Məhkəmə qərarları › İş №2(102)-5474/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5474/2021

29.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5474/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5474/21 (Açar sözlər: mülkiyyətdə olmuş evin sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi, dəlillərin yoxlanılmaması) Bakı şəhəri, 29 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və vəkili X2, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və C avabdeh1 qarşı “cavabdehlərin evdən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-67/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 2 evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi

2. İddia tələbi belə əsaslandırılıb ki, ünvan 4 ev iddiaçının xüsusi mülkiyyətində olmuş, buna dair iddiaçının adına 27.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 1994-cü ildə iddiaçının qardaşı, cavabdehlərin atası (həyat yoldaşı) mərhum Paşa Orucov həmin evi sökərək yerində özünə ev tikmiş və həmin vaxtdan da ailəsi ilə birlikdə orada yaşayırlar. Paşa 1994-cü ildə həmin evi sökərək yerində özünə ev tikdiyindən evə görə dəymiş ziyan cavabdehlər tərəfindən ödənilməlidir.

3. İddiaçı hazırda həbsdədir.

4. Cavabdeh1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - iddiaçı onun qaynıdır, qaynı uzun illərdir ki, narkotik aludəçisidir. Mübahisəli ünvanda illər əvvəl köhnə balaca tikili olmuş, mərhum həyat yoldaşı 1994-cü ildə iddiaçı ilə aralarındakı danışığa-razılığa əsasən həmin tikilini sökərək, tikilinin yerləşdiyi torpa q sahəsində, hazırda onların yaşadığı ikimərtəbəli 2 saylı evi tikmiş, həmin vaxtdan da onlar ailəliklə həmin evdə yaşayırlar, evin çıxarışı da həyat yoldaşının adınadır; - elə həmin illərdə sökülmüş köhnə evinin əvəzinə mərhum əri iddiaçıya Yevlax şəhərində 2 otaqlı mənzil almış, iddiaçı ailəsi ilə birlikdə uzun illər orada yaşamışdır. Sonradan iddiaçı həmin mənzili sataraq Bakı şəhərinə köçmüşlər. Hazırda iddiaçı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir; - həyat yoldaşı Paşa sağ olan zaman onların münasibəti yaxşı olmuş, Paşa bir qardaş kimi iddiaçıya həmişə maddi-mənəvi cəhətdən dayaq olmuşdur. Paşa rəhmətə gedəndən sonra iddiaçı fürsətdən istifadə etməyə başlayaraq, onlardan pul almaq üçün hazırkı əsassız iddianı qaldırmışdır.

5. Cavabdeh3 da iddiaya etiraz edərək göstərib ki, iddiaçı əmisidir, iddiaçıya məxsus olmuş 4 saylı ev hazırda mövcud deyil, ev 1994-cü ildə mərhum atası xxx tərəfindən sökülüb, həmin evin əvəzində atası iddiaçıya Yevlax şəhərində başqa ünvanda mənzil almışdır. İddiaçı həmin mənzili öz ehtiyacları üçün satmışdır.

6. Birinci instansiya məhkəməsi DƏDRX-in 17 saylı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsinin nümayəndəsi

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ilə bağlı bildirib ki, ünvan 2 ünvanda olan ev sökülmüş, sonradan yerində yeni ev tikilmiş və İdarə tərəfindən həmin evə dair çıxarış yeni evi tikmiş X10 adına verilmişdir.

8. Yevlax Rayon Məhkəməsinin 2(039)-505/2020 saylı, 05 mart 2020-ci il tarixli qə tnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Günay Cavadova)

9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, ünvan 2 ünvanda 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m., ümumi sahəsi 45,5 kv.m-dən ibarət yaşayış evi 16.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən (mərhum əri X3 qanun üzrə vərəsəsi kimi) X4 məxsus olmuş, 23.01.1992-ci il tarixdə onun tərəfindən İddiaçı satılmış, 27.01.1992-ci il tarixdə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmiş, 29.03.2009-cu il tarixdə ünvan 3 ünvanda ikimərtəbəli, 8 otaqlı 217,28 kv.m. yaşayış, 156,48 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair X10 adına çıxarış verilmişdir. Buna (məhv olmuş daşınmaz əmlakla bağlı) dair müvafiq rəsmiləşdirmələr aparılmas a da, ünvan 2 ünvanda bir otaqlı ev 1994-cü ildə sökülərək yerində X10 adına verilmiş sənədlərdə (çıxarışda) göstərilmiş fərdi yaşayış evi tikilmişdir

10. Birinci instansiya məhkəməsi hesab edib ki, tərəflər arasında mübahisəyə səbəb olan tikili ilə bağlı hadisələr 1992-1994-cü illərdə baş verdiyindən, hazırkı mübahisəyə 01.09.2000-ci il tarixinə kimi qüvvədə olmuş Mülki Məcəllə tətbiq olunmalıdır. Həmin Mülki Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il... müəyyən edilir. Mülki Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Məcə llənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

11. Birinci instansiya məhkəməsi qeyd edib ki, ümumiyyətlə, iddiaçı tərəf iddiasında ona dəymiş ziyanı tələb etsə də, məhkəmə araşdırmaları zamanı mübahisəli ünvanda faktiki olaraq hazırda iddiaçıya məxsus olan hər hansı fərdi yaşayış evinin mövcud olmaması müəyyən edildi. İddiaçı 1994-cü ildən ona məxsus evin söküldüyünü təsdiq etsə də, həmin vaxtdan indiyə qədər məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan şəkildə izah edib əsaslandıra bilməmişdir.

12. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin çoxsaylı Qərarlarında hüquqi mövqeyi bundan ibarət olub ki, iddia müddətinin tətbiq olunması ona xidmət edir ki, hüquq mün asibətlərinin iştirakçıları intizamlı olsunlar, mülki hüquq münasibətlərində qeyri-müəyyənlik, qeyri-sabitlik aradan qalxsın, əks halda, tərəflərin istinad etdiyi, üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olur ki, bu da ədalət mühakiməsi orqanlarının mübahisələri obyektiv əsaslarla həll etmək imkanını aradan qaldırır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 73, 76, 77 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün bütün faktiki halları hərt ərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur; - məhkəmə proseslərində cavabdehlər ona məxsus olan evi sökdürərək satılmasını etiraf etmişlər. İşin materiallarında onun adına olan evin çıxarışı təqdim edilib. Cavabdehlər həmin çıxarış üzrə evi sökərək tamamilə yox ediblər. Evin texniki pasportu var. Həmin texniki pasportda evin mövcud forması, evin sxemi və koordinatları vardır. Həmin ev sökülərək başqa yerdə tikilmiş, sonra isə yenidən tikilmiş ev də sökülərək onların hə min evə girməmələri üçün tamamilə satılmışdır; - vurulan ziyanla bağlı müvafiq ekspertizanın keçirilməsini istəmişdir. Məhkəmə vermiş olduğu vəsatətlərinin birini belə təmin etməmişdir; - həyətdə iki fərdi yaşayış evi var. Onun evi və ona aid torpaq sahəsinin cavabdehlərə heç bir aidıyyatı yoxdur. Bütün bunları məhkəmə yerində evinə baxmaqla aydınlaşdıra bilərdi. Ona aid olan çıxarışın döngə və nöqtələrinin cavabdehlərlə heç bir bağlılığı yoxdur. Məhkəməyə vermiş oİduğu vəsatətlərinin biri təmin edilsəydi, bu halları müəyyən etmək mümkün idi. Çünki evin konkret yeri bu gün də cavabdehlərə aid deyil; - məsələ ondan ibarətdir ki, cavabdehlər onun evini sökərək başqa bir ev tikib. Bu tikilən evin də qardaşı X10 adında olan evlə heç bir bağlılığı yox idi. Həmin evdə o və ailəsi yaşayırdılar. O, tutulandan sonra isə bu evi də sökərək üzərində bir daş belə qoymamışlar. Nəticə etibarilə bütün bunlar onların evdən çıxarılmalarına hesablanmışdır.

16. Apellyasiya instansiyası 19 avqust 2020-ci il tarixli qərardadla iş üzrə tikinti və əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşında ünvan 2 ünvanda yerləşən torpaq sahəi və evin kimin mülkiyyətində olması, həmin ünvanda yerləşən evin hazırda hansı hissələrinin sökülməsi, evin bərpası üçün nə qədər vəsait lazım olması barədə suallar qoyulmuş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur.

17. Müstəqil Məhkəmə Ekspertizаsı” MMC-nin 30 noyabr 2020-ci il tarixli ekspert rəyində qeyd edilib ki, ünvan 4 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi və orada yerləşən 8 otaqlı, 2 saylə fərdi yaşayış evi X10 mül kiyyətindədir. Ə.Bayramov küçəsi, 4 saylı ünvanda yerləşən evin mövcud vəziyyəti üzrə olması, eləcə də sökülmüş hissəsi müəyyən edilmədi. Evə dair hər hansı məlumat və layihə sənədləri, eləcə də, mövcud vəziyyət üzrə hər hansı bir tikinti konstruktiv elementləri olmadığı üçün evin yenidən bərpasına nə qədər vəsait lazım olmaslını müəyyən etmək mümkün olmadı.

18. Apellyasiya instansiyası 10 fevral 2021-ci il tarixli qərardadla iş üzrə əlavə ekspertiza təyin etmiş, ekspert qarşında ünvan 2 ünvanda 1954-cü ildə tikilmiş evin texniki pasportunda göstərilən tikinti materiallarının aşınma dərəcəsi nəzərə alınmaqla yenidən bərpasına nə qədər vəsait lazım olması barədə suallar qoyulmuş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuşdur.

19. Müstəqil Məhkəmə Ekspertizаsı” MMC-nin 18 mart 202 1-ci il tarixli ekspert rəyinə əsasən ünvan 4 ünvanda 1954-cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26.5 kv.m, ümumi sahəsi 45.5 kv.m-dən ibarət, 1994-cü ildə sökülmüş fərdi yaşayış evinin mülki işin 88-89 vərəqlərində olan texniki pasportda göstərilən tikinti materiallarının aşınma dərəcəsi nəzərə alınmaqla yenidən bərpa edilməsinə (ustanın əmək haqqı və sərf olunacaq materiallarla birlikdə) 19288.00 (on doqquz min iki yüz səksən səkkiz ) manat vəsait tələb edilir.

20. Cavabdeh3 müraciəti əsasında "xxxx" MMC-nin verdiyi fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə olan 12 may 2021-ci il tarixli rəyinə əsasən 1994-cü ildə sökülmüş ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həmin vaxtki qiyməti 3000 manat olmuşdur.

21. İddiaçının nümayəndəsi X1 əsasında " xxxx" MMC-nin bağlı 16 may 2021-ci il tarixli rəyə əsasən 1994-cü ildə sökülmüş fərdi yaşayış evinin tikinti norma və qaydalarının tələblərinə uyğun smetası hesablanmış və təmir-bərpa işləri üçün çəkilməli xərcin yekun qiyməti 16960,73 manat müəyyən edilmişdir.

22. Şəki şəhər Salman Mümtaz küçəsində fəaliyyət göstərən "Evim İnşaat" tikinti materialları mağazasının tikinti mütəxəssisi X8 verdiyi mütəxəssis rəyinə əsasən 1954-cü ildə tikilmiş və 1994-cü ildə sökülmüş 7.1*7.7 metr ölçüdə olan evin bərpa edilməsi üçün 9000-11000 manat vəsait lazımdır.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-67/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(039)-505/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 16960,73 manat dəymiş ziyana görə,190 manat hüquqi xidmətə görə vəkilə ödənmiş pul və 30 manat dövlət rüsumunun 24 avqust 2019-cu ildə ölmüş X9 miras qalmış və cavabdehlər tərəfindən qəbul edilmiş Yevlax şəhəri Əli Bayramov küçəsindəki mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən 2-(2) mərtəbəli 8 otaqlı 217,28 kvm yaşayış, 156,48 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi və qəbul edilmiş digər miras əmlaklar hesabına alınaraq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 300 (üç yüz) manatın cavabdehlərdən alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sə drlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov)

24. Apellyasiya məhkəməsi müəyyən edib ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 4 nömrəli ünvanda mövcud olmuş və X16 tərəfindən sökülmüş ev İddiaçı mülkiyyətində olmuşdur. Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 2 nömrəli ünvanda olan 8 otaqlı ev isə X12 20 yanvar 1993-cü ildə ölmüş ataları X6 miras əmlak kimi vərəsəlik qaydasında keçmişdir. Yevlax şəhəri, Ə.Bayramov küçəsindəki 4 nömrəli ünvanda olan evin 24 avqust 2019-cu ildə ölmüş X16 tərəfindən sökülməsi, sonuncunun ölən günədək iddiaçı ilə yaxşı münasibətdə olması, ona konkret olmayan maddi yardım göstərməsi, sökülmüş evlə bağlı iddiaçıya dəymiş ziyanın aradan qaldırılmasına real hərəkətlər etməklə köməklik etməsinə işarələr verməsi işin mübahisə edilməyən hallarındandır.

25. Apellyasiya məhkəməsi qeyd edib ki, məhkəmə əsaslı iddianı iddia müddəti keçdiyi halda iddia müddəti tətbiq etməklə rədd etməkdə haqlıdır. Əsassız iddiaya gəlincə isə iddia tələbinin qanuni əsası olmamasına istinad edilməklə iddia rədd edilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hər iki hala istinad etməklə gəldiyi nəticəsi düzgün deyildir.

26. Apellyasiya məhkəməsinin mövqeyinə görə hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 1994-cü ildə yarandığından mübahisənin həllinə 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin maddələri tətbiq edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, Vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu zi yanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 452-ci maddəsinə görə, birlikdə ziyan vuran şəxslər, ziyan çəkən qarşısında birlikdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 454-cü maddəsinə görə, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi, ziyanı ödəməyi qət edərkən işin hallarından asılı olaraq, ziyanı ödəmək üçün məsul olan şəxsi, dəymiş ziyanı eyni ilə ödəməyə (həmin keyfiyyət və növdə olan əşyanı verməyə, zədələnmiş əşyanı düzəltməyə və s.) və ya vurulmuş zərəri tamam ödəməyə məcbur edə bilər. Həmin Məcəllənin 81-ci maddəsinə görə, tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcu etiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədə r keçmiş vaxt yeni müddətə hesablanmır.

27. Apellyasiya məhkəməsi daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.01.2001-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şə rh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlarına istinad edərək, həmin Qərarlarda Konstitusiya Məhkəməsinin iddia müddətinin mülki hüquq münasibətlərində əhəmiyyəti, müddətin axımının başlanması, müddətin şamil edilmədiyi hallar və s.-lə bağlı hüquqi mövqeyini göstərmişdir.

28. Apellyasiya məhkəməsi qeyd edib ki, hazırki iş üzrə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlara əsasən 24 avqust 2019-cu ildə ölmüş X16 borcunu etiraf edən konkret hərəkətlər etmişdir ki, onun nəticəsi olaraq İddiaçı ona qarşı öldüyü vaxta qədər iddia ilə məhkəməyə müraciət etməmişdir.

29. Apellyasiya məhkəməsi vurğulayıb ki, X10 24 avqust 2019-cu ildə ölməsi ilə vərəsəlik açılmış, X9 miras qalmış əmlaklar, o cümlədən Yevlax şəhəri Əli Bayramov küçəsindəki 2 nömrəli fərdi yaşayış evi miras əmlak kim i cavabdehlər – Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

30. Apellyasiya məhkəməsi sökülmüş evin bərpası üçün tələb edilən məbləğlə bağlı iddiaçının nümayəndəsinin sifarişi əsasında "xxxx" MMC-nin 16 may 2021-ci il tarixli rəyini işin hallarına daha çox uyğun və inandırıcı hesab edərək, belə nəticəyə gəlib ki, həmin rəydə göstərilən 16960,73 manat cavabdehlərdən qəbul etdikləri miras hesabına ödənilməlidir.

31. Eyni zamanda apellyasiya məhkəməsi hesab edib ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 evdən dərhal çıxarılmaları hissəs ində iddianın təmin edilməsi qeyri-mümkündür. Çünki iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi evin mövcud olmadığı onun verdiyi iddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir. Həmçinin iddiaçının ona vurulmuş 40 000 manat maddi ziyanın 16960,73 manatdan artıq hissəsi də təsdiq edilmir.

32. Apellyasiya məhkəməsi iddianın təmin edilən hissəsində gəldiyi nəticəni 01.09.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 81, 442, 452, 454-cü, hazırda qüvvədə olan Mülki Məcəllənin 1306.1-ci və Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə istinad edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh1 (Vəkil) qətnamədən kassasiya şikayəti verib, qətnamən in ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi cavabdehin əri mərhum Paşa Orucovun borcunu etiraf edən hərəkətlər etməsini qeyd etsə də, bu, düz deyil, Paşa Orucov heç bir qarşılıq gözləmədn qardaşına (iddiaçıya) maddi və mənəvi dayaq olub. Apellyasiya məhkəməsi bunu mübahisəyə hüquq münasibətlərinin yarandığı vaxtda qüvvədə olan Mülki Məcəllənin iddia müddətinə dair müddəalarını deyil, sonradan qüvvəyə minmiş Mülki Məcəllənin iddia müddətinə dair müddəalarını tətbiq etmək üçün edib. Bununla da MPM-in 217.2-ci maddəsinin tələbləri pozulub; - mübahiəsli evin söküldüyü 1994-cü ildən məhkəməyə müraciət edildiyi vaxtadək keçən 27 ilə yaxın müddət ərzində iddiaçının harada yaşaması, onun Yevlax şəhəri, şəhid Heydər Əliyev küçəsində yerləşən mənzildə yaşayıb-yaşamaması, həmin mənzilin kimin mülkiyyətində olması, iddiaçının nə səbəbdən 1994-cü ildən Paşa Orucovun öldüyü 24 avqust 2019-cu il tarixə qədər məhkəməyə müracət etməməsi araşdırlmayıb; - iş materiallarına əsasən X10 adına Çıxarış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, ünvan 4 evə dair iddiaçının adına olan Çıxarış isə alqısatqı müqaviləsi əsasında verilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Əiyeva Ruhəngiz Sənan qızı kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, İddiaçı nümayəndəsi X11 və vəkili X7 isə etir az edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş) Maddə

81. Tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcu etiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Maddə

442. Vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan SSR İttifaqının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Maddə

452. Birlikdə ziyan vuran şəxslər, ziyan çəkən qarşısında birlikdə məsuliyyət daşıyırlar. Maddə

454. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi, ziyanı ödəməyi qət edərkən işin hallarından asılı olaraq, ziyanı ödəmək üçün məsul olan şəxsi, dəymiş ziyanı eyni ilə ödəməyə (həmin keyfiyyət və növdə olan əşyanı verməyə, zədələnmiş əşyanı düzəltməyə və s.) və ya vurulmuş zərəri tamam ödəməyə məcbur edə bilər. Mülki Məcəllə (01.09.2000-ci il tarixdən sonra qüvvəyə minmiş) 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığ ı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, şikayətin dəlilləri iddianın təmin edilən hissədə qətnamənin ləğvinə yönəlib. Buna görə də kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə əsaslı deyil.

41. Apellyasiya məhkəməsi 2000-ci ilin 01 sentyabrınadək qüvvədə olan Mülki Məcəllənin 81-ci maddəsinə istinad edərək göstərib ki, tərəflərdən birinin və ya hər ikisinin vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımının borclu şəxsin borcu etiraf etməsini təsdiq edən hərəkətləri ilə kəsilir. Hazırki iş üzrə də 24 avqust 2019-cu ildə ölmüş X16 borcunu etiraf edən konkret hərəkətlər etmişdir. Bununla apellyasiya məhkəməsi iddia müddətinin axımının kəsilməsini və etirafdan sonra müddətin axımının davam etməsini göstərmişdir.

42. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, apellyasiya məhkəməsi iddiaçının qardaşı X10 borcunu etiraf edən konkret hərəkətlər etməsini göstərsə də, bu hərəkətlərin nədən ibarət olmasını, nə vaxt baş verməsini aydınlaşdırmayıb, bu hal ı hansı sübuta əsasən müəyyən etdiyini göstərməyib. Baxmayaraq ki, apellyaisya məhkəməsi həmin hərəkətlərin məhz konkret olmasını qeyd edib.

43. Bundan əlavə, apellyasiya məhkəməsi bir tərəfdən X10 borcunu etiraf edən konkret hərəkətlər etməklə iddia müddətinin axımının kəsilməsinə və etirafdan sonra müddətin axımının davam etməsinə, digər tərəfdən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə istinad edir. Lakin qətnamədən görünmür ki, apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına istinad etməklə iddiaçının tələbinə iddia müddətinin şamil olunması nəticəsinə, ya da əksinə, ş amil olunmaması nəticəsinə gəlib. Halbuki belə mövqe əsaslı sayıla bilməz. Çünki bir halda ki, məhkəmə hesab edirsə ki, tələb iddia müddətinin şamil edilmədiyi tələblərə aiddir və bu səbəbdən iddia müddəti tətbiq edilməməlidir, belə olan halda müddətin axımının başlaması, kəsilməsi, dayanması və yenidən axımın davam etməsi kimi halların araşdırlmasına zərurət də qalmır.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəf evin iddiaçının razılığı ilə sökülməsini, bunun müqabilində iddiaçıya mənzil alınmasını bildirmiş, iddiaçının nümayəndəsi də birinci instansiya məhkəməsində evin iddiaçının razılığı sökülməsini etiraf etmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi cavabdehin etirazının əsasını təşkil edən bu dəlilləri yoxlamamışdır. Baxmayaraq ki, bu dəlillərə qiymət verilməsi hə min hissədə iddianın obyektiv və qanuni həlli, eləcə də qətnamənin əsaslılığı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

45. İşə baxılarkən Mülki Prosessual Məcəllənin qüvvədə olan redaksiyasına görə isə məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər... göstərilməlidir. (MPM, 175.1, 220.4) 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

48. Bu baxımdan, apellyasiya instansiyasının qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarında qətnamənin əsaslığına dair irəli sürülən tələblərə cavab verən qətnamə hesab edilə bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qət namənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Paşa qızının kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-67/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar