Məhkəmə qərarları › İş №2(102)-5472/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5472/2019

10.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5472/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı Orucova Aləmzər Nəcəf qızının nümayəndəsi X3, vəkili X1, cavabdeh X5 və vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(104)1099/2019 saylı qətnaməsindən iddiaçı Xnın kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(0 43)4047/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.A.Mirabov) iddiaçı Orucova Aləmzər Nəcəf qızının cavabdeh X2 qarşı “evdən əşyaların çıxarılması” barədə iddiası təmin edilərək, cavabdehlərin əşyaları ilə birlikdə iddiaçının mülikyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Aida İmanquliyeva küçəsi, 2-ci döndə, 21- saylı evdən çıxarılması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(104)1099/2019 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, F.Ə.Mehtiyev və A.V.Bayramov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “evdən əşyaların çıxarılması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, ünvan ona məxsusdur. Cavabdehə məxsus olan 1 ədəd soyuducu, 1 ədəd qaz sobası, 1 ədəd mikrodalğalı soba, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd bağlanmış qazanlar, tavalar, 2 ədəd köhnə çamadan, 4 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd balınc, 1 ədəd xalça (yararsız, güvə düşmüş vəziyyətdə), 6 ədəd bağlanmış karobkalar (içərisində geyim əşyaları və ayaqqabılar olan), 1 ədəd köhnə sandıq, 2 ədəd plastik su qabı 16 lt, 3 ədəd vanna bağlanmış vəziyyətdə, 1 ədəd dekorativ palma, 1 ədəd qaz balonu, 1 ədəd pol ağacı, 1 ədəd süpürgə, zibil götürən bağlanmış vəziyyətdə, 1 ədəd köhnə çılçıraq və həyətdəki damda yararsız vəziyyətdə olan mətbəx mebel şkaflarının ona məxsus evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı X1nın nümay əndəsi X2 və vəkili X3 məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh X4, vəkili X5 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instan siyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxararkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini təmin edərkən birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 228.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 16 yanvar 2014-cü il tarixli Çıxarışa əsasən, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X6un adına qeydə alınıb. Kəpəz rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi ilə X6un etirafı nəzərə alınaraq cavabdeh X7nin sözügedən evə köçürülməsi qət edilib. Eləcə də həmin məhkəmənin 05 avqust 2015-ci il tarixli qərardadı ilə icra sənədi icra olunduğu üçün icraata xitam verilib. İşə əlavə edilmiş 02 oktyabr 2018-ci il tarixli aktla müəyyən olunur ki, cavabdeh və ailə üzvləri mübahisəli evdə qeydiyyatda deyillər və orada yaşamırlar, lakin cavabdeh əşyalarını müvəqqəti olaraq həmin evdə yerləşdirib. Həmin akta əsasən siyahıya alınmış əşyalar aşağıdakılardan ibarətdir: 1 ədəd soyuducu, 1 ədəd qaz sobası, 1 ədəd mikrodalğalı soba, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd bağlanmış qazanlar, tavalar, 2 ədəd köhnə çamada, 4 ədəd döşək, 2 ədəd y orğan, 4 ədəd balınc, 1 ədəd xalça (yararsız, güvə düşmüş vəziyyətdə), 6 ədəd bağlanmış karobkalar (içərisində geyim əşyaları və ayaqqıbılar olan), 1 ədəd köhnə sandıq, 2 ədəd plastik su qabı 16 lt, 3 ədəd vanna bağlanmış vəziyyətdə, 1 ədəd dekorativ palma, 1 ədəd qaz balonu, 1 ədəd pol ağacı, 2 ədəd süpürgə, zibil götürən bağlanmış vəziyyətdə, 1 ədəd köhnə çılçıraq və həyətdəki damda yarasız vəziyyətdə olan mətbəx mebel şkafları. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh iddiaçının ailə üzvü deyil, onunla birgə yaşayıb, ümumi təsərrüfatı birgə idarə etməyib. Bu səbəbdən də cavabdehə və ailə üzvlərinə məxsus olan əşyaların iddiaçının mülkiyyətində olan evdə qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur, məhdudlaşdırır. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli evə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən köçməsinə, onun həmin evdən istifadə etmək hüququnun olmasına dair işin hallarına düzgün hüquqi qiymət verməyib, hazırki mülki mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməyib və işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının Gəncə şəhəri, Kəpəz rayonu, M.Hacıyev (indiki Aida İmanquliyeva) küçəsi, 2-ci döngədə yerləşən, 21 saylı evə köçürülməsi qət edilib. Həmin qətnamə qan uni qüvvəyə minərək icraya yönəldilib və Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin 05 avqust 2015-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, cavabdehə məxsus olan və mübahisə predmeti olan əşyalar 1994-cü ildən gəlin köçən vaxtdan həmin evdə yerləşdirilib. Cavabdeh 2017-ci ilin mart ayında Moskva şəhərində olarkən, evin mülkiyyətçisi Cavanşir Qəhrəmanov sözügedən evin qıfılını dəyişərək, onu evə buraxmayıb. Bu səbəbdən də cavabadeh uşaqları ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalıb. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bil məz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, bağışlama müqaviləsinə əsasən mübahisəli yaşayış evinə mülkiyyət hüququnun iddiaçıya keçməsi yaşayış evinin tərkib hissəsindən cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsas sayıla bilməz. Çünki, cavabdeh həmin evə əvvəlki mülkiyyətçi Cavanşir Qəhrəmanovun razılığına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən köçüb və bu səbəbdən də iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apell yasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şika yəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X2nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(104)-1099/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar