Məhkəmə qərarları › İş №2(102)-548/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-548/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-548/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözləri: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 2(105)-1475/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdır araq aşağıdakıları müəyyən etmişlər: 2. 12 aprel 2022-ci il tarixdə işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 12 aprel 2022-ci il tarixdən 12 aprel 2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır;

3. İddiaçı xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsinə əsasən o, Cavabdeh MMC-nin Baş əməliyyat inzibatçısı X2 ərizə ilə müraciət edərək 6 mart 2024-cü il tarixindən Cavabdeh MMC-də laboratoriya kəsim operatoru vəzifəsindən öz xahişinə əsasən azad edilməsini və onunla bağlanmış 12 aprel 2022-ci il tarixli, 137 saylı əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir;

4. Cavabdeh təşkilatın “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR125/24 saylı əmri ilə, “Laboratoriya istehsalatı” bölməsində “Laboratoriya kəsim operatoru” vəzifəsində işləyən İddiaçı Hüseynəli qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Cavabdeh MMC şirkətinə işə bərpa etməklə xx.xx.2024cü il tarixli, İR-125/24 saylı işdən azad olunması barədə olan əmrin ləğv edilməsi və məc buri işdən azad olunması ilə əlaqədar əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddət ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etməklə hər hansı bir intizam məsuliyyətinə cəlb olunmamışdır, Əksinə rəhbərlik tərəfindən işini diqqət və layiqincə yerinə yetirdiyi üçün daima təşəkkürlər almışdır. Təxminən 5-6 aydan çoxdur ki, laboratoriya istehsal şöbəsində işləyən kəsim operatoru Xalidə adlı xanım tərəfindən mütəmadi olaraq təhqir və təzyiqlərə məruz qaldığı üçün laboratoriyanın rəhbəri Çingiz müəllimə müraciət etmiş, söhbət əsnasında ona Xalidə xanımın çox vaxt işə sərxoş halda gələrək heç bir səbəb olmadan onu təhqir edib işdən qovduracağını dediyini bildirmişdir. Çingiz müəllim isə bu dediklərinə əhəmiyyət verməyərək, əksinə hədə ilə işləmək istəmədiyi halda çıxıb gedə biləcəyini bildirdi. Sonuncu dəfə laboratoriya rəhbəri Çingiz müəllim ilə xx.xx.2024-cü ildə söhbəti olmuşdur. xx.xx.2024-cü il tarixdə o, işdə olarkən laboratoriya rəhbəri onu yanına çağırıb 2-3 ədəd yazılmış kağıza imza etdirdikdən sonra ona bu gündən işdən azad olduğunu söyləmişdir. O isə laboratoriya rəhbərinə işdən çıxmaq istəmədiyini və onu işdən çıxara bilməyəcəklərini bildirmişdir. Belə ki, o, əmək qanunvericiliyinin tələblərini pozmamış, işə vaxtı-vaxtında gəlməklə ona tapşırılan işi vicdanla yerinə yetirmişdir. Onun himayəsində 2 azyaşlı uşağı vardır. Onun əsassız şəkildə işdən azad olması ailəsinin maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Laboratoriya rəhbəri isə bu dediklərinə əhəmiyyət verməyərək ona kadrlar şöbəsindən əmək kitabçasını götürməli olduğunu bildirmişdir. O, əmək kitabçasını götürüb evə gəlmiş, evdə həyat yoldaşı əmək kitabçasını oxuyarkən ona guya öz xahişi ilə işdən azad olunduğu bəlli olmuşdur. Qeyd etmişdir ki, bu yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, onun savadsızlığından istifadə edərək ona təqdim edilmiş kağızlara imza etdirməklə onu işdən azad etmişdirlər. Ona qarşı edilən bu haqsızlıqlara görə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsinə və Ombudsmana müraciət etmiş, qeyd olunan qurumlarda ona telefonla məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Odur ki, o, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatında işlədiyi Cavabdeh MMC-nin nümayəndəsi iştirak etmişdir. Lakin işə bərpa təmin olunmadığı üçün ona mediasiya təşkilatı tərəfindən arayış verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin A bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Onun nə belə bir təşəbbüsü olmuş, nə də ki, işdən çıxmaq istəmişdir, əksinə rəhbərliyə təhqir və təzyiqlərə məruz qaldığını bildirməklə tədbir görülməsini xahiş etmişdir. Laboratoriya rəhbəri tədbir görmək əvəzinə saxta sənədləşdirmə aparmaqla onu işdən çıxarmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Müəssisə rəhbərliyi qeyd olunan bu maddənin tələblərini pozmaqla onu 1 gün ərzində işdən azad etmişdir. Əfsuslar olsun ki, Cavabdeh MMC-nin rəhbərliyi onun layiqli operator olmasını, təşkilat tərəfindən dəfələrlə təşəkkürnamələrə layiq görülməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almayaraq şəxsi ambisiyaya görə saxta sənədləşdirmə aparmaqla onu işdən azad etmişdir.

7. Cavabdeh qanuni təmsilçisi (direktoru) X3 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 12 aprel 2022-ci il tarixdən Cəmiyyətdə laboratoriya kəsim operatoru vəzifəsində işləmiş, işlədiyi dövrdə intizam məsuliyyətinə cəlb edilməmiş, təltif olunmamış, barəsində hər hansı təşəkkürnamə verilməmişdir. İddiaçı ilə 12 aprel 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsinin məhz müddətli olması ilə razılaşaraq, ona imza atm ışdır. 12 aprel 2023-cü il tarixdə əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə yenidən bir il müddətinə uzadılmışdır. İddiaçının qanunsuz işdən çıxarılması barədə iddiası və iddia ərizəsində göstərilən hallar tamamilə əsassızdır və iddiaçı istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut etməlidir. Belə ki, İddiaçı könüllü şəkildə 4 mart 2024-cü il tarixdə İnsan resursları şöbəsinə yazılı (əlyazma) ərizə ilə müraciət edərək ərizəsində göstərilən tarixdən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı işdən çıxmasının səbəbi olaraq laboratoriya istehsalı şöbəsində kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyeva tərəfindən təhqir və təzyiqlərə məruz qaldığını, ona qarşı haqsızlıq edildiyini, sağlamlığını itirdiyini və tabeliyində işlədiyi laboratoriya istehsalı üzrə qrup rə hbəri Çingiz Balazadəyə şikayət etsə də, ona məhəl qoyulmadığını bildirmişdir. Cəmiyyətin İnsan resursları üzrə meneceri iddiaçının təqdim etdiyi ərizəni alsa da, hazırda emosional davrandığını, ani qəzəblə sonradan peşman ola biləcəyi qərarlar verməməli olduğunu, şikayət etdiyi məsələnin araşdırılacağını bildirərək ona yenidən düşünmək üçün vaxt vermişdir. İddiaçı 2 gün sonra, yəni 6 mart 2024-cü il tarixdə Cəmiyyətin İnsan resursları üzrə menecerinə yenidən müraciət edərək Xalidə Əliyeva barəsində bir tədbir görülmədiyini, onun hələ də işinin başında olduğunu bildirərək işdən çıxmaqda qəti qərar verdiyini bildirmişdir. Belə olan halda işəgötürən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələblərini xatırlatmış, İddiaçı işdən çıxmaq barədə yazılı ə rizəsində göstərdiyi tarixdən bir təqvim ayı sonra əmək müqaviləsinin ləğv edilə biləcəyini, həmin bir ay müddətində işinə davam etməli olduğunu, cavabdehin də bu müddət ərzində onun yerinə işçi axtarıb tapmalı olduğunu aydın şəkildə izah etmişdir. İddiaçı işə gəlmək istəmədiyini, Xalidə Əliyevanı işdə gördükcə əsəblərinin pozulduğunu, xəbərdarlıq müddətini gözləmədən ərizəsində yazılan gündə işdən azad olmaq istədiyini, haqsızlıq olan yerdə bir saat belə qalmaq istəmədiyini, əks halda səhhətinin pisləşəcəyini və başına gələcək hadisələrə görə müəssisənin cavabdeh olacağını bildirmişdir. Beləliklə, iddiaçının əmək funksiyalarının müvəqqəti əvəzetmə qaydasında digər operatorlar tərəfindən çevik yerinə yetirilə bilmə imkanları və yuxarıda qeyd olunan səbəblərdən iddiaçının xahişi nəzərə alın araq, işəgötürənin razılığı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə ərizəsində göstərilən gün, yəni xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Qeyd olunmuşdur ki, iddiaçının əmək müqaviləsinin ləğvi və işdən çıxış sənədləşməsinin müvafiq qanunvericiliyə və Cəmiyyətin daxili prosedur və normativ qaydalarına uyğun aparılması məqsədilə, iddiaçının təqdim etdiyi əlyazma ərizədən əlavə, Cəmiyyətin İnsan resursları üzrə meneceri tərəfindən kargüzarlıq qaydalarına uyğun, standart şablon ərizə forması redaktə edilərək iddiaçıya təsdiq etməsi üçün verilmiş, İddiaçı ərizə ilə tanış olub onu könüllü şəkildə imzalamışdır. Şübhələrə əsas verməmək üçün bildirmişdir ki, kompüter vasitəsilə əlavə ərizənin çap olunmasına zərurət İddiaçı əlyazma ərizəsində fikrin dağınıq ifadə olunması, işdən çıxma iradəsi ilə yanaşı şikayət motivlərinin olması, ərizədə qeyd olunmuş hər iki tarixdə 4 mart 2024-cü ilin “xx.xx.2024” əvəzinə ay və günün yerlərinin dəyişik yazılaraq “xx.xx.2024” qeyd olunması səbəbindən yaranmışdır. (İşdən azad olunma barədə işəgötürənə müraciətin aprel ayında deyil, məhz mart ayında olması faktı iddiaçının mediasiya təşkilatına və digər aidiyyəti qurumlara müraciət vaxtlarını əks etdirən məktub və sənədlərlə təsdiq olunur). Əlavə olaraq bildirmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 6 mart 2024-cü il tarixli İR-125/24 saylı əmri ilə tanış edilmiş və əmrin surəti ona təqdim olunmuşdur. İddiaçı qeyd olunmuş əmrin surətini aldığını öz imzası ilə təsdiq etmişdir. Eyni gündə iddiaçının əmək kitabçası ona təhvil verilmiş və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son haqq-hesab ödənilmişdir. İddiaçı işdən ayrıldıqdan sonra fikrini dəyişərək yenidən işə götürülməsi barədə işəgötürənə hər hansı yazılı və ya şifahi qaydada müraciət etməmişdir. İddiaçı işə bərpa olunmaq istəyi və qanunsuz işdən çıxarılması barədə iddiaları cavabdehə ilk dəfə 19 mart 2024-cü il tarixdə Cəmiyyətə daxil olan mediasiya təklifi vasitəsilə məlum olmuşdur. Məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh iddiaçının məzuniyyət hüquqlarını və işdən icazə tələblərini həmişə təmin etmiş, hətta iddiaçıya işdən çıxma barədə ilkin müraciətindən sonra işdən bir qədər uzaqlaşıb istirahət etmək, səhhətinin qeydinə qalma q məqsədilə 04.03-xx.xx.2024-cü il tarixlərinə 2 günlük icazə verilmişdir. İddiaçıya son 4 ay ərzində öz xahişi ilə verilmiş məzuniyyət və icazə günlərini təsdiq edən sənədlər ərizəyə əlavə edilmişdir. Məlumat üçün bildirmişdir ki, Cavabdeh MMC, ölkənin sosial iqtisadi həyatında xüsusi əhəmiyyətə malik kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən iri investisiya və idarəetmə şirkətlərindən olan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin törəmə təsərrüfat müəssisələrindən biridir. Cəmiyyətin əsas fəaliyyət istiqamətini laborator şəraitdə sağlam bitki yetişdirilməsi, ting və calaqaltı istehsalı təşkil edir. Cəmiyyət, bu günə qədər adı hər hansı əmək qanunvericiliyi pozuntusunda hallanmayan, aidiyyatı sənaye və bazar seqmentində, habelə yerləşdiyi Türkan qəsəbəsində normal işgüzar nüfuza malik, əhalini stabil işlə təmin edən şirkətlərdən biridir. Qeyd edilmişdir ki, İddiaçı həyat yoldaşı Nümayəndə Ağababa oğlu da Cəmiyyətin təsisçisi “X7” MMC-nin bir digər törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC-də 2022-ci ildən əmək fəaliyyətini həyata keçirir və aktiv əmək müqaviləsi mövcuddur. Göründüyü kimi, bir ailədən iki nəfəri işlə təmin edən şirkətlər qrupunun mövqeyini əks etdirən cavabdehin iddiaçıya qarşı hər hansı qərəzli münasibəti olmamış, ayrı-seçkiliyə yol verməmiş və iddiaçını işdən çıxarmaq niyyəti olmamışdır. Cavabdehin öz təşəbbüsü ilə İddiaçı işdən çıxarmaq niyyəti olsa idi, bunu iddia olunduğu kimi əmək qanunvericiliyini pozmaqla xx.xx.2024-cü il tarixdə deyil, bir ay səbr edərək 12 aprel 2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə ba ğlı xitam verməklə edə bilərdi. İddiaçının iddia ərizəsində irəli sürdüyü və həqiqəti əks etdirməyən mülahizələri işin halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin onun savadsızlığından istifadə edərək sənədlərə imza etdirməklə qanunsuz işdən çıxarıldığını iddia edir. İddiaçı Cəmiyyətin İnsan resursları şöbəsinə təqdim etdiyi yazılı ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuşdur və bunu təsdiq edən sənədlər bu ərizəyə əlavə edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçının oxuma və yazma bacarıqları mövcuddur, özünü savadsız qələmə verməsi işəgötürən qarşısında köməksiz və aciz olduğu görüntüsü yaratmaqla özünə haqq qazandırmaq məqsədi daşıyır. İddiaçının işdən ayrıldıqdan sonra qərarını dəyişib geri qayıtmaq üçün işəgötürənə müraciət e tmək əvəzinə, iddia müddətini ötürmədən mediasiya təşkilatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə və Ombudsmana müraciət etməsi onun savadsız olduğuna dəlalət etmir. Bu bir daha təsdiq edir ki, iddiaçı öz hüquqları barədə kifayət qədər məlumatlıdır, işdən azad olunması üçün yanında aparılan sənədləşmə işlərindən xəbərdar olmuş, ona təqdim olunmuş (yuxarıda izahı verilmiş) əlavə ərizə formasını şüurlu şəkildə oxuyub dərk edərək könüllü imzalamış, müvafiq əmrlə tanış olub surətini götürmüşdür. İddiaçı iddia ərizəsində laboratoriya istehsalı şöbəsində bir yerdə işlədiyi kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyevanın işə sərxoş halda gələrək heç bir səbəb olmadan onu təhqir etdiyini bildirmişdir. İddiaçının əmək funksiyalarını yerinə yetirdiyi iş yeri labor atoriya binasıdır, hansı ki, yüksək səviyyəli steril mühitin və sanitar- gigiyenik normaların təmin olunması məqsədilə laboratoriya istehsalı otaqlarına giriş-çıxışlarda işçilər daha həssas fiziki yoxlamalardan keçməli olur. İddiaçının mütəmadi ünsiyyətdə olduğu əsas iş kollektivi qadın işçilərdən ibarətdir. Ərizədə adı çəkilən Xalidə Əliyeva intizamlı, məsuliyyətli, xoş ünsiyyət işçi kimi xarakterizə olunur, barəsində intizam tənbehi tətbiq edilməmiş, sərxoşluq vəziyyəti aşkarlanmamışdır. İddiaçının iş yoldaşı Xalidə Əliyevanın işə sərxoş halda gəlməsi iddiaları tamamilə əsassızdır və sübuta yetirilməsi tələb olunur. Bundan əlavə qeyd edilmişdir ki, İddiaçı son 6 ay ərzində eyni iş otağında birlikdə işlədiyi digər işçilərlə mülayim münasibətdə olmamış, dəfələrlə söz-söhbət, işçilər arasın da ədavət və intriqa yaratmaqla qeyri-sağlam iş mühitinin formalaşmasına şərait yaratmış, əmək intizamının normal ahəngini pozmuş, əmək kollektivinin narazılığına səbəb olmuşdur. Xüsusilə iddia ərizəsində adı çəkilən Xalidə Əliyeva ilə şəxsi münasibətlər zəminində yola getməmiş, aralarında qarşılıqlı sözsöhbət, ədavət olmuşdur. Hətta mövcud vəziyyətin aradan qaldırılması, söz-söhbətin səngiməsi məqsədilə, istehsal rəhbəri tərəfindən iddiaçı cari ilin yanvar ayından etibarən öz razılığı ilə kəsim məntəqəsindən yuma məntəqəsinə keçirilmiş, sağlam iş mühiti qismən bərpa edilmişdir. Qeyd edilənlərin təsdiqi olaraq, iddiaçının bir yerdə işlədiyi əməkdaşların buna dair yazılı izahatları ərizənin qoşmasında təqdim olunuşdur. Bütün bunlara baxmayaraq, Cəmiyyətin İddiaçı işdən çıxarmaq niyyəti olma mış, iş kollektivi arasında mümkün narazılıq və nizamsızlığın alternativ yollarla aradan qaldırılmasına üstünlük verilmişdir. İddiaçının işdən ayrılmaq barədə xx.xx.2024-cü il tarixli ilk ərizəsi alındıqdan sonra ərizədə qeyd olunmuş iş yerində təzyiq və haqsızlıq iddialarının araşdırılması məqsədilə, Cəmiyyətin İnsan resursları şöbəsi tərəfindən işçi qaydasında operativ araşdırılma aparılmış, laboratoriya istehsalı şöbəsinin əməkdaşları və qrup rəhbəri Çingiz Balazadə dinlənilmiş, İddiaçı ilə sıx ünsiyyətdə olan işçilərdən yazılı izahatlar alınmışdır. Aparılan araşdırma şifahi dinləmələr və yazılı izahatlara əsaslanaraq iddia olunan təzyiq faktının öz təsdiqini tapmadığı nəticəsinə gəlinmişdir. Deyilənlərin obyektiv araşdırılması məqsədilə, iddiaçı ilə eyni otaqda işləyən əməkdaşların şah id qismində məhkəmə iclasına çağırılaraq dinlənilməsi xahiş olunur. İşin hallarından görünür ki, iddiaçı əmək funksiyalarını yerinə yetirərkən işəgötürənə məlum olmayan səbəblərdən iş yoldaşı ilə arasında yaranmış şəxsi ədavəti və emosialarını cilovlaya bilməmiş, həmin münasibətlər zəminində baş verənlərdən işəgötürəni təqsirli bilmiş, ədavət apardığı şəxsə qarşı subyektiv fikrinin iş kollektivi və işəgötürən tərəfindən dəstəklənmədiyini gördükdə isə haqsızlığa məruz qaldığını sanaraq işdən ayrılmaq qərarına gəlmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli, İR125/24 saylı işdən azad olunması barədə əmrin ləğv edilməsini, əvvəl tutduğu vəzifəyə bərpa edilməsini, habelə buraxılmış iş vaxtına görə əmək haqqının ödənilməsini məhkəmədən tələb etməsi heç bir hüquqi əsaslara söykənmir və təmin edil məməlidir. Bildirmişdir ki, iddiaçının Cəmiyyətə qarşı haqsız iddiası, onun barəsində işgüzar nüfuzunu ləkələyəcək və həqiqətə uyğun olmayan məlumatlar səsləndirməsi, əmək münasibətlərində işin normal ahənginə uyğun olmayan tərzdə qeyri-adekvat davranışları və qərarını tez-tez dəyişməsi cavabdehin İddiaçı qarşı işgüzar etimadını sarsıtmışdır və qeyd olunan səbəblərdən iddiaçının könüllü şəkildə işə bərpa olunmasına işəgötürən tərəfindən razılıq verilmir. İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığı müraciətlə bağlı X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-18856/2024 nömrəli məktubuna Cəmiyyətdə baxılmışdır və lazımi məl umatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə xx.xx.2024-cü il tarixli GAİ 31/24 nömrəli məktubla cavab verilmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR125/24 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də işə bərpa edilməsi qət edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri imzalmaqla əmək müqaviləsini n ləğv edilməsi əsaslarını pozmuşdur. Belə ki, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimləndiyi halda, cavabdeh təşkilat "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri imzalmaqla əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuşdur. İddiaçı işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 6 mart 2024-cü il tarixdə ərizə yazsa da işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək, yaxud verdiyi ərizənin etibarsız sayılması barədə müraciət etmək hüququ pozulmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əm ək Məcəlləsinin 69-cu maddəsinin 1, 3 və 4-cü bəndləri, 294 və 300.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 217.3, 217.4, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının ərizəni onun iradəsi əleyhinə (təzyiq, təhrik altında və aldadılaraq) yazdığı isə məhkəmə araşdırmaları zamanı sübuta yetirilməmişdir. Məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərək qanunsuz işdən çıxarılma iddiasını rədd etsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və yekunda doğru nəticəyə gəlməyərək işin halları na uyğun qərar qəbul etməmişdir. Məhkəmə hesab etmişdir ki, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimləndiyi halda, cavabdehin AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri verməsi əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuşdur. Məhkəmə hüququn tətbiq edilməsində səhvə yol vermiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 69-cu maddələrini doğru təfsir etməmiş, mübahisəli hüquq münasibətinə AR ƏM-nin 69.5-ci maddəsini tətbiq etməmiş, formal tələblərə əsaslanmaqla əsassız və qanunsuz qərar qəbul etmişdir. Hesab etmişdir ki, məhkəmənin əmək müqaviləsinin ləğv edilməsi əsaslarının pozulmasına dair yuxarıdakı mövqeyi iddianın təmin edilmə si üçün əsas ola bilməz. Məhkəmənin qəbul etmədiyi bir digər mövqeyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 3 və 4-cü bəndlərinin mübahisəli hüquq münasibətinə tətbiqində yol verdiyi təfsir səhvləri ilə əlaqədardır. Hazırkı iş üzrə iddiaçı işəgötürənə 6 mart 2024-cü il tarixdə işdən çıxmaq istəməsinə dair ərizə yazmış, işəgötürəndən onu ərizəsində göstərilən gün, yəni xx.xx.2024-cü il tarixdə işdən azad etməsini xahiş etmişdir. Ərizədə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əsaslar göstərilməsə də işəgötürən məhkəməyə iddiaçının işdən çıxma səbəblərini izah edən etiraz təqdim etmişdir. Belə ki, İddiaçı işə gəlmək istəmədiyini, Xalidə Əliyevanı işdə gördükcə əsəblərinin pozulduğunu, haqsızlıq olan yerdə bir saat belə qalmaq istəmədiyini, əks halda səhhətinin pisləşəcəyini və başına gələcək hadisələrə görə müəssisənin cavabdeh olacağını bildirmişdir. İşəgötürən isə iddiaçının əmək funksiyalarının müvəqqəti əvəzetmə qaydasında digər operatorlar tərəfindən çevik yerinə yetirilə bilmə imkanlarını və iddiaçının xahişini nəzərə alaraq humanistlik göstərmiş və 1 aylıq xəbərdarlıq müddətinin tətbiqindən imtina edərək iddiaçının ərizəsində göstərilən gündə əmək münasibətlərinin dayandırılmasına razılıq vermişdir. Məhkəmənin doğru əsaslandırılmadığı üçün cavabdehin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmrinin ləğv edilməli olduğu barədə mövqeyi ilə də razılaşmayaraq bildirir ki, cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmri rəsmiləşdirərkən qanunvericiliyin tələblərinə tam riay ət etmişdir. İddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təsiri ilə yazdığını göstərsə də, işdə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi mülki iş materialları ilə təsdiq olunmur. Halbukı, iddiaçının iddia etdiyi əsasla işəgötürənin əmri o halda ləğv edilə və o, əvvəlki vəzifəsinə bərpa oluna bilər ki, işəgötürənin hərəkətlərində Əmək Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən hallar olmuş olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsi nəticəyə gələrkən iş üzrə müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətini tam nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verərək iddianı təmin etməklə işəgötürənin hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə 6 mart 2024-cü il tarixdə ərizə yazsa da işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək, yaxud verdiyi ərizənin etibarsız sayılması barədə müraciət etmək hüququ pozulmuşdur. Müddəanın tələbinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Göründüyü kimi, qanunvericilik yalnız xəbərdarlıq müddəti tətbiq olunduğu halda işçiyə bu hüquqdan istifadə etmə imkanı nəzərdə tutur. İşçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsi halında is ə işçinin istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilmək hüququ nəzərdə tutulmamışdır. Qanuni əsası olan hüquq yoxdursa, onun pozulmasından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutların məcmusuna hüquqi qiymət verərək iddiaçının qanunsuz işdən çıxarılma iddialarının əsassız olduğu, onun könüllü şəkildə işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdiyi qənaətinə gəlsə də, yekunda doğru nəticəyə gəlməyərək işin hallarına uyğun qərar qəbul etməmişdir. Məhkəmə mübahisə predmetinə mahiyyəti üzrə düzgün yanaşaraq qanunsuz işdən çıxarılma iddiasının öz təsdiqi ni tapmadığını qəbul etsə də, qətnamənin nəticə hissəsində bu fakta əsaslanmamış, iddia tələbinin rədd edilməsi üçün müəyyən edilmiş qanuni və əsaslı faktları nəzərə almamışdır. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsində işin halları ilə gəlinən nəticə arasında uyğunsuzluq olduğunu göstərir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Almaz Süleymanova – sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Fuad Məmmədov) 3 oktyabr 2024-cü il tarixli, 2(105)-1475/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni öz iradəsi ilə yazmadığını göstərsə də, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş, iddiaçının öz xətti ilə yazılmış 04 mart 2024-cü il tarixli (ərizədə xx.xx.2024 göstərilmiş, məhkəmə araşdırması zamanı texniki səhv olduğu, əslində ərizənin 04 mart 2024-cü ildə yazıldığı müəyyən edilmişdir) ərizənin məzmunundan görünür ki, həmin ərizəni yazmaqda iddiaçının iradə ifadəsi həmin tarixdən işdən azad olunması ilə bağlı olmuşdur. Bundan iki gün sonra, yəni 06 mart 2024-cü il tarixdə kargüzarlıq qaydalarına uyğun ərizə tərtib edilərək iddiaçı həmin tarixdə işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizənin iddiaçı tərəfindən imzal anması işin mübahisəsiz halıdır.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad edilməsi barədə ərizə verdiyi gün əmr imzlamaqla Cavabdeh MMC Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələbini pozmuşdur.

16. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, maddi hüquq normasının təfsirində yanlışlığa yol verilmişdir.

17. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

18. Araşdırılan mübahisədən görünür ki, işçi tərəfindən əmək münasibətlərinə xitam verilməsini istədiyi gün göstərilmişd ir.

19. Göründüyü kimi qanunverici imperativ olaraq əmək müqaviləsinə işçi tərəfindən ləğv edilməsi hallarında, işçi tərəfindən əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda əmək müqaviləsini ləğv etməyi işəgötürənə qadağan etmişdir.

20. Kollegiya işin faktiki hallarına şərh olunan maddi hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydaları ilə bağlı əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

21. Məhkəmə kollegiyası həmçinin vurğulamağı zəruri hesab edir ki, göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, müqavilə müddətinin bitmə tarixi 12 aprel 2024-cü il tarix olmuşdur. Hazırki halda əmək müqaviləsinin müddəti bitmişdir. Məhkəmə araşdırması zamanı izahat verən cavabdehin nümayəndəsi əmək müqaviləsinə vaxtından əvvəl işçinin təşəbbüsü ilə xitam verilməsi əsası olmadığı halda belə, işəgötürənin işçi ilə əmək münasibətlərini davam etdirmək niyyətində olmadığını bildirdi. Belə olan halda, işçinin işəgötürənin iradəsi əleyhinə müqavilə müddəti bitdikdən sonra, yeni tarixlə işə bərpa olunması, bu tarixədək məcburi iş buraxmaya görə əmək haqqı tutulması əmək qanunvericiliyin tələblərinə zidd olmaqla işəgötürənin hüquqlarının pozulmasına səbəb olar.

22. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(012)-3079/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir və əalvə olaraq qeyd edilmişdir ki, cavabdehin nümayəndəsinin özünün etiraf etdiyi kimi, işəgötürənin iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsinə niyyəti olmaması məntiqi onu deməyə əsas verir ki, işəgötürən iddiaçını işdən azad etmək üçün qabaqcadan niyyəti olmuş və bu niyyətini nümayəndə məhkəmə kollegiyasının iclasında nümayişkaranə etiraf etmişdir. Bu da iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan əlavə məhkəmə kollegiyası işəgötürənin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamasına haqq qazandıraraq hesab etmişdir ki, onsuzda müddət qurtaran kimi iddiaçını işdən azad etməli idi. Bəri başdan azad etməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə sözü gedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqavilə sinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tuta bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da mənim əmək funksiyamın və gördüyüm işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək fuhksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsini bağlaması halı müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilmişdir ki, işə baxarkən a pellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 2(105)-1475/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. Maddə 68, hissə

2. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

27. Maddə 69, hissə

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

28. Maddə 69, hissə

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

29. Maddə 69, hissə

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

30. Maddə 69, hissə

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 18.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 19.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin mübahisə olunan əmri əmək qanunvericiliyinin tələblərinə zidd olmamış, iddiaçı tələbinin əsasında qoyduğu faktiki halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. 20.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma i lə razılaşır. 21.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 22.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 23.Ona görə də kassasiya şikayəti təmin o lunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 24.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 2(105)-1475/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar