Məhkəmə qərarları › İş №2(102)-548/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-548/2022

28.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-548/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-548/2022 (Açar sözlər: əmək mübahisələri, müvafiq dərs saatının verilməsi, hüquq normalarının səhv tətbiq edilməsi ) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbinə qarşı “riyaziyyatinformatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-847/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə 15 sentyabr 2015-ci il tarixdən riyaziyyat-informatika müəllimi vəzifəsinə qəbul edilib, 14 iyun 2017-ci il tarixli, 750/b saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad olunub.

2. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə iddiaçı əvvəl ki işinə bərpa edilmiş, ona 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

3. İddiaçı işə bərpa ediləndən sonra onun dərs saatı və buna da uyğun olaraq əmək haqqı azalmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Mingəçevir şəhər 1 №-li tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhəri 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması, əmək haqqının işə bərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 1 5 sentyabr 2015-ci il tarixli əmri ilə məktəbə daimi riyaziyyat və informatika müəllimi işinə qəbul olunmuşdur. Həmin vaxt onunla əmək müqaviləsi bağlanmışdır. Məktəbin 14 iyun 2017-ci il tarixli, 750/b saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)- 3598/2017 saylı qətnaməsi ilə məktəbə riyaziyyati-nformatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmiş, 14 iyun 2017-ci il tarixdən işə bərpa olunduğu günədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.

6. İddiaçı işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahi d tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə 10 dərəcə ilə əmək haqqı almışdır. Ancaq işə bərpa olunduqdan sonra məktəb iddiaçıya 5 saat dərs vermiş və bildirilmişdir ki, işə bərpa qətnaməsi ilə işə qayıdanların dərs saatı bu şəkildədir.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli «Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında» Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümümtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü 18 saat müəyyən edilmişdir.

8. İddiaçının müddətsiz şərtlərlə müəllim kimi fəaliyyət göstərməsinə baxmayaraq məktəb məhkəmə qətnaməsini nəzərə almayaraq iddiaçını müəyyən edilmiş 18 saatdan az olm ayan dərs yükü ilə təmin etmir.

9. Bundan əlavə, cavabdeh tərəfindən əmək haqqı vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmır. Cavabdeh iddiaçının diaqnostik qiymətləndirilməyə göndərilməyini təmin etmədiyindən yeni tarif cədvəlinə uyğun əmək haqqı ala bilmir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına istinad etmişdir.

11. Cavabdeh Mingəçevir şəhər 1 saylı tam orta məktəbin nümayəndəsi (direktoru) iddiaya münasibətdə bildirib ki, iddiaçının 1 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin olunmağı, əmək haqqının işə b ərpa olunduğu gündən yeni vahid tarif cədvəlinə uyğun 10 dərəcə ilə hesablanmaqla ödənilməsi tələbi onun səlahiyyətlərinə aid deyil. Diaqnostik qiymətləndirmədən keçmədən sözügedən dərs yükünün verilməsi mümkün deyil. İddiaçı isə diaqnostik qiymətləndirilmədən keçməmişdir. Lakin onun səlahiyyətləri daxilində mümkün qədər dərs yükünün artırılmasına çalışa bilər. Dərs saatlarının iddiaçının göstərdiyi formada verilməsi hazırda mümkün deyil. Çünki dərs saatları həmin ixtisasdan olan müəllimlər arasında bölünmüşdür.

12. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-185/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Hüseyn Mirzəliyev)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı işə götürülərkən işəgötürən “Azərbaycan Respublikası Təhsil Nazi rliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar 15 sentyabr 2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan 14 iyun 2017-ci il tarixli, 750/b №li əmrlə əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)-3598/2017 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Mingəçevir şəhər 1 №li tam orta məktəbin riyaziyyat-informatika müəllimi vəzifəsinə bərpa olunmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, qanunvericiliyin tələbindən də göründüyü kimi işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu m ərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Lakin İddiaçı işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil, məhkəmə vasitəsi ilə qəbul olmuşdur. Belə olan halda, sözügedən Qaydaların tələblərindən kənar işə qəbul olunmasına baxmayaraq iddiaçı diaqnostik qiymətlənmədən keçməlidir. İddiaçı diaqnostik qiymətlənmədən keçməsi üçün müraciət etməli, onun diaqnostik qiymətləndirilmədən keçirilməsindən imtina olunarsa, müvafiq icra hakimiyyəti orqanının qərarından İnzibati Məhkəməyə şikayət verməlidir. Ümumi (şəhər və rayon) məhkəmənin iddiaçının üzərinə sözügedən tələbi qoymaq hüququ yoxdur. İddiaçını diaqnostik qiymətləndirilmədən keçirməsi mütləq olsa da, sözügedən müsabiqənin keçirilməsi hazırki iş üzrə cavabdeh olan Mingəçevir şəhəri 1 saylı orta məktəbin direktorunun deyil, müvafiq icra hakimiyyəti aparmalıdır. Ona görə də iddia əsassızdır və təmin olunmamalıdır.

15. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçı tələbini “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli Qərarı ilə əsaslandırsa da, sözügedən Qərarda müəllimlərə düşməli olan 1 stavka dərs yükünün 18 saat olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı Sərəncamına uyğun olaraq diaqnostik qiymətləndirilmə aparılandan sonra sözügedən dərs yükünün verilməsi məqsədə müvafiq sayılmışdır

16. Birinci instansiya məhkəməsi mövqeyini “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan m üəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamı, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı iddia tələbində Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli qərarına əsasən işdən çıxarılana qədər yerinə yetirdiyi əmək funksiyasına uyğun həmin əmək şəraitinin təmin olunmasını isətəyir di. Məhkəmənin istinad etdiyi «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin 16 yanvar 2015-ci il tarixli sərəncamı və 23 avqust 2017-ci il tarixli əlavə məhz Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması ilə bağlıdır; - iddiaçının tələbi əmək haqqının diaqnostik qiymətləndirmə aparılan müəllimlərin əmək haqqına uyğunlaşdırılınası deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 1 stavka dərs yükü ilə təmin edilməyi ilə bağlıdır. Halbuki, iddiaçı işdən 14 iyun 2017 -ci ildə azad olunarkən 18 saat dərs yükü olmuş və buna müvafiq olaraq əmək haqqı almışdır; - Əmək Məcəlləsinin 54.2-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. İşəgötürən 1 saylı orta məktəbin direktroru belə razılaşmaları olmadığı halda, birtərəfli qaydada iddiaçının əmək şəraitinin şərtlərini dəyişərək dərs yükünü 5 saat etmişdir; - məhkəmələr nəzərə almamışdır ki, iddiaçı 18 saat dərs yükü ilə təmin olunmağını həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, həm də Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 saylı qərarına əsasən tələb edir.

19. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(107)-847/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilm əmiş, Mingəçevir şəhər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(051)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) İmamverdi Şükürov, Ayaz Mahmudov)

20. Apellyasiya məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2 və 4.1-ci bəndinə və «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərənca mının 1-1-ci hissəsinə istinad etməkdə haqlı olmuşdur.

21. Apellyasiya məhkəməsi vurğulayıb ki, iddiaçı tələbini “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli qərarı ilə əsaslandırsa da, sözügedən qərarda müəllimlərə düşməli olan 1 stavka dərs yükünün 18 saat olması göstərilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamı ilə təsdiq edilmiş «Qaydalar»da diaqnostik qiymətləndirilməsi aparılandan sonra sözügedən dərs yükünün verilməsi məqsədə müvafiq sayılmışdır. a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, 1 stavka - 18 saatdan az olmayan dərs yükü ilə təmin olunması barəd ə yeni qətnamə qəbul ediliməsini xahiş edib.

23. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 9, d) bəndi. Əmək müqaviləsi üzrə işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ var. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezident inin 16 yanvar 2015-ci il 994 №-li Sərəncamı Bənd

1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın. Bənd 1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik e dilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2017-ci il 3191 №-li Sərəncamı Bənd

1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin: “1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.”. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarı Bənd

1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normaları aşağıdakı kimi müəyyən edilsin: bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır). Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıql arının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2016-cı il tarixli 270 nömrəli Qərarı

1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarını n diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyən edilsin. [1] 4-1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qi ymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARİ 2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəlli mlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına və "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması haqqında" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.10.2016-cı il tarixli 723-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıd ır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul e də bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanuni və əs aslı hesab edilə bilməz.

28. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 15 sentyabr 2015-ci il tarixdə Mingəçevir şəhər 1 saylı orta məktəbin daimi riyaziyyat və informatika müəllimi vəzifəsinə qəbul olunmuş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «d» bəndinə əsasən 14 iyun 2017-ci il tarixindən işdən azad edilmiş, Mingəçevir şəhər məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(051)- 3598/2017 saylı qətnaməsi ilə riyaziyyat-informatika müəllimi vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilmiş, işdən azad olunanadək tədris ilində əmək müqaviləsinə uyğun əmək funksiyası yerinə yetirərək vahid tarif cədvəlinə uyğun 18 saat dərs yükü ilə təmin edilmişdir. İşə bərpa olunduqdan sonra iddiaçı 5 saat dərs yükü ilə təmin edilmiş, nəticədə əmək haqqı da az hesablanmışdır.

29. İddiaçı onun işə bərpa edilməmişdən əvvəl malik olduğu 18 saat dərs yükü ilə təmin edilməsini xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı Sərəncamı, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli Qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”ın 4.1-ci bəndinə istinad edərək göstərmişdir ki, həmin iddiaçı diaqnostik qiymətləndiril mə aparılandan sonra sözügedən dərs yükü ilə təmin edilən bilər.

31. Yuxarıda qeyd edilən və birinci instansiya məhkəməsinin istinad etdiyi hüquqi aktların məzmunundan isə görünür ki, həmin hüquqi aktlar müvafiq saatda dərs yükünün diaqnostik qiymətləndirilmə aparılandan sonra verilməsi məsələlərini deyil, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması məsələlərini nizama salır. Nəzərə alınsa ki, iddiaçı dərs yükünün və əmək haqqının diaqnostik qiymətləndirmə keçən şəxs kimi artırılmasını deyil, onun əvvəl malik olduğu 18 saat dərs yükü ilə təmin edilməsini xahiş edir, belə olan halda, birinci instansiya məhkəməsinin qeyd edilən normativ-hüquqi aktlara əsasən iddianı rədd etməsi düzgün olmamışdır. 32. “Təhsil müəssisələrinin pedaqoji işçilər inin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının 1-ci bənində görə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), müəyyən edilib.

33. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının işə mərkəzləşdirilmiş müsabiqə yolu ilə deyil, məhkəmə vasitəsi ilə qəbul olunmasını qeyd etməklə, işdəki sübutları da düzgün qiymətməndirməmiş, iddiaçının işə məhkəmə vasitəsilə daxil yox, bərpa edilməsini nəzərə almamışdır. Ümumiyyətlə, məhkəmə müvafiq dərs yükü ilə təmin edilmənin şərti kimi iddiaçının diaqnostik qiymətlənmədən keçməli ol masını qeyd etməklə, yuxarıda adları çəkilən normaları səhv tətbiq etmişdir.

34. Apellyasiya məhkəməsi də iddiaçının dəlillərinə qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla eyni səhvi təkrarlamışdır. Halbuki Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

35. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüq uqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

36. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəmə qətnaməsi ilə işə bərpa olunanadək neçə saat dərs yükü ilə təmin edilməsi və bunun nəticəsi olaraq nə qədər əmək haqqı alması ilə bağlı dəlilini, o cümlədən qətnamə icra edilmişdirsə, iddiaçının əvvəlki dərs yükü və nəticədə də əmək haqqından hansı əsaslarla məhrum olunduğunu araşdırmamışdır.

37. Qeyd edilməlidr ki, iddiaçı hazırda çalışdığı vəzifəsinə məhkəmə qətnaməsi ilə bərpa edilib, işə b ərpa olunma barədə qətnamənin icrası isə təkcə işçinin əvvəlki işinə bərpası demək deyil, həm də onun əvvəlki əmək funksiyasının, həmin funksiyanın həcmi və ödənilməsinin bərpası deməkdir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

39. Yuxarıda göst ərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-847/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar