Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5475/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsindən İddiaçı1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 tərəfindən zəbt olunan torpaq sahəsində qoyulmuş qapının sökülməsi və ümumi ged işgəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(090)-257/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 zəbt olunmuş torpaq sahəsində qoyulmuş qapının sökülməsi və ümumi gediş-gəliş yolunun açılmasına dair iddia tələbi təmin edilmiş, Babək rayonunun Qahab kəndində yerləşən Cavabdeh2 tərəfindən eni 3.7 metr, uzunluğu 19 (on doquz) metr olmaqla zəbt olunmuş gediş-gəliş yolunun həmin sahədə qoyulmuş dəmir qapı sökülməklə açılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şahbuz Rayon Məhkəməsinin 2(090)-257/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv e dilmiş, iddia tələbi rədd edilmişdir. İddiaçı1 və onun vəkili Nümayəndə iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı1 və onun vəkili Nümayəndə iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hər hansı mötəbər sübut olmadan, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsinin mütəxəssisinin verdiyi formal və heç bir əsası olmayan rəyinə əsaslanara q ziyanına qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 11.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edərək, iş üzrə Şahbuz Rayon M əhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Naxçıvan MR Daşınaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 01.03.2018-ci il tarixdə verilmiş, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, həqiqətən Babək rayon, Qahab kəndində Cavabdeh2 mülkiyyətində 2303 kv.m torpaq sahəsi vardır. Həmin Komitə tərəfindən 06.02.2018-ci il tarixdə verilmiş, A seriyalı, 017995 nömrəli torpaq sahəsinin plan və ölçüsündə Cavabdeh2 məxsus olan torpaq s ahəsinin dəqiq ölçüləri göstərilmişdir. İş üzrə Cavabdeh2 apellyasiya şikayətinin əsası kimi göstərdiyi ümumi gediş-gəliş yolunun İddiaçı1 həyətyanı torpaq sahəsi ilə heç bir əlaqəsinin olmaması, ona görə də onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmamasına aydınlıq gətirərkən məlum olmuşdur ki, həqiqətən də hazırki vəziyyətdə hüquqi sənədlərə əsasən İddiaçı1 bələdiyyənin mülkiyyətində olan 19 metr uzunluğunda və 3.7 metr enində olan torpaq sahəsinə (yola) çıxışı (sərhəddi) mövcud deyil, onun iddia etdiyi və qapı açaraq yol kimi istifadə etmək istədiyi torpaq sahəsi iş materiallarına əsasən hazırda 12 aprel 2001-ci il tarixdə Babək Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə qonşusu mərhum X4 mülkiyyətindədir. Bu fakt m əhkəmə araşdırması zamanı iş üzrə İddiaçı1 izahatında, həmçinin iddiaçı tərəfdən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Qahab kənd Bələdiyyəsinin sədri X1, mütəxəssis qismində dindirilmiş X3 izahatı və yazılı məsləhətində, eyni zamanda yerində müayinənin nəticələrində də öz əksini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı1 kollegiya tərəfindən verilən sualları cavablandırarkən qapı açaraq yola çıxmaq istədiyi torpaq sahəsinin və tikililərin həqiqətən də hazırda qonşusu Muxtar Zamanovun (X4 qardaşı) mülkiyyətində olduğunu, hazırki mübahisəyə baxılıb qurtardıqdan sonra isə istifadə etdiyi həmin hissəni öz adına sənədləşdirəcəyini bildirmiş və beləliklə də qapı açmaq istədiyi torpaq sahəsinin onun öz mülkiyyətində olmadığını etiraf etmişdir. Həmçinin bu fakt İddiaçı1 b irinci instansiya məhkəməsinə sübut qismində təqdim etdiyi 12 aprel 2001-ci il tarixdə Babək Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də də öz əksini tapmış, həmin şəhadətnamədə İddiaçı1 ailə üzvü olmaqla X2 adına olan torpaq sahəsinin ölçüləri dəqiq göstərilmişdir. Həmin plan ölçüdən də aydın olur ki, İddiaçı1 qapı açaraq yola çıxmaq istədiyi torpaq sahəsi onun atası Q.A.Zamanovun mülkiyyətində olan torpaq sahəsinə aid edilməmişdir. İddiaçı1 qapı açaraq yola çıxmaq istədiyi torpaq sahəsinin və tikililərin qonşusu Muxtar Zamanovun mülkiyyətində olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı mütəxəssis E.Abdullayev tərəfindən məhkəməyə təqdim edilmiş və 12 aprel 2001-ci il tarixdə Babək Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş “Torpağın mü lkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən məlum olmuşdur ki, hazırda həmin torpaq sahəsi Muxtar Zamanovun qardaşı mərhum X4 adınadır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 011409 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən isə məlum olmuşdur ki, X5 28 avqust 2002-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Babək Rayon Qahab kənd Bələdiyyəsinin nümayəndəsi X1 və mütəxəssis X3 izahatlarından məlum olmuşdur ki, bir müddət əvvəl Cavabdeh2 bələdiyyəyə şikayət edərək, torpaq islahatları aparılan zaman onun mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsünün düzgün müəyyən olunmadığını, şikayət əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən yoxlama aparıldığını, yoxlama nəticəsində doğurdan da islahat zamanı texniki səhvliyə yol verilərək, cavabdehə məxsus torpaq sahəsinin ölçülərinin düzgün göstərilmədiyinin müəyyən olunduğunu, xəritədə göstərilən ölçülərin naturadakı vəziyyətə uyğun gəlmədiyini bildirmiş, bundan sonra Vilayətin xəritədə göstərilən torpaq sahəsinin ölçüsünü tamamlamaq məqsədi ilə kəsir torpaq payı kimi mübahisə olunan torpaq sahəsinin (yolun) bir hissəsi ölçülərək Naxçıvan MR Daşınaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 01.03.2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (mülki iş səh.70-72) əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş, qalan 19 metr uzunluğunda, 3.7 metr enində olan yol isə Qahab kənd Bələdiyyəsinin mülkiyyətində saxlanılmışdır. Lakin hazırki hüquqi sənədlərə əsasən İddiaçı1 həmin 19 metrlik yola çıxışının olmadığı, iddiaçının iddia etdiyi və qapı açmaq istədiyi torpaq sahəsinin Bələdiyyədə və Komitədə olan sənədlərə əsasən onun qonşusunun mülkiyyətində olduğu bildirilmişdir. Yuxarıda qeyd olunan bu faktların dəqiqləşdirilməsi məqsədi ilə aşağı instansiyası məhkəməsi tərəfindən 27 mart 2019-cu il tarixdə mübahisə olunan torpaq sahəsinə tərəflərin, üçüncü şəxsin nümayəndəsinin və mütəxəssisin iştirakı ilə yerində müayinə keçirilmiş, müayinə zamanı məlum olmuşdur ki, İddiaçı1 gediş-gəliş üçün açılmasını tələb etdiyi yol onun fərdi yaşayış evinin arxa tərəfində yerləşir. Həmin yolun başlanğıcında iddiaçının götürülməsini tələb etdiyi dəmir materialdan düzəldilmiş bir ədəd 2 tağlı dəmir qapı mövcuddur. Qeyd olunan evin arxa hissəsində İddiaçı1 qapı açmaq istədiyi həmin yola düşən 6-7 metrlik sahədə X4 mülkiyyətində olan torpaq sahəsi (həmçinin tikililər) yerləşir. İddiaçı1 fərdi yaşayış evinin əsas küçəyə açılan bir ədəd bir tağlı taxta köməkçi qapısı və başqa hissədən əsas küçəyə açılan dəmir 2 tağlı əsas giriş qapısı vardır və hazırda da gündəlik bu qapılardan istifadə edilir. Mübahisə olunan yoldan Cavabdeh2 başqa digər qonşular istifadə etməyiblər və hazırda da etmirlər. Yalnız İddiaçı1 bu yola açılan bir ədəd balaca qapısı mövcud olmuşdur ki, hazırda həmin qapının açıldığı torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və qarşısı hörülmüşdür. Hazırki hüquqi sənədlərə əsasən isə İddiaçı1 bələdiyyəyə məxsus olan 19 metr u zunluğunda, 3.7 enində yola həmsərhəd torpaq sahəsi mövcud deyil. Yerində müayinənin nəticələrini əks etdirən mütəxəssis məsləhəti, plan ölçü və fotoşəkillər iş materiallarına əlavə edilmiş, baxış zamanı müəyyən olunan hallar yazılı məsləhətdə, ona əlavə edilmiş plan ölçülərdə və fotoşəkillərdə də öz əksini tapmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsnə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair e tirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlillərində qeyd edilən pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, sübutların qiymətləndirilməsi Mülki Prosessual qanunve riciliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.04.2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5475/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5475/2019
02.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver