Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5476/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X4 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili Tağıyev Kamran Həsən oğlunun, Cavabdeh-nin vəkili Vəkil və 3-cü şəxs *** vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(103)10438/2018 nömrəli qətnaməsindən Cavabdeh-nin və 3-cü şəxs *** kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli, 2(005)-319/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh-nə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs *** iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.08.2008ci il tarixli, 186 nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binası, 22-ci mərtəbə, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızına təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, həmin mənzildən istifadə etməsinə, mənzi lə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2018 saylı, 30.03.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5228/2018 saylı, 01.08.2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2018 saylı, 30.03.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10438/2018 saylı, 29.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2017 saylı, 22.09.2017-ci il tarixli, qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh-nə qarşı “mənzilin ona təhvil verilməsi” barədə iddiası təmin edilmiş, Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.m olan 5 otaqlı 100 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh-nin üzərinə qoyulmuş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs *** cavabdehlər Cavabdeh və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi və sair tələbləri” barədə iddiası təmin edilməmiş, iş üzrə məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmişdir. Cavabdeh və onun vəkili Vəkil, 3-cü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızı və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin üzərinə müqavilə üzrə öhdəliyi olan Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.m olan 5 otaqlı 100 saylı mənzilinin ona təhvil verməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 19.08.2008-ci il tarixli müqaviləyə (№ 186) əsasən həmin şirkətin inşa edildiyi ünvan 1 ünvanında yerləşən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 saylı mənzili 135.960 (yüz otuz beş min doqquz yüz altmış) manata almışdır. Həmin mənzilə dair tam şəkildə pul ödənilməsi barədə Cavabdeh tərəfindən ona 19 avqust 2008-ci il tarixli maliyyə arayışı da verilmişdir. Cavabdeh” MMC-nin inşa etdiyi 4 saylı yaşayış binasında problemlər yarandığı üçün Cavabdeh-nin rəhbəri ondan əlavə 3.000 manat tələb edərək, binanın tamamlanmasını bildirmişdir. O, da məcbur qalaraq binanın tamamlanması üçün digər sakinlər kimi 3.000 manat pulu cavabdehə vermişdir. Həmin pulun verilməsi ilə bağlı ona 30 iyun 2015-ci il tarixli qəbz də təqdim edilmişdir. Lakin əfsuslar olsun ki, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili ona bu günə qədər təhvil ve rməmişdir. O, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini cavabdehdən tələb etsə də, qarşı tərəf hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili, yəni Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 saylı yaşayış mənzilini ona təhvil verməkdən boyun qaçırır. Hesab edir ki, Cavabdeh-nin üzərinə müqavilə öhdəliyinin dərhal yerinə yetirilməsi vəzifəsi qoyulmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızı cavabdehlər Cavabdeh-nə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.08.2008-ci il tarixli, 186 nömrəli müqavi lənin bağlandığı andan etibarsız hesab olunması və ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binası, 22-ci mərtəbə, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs iddia ərizəsini belə əsaslandırmışdır İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2008-ci il tarixli, 186 nömrəli müqaviləyə əsəsən, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binası, 22-ci mərtəbə, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 saylı mənzili 135.960 manata almışdır. İddiaçı ilə Cavabdeh arasında müqavilə imzalanmamışdan öncə, yəni 14 yanvar 2008-ci il tarixdə onunla Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı, 100 saylı mənzili “Alıcıya” təhvil verir. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə əsasən mənzilin hər bir kv.metr üçün 850 manat olmaqla ümumi olaraq 192.610 manat məbləğində pulu “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri onun tərəfindən tam ödənilmişdir. Müqavilə və maliyyə arayışı müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Göründüyü kimi, mübahisəli mənzil onun tərəfində n qanuni əsaslarla əldə edilmişdir. Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı, 100 saylı mənzilin ilkin və qanuni sahibi onun özüdür, sonradan cavabdehlər İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2008-ci il tarixli, 186 nömrəli müqavilənin heç bir qanuni əsası yoxdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə əsassız və əhəmiyyətsizdir, ona görə də etibarsız hesab edilməlidir. Cavabdehlər İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2008ci il tarixli, 186 nömrəli müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Hazırkı mülki iş üzrə məhkəmə proseslərindən məlumatı olmamış, iş üzrə “iddianı təmini tədbiri görülməsinə dair” ərizəyə apellyasiya instansiyası məhkəməs ində baxılıb işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilən zaman xəbər tutmuşdur. Ona görə də, halhazırda məhkəməyə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia ərizəsi ilə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili Vəkil, 3-cü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızı və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddiaçının iddia tələbinin rədd edilməsi və üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə bağlanan müqavilənin saxta o lması barədə onların yazılı izahatlarında qeyd etdiklərinə dair hansı əsasla “əlavə araşdırılmasına zərurət yoxdur” ifadəsini qeyd etdiyini əsaslandırmamışdır. Məhkəmə iddiaçıya münasibətdə iddiaçının dəlillərini araşdırmağı zərurət bilir, lakin cavabdeh tərəfin dəlillərinə münasibətdə araşdırmağı zərurət bilmir. Məhkəmənin qərəzli olması buradan müəyyən olunur. Üçüncü şəxsin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını, tərəflərin təqdim etdiyi sənədləri, sübutları, verilən izahatları hərtərəfli və obyektiv araşdırmamış, faktları təhrif etmiş, onlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən onun əsası kimi mülahizə və fərziyələrə əsaslanmış, tətbiq olunmamalı maddi hüquq normalarını tətbiq etmişdir ki, bununla da onun konstitusiya ilə qorunan mülkiy yət hüquqları pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh-nin vəkili Vəkil kassasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddiaçının iddia tələbinin rədd edilməsi, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs *** vəkili X3kassasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddiaçının iddia tələbinin rədd edilməsi, üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkili Tağıyev Kamran Həsən oğlu kassasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini, apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli qətnaməsini ləğv edib iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 14.01.2008-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226,6 m2dən ibarət olan 5 otaqlı 100 saylı mənzili alıcı Abdulrəhimova Aybəniz Abdulrəhman qızına təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 192.610 manat təşkil etmişdir. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binası Cavabdeh-nə məxsusdur, həmin yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226,6 m2-dən ibarət olan 5 otaqlı 100 saylı mənzilin pay dəyəri payçı Abdulrəhimova Aybəniz Abdulrəhman qızı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh-nə qeyd edilən mənzilə dair borcu yoxdur. 19.08.2008-ci il tarixli 186 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226,6 m2dən ibarət olan 5 otaqlı 100 saylı mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 135.960 manat təşkil etmişdir. Cavabdeh tərəfindən verilmiş 19.08.2008-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binası Cavabdeh-nə məxsusdur, həmin yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226,6 m2-dən ibarət olan 5 otaqlı 100 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh-yə qeyd edilən mənzilə dair borcu yoxdur. “xxxx” Şirkətinin direktoru X12 şəxsində “satıcı”, digər tərəfdən “alıcı” X11 arasında bağlanmış 19.08.2008-ci il tarixli 207 nömrəli müqavilədən görünür ki, satıcı ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümümi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsini-mənzili X6 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı mənzilin hər kvadrat metri üçün 1083,74 manat ödəməyi, müqavilənin ümumi dəyəri 110.000 manat təşkil etdiyi, 100.000 manat satıcıya əvvəlcədən, qalan məbləğ isə 4 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 19.08.2008-ci il tarixli 19/08 saylı kassa mədaxil orderindən görünür ki, X11 tərəfindən ev almaq üçün 207 nömrəli müqavilə üzrə “xxxx” Şirkətinə 100.000 (yüz min) manat pul ödəmişdir. 12.12.2008-ci il tarixli 12/12 saylı kassa mədaxil orderindən görünür ki, X11 tərəfindən ev almaq üçün 207 nömrəli müqavilə üz rə “xxxx” Şirkətinə 10.000 (on min) manat pul ödənilmişdir. “xxxx” Şirkətinin direktoru X12 şəxsində “satıcı”, digər tərəfdən “alıcı” İddiaçı arasında bağlanmış 03.08.2007-ci il tarixli 102 nömrəli müqavilədən görünür ki, satıcı ünvan 2 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümümi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsini-mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı mənzilin hər kvadrat metri üçün 825 ABŞ dolları ödəməyi, müqavilənin ümumi dəyəri 130.000 ABŞ dolları təşkil etdiyi, alıcı həmin məbləğin 100 %-ni satıcıya əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. 03.08.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ev almaq üçün 03.08.2007-ci il tarixli, 102 nömrəli müqavilə üzrə “xxxx” Şirkətinə 130. 000 ABŞ dolları pul ödəmişdir. “xxxx” Şirkətinin direktoru X12 şəxsində “satıcı”, digər tərəfdən “alıcı” İddiaçı arasında bağlanmış 19.08.2008-ci il tarixli 206 nömrəli müqavilədən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 9-cu mərtəbəsində ümümi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsini-mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alıcı mənzilin hər kvadrat metri üçün 1.083,74 manat ödəməyi, müqavilənin ümumi dəyəri 110.000 manat təşkil etdiyi, alıcı həmin məbləğin 100.000 manatını satıcıya əvvəlcədən ödəməyi, qalan məbləği 4 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 19.08.2008-ci il tarixli, 19/08 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ev almaq üçün 19.08.2008-ci il tarixli, 206 nömrəli müqavilə üzrə “xxxx” Şirkətinə 100.000 manat pul ödəmişdir. Cavabdeh yığıncağının 01.07.2015-ci il tarixli protokolunda qeyd edilmişdir ki, X9 Cavabdeh-nin direktoru vəsifəsinə təyin edilmişdir. Cavabdeh-nin təsisçisi İ.S.Qasımov tərəfindən 01.07.2015-ci il tarixdə X9 Cavabdeh-nin direktoru vəsifəsinə təyin edilməsi barədə əmr verilmişdir. Cavabdeh-nin 30 iyun 2015-ci il tarixli kassa mədaxil orderinin qəbzindən (mülki iş 1ci cild, səhifə 11) görünür ki, həmin qəbzlə İddiaçı şirkətə 3000 manat ödəniş etmişdir. Ödənişin təyinatı 1No-li yaşayış binasının 2-ci mərtəbəsində 700,0 kv.m. qeyri-yaşayış sahəsi üçün pay ödənişidir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdi r. Apellyasiya məhkəməsi iddianın mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etmişdir. Cavabdeh-nin inşa etdiyi F.Bayramov küçəsi 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 22-ci mərtəbəsində, sahəsi 226,6 m2-dən ibarət olan 5 otaqlı 100 saylı mənzilin kimə satılması ilə bağlı mübahisə var. Həmin mənzilə dair yuxarıda qeyd olunan müqavilələr bağlanmışdır. Hazırkı işdə həmin müqavilələrin hansının etibarlı müqavilə olması məsələsi mübahisələndirilir. Ona görə hazırkı mübahisənin həlli baxımından mənzilə dair Abdulrəhimova Aybəniz Abdulrəhman qızı ilə, və yaxud İddiaçı ilə bağlanmış müqavilənin etibarlı müqavilə olması əhəmiyyət kəsb edir. Ona görə məhkəmə həmin məsələ ilə bağlı sübutları digər sübutlarla birlikdə məcmu halda qiymət verir. İddiaçı etiraf edir ki, “xxxx” Şirkəti ilə bağla nmış müqaviləyə əsasən inşa edilmiş binadan həyat yoldaşı X6 adına ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 8ci mərtəbəsində ümümi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı mənzili, özü ilə bağlanmış müqavilə əsasında ünvan 2 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 10cu mərtəbəsində ümümi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili satın almışlar. Sonradan həmin mənzillərlə bağlı mübahisə yarandığından Cavabdeh ilə bağlanmış müqavilə ilə iki mənzilin əvəzi olaraq İddiaçı mübahisəli mənzil verilmişdir. İşin mübahisəsiz halıdır ki, İddiaçı sonuncu müqavilə üzrə yenidən şirkətə pul vəsaiti ödəməmişdir. Beş otaqlı mənzil əvvəl satılmış iki mənzilin əvəzi olaraq ona verilmişdir. Həmin halı mübahisələndirən yoxdur. Cavabdeh-nin nümayəndəsi əvvəlki iki mənzillin buna sə lahiyyəti olmayan “xxxx” Şirkəti tərəfindən satıldığını, həmin şirkətin belə səlahiyyəti olmadığını, mənzilə görə ödənilmiş məbləğin şirkətə daxil olmadığını bildirir. Cavabdeh şirkətin həmin etirazı əsaslı deyil. Çünki qeyd olunan tikinti ilə bağlı çoxsaylı mübahisələrə baxılma təcrübəsi ilə təsdiq olunur ki, Cavabdeh və “xxxx” Şirkətinin tikinti ilə bağlı birgə fəaliyyətinə dair razılaşma olmuş, yeni inşa edilən binanın qarşısında mənzillərin məhz “xxxx” Şirkəti tərəfindən satılması barədə böyük reklam yerləşdirilmişdir. İddiaçının vəkilinin təqdim etdiyi analoji mübahisələrlə bağlı digər məhkəmə qətnamələrindən də görünür ki, həmin məsələ digər işlərə baxılarkən rəsmi sənədlər əsasında müzakirə edilmiş və məsələyə müvafiq qiymət verilmişdir. Belə ki, iddiaçının vəkilinin təqdim etdiyi B akı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3157/2018 saylı, 30.05.2018-ci il tarixli qətnaməsindən (qətnamə qüvvəyə minməmişdir) görünür ki, “xxxx” şirkəti ilə Cavabdeh arasında bağlanmış 14.03.2007-ci il tarixli birgə fəaliyyət barədə sazişin surətindən görünür ki, onlar ünvan 3 ünvanda inşa edilən binalardakı mənzillərin satışının “xxxx” şirkəti tərəfindən həyata keçirilməsi barədə razılaşmışlar. Eyni zamanda tədqiq edilmiş fotoşəkillərlə müəyyən edilmişdir ki, mübahisəli ünvanda tikilməkdə olan binanın qarşısında həmin dövrdə “xxxx” şirkətinə aid elan lövhəsi asılmışdır. Hazırkı işdə iddiaçı da, təsdiq etmişdir ki, məhz “xxxx” Şirkətinin tərtib edərək payladığı bukletə uyğun olaraq həmin ünavana gələrək mənzil almışdır. Yuxarıda qeyd olunan işdə X10 cinayət işi üzrə verdiyi izahatlar da tədqiq edilmişdir. X12 05.01.2012-ci il tarixli, 07.03.2013-cü il tarixli, 02.08.2013-cü il tarixli, 17.12.2013-cü il tarixli, 11.02.2015-ci il tarixli, 16.02.2015-ci il tarixli izahatlarında göstərmişdir ki, «2004-2009-cu illərdə “xxxx” şirkətinin direktoru işləmiş, həmin şirkət yalnız mənzillərin satışı ilə məşğul olmuş, şirkətin təsisçisi Sahib İbrahimova məxsus “Nehrəm Holding” olmuş, o, eyni vaxtda həmçinin Cavabdeh-nin də direktoru olmuş, 2007-ci ildə artıq binanın 4-5 mərtəbəsi tikilmiş və o, mənzilləri satmağa başlamış, mənzil almaq üçün vətəndaşlar onun oturduğu ünvan 4 ünvanında yerləşən ofisə müraciət etmiş, o dövrdə həmin ofis eyni zamanda “xxxx” şirkətinin faktiki ünvanı olmuş, həmin vaxt Cavabdeh-nin möhürü Bakı şəhəri, Xan Şuşinski 21 ünvanında yerləşən ofisdə olduğundan hər dəfə müqavilə bağlanılan zaman vətəndaşları gözlətməmək üçün Cavabdeh-nin təsisçilərinin göstərişi ilə müqavilələrə “xxxx” şirkətinin möhürü vurulmuş, 2009-cu ilə qədər onun imzası və “xxxx” şirkətinin möhürü ilə təsdiq olunan 47 mənzil satılmış və pulları tikintiyə sərf olunmuşdur.» “xxxx” şirkətinin Cavabdeh ilə heç bir əlaqəsinin olmaması və 1-cinin satdığı mənzillərə görə vəsaitlərin şirkətə daxil olmaması barədə Cavabdeh-nin nümayəndəsi X5 dedikləri özünümüdafiə xarakteri daşıyır. İşdən görünən ondan ibarətdir ki, Cavabdeh iki mənzilin əvəzi olaraq İddiaçı mübahisəli mənzili təhvil verməsi təkcə formal rəsmiləşmə ilə deyil (müqavilə bağlamaqla), eyni zamanda mənzilin faktiki təhvili ilə həyata keçirilmişdir. İddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunur ki, mübahisəli mənzil 2012-ci ildən onun sahibliyinə verilmiş, o, mənzildə müəyyən təmir işləri, rekanstruksiya (ara divarlarla bağlı) işləri aparmış, mənzilin giriş qapısını dəyişmişdir. Hazırkı iş üzrə Cavabdeh-nin nümayəndəsi X9 30 iyun 2015-ci il tarixli kassa mədaxil orderi tərtib etməklə İddiaçı 3000 manat pul almışdır. Həmin vəsaitin məhz iddiaçının dediyi kimi tikintidə yaranmış gecikmələrlə bağlı olması tamamilə məntiqlidir və başqa izahı yoxdur. İddiaçı ona hansısa iki kv.m. sahənin satılması, həmin sahənin ayrılması, ona istifadəyə verilməsi ilə bağlı konkret söhbət olmadığını bildirir və təsdiq edir ki, həmin vəsait tikintini başa çatdırmaq üçün bütün sakinlərdən yığılan vəsait olmuşdur. Cavabdeh-nin nümayəndəsi X9 bildirir ki, həmin pul vəsaiti bütün sakinlərdən yığılmış və vəsait 1No-li yaşayış bi nasının 2-ci mərtəbəsində 700,0 kv.m. qeyri-yaşayış sahəsindən iki kv.m sahənin iddiaçıya satılması ilə bağlı olmuşdur. Guya sakinlər hər biri istədiyi ölçüdə qeyri-yaşayış sahəsini almalı və sonra həmin sahə satıldıqda öz vəsaitlərini geri götürməli idilər. Belə izah əsaslandırılmamış, məntiqsiz bir izahdır. Əvvəla, cavabdeh 700 kv.m. qeyri-yaşayış sahəsinin mövcudluğu, həmin sahənin hansı qaydada satışa çıxarılması, satışın necə həyata keçirilməsi, iki kv.m. sahənin necə bölünməsi, hər bir sakinin aldığı sahənin necə, hansı qaydada ayrılması, gələcəkdə sakinlərin özünə məxsus sahəni necə tanıyacağı, necə satışını həyata keçirəcəyi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, Cavabdeh-nin nümayəndəsi X9 30 iyun 2015-ci il tarixdə İddiaçı əl avə olaraq 3000 manat pulu qəbul etməklə mübahisəli mənzilin məhz ona məxsus olmasını təsdiq etmişdir. Əks təqdirdə həmin binada mənzili olmayan, binaya aidəyyəti olmayan şəxsdən binanın “sakini” kimi əlavə ödəniş alınması məntiqsizdir. Nümayəndə həmin ödənişin başqa məqsədlə verilməsini təsdiq edən sübutlar təqdim edə bilmədiyi üçün məhkəmə kollegiyası iddiaçının dəlillərini həqiqət kimi qəbul edir. İddiaçı mübahisəli mənzili alması ilə bağlı hallar aydınlaşdığı üçün onunla Cavabdeh arasında bağlanmış 19.08.2008-ci il tarixli, 186 saylı müqavilədəki nöqsanların (müqavilənin tarixinin əvvələ yazılması, müqavilənin ikinci vərəqinin sonunda 14.08.2011ci il tarixi qeyd edilməsi, sonrakı tarixə alınmış şəxsiyyət vəsiqəsinin anket məlumatlarının müqaviləyə daxil edilməsi və.s.) əlavə araşdırı lmasına zərurət yoxdur və həmin hallar mübahisənin həlində əhəmiyyət kəsb etmir. Beləliklə, apellyasiya instasiyası məhkəməsinin ilk iddia ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilin satılması ilə bağlı cavabdeh şirkətlə razılığa gələrək onu satın aldığını, dəyərini tam olaraq ödədiyini və faktiki sahibliyinə qəbul etməsini sübuta yetirdiyi üçün onun iddiası özlüyündə təmin olunan iddiadır. Lakin, nə qədər ki, 3-cü şəxs həmin mənzilə iddiaçıdan əvvəl hüquqlarının yaranmasını israr edir, ona görə onun tələbi ilə bağlı da, yoxlama aparılmasına zərurət yaranır. Abdulrəhimova Aybəniz Abdulrəhman qızı mübahisəli mənzilə dair müqavilənin iddiaçıdan əvvəl bağlanmasına istinad edərək iddiaçı ilə bağlanmış müqavilənin etibarsız hesab olunmasını tələb etmiş, elə bu əsasla da, iddia tələbi təmin edilmişdir. Hazırkı işdə həmin qaydanın tətbiqi birmənalı olaraq əsaslı hesab oluna bilməz. Belə ki, Cavabdeh ilə mənzil sahibləri arasında baş vermiş mübahisələrə baxılması təcrübəsi göstərir ki, həmin şirkət tərəfindən mənzilə dair əvvəlki tarixə müqavilə bağlanması adi hal almışdır (bununla bağlı iddiaçının vəkili digər işlər üzrə məhkəmə qətnamələri və xüsusi qərardadlar təqdim etmişdir). Hazırkı işdə işin mübahisəsiz halıdır ki, iddiaçının özü ilə bağlanmış müqavilə təqribən 2012-ci ildə bağlansa da, müqavilənin bağlanma tarixi 19.08.2008-ci il göstərilmişdir. 3-cü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızı ilə bağlanmış müqavilənin də, əvvəlki tarixə bağlanması istisna deyil. İşdə buna dəlalət edən hallar mövcuddur. Hazırkı işdə *** mənafeyi ilə Cavabdeh-nin mənafeyi üst-üstə düşür. Beləki, iş materiallarına əlavə edilmiş (1-ci cild, səh. 39) Cavabdeh-nin 09 nömrəli, 01.08.2016-cı il tarixli və (1-ci cild, səh. 154) 21.09.2017-ci il tarixli müstəqil tələb irəli sürən 3-cü şəxs *** etibarnamələrindən görünür ki, həm cavabdehin, həm də 3-cü şəxsin nümayəndəsi X13 iştirak etmiş və həmin nümayəndə 1-ci instansiya məhkəməsinin gedişatında 3-cü şəxsin adından da izahat vermişdir. Cavabdeh 1-ci instansiya məhkəməsinin gedişatı zamanı qarşılıqlı iddia verilənədək 3-cü şəxs olan Aybəniz Abdulrəhimovanın mənzilə hüququnun olması barədə bir dəfə də olsun məlumat verməmiş, hazırki iş üzrə iddianın təmin tədbiri və ərazi aidiyyəti məsələlərinə baxılan zaman Cavabdeh-nin nümayəndələri nə şikayətlərində, nə vəsatətlərində, nə də ki izahatlarında mənzilin Ayb əniz Abdulrəhimovaya məxsus olmasını bildirməmişlər. Hansıki, məhz şirkətin əsassız vəsatətləri əsasında mülki iş bir il ərzində müxtəlif instansiyalarda məhkəmələrin icraatında olmuşdur. Bundan başqa, hazırda Cavabdeh-nin nümayəndəsi kimi iştirak edən X9 30 iyun 2015-ci il tarixdə İddiaçı əlavə olaraq 3000 manat pulu alarkən (bununla bağlı yuxarıda qiymətləndirmə aparılmışdır) mənzilin başqa şəxsə məxsus olmasını bildirməmiş, bundan sonra keçən müddət ərzində də, mənzilin başqa şəxsə satılması barədə məlumat verməmişdir. X9 məhkəmə iclasında bildirmişdir ki, sonradan ödənilən vəsaiti siyahı üzrə bütün sakinlər yığaraq könüllü ödəmişlər. Lakin, nədənsə işə baxılan dövr ərzində *** da belə ödəniş etməsinə dair sənəd ortaya çıxmamışdır. Mənzilə dair 3-cü şəxsin adına müqavilə bağlanması məsə ləsi məhz hazırkı mübahisə zəminində, bir ildən sonra ortaya çıxması, mübahisəli mənzilin 2012-ci ildən iddiaçının sahibliyində olmasına baxmayaraq *** ona heç bir etiraz etməməsi, mənzilə gəlməməsi, baxmaması, mənzilin ona məxsus olmasını bildirməməsi, onun digər sakinlər kimi şirkətə əlavə vəsait ödəməsinə dair sənədin ortaya çıxmaması ona dəlalət edir ki, 3cü şəxslə bağlanmış müqavilə son vaxtlarda tərtib edilmiş saxta müqavilələrdəndir. Uzun sürən məhkəmə iclaslarında Abdulrəhimova Aybəniz Abdulrəhman qızını bir dəfə də olsun mübahisə ilə bağlı dindirmək mümkün olmamışdır. *** mübahisə ilə bağlı ətraflı izhatının alınması çox məsələlərə aydınlıq gətirə bilərdi (mənzilə dair müqavilnin bağlanması, alqısatqının şərtləri, pulun ödənilməsi və.s.). Məhkəmə kollegiyası hesab edir ki, məhz hə min məsələlərə aydınlıq gətirilməsini istəməyən şirkətin köməkliyi ilə 3-cü şəxsin məhkəmədə iştarkı təmin olunmamışdır. İş üzrə həmin halların müəyyən edilməsi bu barədə xüsusi qərardad çıxarılmasını labüd edir. Bundan başqa, apellyasiya instanbsiyası məhkəməsi qeyd etmişdir ki, 3-cü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızı əqdin etibarsızlığı ilə bağlı müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2 maddəsinə əsasən bu Məcəllənin 347.1 maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Lakin işə baxan 1-ci instansiyası məhkəməsi işin həmin halını müzakirə etməmiş, müddətin ötürülməsinə müvafiq hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1. maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qeyd olunan normada nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericinin kəsici müddətləri müəyyən etməkdə məqsədi mülki hüquq münasibtləri iştirakçılarını öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaqdan ibarətdir. Həmin müddətin keçməsi ilə tələbetmə hüququ başa çatı r. Bunun üçün iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2. maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdə dair mübahisə edə bilər. Qətnamənin əsaslandırıcı hissəsində qeyd olunan hallar ona dəlalət edir ki, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Aybəniz Abdulrəhimova mənzili aldığı 9 il ərzində mənzilə başqa şəxsin iddia etdiyini bilməli idi. Çünki ən azından mənzil 2012-ci ildən iddiaçının sahibliyində olmuş, 3-cü şəxsin mənafeyindən çıxış edən cavabdeh şirkət sənədləşmələrin aparılmasında iştirak etmişdir. Apellyasiya instansiyası düzgün olaraq hesab etmişdir ki, ilkin iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 178.8. maddəsi çıxış edir. Həmin normaya görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hü ququ, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Qeyd olunan normaların tətbiqi baxımından iddiaçı mübahisəli mənzilin dəyərini ödəməklə həmin mənzilə sahiblik və istifadə etmək hüququ əldə etmişdir. Eyni zamanda cavabdeh şirkət müqavilə bağlayaraq mənzili iddiaçıya satdığından və onun qarşısında öhdəliyi yarandığından hazırkı tələbə müqavilə və öhdəlik hüquq münasibətlərini nizama salan (Mülki Məcəllənin 386-cı, 385.1., 442-ci, 445.1-ci maddələri) maddi hüquq normalarıda tətbiq edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessua lhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası işin faktiki hallarına qiymət vermədən əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına, tərəflərin şikayət və ona olan etirazının dəlillərinə ətraflı şəkildə sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qiymət verib, maddi hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya inst ansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh-nin və 3-cü şəxs *** kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(103)-10438/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5476/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5476/2019
28.08.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver