Məhkəmə qərarları › İş №2(102)-5479/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5479/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5479/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)1177/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş 2(033)-287/2020) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 məxsus Zaqatala rayonunun Kebeloba kəndində yerləşən fərdi yaşayış evinə 16 il müddətinə istif adə hüququnun tanınması və xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş uşağı X1 ilə birlikdə həmin evə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdə Cavabdeh1lə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaq ananın himayəsində saxlanılmaqla ona görə 140 manat məbləğində alimentin Cavabdeh1 tutulması qət edilmişdir. 2020-ci ilin yanvar ayınd a İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş əri Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşən onun atasına məxsus fərdi yaşayış evində yaşamasını, ona məxsus cehiz əmlakın hazırda da orada yerləşməsini əsas göstərməklə Zaqatala rayonunun Kebeloba kəndində yerləşən həmin evə 16 il müddətində istifadə hüququnun tanınması və uşağı ilə birlikdə evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edi lməsini xahiş etmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, Oqtay Əfəndiyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin evə onun mülkiyyətçisinin oğlu Cavabdeh1lə nikaha girməsi ilə əlaqədar köçürülmüş, lakin nikahlarının məhkəmə qaydasında pozulması ilə əlaqədar evdən getmişdir. İşin həmin hallarına əsaslanan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qüvvəsini tətbiq etməklə hesab etmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi evin mülkiyyətçisinin ailə üzvü olmadığından tələbi qanunsuzdur və istifadə hüququ tanın maqla həmin evə köçürülə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında s axlanıla bilər. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları və tətbiq olunan maddi hüquq norması iddianın təmin edilməsi üçün əsas vermədiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar