Məhkəmə qərarları › İş №2(102)-5485/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5485/2021

05.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5485/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5485/21 (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5251/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən v erilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Republikasının Təhsil Nazirliyinə qarşı “22.09.2020-ci il tarixli, k-986 saylı əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən imzalanmış 22.09.2020ci il tarixli K-986 saylı əmrin ləğv edilməsi və işlədiyi Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsinə işə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1967-ci il tarixdə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. 1994-cü ildən ixtisası üzrə Lənkəran rayonu Lüvəsər kənd tam orta məktəbində müəllim işləməyə başlamış, 1996-cı ildə müvafiq əmrlə Bələbur kənd tam orta məktəbinin direktoru təyin edilmişdir. 1997-ci ildən 2003-cü ilə kimi Lənkəran rayonu Kərgəlan kənd seçki məntəqəsinin sədri vəzifəsində, 2003-cü ildən 2014-cü ilə kimi Lənkəran Şəhər İcra hakimiyyətində mədəniyyət və səhiyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbul müsabiqə və müsahibəsini uğurla keçərək M.M.Əbilov adına Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. Sözügedən məktəbədə üç ilə yaxın direktor vəzifəsində işləmi ş, işlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən məktəbdə monitorinq və yoxlamalar aparılmamışdır. Bu üç il ərzində şagirdlərin ali məktəbə qəbulu sahəsində nəzərə çarpacaq müsbət statistik göstəricilər əldə olunmuşdur. Ənənəvi olaraq hər təhsil ilində məktəbin bir və ya iki məzunu ali məktəblərə qəbul olunduğu halda onun həmin məkəbdə direktor işlədiyi üçüncü il ərzində, yəni 2020-ci ildə 8 şagird ali məktəblərə qəbul olunmuşdur. Təhsildə olduğu kimi təlim tərbiyədə də müsbət nəticələr rəhbərlik tərəfindən mütəmadi olaraq qeyd edilmişdir. Məktəbdə keçirilmiş tədbirlər barəsində məktəbin sosial şəbəkəsindəki səhifəsində müfəssəl faktlar, videogörüntülər şəklində dərc olunmuşdur. Həmin məlumatlar bu gün də sosial şəbəkədə qalmaqdadır. Azərbaycan Respublikasının Təhsil Naziri 22 09.2020-ci il № K-986 saylı əmri ilə onu və digər məktəbin direktorlarını işdən azad etmişdir. Əmrdə Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbində və digər məktəblərdə aparılmış yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi, o cümlədən əsassız əmək haqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyi, dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmadığı, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagırdlərlə birlikdə təhsil alması kimi pozuntulara yol verildiyi göstərilmişdir. Yoxlamanın gedişi və sonrakı dövr ərzində əsassız ödənilən əmək haqqı üzrə vəsaitlərin büdcəyə bərpası təmin olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin 22.09.2020ci il tarixli, K-980 saylı əmri ilə razı deyil, əmrdə göstərilənlərin Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinə aid olmayan məsələlərdir. İşlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən dərnək məşğələləri və fərdi təhsilə ayrılan dərslərin tədris olunmağı, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şagirdin sinifdə digər şagirdlərlə birlikdə təhsil alması kimi pozuntularla bağlı monitorinq və yoxlamalar aparılmamışdır. Əsassız əmək haqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyinə gəldikdə isə yoxlayıcı faktlar əsasında deyil, özünün subyektiv mülahizələri əsasında qərar qəbul etmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işdən qovmaq təhdidi ilə və digər təzyıq vasitəsilə ona və işçilərə akta imza etdirilmişdi r. 19.02.2020-ci ıl tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin X18 əməkdaşı Aydın Rəhimov tərəfindən Lənkəran rayonu M.M.Əbilov adına Şağlaküçə kənd tam orta məktəbində yoxalama cəmi bir saata yaxın aparılmışdır. Həmin akta görə guya 2019-cu ilin oktyabr ayından 2020-ci ilin fevral ayının 19-na kimi Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində əsassız əmək haqqı ödənildiyi, bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyinə görə 2300 manat cərimə hesablanmışdır. Həmin cərimənin hansı riyazi metodlarla hesablanması və hansı aktlarla qeydə alınması ona qaranlıq qalmışdır. Belə ki, Şahid3 1 vahid ştatla işləmiş, Şahid5 isə 0,5 vahidlə işlədiyi halda yoxlama tərəfindən əsası olmayan qaydada, hər iki işçi eyni məbləğdə, yəni 521 manat (cəmi 1042 manat) cəri mə edilmişdir. Digər texniki işçi X2 geyiminə görə yoxlama tərəfindən səlahiyyətindən sui-istifadə edərək əsassız olaraq 1260 manat cərimə edilmişdir. Yoxlama tərəfindən texniki işçilərə cərimə tətbiq olunsa da, hansı qanunvericiliyə istinad edilməsi barədə hər hansı məlumat verilməmiş, həmin işçilərdən izahat alınmamış və bu barədə akt tərtib edilməmişdir. Bu hal işçilərin davamiyyət kitabında da öz əksini tapmamışdır. Yoxlama zamanı təsərrüfat işləri üzrə direktor müavinindən işə davamiyyət kitabı tələb edilmiş və davamiyyət kitabı yoxlama aparan Aydın Rəhimova təqdim edilmiş, yoxlayıçı tərəfindən davamiyyət kitabı və tabel cədvəlləri yoxlanılmış və hər hansı nöqsan və çatışmamazlıq aşkar edilməmişdir. Davamiyyət kitabı və tabel cədvəllərinə baxış keçiriləndən sonra geri qaytarılmışdır. Yoxlama aparan şəxs tərəfindən yazılmış aktla işçilərin davamiyyət kitabından istifadə olunmamışdır. Yoxlama aparan şəxs, Aydın Rəhimov təsərrüfat işləri üzrə direktor müavini X13, həmin orta məktəbdə müəllim işləyən Şahid2, hərbi rəhbər kimi çalışan X7, kitabxana müdiri işləyən Şahid6, xadimə işləyən X10 və Şahid5 əsassız olaraq təhqir etmiş və işdən qovulma ilə əlaqədar onlara hədə-qorxu gəlmişdir. Yoxlamağa gəlmiş şəxs öz vəzifə səlahiyyətlərindən istifadə edərək akt tərtib etmişdir. Həmin aktın bir nüsxəsini məktəbə təqdim etməkdən imtina edilmişdir. Lənkəran Şəhər Təhsil şöbəsinin 08 sentyabr № 00-01-94/18 saylı və 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 28 sentyabr №334 saylı məktubunda göstərilmişdir ki, noyabr 2020-ci il tarixdə Mərkəzə daxıl olan məlumata əsasən məktəbin mü əllimi X5 ölkə ərazisində olmadığı halda, məktəb direktoru İddiaçı tərəfindən onun adına saxta yolla əmək haqqı yazılmışdır. X1 bütün kollektivlə birlikdə 2019-cu il üçün 56 gün əmək məzuniyyətinə buraxıldıqdan sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin sentyabr ayının 15-də dərs başlanarkən məktəbin ingilis dili müəllimi X3 dərsə gəlmədiyi məlum olmuş və onunla telefon əlaqələri saxlanılmışdır. Sehranə Qənbərova ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş və qayıtmaq üçün bilet pulları çatmağını bildirmiş və müəyyən vaxta ona güzəşt edilməsini xahiş etmişdir. Bununla bağlı həmin dövrdə Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri olmuş Aslan İbrahimova o, şifahi qaydada məlumat vermişdir. Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri şifahi olaraq ona bildirmişdir ki, X4 müəyyən vaxt verilsin, Sehranə Qənbərova qayıtdıqdan sonra ona əvvəlcədən ödənilmiş əmək haqqı üçün tədbirlər görülsün. X5 işə qayıtdıqdan sonra ona işdə olmadığı dövr üçün ödənilmiş 434 manat əmək haqqını 07.11.2019-cu il tarixdə öz şəxsi vəsaiti hesabına könüllü olaraq 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin hesabına ödəmişdir. Bu məsələ onun və Lənkəran Şəhər Təhsil şöbəsinin müdirinin şifahi razılğı əsasında baş vermişdir. Bu, 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 28 sentyabr № 334 saylı məktubunda göstərilənlərin saxta olmasını bir daha təsdiq edir. Çünki ödəmələr 07.11.2019-cu il tarixdə baş vermişdir. Əgər belə bir məlumat var idisə niyə məktəbdə yoxlama aparılmamışdır? Bu iş barədə nazirlikdən gəlmiş yoxlamaya guya noyabr ayında aparılmış yoxlamanın nəticəsi kimi mə lumat verilmişdir. Əslində belə yoxlama olmamış və bununla bağlı akt və ya hər hansı sənəd tərtib edilməmişdir. 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Təhsil nazirliyinə verdiyi məlumatda sözügedən məktəbdə yoxlama apardığını, Şağlakücə kənd tam orta məktəbinin ilk həmkarlar təşkilatının sədrinə 28 sentyabr № 334 nömrəli məktubunda isə məktəb direktoruna bildirdiyini göstərmişdir. Ancaq hansı vasitə ilə məktəb direktoruna bu barədə bildirildiyi öz əksini tapmamışdır. Bu da göstərir ki, 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi bu işə qərəzli yanaşmışdır. O, işlədiyi 35 il ərzində heç bır qanun pozuntusuna yol verməmiş, həmişə işinin başında olmuş, kollektiv arasında da münasibətləri olduqca səmimi olmuş, işə gəlməmək, iş saatlarını buraxmaq və sair neqativ hallara yol verməmiş, işəgötür ən tərəfindən heç vaxt neqativ hallara görə cəzalandırılmamışdır. Lənkəran Şəhər Təhsil Şöbəsinin 08 sentyabr 2020-ci il tarixli № 00-01-94\18 saylı Şağlakücə kənd orta məkləbi ilk həmkarlar təşkilatının sədri Maqsud Əliyevə müraciət əsasında Lənkəran rayonu M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin ilk X9 heyətinin növbədənkənar iclası keçirilmiş, iclasın aşağıda qeyd etdiyi 2 bənddən ibarət qərar qəbul edildiyini bildirmişdir: 1) Lənkəran Şəhəri Təhsil Şöbəsinin müdiri Ü.Əliyevanın 08 sentyabr 2020-ci il tarixili №00-01 -94\18 saylı məktubunda göstərilmiş nöqsanlar təsdiqini tapmadığından Lənkəran rayonu M.M. Əbilov adına Şağlakücə kənd tam orta məktəbin direktoru İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilməsin. 2) Lənkəran Şəhəri Təhsil Şöbəsinin müdiri Ü.Əli yevadan xahiş edilsin ki, M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbinin ilk X9 Heyətinə ünvanladığı məktubda göstərilən çatışmamazlıqların faktlar və sənədlər əsasında bır daha yoxlanmasına göstəriş versin. Yuxanda qeyd etdiyi iclasda M.M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbində işləyən X15, Şahid3 və Şahid5 X9 Heyətinin sədrinə geniş və ətraflı yazılı izahat vermiş və həmin izahatların təsdiq olunmuş surətlərini işə əlavə etmişdir. Təhsil Nazirliyi insan resursları şöbəsinin müdiri Eşqi Bağırovun arayışı və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın təqdimatına əsasən keçirilmiş ATİAHİ Lənkəran Şəhər Komitəsi Rəyasət Heyətinin 18 sentyabr 2020-ci il tarixli İ2 saylı iclasının protokolunda aşağıdakı qeyd olunub: 1) Lənkəran Şəhəri Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın 11 sentyabr 2020-ci iİ tarixli 00-01-100\13 №-li təqdimatı. Şəhər Komitəsinin sədri Q.Zeynalovun məlumatı, rəyasət heyyətinin üzvləri E.Həsənovun. İ.Səfərovun. İ.Musayevin çıxışları nəzərə alınsın. 2) Respublika Təhsil Nazirliyinin X18 Şağlakücə kənd tam orta məktəbi haqqında yoxlama arayışı, məktəbin direktoru İddiaçı izahatı və buraxdığı nöqsanlar. Təhsil Nazirliyi insan resursları şöbəsinin müdiri Eşqi Bağırovun arayışı. Şəhər Təhsil Şöbəsinin müdiri Ü.Əliyevanın məlumatı nəzərə alınaraq məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə Lənkəran ŞK-sı olaraq razılıq verilsin. 3) İddiaçı 2017-ci il dekabrın 18-dən Təhsil Nazirliyinin direktorların işə qəbul müsabiqəsindən üğurla keçərək Şağlakücə tam orta məktəbinə direktor təyin edilmişdir. O, qısa müddətdə fəaliyyət göstərməsinə baxmayraq məktəb pedoqoji kollektivinin və rayon ictimaiyyətinin hörmətini qazanmışdır. Lakin heç bir səbəb olmadan və göstərdiyi faktlar və izahatı nəzərə alınmadan onu işdən azad etmişlər. Əmək kitabçasını aldıqdan sonra O, 22.09.2020-ci ıl tarixli K-986 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edildiyini görmüşdür. Bunu gördükdə çox təccüblənmiş, çünki, o, heç bir pozuntuya yol vermədiyi halda Azərbaycan Respbulikası Təhsil Nazirliyi tərəfindən məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç" bəndinə əsasən işdən azad edilmişdir. Bütün bunlardan görünür ki, Azərbaycan Respublikası Təhsil naziri Azərbayca n Respublikası Konstitutsiyanın ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar və sair qanunlardan irəli gələn tələblər kobudcasına pozulmuşdur. Məhz bu səbəbdən hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən verilən 22.09.2020-ci il tarixli K986 saylı işdən azad olmağı barədə əmr qanunsuz və əsassızdır. Sözü gedən əmr forması və tərtibatı təlimata və kargüzarlıq qaydalarına uyğun deyildir. Bu pozuntular bır daha onun qərəzli işdən azad olunmağını təsdiq edir. Buna gorə O, işə bərpa tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 fevral 2020-ci il tarixli, 2(005)-503/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən imzalanmış 22.09.2020-ci il tarixli K-986 saylı əmr qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş id dia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 68.1, 68.2, 71,2, 71.3, 72, 186.1, 186.2, 187.1, 187.2, 311-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 21 iyun 2021-ci il tarixli, 2(103)-5251/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini n 11 fevral 2020-ci il tarixli, 2(005)-503/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən görünür ki, Təhsil Nazirliyinin əməkdaşları Kamil Abdullayev və Aydın Rəhimovun, Lənkəran ŞTŞ-nin əməkdaş Elnur Əsədlinin, Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinnin direktoru İddiaçı və direktor müavini Ümüd Əhədovun iştirakı ilə tərtib olunmuş Lənkəran rayonu Şağlakücə kənd orta məktəbinə dair 19.02.2020-ci il tarixli aktdan görünür ki, Xa sinfində 16 şagirddən 13-ü iştirak etməsi, Xb sinfində 17 şagirddən 7-si iştirak etməməsi, Xİ a sinfində 13 şagirddən 7-si iştirak etməməsi, Xİ b sinfində 15 şagirddən 8-i iştirak etməməsi, dərsdə iştirak etməyən şagirdlərə müəllim tə rəfindən qayıb qoyulmaması aşkar edilmişdir. Eyni zamanda həmin aktla texniki işçilərin araşdırılması zamanı Şahid3 və Şahid5, məktəbi gündüz gözətçisi X15 (övladını məktəbə aparıb gətirir) işə gəlməməsi, məktəbdə fizika və kimya laborantların olması, amma laboratoriyaların olmaması məlum olmuşdur. 10.03.2020-ci il tarixdə İddiaçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı”na 1261,26 manat, 521 manat, 434 manat, 521 manat ödənilmişdir. Azərbaycan Republikasının Təhsil Nazirliyinin 22.09.2020-ci il tarixli, K-986 №-li əmrin surətindən görünür ki, Lənkəran rayonu, Şağlaküçə kənd tam orta məktəbinin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 senty abr 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmal ıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. İşdən görünür ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbində aparılan monitorinq zamanı məktə bin kiçik texniki işçiləri X15, X19 və X8 işə gəlmədikləri məlum olmuş, lakin onlara əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan başqa, həmin məktəbin müəllimi X6 ölkədə olmadığı halda ona 434 manat əmək haqqı ödənildiyi məlum olmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə 434 manat, 1261,26 manat, 521 manat, 521 manat dövlət büdcəsinə qaytarılmışdır. Düzdür, iddiaçı həmin vəsait onun deyil, qeyd olunan işçilərin vəsaiti hesabına ödənildiyini və onların da bu vəsaiti hədə-qorxu və təsir altında ödədiklərini bəyan edir. Ancaq bu vəsaitin hədə-qorxu yaxud təsir altında ödənilməsi inandırıcı və ağlabatan deyildir. Ən azından ona görə ki, həmin işçilər həqiqətən işləmiş olsaydılar, bu vəsaitin dövlət büdcəsinə qaytarılmasına israrla etiraz edərdilər. Ba şqa sözlə həmin işçilər həqiqətən işləmiş olsaydılar, yerinə yetirdikləri işə görə onlara verilən əmək haqqını hansı məntiqlə dövlət büdcəsinə qaytara bilərdilər yaxud qaytarmaq istəyərdilər. Təbii ki, bu dəlil əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün də əsas ola bilməz. Bundan əlavə, iddiaçı şikayətində Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbinə görə intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda 7 aydan sonra işdən çıxarılma barədə əmr imzalanmasının qanunsuz olduğunu göstərsə də, bu dəlil də əsaslı deyildi. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələ ri aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Düzdür, iddiaçı tərəf məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yoxlanılmadığını qeyd etsə də, ancaq bir neçə müəllim və texniki işçilərin işə gəlmədiyinə görə onlara əsassız əmək haqqı ödənildiyi və bununla da dövlət büdcəsinə ziyan vurulduğu məhz məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması və təftişinin aparılması nəticəsində ortaya çıxmış, bununla da iddiaçının vəzifə hüquqpozması ilə bağlı intizam xətası törətdiyi məlum olmuşdur. Ona görə də bu cür xətalara görə işçiyə törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Anca iddiaçıya verilən intizam tənbehi isə əmək qanunveri ciliyi ilə nəzərdə tutulan müddətdə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək qanunvericiliyində inzibati tənbeh tədbiri kimi Əm ək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi hallarda yol verildiyi təsbit edilmişdir. Hazırkı halda isə liddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürəni n, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmiş, həmçinin belə halın baş verməsi məhkəmə kollegiyasının iclasında da öz təsdiqini tapmamışdır. Əmək Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Mülki işin materiallarından görünür ki, həmkarlar ittifaqı təşkilatlarından ilki əmək müqaviləsinin ləğvinə razılıq verməmiş, daha sonra isə başqa təşkilatdan razılıq alınmışdır. Əmək qanunvericiliyinə əsasən işəgötürən intizam tənbehini verərkən i şçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin cavabdeh orqan tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Belə ki, o, 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbul müsabiqə və müsahibəsini uğurla keçərək M.M.Əbilov adına Lənkəran rayonu Şağlakücə kənd tam orta məktəbinə direktor təyin olunmuşdur. Sözügedən məktəbədə üç ilə yaxın direktor vəzifəsində işləmiş, işlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən məktəbdə monitorinq və yoxlamalar aparılmamışdır. Bu üç il ərzində şagirdlərin ali məktəbə qəbulu sahəsində nəzərə çarpacaq müsbət statistik göstəricilər əldə olunmuşdur. Ənənəvi olaraq hər təhsil ilində məktəbin bir və ya iki məzunu ali məktəblərə qəb ul olunduğu halda onun həmin məkəbdə direktor işlədiyi üçüncü il ərzində, yəni 2020-ci ildə 8 şagird ali məktəblərə qəbul olunmuşdur. Ayrıca işlədiyi müddət ərzində barəsində intizam tənbeh tədbiri görülməmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. 211 vərəqədə olan mülki işdən görünür ki, cavabdeh tərəf məhkəməyə sadəcə akt təqdim etmiş, məktəbin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələrinə dair hər hansı bir sənəd və ya ekspert rəyi təqdim etmə mişdir. Məhkəmə iddiaçı tərəfinin təqdim etdikləri sübutları araşdırmamış, həmin sübutlara səthi yanaşmışdır. Məhkəmə 22 09.2020-ci il No K-986 saylı əmrin əsas hissəsində göstərilmiş sənədləri tələb etməmiş, həmkarlar ittifaqı təşkilatlarının fərqli mövqelərini nəzərə almamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbinə görə intizam tənbehinin işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməli olduğu halda 7 aydan sonra işdən çıxarılma barədə əmr imzalanması qanunsuzdur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Məhkəmə onun təqdim etdiyi sübutları araşdırmamış, həmin sübutlara səthi yanaşmışdır. Məhkəmə 22 09.2020-ci il No K-986 saylı əmrin əsas hissəsində göstərilmiş sənədləri tələb etməmiş, həmkarlar ittifaqı təşkilatlarının fərqli mövqelərini nəzərə almamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi məhk əmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğ v edilə bilər. Maddə 71.2 Bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Maddə 187.3. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. iddiaçı tərəfindən tam Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı əmək vəzifələrinin icrasını kobud şəkildə pozduğu üçün Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edilmişdir. Belə ki, işdən, həmçinin iddiaçının öz iddia ərizəsindən görünür ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən Lənkəran rayonu Şağlaküçə kənd tam orta məktəbində aparılan monitorinq zamanı məktəbin kiçik texniki işçiləri X15, X19 və X8 işə gəlmədikləri məlum olmuş, lakin onlara əmək haqqı hesablanaraq ödənilmişdir. Bundan başqa, həmin məktəbin müəllimi X6 ölkədə olmadığı halda ona 434 manat əmək haqqı ödənildiyi məlum olmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə 434 manat, 1261,26 manat, 521 manat, 521 manat dövlət büdcəsinə qaytarılmışdır. Buradan da aydın olur ki, iddiaçının əmək vəzifələrinin kobud pozuntusu aşkar edilidb sənədləşmə aparıldıqdan sonra iddiaçı həmin pozuntuların aradan qaldırılması məqsədilə qeyd edilmiş ödənişləri həyata keçirmiş və bununla da o, həmin pozuntularla razılaşmış olmuşdur. Ona görə də apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5251/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar