı yolla zəbt etməsini etiraf etməsinə baxmayaraq ilkin iddia üzrə Sumqayıt şəhər məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətini təmin etməyərək əsassız qətnamə qət etmişdir. Hesab edirəm ki, AR Ali məhkəməsinin Mülki kollegiya kassasiya şikayətində qeyd etdiyim halların yenidən araşdırılması məqsədi ilə Sumqayıt apelyasiya məhkəməsinin qətnaməsi qismən ilkin iddia tələbinə münasibətdə ləğv edilməli, qətnamənin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir.

29. Cavabdeh kassasiya şikayəti verərək Sumqayı t Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini, qarşılıqlı iddianın təmin olunmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ilkin iddia tələbinin rədd edilməsi ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bununla bağlı maddi normalara düzgün istinad etmiş və həmin normalar əsasında mübahisəyə qiymət vermişdir. Lakin qarşılıqlı iddia tələbini təmin etməyən məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə bir qənaətə gəlmişdir ki,ilkin iddia tələbi üzrə cavabdehin iddiaçının adına olan sənədlərin-X7nın və protokolun etibarsız hesab edilməsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur və qətnamədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-cimaddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdimetmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonracavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvaf iq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülkimübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Lakin işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi qan uni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görməmiş və qarşılıqlı iddia üzrə iddia tələbinin təmin edilməməsi hissəsində qətnaməni qanuni və əsaslı hesab etmişdir. Bununla bağlı bildirmək istəyirəm ki, məhkəmə prosesində yetərincə təhqiq edilmiş sübutlarla həmin kitabçasının qanunsuz verildiyi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının əlində əsas kimi tutaraq bu gün ona qarşı iddia qaldırdığı kitabçanın ona 2007-ci ilin fevralayında verildiyini və həmin tarixdə cəmiyyətə üzv qəbul olunduğunu göstərmişdir, halbuki məhkəməyə təqdim edilmiş AR Sərhəd Xidmətinin arayışından da göründüyü kimi qeyd edilən vaxtlarda o, Rusiyada yaşamış, Azərbaycanda olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

34. Maddə 158.1.2. Mülkiyyət hüququ il ə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

37. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

38. Maddə

4. Torpaq sahəsi-dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

39. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

40. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

41. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə Maddə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlar ı ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsa slandırılmış qərardad qəbul etməlidir.

50. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

53. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Baxılan işdə İddiaçı, X6 tərəfindən verilmiş X4 və X6 Cəmiyyəti İdarə Heyyətinin 5 saylı protokolundan xx.xx.2007-ci il tarixli çıxarışa istinad edərək, Sumqayıt şəhəri Səməd Vurğun küçəsinin sonunda Bağşılıq cəmiyyətinin sahəsindən 800 m2 olan 27 nömrəli bağ torpaq sahəsinin onun istifadəsinə verildiyini, Cavabdeh h əmin sahəyə qanunsuz sahiblik etdiyini bildirərək ilkin iddia tələblərini irəli sürmüşdür (§ 9-10).

56. Cavabdeh isə mübahisəli sahənin uzun illər ərzində onun sahibliyində olduğunu, torpağa görə müvafiq ödənişlərin onun tərəfindən aparıldığını, xərclər çəkdiyini, iddiaçının sənədlərinin qanunvericiliyə uyğun olmadığını qeyd edərək qarşılıqlı iddia qaldırmışdır (§ 11-12).

57. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən mübahisəli sahənin Cavabdeh ayrılmasını, onun həmin torpaq sahəsi üzərindəki mülki hüquqlarını təsdiqləyən sübutlar aşkar edilməmişdir. Belə olan halda, İddiaçı adına verilmiş X7nın və üzvlüyə qəbul edilmə barədə xx.xx.2007-ci il tarixli protokolun etibarsız sayılması üçün əsasların olmadığı qənaətinə gəlinmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaya aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələb üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaya aid hissədə işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhk əməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Bununla belə, məhkəmə tərkibi bildirir ki, ilkin iddiaya aid hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

61. Belə ki, məhkəmələr ilkin iddianı rədd edərkən mövqelərini onunla əsaslandırmışlar ki, İddiaçı istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. İlkin iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiqləyən, ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olub-olmamasını müəyyən etmək mümkün deyil (§ 14-16, 24).

62. Kollegiya qeyd edilənləri mübahisəli torpaq sahəsinə dai r ilkin iddianın rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etmir. Ona görə ki, ilkin iddiaçının sənədlərində göstərilən dövrdə bağ sahələrinin müvafiq şəxslərin qanuni istifadəsinə X7 və Bağçılıq Yoldaşlığı Cəmiyyəti İdarə Heyyətinin protokolundan çıxarışla verilməsi mümkün idi.

63. Təsadüfi deyil ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüqu qların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

64. Belə olan halda, İddiaçı istinad etdiyi sənədlər üzrə 27 saylı bağın sərhədlərinin müəyyən olunması və mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi ilkin iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

65. Məlum olduğu kimi, X2 nömrəsi göstərilməklə ayrılan bağ sahələrinin sərhədlərinin əks olunduğu plan-cizgi sənədləri bağ təsərrüfatı idarələrində saxlanılırdı. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin idarələrin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitə sinə verilməsi qərara alınmışdır (Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il, tarixli, 2186 №-li Sərəncamı).

66. Buna baxmayaraq hazırkı işə baxan məhkəmələr ilkin iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin plan-cizgi sənədlərinin aidiyyəti dövlət qurumundan alınması və zəruri olduqda ekspertiza tədqiqatı aparılması imkanlarını tərəflərlə müzakirə etməmişlər.

67. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin old uqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; mütəxəssisin məsləhətini və şərhini dinləmək, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 43-47, 49-50).

68. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir (§ 42, 48, 51).

69. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilməli və iş ye ni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-851/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qarşılıqlı iddiaçının kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar