Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-548/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququ, maneələrin aradan qaldırılması, gediş-gəliş yolunun açılması, maddi zərər ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və maddi zərər tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(104)-126/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmi ş kassasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 (bundan sonra – iddiaçı) və Cavabdeh1 (bundan sonra – cavabdeh) həmkəndlidir.
2. Gədəbəy rayonu inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsi iddiaçının, qonşuluğunda 72 ha örüş sahəsi isə cavabdehin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 istifadə hüququ ilə ona məxsus olan Gədəbəy rayonu inzibati ərazisində Gölməc yaylağı adlanan ərazidə yerləşən 122 ha örüş sahəsinə gedən giriş-çıxış yolundan istifadəsinə yaratdığı maneənin aradan qaldırılması, cavabdeh tərəfindən ona vur ulmuş maddi ziyanın - 1110 manat vəkil xidmət haqqının əvəzinin, 11 manat dövlət rüsumunun, 12 manat etibarnaməyə görə ödənilmiş rüsumun əvəzinin Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh ona istifadə hüququ ilə məxsus olan 122 ha örüş sahəsinə gedən, gediş-gəliş yolundan onun istifadəsinə maneə yaradır. Həmin torpaq sahəsindən, sahəyə gedən gediş-gəliş yolundan 2005-ci ildən istifadə edir və həmin otlaq sahəsinə görə onun istifadə hüquqları dövlət qeydiyyatına alınmışdır. O, dəfələrlə cavabdehdən ona yaratmış olduğu maneəni aradan qaldırmasını xahiş etsə də, cavabdeh onun xahişinə məhəl qoymur. Bu isə ona arzu olunmayan çətinliklər yaradır. Həmçini n cavabdeh onun gediş-gəliş yolundan istifadəsinə maneə yaratmasaydı, o məhkəməyə müraciət etməzdi. Bu müraciət ilə bağlı rüsumlar ödəməzdi. Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan 1134 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etməyərək bildirmişdir ki, 2007-ci il tarixdə ona 72 ha örüş sahəsi icarəyə verilmişdir. İddiaçının iddia etdiyi yol onun arxasından keçir. İddiaçının örüş sahəsinə qeyd edilən yerdən yol nəzərdə tutulmamışdır.
6. Birinci instansiya məhkəməsindəki icraat zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 11/M-019 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, mövcud uçot xəritələrinə əsasən Gədəbəy Rayonu İnzibati Ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 23 № li otlaq sahəsindən iddiaçıya icarəyə verilmiş 122 ha örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır və eyni zamanda kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən cavabdehə icarəyə verilmiş 72 ha örüş sahəsindən hər hansı sahəyə yol keçmir.
7. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 mart 2022-ci il tarixli, 2(042)-70/2022 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia təmin edilməmişdir.
8. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya icarəyə verilmiş örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddia çıya icarəyə verilmiş örüş sahəsinə gedən gediş-gəliş yoluna maneələrin yaradılması təsdiqini tapmadığından, iddiaçının cavabdehdən ona icarəyə verilmiş örüş sahəsinə gediş-gəliş yoluna edilən maneələrin aradan qaldırılması tələbi əsassızdır.
9. Tələbin maddi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsiri ucbatından ona 1110 manat zərər vurulduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 157.4 və 157.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməs i barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsasən iddia tələbini təmin etməmişdir. Halbuki rəy verən mütəxəssis yalan rəy verməyə görə məsuliyyət daşıması barədə xəbardar edilməyib. Bu səbəbdən də rəy verən mütəxəssis istədiyi formada və məzmunda rəy verə bilər. Eyni zamanda mütəxəssis rəyinə müvafiq ərazinin xəritəsi əlavə olunmayıb. Ona görə də işin hərtərəfli tam və obyektiv araşdırılması məqsədilə iş üzrə müvafiq ekspertiza təyin olunmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3701 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 26 aprel 2023-cü il tarixli 3- 21-3-40/2-2290/2023 saylı mütəxəssis rəyi ilə mövcud uçot xəritələrinə əsasən Gədəbəy rayonu inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən iddiaçıya icarəyə verilmiş 122 ha örüş sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır və eyni zamanda kənd təsərrüfatı təyinatlı 23 №-li otlaq sahəsindən cavabdehə icarəyə verilmiş 72 ha örüş sahəsindən hər hansı sa həyə yol keçmir; İddiaçıya icarəyə verilmiş 122 ha örüş sahəsinin qonşuluqda yerləşən digər icarədarların istifadəsində olan ərazidən icarədarın razılığı əsasında gediş-gəliş yolu kimi istifadə edə bilər.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-126/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrlik edən və ya məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “iş üzrə alınmış ekspert rəyinin düzgün olmaması, təkrar tikinti-texniki eksp ertizası təyin olunması” barədə iddiaçı tərəfin arqumenti əsassızdır. Belə ki, iddiaçı tərəf iş üzrə keçirilmiş ekspert rəyinin düzgün olmadığını iddia etsə də, dəlil kimi hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Hərçənd ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 26 aprel 2023cü il tarixli 3- 21-3-40/2-2290/2023 saylı mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş tərəflərə icarəyə verilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18.2, 20, 47, 49 və 157.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qeydiyyata alınmış istifadə hüququ vardır və bu mülkiyyət hüququna bərabər tutularaq qorunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
23. Maddə 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
24. Maddə 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.
25. Maddə 169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.
26. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır
27. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakı n mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır
28. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
40. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinə keçid yolunun olması hüqumüəyyənedici sənədlərlə müəyyən olunur. İddiaçı yalnız belə yolun əvvəllər mövcud olması və müəyyən olunması halında edilən maeələri n aradan qaldırılmasını tələb etmək hüququna malikdir. İddiaçı ilkin olaraq hüquqlarının rəsmiləşdirilməsi üçün tədbirlər görümək hüquna malikdir. Bu rəsmləşdirməni isə ona torpaq sahəsi ayıran inzibati orqan tərəfindən həyata keçirilə bilər.
41. Belə olan halda, məhkəmə əsaslı olaraq yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarına istinad edərək, iddianı təmin olunması üçün əsasların olmaması nəticəsinə gəlmişdir.
42. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 1 2 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tət biq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(104)-126/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.