Məhkəmə qərarları › İş №2(102)-5483/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5483/2021

11.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5483/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11158/2019 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Azərbaycan Güləş Federasiyasının 195№ li, 05 iyul 2018-ci il tarixli əmri ləğv olunmaqla onun həkim vəzifəsinə bərpa edilməyi, 05 iyul 2018-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, 2018-ci ilin yanvar, fevral, mart və aprel aylarının əmək haqqısının, istifadə e dilmədiyi məzuniyyət günlərinə görə məzuniyyət pulunun, 2018-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün hesablanmış əmək haqqlarının verilməsinin gecikdirilməsinə görə ödəncin və dəymiş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Rəhimov, iş № 2(009)-2787/2018) iddianın qismən təmin edilməsi, Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli №195 saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin təmin edilməsi, İddiaçı 2018-ci ilin yanv ar, fevral, mart və aprel aylarının əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ödəncin ödənilməsinin təmin olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)205/2019) İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin apelyasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.10.2018-ci il tarixli qətnaməsi Azə rbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli №195 saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)4816/2019) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-205/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli 195 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və və məcburi işburaxmaya görə əmək haqının ödənilməsinin rədd edilməsi hissələrdə ləğv edilməsi və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-11158/2019) cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2787/2019 saylı 16 oktyabr 2018-ci il tarixli qətnaməsi, cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin apelyasiya şikayəti üzrə “Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin 05.07.2018-ci il tarixli 195 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi Bakı Apelyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və N.Cəfərov, iş № 2(103)-11158/2019) Bakı Apelyasiya Məhkəməsinin Mülki k ollegiyasının 30 avqust 2019cu il tarixli, 2(103)-11158/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən verilmiş ərizənin təmin edilməməsi və həmin qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və N.Cəfərov, iş № 2(103)11158/2019) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2021-ci il tarixli 2(103)-11158/2019 saylı qərardadından cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarının 269-cu vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 24 may 2021-ci il tarixdə, saat 18:02-də 2(103)-11158/2019-006 saylı 24 may 2021 tarixli qərardadı elektron imza ilə təsdiq edilməklə cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 04 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 gün prosessual müddət bitdikdən 1 ay 1 gün sonra, yəni 05 iyul 2021-ci il tarixdə kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir. cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliy i tərəfindən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(103)-11158/2019 nömrəli və 24 may 2021-ci il tarixli 2(103)-11158/2019 nömrəli qərardadlarının ləğv edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-11158/2019 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, elektron kabinet cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil1 məxsusdur. Azərbaycan Güləş Federasiyası İctimai Birliyinə məxsus deyil. Bu iş üzrə Vəkil1 cavabdeh deyil, cavabdehin nümayəndəsidir. Həmçinin Birliyə müqavilə əsasında xidmət göstərir, hüquqi şəxsin işçisi deyil. Məhkəmə qərardadının iddiaçı və cavabdehə çatdırılması məhkəmənin vəzifəsidir. Məhkəmə sənədinin tərəfin nümayəndəsinin alması tərəfin alması demək deyil. Əgər nümayəndə hər hansısa bir səbəbdən elektron kabinetdəki qərardadı görmürsə, bu hüquqi şəxsin qərardaddan şikayət vermə müddətinin ötürülməsinə əsas ola bilməz. Elektron kabinet bilavasitə Birliyə aid olmadığından cavabdehə nəzərən müddətin ötürülməsi istisna olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdi r. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” inform asiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. 266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya s istemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(103)-11158/2019 nömrəli qərardadından şikayət vermiş və həmin qərardadın ləğv olunmasını xahiş etmiş, dəkillər isə faktiki olaraq həmin qərardadın ləğv olunmasına yönəlmişdir. Bu baxımdan hazırkı kasasiya icraatı həmin qərardadın (Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(103)-11158/2019 nömrəli qərardadı) qanuniliyinin yoxlanması ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi şikayəti qanunla müəyyən edilmiş müddətin ötürülməsinə görə geri qaytararkən mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarının 269-cu vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan göründüyü kimi 24 may 2021-ci il tarixdə, saat 18:02-də 2(103)-11158/2019-006 saylı 24 may 2021 tarixli qərardadı elektron imza ilə təsdiq edilməklə cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. 04 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 gün prosessual müddət bitdikdən 1 ay 1 gün sonra, yəni 05 iyul 2021-ci il tarixdə kassasiya şikayəti məhkəməyə təqdim edilmişdir. C avabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd edilməlidir ki, məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyatı olan digər şəxslərə rəsmi qaydada verilir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 gün müddətinə elektron imzası ilə təsdiq etməklə işdə iştrak edən şəxslərin «Elektron məhkəmə» informasiya sistemində yarad ılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisələndirilən qərardad işdə iştirak edən şəxs olaraq ona rəsmi olaraq göndərilməli olmasına baxmayaraq göndərilməmiş və rəsmi olaraq çatdırılmamışdır. Vəkilin elektron kabinetinə yerləşdirilmiş qərardad isə işdə iştirak edən şəxs olaraq onlara çatdırılmış hesab edilə bilməz. Qeyd edilməlidir ki, Mülki Prosesual Məcəllənin 266.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməsini təmin edir. Hazırkı iş üzrə işdə iştirak edən şəxslər Mülki Proessual Məcəllənin 46-cı maddəsinin tələbi baxımından iddiaçı və cavabdeh hesab olunur. İşdə iştirak edən şəxslərin elekt ron kabinetində qərardadın yerləşdirilməsi işin halları ilə müəyyən olunmur. İş materillarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadı «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş olsa da, rəsmi olaraq işdə iştirak edən şəxs olan cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinə göndərilməmiş, verilməmiş və ya çatdırılmamışdır. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsi isə müəyyən edilmir. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə olan halda işdə iştirak edən şəxs olaraq ona çatdırılmamış qərardaddan şikayət verilməsi üçün müddətinin axımının hansı tarixdən başlanmasının müəyyən olunması əhəmiyyə tli olsa da apelyasiya instansiyası məhkəməsi bu müddətin başlama anını müəyyən etmədən kassasiya şikayətinin geri qaytarılmalı olması nəticəsinə gəlmişdir. Odur ki, yuxarıda göstərilən halların hərtərəfli araşdırılması və nəticəsindən asılı olaraq cavabdeh kassasiya şikayətinin mümkünlüyünə yenidən qiymət verilməsi üçün qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolle giyasının 2(103)-11158/2019 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadı ləğv olunsun və sonrakı prosesual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar