Məhkəmə qərarları › İş №2(102)-548/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-548/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-548/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1966/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında tərtib edilmiş yazılı qəbz əsasında Cavabdeh1 "xxxx"ASC-dən lizinqə götürdüyü “Niva Effekt” SK-5-ME1 markalı taxıl biçən kombaynın alqı-satqısı məqsədilə İddiaçı tərəfindən Cavabdeh2 8000 manat pul ödənilmişdir.

2. İddiaçı, həmin kombaynın sonradan Cavabdeh1 tərəfindən ondan alındığını bildirərək ödədiyi məbləğin Cavabdeh2 tərəfindən geri qaytarılmasına dair aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (sonradan tələbini həcmini azaldaraq), Cavabdeh2 8000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı bildirir ki, 2017-ci ilin aprel ayında Cavabdeh1 "xxxx" ASC-dən lizinqə götürüdüyü kombaynı Cavabdeh1 qardaşı oğlu Cavabdeh2 8000 manat pulu (qəbzə i mza etdirməklə) ödəyərək almışdır. Cavabdeh2 əmisi Cavabdeh1 əvəzində "xxxx" ASC-yə olan ödənişləri onun (Cavabdeh2) etdiyini və əslində kombaynın ona məxsus olduğunu bildirmişdir. Kombaynı aldığı zaman nasazlıqlarına görə təmir üçün 3000 manat pul xərcləmişdir. Bundan əlavə kombaynın dəyəri üçün illik ödənişlər üçün 3150 manat pul ödəmişdir. Hətta Cavabdeh1 tərəfindən gecikmiş borc üçün 1660 manat pulu da "xxxx" ASC-yə o (iddiaçı) ödəmişdir. Bir müddət sonra kombaynda yaranmış nasazlıqlar səbəbindən kombaynı 11.400 manat əvəzində Cəlilabad rayonunun Şatırlı kənd sakini X1. Buna baxmayaraq Cavabdeh1, Tohid Hadıyevi məhkəməyə verərək texnikanı tələb etmişdir. Cəlilabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(073)2301/2018 saylı qətnaməsi ilə kombayn Tohid Hadıyevdən alınaraq Cavabdeh 1 verilmişdir. Belə olan halda Tohid Hadıyev ondan 11.400 manatı geri tələb etdiyi üçün o da cavabdehdə qarşı hazırkı tələbi irəli sürür.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, onun əmisi Cavabdeh1 "xxxx" ASC-dən lizinqə götürdüyü kombaynı etibarnamə əsasında 1 il müddətinə idarə etmək üçün İddiaçı vermişlər. Həmin vaxt o, kombayna sərf etdiyi təmir xərcinin əvəzində 8000 manat pulu İddiaçı almışdır. Lakin o, iddiaçıya kombayn satmamışdır. İddiaçı 3 ildən artıqdır ki, kombayndan istifadə edir. Onun iddiaçıya heç bir borcu yoxdur.

6. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q.Paşayev) xx xxxxxx 2020-ci il tarixli, 2(073)-150/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında Cavabdeh2 İddiaçı aldığı 8000 manat pulu “Niva Effekt” SK-6 MEİ markalı kombaynda olan nasazlıqların aradan qaldırılmasına xərclədiyi vəsaitin əvəzi olaraq aldığını göstərsə də, həmin halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və F.Soltanov) xx xxxxxx 2020-ci il tarixli, 2(106)-1966/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əmisi Cavabdeh1 tərəfindən xxxx ASC-dən lizinq yolu ilə götürdüyü kombaynı cavabdehin hesabına 8.000 manat xərc çəkib əsaslı təmir edərək İddiaçı istifadəsinə vermiş və qarşılıqlı razılıq əsasında çəkdiyi xərci İddiaçı almışdır. xxxx ASC idarə heyətinin razılığı əsasında 2017-ci ilin aprel ayında cavabdeh İddiaçı lizinq istifadəsi olan əmisi Cavabdeh1 1 illik icarə müqaviləsi bağlamışlar. Müqavilə bağlanana qədər həmin kombayn cavabdehin istifadəsində olduğundan onun təmiri, ehtiyat hissələrinə 8.000 manat xər ci çıxmışdır. Bunu İddiaçı bildiyindən 8.000 manatı kombaynı icarəyə götürəndən sonra cavabdehə qaytarmışdı. İddiaçı bir ildən sonra kombaynı qaytaracağını bildiyi halda həmin kombaynı varlanmaq məqsədi ilə Tohid adlı şəxsə satmışdır. Kombayn 3 ildən artıqdır ki, İddiaçı və Tohid adlı şəxsin faktiki istifadəsindədir. Hətta Tohidə qarşı həmin kombaynın qaytarılması barədə məhkəmə qətnamələri vardır, lakin icra olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kol legiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilmə miş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 24. xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh1 "xxxx" ASC-dən lizinqə götürdüyü “Niva Effekt” SK-5-ME1 markalı taxıl biçən kombayna görə alqı-satqı məqsədi ilə Cavabdeh2 8000 manat pul ödəmişdir.

25. «xxxx» ASC tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 174-GL/16 saylı xx xxxxxx 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh1 lizinqə verilmiş “Niva Effekt” SK-5-ME1 markalı kombayn, idarə olunması üçün İddiaçı verilmiş, lakin etibarnamənin verilməsi lizinq alan Cavabdeh1 "xxxx" ASC ilə bağladığı müqavilə üzrə öhdəliklərindən azad etməmişdir.

26. X3 və digərlərinin ərizələri əsasında toplanmış HQ-1-1984 saylı material üzrə Cəlilabad RPŞnin TB-nin baş təhqiqatçısı İnqilab Bayramovun "cinayət işinin başlanmasının rədd edilməsi barədə" xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, əmisi Cavabdeh1 "xxxx"ASC-dən götürdüyü "Niva SK-5ME-1" markalı kombaynı sürmək üçün ona vermiş, hər biçilən hektar üçün Kamala 8-10 manat pul vermişdir. Kombaynı özü istifadə etdiyinə görə öz puluna təmir etdirmişdir. Kombaynı təmir edəndən sonra 2017-ci ilin mart-aprel ayında xəstələndiyindən, kombaynı işlədə bilməyəcəyinə görə adam tapıb işlətmək üçün vermək istəmişdir. Bunu qonşu kənddən olan Əfsər eşidib onun yanına gəlmiş və kombaynı götür üb işlətmək istədiyini bildirmişdir. Əfsərə kombaynın təmiri üçün 8000 manat xərc çəkdiyini bildirmiş, Əfsər ona 8000 manatını verəcəyini bildirib, kombaynı idarə etmək üçün adına etibarnamə verməsini istəmişdir. Bundan sonra əmisi Kamala demişdir ki, artıq kombaynı idarə edə bilməyəcəkdir və Əfsər adlı bir şəxs kombaynı idarə etmək istəyir. Lakin əmisi Kamala kombaynın təmiri üçün çəkdiyi 8000 manat xərci Əfsərdən aldığını deməmişdir. Əfsərə kombaynı saz vəziyyətdə vermiş və Əfsər kombaynı heç-bir əlavə xərc çəkmədən işlətmişdir və sair.

27. İş üzrə tələbin həcmi azaldılanadək cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 iddiaya qarşı verdiyi yazılı etirazında bildirmişdir ki, İddiaçı taxılbiçən kombayn satmamış, əksinə "xxxx" ASCnin İdarə Heyətinə müraciəti əsasında kombayn iddiaçıya illik ö dənişlər etməsi şərti ilə bir il müddətinə istifadəyə verilmişdir. Lakin İddiaçı həmin etibarnamədən sui-istifadə edərək, qanunsuz olaraq özgənin əmlakını Tohid Hadıyev adlı şəxsə satmışdır. Üç ildir ki, həmin şəxslər onun texnikasından istifadə edərək külli miqdarda pul qazanıblar. Qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq, texnika bu günədək ona qaytarılmamışdır.

28. İş materiallarında olan iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı əmlakın geri qaytarılması və əldən çıxmış fayda tələbinə dair iddiası üzrə Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(073)-2301/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunaraq, cavabdeh X2 1 ədəd 2009-cu il buraxılışlı, “Niva Effekt” SK-5-ME1 markalı taxıl biçən kombaynın və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb id diaçı Cavabdeh1 verilməsi qət edilmişdir.

29. Həmin qətnamədən cavabdeh tərəfindən verilən apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(106)-1115/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmşdir ki, İddiaçı Cavabdeh1 "xxxx" ASC-dən lizinqə götürüdüyü “Niva Effekt“SK-5-ME1 markalı taxıl biçən kombayna görə alğı-satqı məqsədi ilə Cavabdeh2 8000 manat pul ödəmişdir. Cavabdeh2 həmin kombaynı heç bir qanuni əsas olmadan İddiaçı satmışdır. Bundan sonra iddiaçı cavabdehdən ödədiyi pulu qaytarmasını tələb etmiş, lakin cavabdeh həmin pulun qaytarmaqdan yayınmışdır.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh kombaynın təmirinə həqiqətən 8000 manat məbləğində xərc çəkmişdirsə, həmin xərclə kombaynın sahibini zənginləşdirərək, kobaynı işlək vəziyyətə gətirmişdir və çəkilən xərclə bağlı mübahisə onlar arasında öz həllini tapmalıdır.

32. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kombaynın alqı-satqısına dair tərəflər arasındakı razılaşma (sadə yazılı qəbz) məcburi forma şərtinə görə etibarsız olduğundan heç bir hüquqi nəticə yaratrmamışdır. Belə olan halda iddiaçının 8000 manat məbləğində pulunun cavabdehə keçməsinin hüquqi əsası olmamışdır. Bu hal isə yuxarıda qeyd edilən maddi hüquq normalarına görə əsassız varlanma sayılır (§ 15-17). Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi hüquq normalarına uyğundur.

33. Cavabdeh, kassasiya şikayətində kombaynın iddiaçıya satılma dığını, icarəyə verildiyini bildirsə də, tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli qəbzdə pulun hansısa təmir xərclərinin əvəzi kimi deyil, əslində texnikanın alqı-satqısı üçün verildiyi açıqca göstərilmişdir. Kollegiya kombaynın cavabdehə qaytarılması dəlili ilə də razılaşmır, ona görə ki, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(073)-2301/2018 saylı qətnaməsi ilə “Niva Effekt” SK-5-ME1 markalı taxıl biçən kombaynın Cavabdeh1 verilməsi qət edilmişdir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1966/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar