Məhkəmə qərarları › İş №2(102)-5482/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5482/2018

13.09.2018 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5482/2018 13.09.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 13 sentyabr2018-ciil İş№ 2(102)-5482/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Qoşqarlı Rəşad Nizami oğlunun katibliyi, kassator Cavabdehin və vəkili X1in iştirakları ilə,Cavabdehin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-865/2018 saylı 16 yanvar 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov, iş № 2(060)-11402/2017) İddiaçının cavabdeh X3ə qarşı cavabdehə məxsus 1 ədəd yataq mebelinin, 1 ədəd mətbəx mebelinin, 1 ədəd divanın, 1 ədəd televizorun, 1 ədəd soyuducunun, 1 ədəd paltaryuyanın, 1 ədəd 3-lü qonaq otağı dəstinin, 1 ədəd stolun, 6 ədəd stulun, tozsoranın, ütünün, ətçəkənin, 4 ədəd yorğan-döşək dəstinin, 4 ədəd çil-çırağın, 4 ədəd xalçanın, 4 ədəd pərdənin, samovarın, xrustal və sadə qab-qaşıq dəstinin, qaşıq, çəngəl və bıçaq dəstinin, 12 nəfərlik yemək dəstinin, fincannəlbəki dəstinin və müxtəlif məişət avadanlıqlarının ona məxsus evdən çıxarılmasına dair ilkin iddiasının təmin edilməməsi, X2nin İddiaçıya qarşı qarşılıqlı iddiasının təmin edilməsi, iddiaçı Cavabdehin azyaşlı uşağı 04 iyul 2015-ci il təvəllüdlü İddiaçı ilə birlikdə ünvan 1 ünvanda yerləşən16 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev, iş № 2(105)-865/2018) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11402/2017 saylı, 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia ərizəsi təmin olunmuş, cavabdeh X3ə məxsus 1 ədəd yataq mebeli, 1 ədəd mətbəx mebeli, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd 3-lü qonaq otağı dəsti, 1 ədəd stol, 6 ədəd stul, tozsoran, ütü, ətçəkən, 4 ədəd yorğan-döşək dəsti, 4 ədəd çil-çırağ, 4 ədəd xalça, 4 ədəd pərdə, samovar, xrustal və sadə qab-qaşıq dəsti, qaşıq, çəngəl və bıçaq dəsti, 12 nəfərlik yemək dəsti, fincan-nəlbəki dəsti və müxtəlif məişət avadanlıqlarının ilkin İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən16 saylı fərdi yaşayış evindən çıxarılaraq cavabdehə təhvil verilməsi, X2nin İddiaçıya qarşı azyaşlı uşağı 04 iyul 2015-ci il təvəllüdlü İddiaçı ilə birlikdə ünvan 1 ünvanda yerləşən16 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qarşılıqlı iddia ərizəsinin baxılmamış s axlanılması barədə qərardad çıxarılması qət edilmişdir. Göstərilən qətnamədən cavabdeh Cavabdeh kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş gəlini X3ə məxsus 1 ədəd yataq mebelinin, 1 ədəd mətbəx mebelinin, 1 ədəd divanın, 1 ədəd televizorun, 1 ədəd soyuducunun, 1 ədəd paltaryuyanın, 1 ədəd 3-lü qonaq otağı dəstinin, 1 ədəd stol, 6 ədəd stulun, tozsoranın, ütünün, ətçəkənin, 4 ədəd yorğan-döşək dəstinin, 4 ədəd çilçırağın, 4 ədəd xalçanın, 4 ədəd pərdənin, samovarın, xrustal və sadə qab-qaşıq dəstlərinin, qaşıq, çəngəl və bıçaq dəstinin, 12 nəfərlik yemək dəstinin, fincan-nəlbəki dəstinin və müxtəlif xırda məişət avadanlıqlarının ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X4ün İddiaçıya q arşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı 04 iyul 2015-ci il təvəllüdlü İddiaçı ilə birlikdə ünvan 1 ünvanda yerləşən16 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu X3 ilə 30.09.2014-cü il tarixdə rəsmi qeydiyyatdan keçərək ailə qurmaqla onun mülkiyyətində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 11-ci küçə, 16 saylı evə gəlin köçmüşdür. Bir müddətdən sonra 2015-ci ildə Cavabdeh həmin evi tərk edərək, atasının yaşadığı evə getmiş, 18.04.2017-ci il tarixdə oğlu X3 ilə gəlini Cavabdeh arasındakı nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. Tərəflər arasında mövcud nikah qeydi ləğv edilsə də, Cavabdehə məxsus məişət avadanlıqlarında n ibarət cehiz əmlakı onun mülkiyyətində olan evdə qalmışdır. Keçmiş gəlininə məxsus əmlakın ona məxsus evdə qalması onun öz evindən istifadə etmək, ona sahib olmaq və onun üzərində sərəncam vermək hüquqlarının pozulması ilə nəticələnir. X4 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30 sentyabr 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə X5 ilə ailə həyatı qurmuş, həmin tarixdə həyat yoldaşının yaşadığı ünvan 1 ünvanda yerləşən16 saylı fərdi yaşayış evinə gəlin köçmüş, özü ilə cehiz əşyalarını həmin evə gətirmiş, cehiz əşyaları hal-hazırda da həmin evdədir. Sumqayıt şəhəri ünvan 1 ünvanda yaşadığı dövrdə birgə nikahlarından 04.07.2015-ci il təvəllüdlü İddiaçı adlı övladı anadan olmuşdur. O, Sumqayıt şəhəri ünvan 1 ünvanda keçmiş əri X3 ilə birlikdə ailə olaraq birgə təsərrüfat idarə etməklə yaşamış, həmin dövrdə qayınatası həmin evdə yaşamamış, bəzi hallarda gəlib-getmişdir. Sözügedən evə gəlin kimi köçərkən mübahisəli evə məxsus torpaq sahəsi əri X3ün xüsusi mülkiyyətində olmuş, lakin həmin torpaq sahəsinin üzərində yerləşən evin heç bir sənədi olmamaqla özbaşına tikinti olmuş və həmin evdə birgə nikah dövründə təmir bərpa işləri aparılmışdır. 2016-cı ilin iyul ayında keçmiş əri X3 mübahisəli evə aid torpaq sahəsini onun xəbəri olmadan atasına, yəni hazırki İddiaçı bağışlamış, həmin ilin sentyabr ayında isə sonuncu mübahisəli evi də öz adına sənədləşdirmişdir. Gəlin gəldiyi gündən 2017-ci ilin mart ayına qədər mübahisəli evdə yaşamış, lakin 2017-ci ilin mart ayında iddiaçı tərəf onu uşağı ilə birlikdə həmin evdən məcburi qaydada, heç bir məhkəmə qə rarı olmadan qovmuşdur. Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlmiş, onun heç bir yerdə yaşayış yeri yoxdur, yeganə yaşayış yeri gəlin köçdüyü indiki mübahisəli evdir, himayəsində körpə uşaq var və işləmir. Bu da onun mübahisəli evə olan hüquqlarının kobud surətdə pozulmasıdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili X4 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpoz ulmasıvədüzgüntət biqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyanın 127, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6, Mülki Məcəllənin 7.3, 182.1, MPM-nin 76, 77, 78, 80, 81, 88-cu maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkənkassator Cavabdeh və vəkili X5 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-865/2018 saylı 16 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmasına baxmayaraqiddiaçı heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişdir. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, kassatoru və vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respub likası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındang örünürki, ünvan 1 ünvanda yerləşən16 saylı fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş üzrə ilkin ilkin İddiaçının oğlu - X5 ilə X4 arasında bağlanmış nikah qeydi ləğv edilmişdir, Cavabdehin iddiacının oğlu ilə heç bir qohumluq əlaqəsi qalmamışdır, ilkin iddiaçı öz mülkiyyətindən sərbəst və heç bir kənar müdaxilə olmadan istifadə etmək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mü lkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunl a qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hаqlı оlаrаq belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması hissəsində də apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayır və həmçinin qeyd edir ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmaqla X3ün nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-865/2018 saylı 16 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar