Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5480/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-80/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli sifarişli xxx ştrixkodlu xəbərnaməli məktubla göndərmiş olduğu 23.02.2021-ci il tarixli 2(107)-80/2021 saylı qətnaməsini cavabdeh rəsmi qaydada Azərbaycan AZ3600 Qəbələ MXŞ 10.03.2021-ci il tarixli möhürü ilə möhürlənmiş məktubda almışdır.
2. Bundan başqa iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(107)-80/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə rəsmi qaydada rabitə orqanı, yəni Azərpoçt MMC tərəfindən 06.05.2021-ci ildə sifarişli xxxx ştrixkodlu xəbərnaməli məktu bla qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsi əraziəsində yerləşən. xxx saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və zəbt etdiyi 0,03 ha torpaq sahəsinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 09 iyun 2020-ci il tarixli 2(025)- 83/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tаrixli, 2(107)-80/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, Cavabdeh xxx nömrəli (kod: ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən 300 kv m həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması həmin torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya verilməsi, ekspertiza xərci olan 350 manat pulun cavabdehə aid edilməsi (50 manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ
22. Hesab № AZ34CTRE******************) hesabına, 300 manatı isə "xxxx" MMC-nin (VÖEN **********, SWİFT kod AİİBAX2X M/h: AZ3 7NABZ013501**********1944, VÖEN **********, hesab AZ53AİİB********************) hesabına ödənilməsi qət edilmişdir..
7. Cavabdeh və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tаrixli, 2(107)- 80/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: A.Eyvazov (sədrlik edən və məruzəçi), G.Abbasov və İ.Şükürov) 2(107)-80/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı ilə Cavabdeh və onun vəkili Vəkil tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tаrixli, 2(107)-80/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şi kayəti verilərkən kаssаsiyа şikаyəti verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddətə riаyət olunmamamışdır.
10. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tаrixli, 2(107)-80/2021 nömrəli qətnaməsi 05 mart 2021-ci ildə sifarişli xxx ştrixkodlu xəbərnaməli məktubla şəxsən Cavabdeh çatdırılmış (i. v. 179-180), lakin o kаssаsiyа şikаyətini qətnaməni rəsmi qaydada aldığı gündən iki ay müddətində deyil, iki ay üç gün vaxt keçdikdən sonra vermişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənilməsi barədə portaldan çıxarışdan görünür ki, cavabdeh və onun vəkili kassasiya şikayətini 16.05.2021-ci ildə poçta təqdim etmişlər. 18.05.2021-ci ildə isə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə çatdırılmışdır.
11. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə görə kаssаsiyа şikаyəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və burаxılmış müddətin bərpа edilməsinə dаir vəsаtət təmin оlunmаmışsа, kаssаsiyа şikаyəti qаytаrılır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə görə prоsessuаl müddətin bərpа оlunmаsı bаrədə vəsаtət verilməmişsə, prоsessuаl müddətlər keçdikdən sоnrа verilən şikаyətlərə və sənədlərə bаxılmır və оnlаrı verən şəxsə qаytаrılır.
13. Bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər (Mad. 408.5). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətini n dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)80/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadından onun tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur.
16. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli sifarişli SS 710143714AZ ştrixkodlu xəbərnaməli məktubla göndərmiş olduğu 23.02.2021-ci il tarixli 2(107)-80/2021 saylı qətnaməsini cavabdeh rəsmi qaydada Azərbaycan AZ3600 Qəbələ MXŞ 10.03.2021-ci il tarixli möhürü ilə möhürlənmiş məktubda almışdır. Şəki Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(107)-80/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti isə rəsmi qaydada rabitə orqanı, yəni Azərpoçt MMC tərəfindən 06.05.2021-ci ildə sifarişli xxxx ştrixkodlu xəbərnaməli məktubla qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh və vəkili kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, Şəki Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(107)-80/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadından onun tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)
25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
26. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
28. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya p ul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. (maddə 129.3)
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. (maddə 405.0.1.)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
31. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
33. Kassasiya şikayətinə əlavə edilmiş zərfdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli sifarişli xxxx ştrixkodlu xəbərnaməli məktubla göndərdiyi 23.02.2021-ci il tarixli 2(107)-80/2021 saylı qətnaməni cavabdeh rəsmi qaydada Azərbaycan AZ3600 Qəbələ MXŞ 10.03.2021-ci il tarixli möhürü ilə möhürlənmiş məktubda almışdır.
34. Bundan başqa kassasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixl i 2(107)-80/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə rəsmi qaydada rabitə orqanı, yəni Azərpoçt MMC tərəfindən 06.05.2021-ci ildə sifarişli xxx ştrixkodlu xəbərnaməli məktubla qəbul edilmişdir.
35. Göründüyü kimi qeyd edilən zərf və qəbzə hüquqi qiymət verilməsi kassasiya şikayəti vermə müddətinin ötürülüb-ötürülməməsinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
36. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət vermərməli və buna müvafiq olaraq qərar qəbul etməlidir.
37. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
38. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
39. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-80/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.