Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5483/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, X4, Cavabdeh9 qarşı ilkin iddia tələbinə, Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5483/2022 Açar sözlər: mülkiyyətçi hüquqları, yaşayış sahəsindən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, qeydiyyatın ləğvi və mənzildən çıxarılma tələbinə dair ilkin, Cavabdeh2 alğı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması barədə qarşılıqlı iddiasına dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 (bundan sonra – cavabdehlər) ünvan 1 ünvanında yerləşən, 27 saylı mənzildə (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar.
2. İddiaçı (bundan sonra – iddiaçı) mübahisəli mənzili 24 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdehlərin qohumu X1 56.000 manata almışdır. Həmin vəsaitin 15.000 manatı onun tərəfindən, 41.000 manatı isə onunla ipoteka saxlayan "xxxx" ASC arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli, 07/104/AİF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ödənilmişdir
3. Mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 dekabr 2015-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.
4. X3 2019-cu il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə dair yaşayış və istifadə hüqularının itirilmiş hesab edilməklə, cavabdehlərin və digər şəxslərin mənzili boşaldaraq (çıxardılaraq) ona təhvil verilməsi, mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qə dər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla, həmçinin vəkilə ödənilmiş 800 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzili aldıqdan sonra orada yaşamadığına görə onu kirayə vermək qərarına gəlmişdir. İddiaçı, X3 və ailəsi ilə onlar özlərinə ev alana qədər evin aylıq bank ödənişini ödəmələri, onun da həmin evdə cavabdehlərin yaşamasına icazə verməsi barədə şifahi razılığa gəlmişlər. Cavabdehlər 7-8 aydır ki, aylıq ödənişlərini (kirayə haqqını) ödəmirlər, hər ay ödənişi özü edir. Ödənişləri vaxtlı-vaxtında etmələrini cavabdehlərdən tələb etsə də, onla r müxtəlif bəhanələrlə bundan imtina etmişlər. Kirayə haqqını ödəmədikləri üçün onlardan evdən çıxmalarını tələb etsə də, evdən çıxmırlar. Cavabdehlərin bir qisminin formal olaraq, bir qisminin isə həm də faktiki olaraq ona məxsus sözügedən mənzildə qeydiyyatda olması və oradan istifadə etməsi kommunal xidmətlərin ödənilməsi baxımından əlavə maliyyə itkisi olmaqla bərabər onun mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Cavabdehlərin mənzildə yaşaması onun öz mülkiyyətinə sahiblik və ondan istifadə etmək hüququnu da məhdudlaşdırır.
7. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 24 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mənzili atası X2 məxsus olmuşdur. X7 adlı şəxs atasının kredit almaq istədiyini bildikdə, ona bankların hərbiçilərə aşağı faizlə ev ipotekası ilə kredit verildiyini bildirmişdir. O, atasını evlərini Azərbaycan Respublikası DİN-nin Hacıqabul rayonunda yerləşən hərbi hissədə xidmət edən gizir İddiaçı adına keçirməyə və onun adına kredit götürməyə inandırmışdır. İddiaçı 5 min manat müqabilində evi banka ipoteka etməklə adına kredit götürülməsinə razı olmuşdur. Cəfərov Elvin banka 15 min manat ilkin ödəniş etmiş, atası uydurma alqı-satqı müqaviləsi ilə evi cavabdehin adına keçirmişdir, cavabdeh onların evini "xxxx" ASC-yə ipoteka qoyaraq adına kredit almışdır. Həmin kreditlə onların «Nikoil Bank»a olan kredi t borcları bağlanmışdır. X7 atasını aldadaraq krediti ona verməmişdir. İddiaçı mənzillə bağlı əvvəl 1 il müddətinə atasının, sonra atasının təklifi ilə 30 il müddətinə onun adına etibarnamə vermişdir. Atası 2019-cu ildə infarkt keçirərək vəfat etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-120/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış alğı-satqı və ipoteka müqaviləsinin 24 dekabr 2015-ci il tarixdə bağlanması və həmin müqavilədən irəli gələrək iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsası kimi şifahı razılaşma əsasında bağlanılmış kirayə müqaviləsi, həmin müqavilədən çıxış edərək kira yə haqqını ödəmədikləri üçün onların evdən çıxmalarını tələb etsə də müqavilənin şərtlərində həqiqətən elə bir razılaşmanın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi dəlilləri təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəfindən ödənişlərin onun tərəfindən ödənilməsinə istinad olunsa da, ödənişlərin müəyyən bir qisminin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə 24 sayda ödəniş qəbzləri təqdim etmişdir.
12. Məhkəmə qarşılıqlı iddia tələbinin dəllilərini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, alğı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair qarşılıqlı id dia ərizəsi hər hansı tələb deyil, məhz mübahisə predmeti olaraq qanunvericiliklə əsas iddiaya qarşı verilmiş tələbə münasibətdə, həmçinin həmin tələblərə birlikdə baxılarkən öz təsdiqini tapmamışdır. Belə ki, etibarsız hesab etdiyi iddia ilə bağlı ödənişlərin nəyə görə edilməsi, həmin haldan xəbərdar olması işin mübahisə edilməyən halıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 152, 157, 337.1, 337.3, 337.4, 337.5, 389.1, 389.2, 389.4, 560.1, 560.2, 567, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apellyasiya qismən şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi, iddiaçının ilkin iddia tələbinin qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilməsi, cavabdehlərin müba hisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehlərin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə hazırkı müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının cavabdehlərin həmin mənzildən qan unsuz istifadə etməsi ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməklə onların mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair hssədə əsaslı olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla müştərək qayda cavabdehlərdən və vəkilə ödənilmiş 800 manat xidmət haqqına dair hissədə öz təsdiqini tapmadığından, buna dair hər hansı bir sübut (müqavilə və ya razılaşma) olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.
19. Apellyas iya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair hissədə təmin etməməkdə haqlı olmamışdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2,157.4, 567-ci maddələrinə istinad edərək əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 (vəkil X5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul olunmas ını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə qanunu səhv təfsir etmiş, faktiki hallara düzgün qiymət vermədən faktlara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mənzilin texniki pasportunun, çıxarışının, 30 il müddətinə verilmiş baş etibarnaməyə saysız miqdarda qəbzlərə, eyni zamanda iddiaçı ilə cavabdehlərin arasında kirayə müqaviləsinin olmaması faktlarına qiymət verilməmişdir. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda ehtimallara əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq M ülki Məcəllə
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hər iki iddianın rədd olunması barədə qətnaməsindən yalnız iddiaçı şikayət verdiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə yalnız ilkin iddianın təmin olunmayan hissəsində yoxlanılmış və ilkin iddia qismən təmin edilmişdir. Hazırkı icraat üzrə yalnız Cavabdeh2 kassasiya şikayəti verdiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı ilkin iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
42. Eyni zamanda şikayətin dəlilləri əsasən qarşılıqlı iddianın dəlilləri ilə üst-üstə düşür. Halbuki birinci instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmiş və cavabdeh apellyasiya şikayət vermədiyi üçün qətnamə həmin hissədə qüvvəyə minmişdir.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1131/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv