Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5486/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh1 MMC-nin vəkili V1i oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)6027/2019 nömrəli qərardadından Cavabdeh1 MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, “Cavabdeh2” MMC, “Cavabdeh3.” MMC və Cavabdeh4 qarşı “kredit müqavilələri ü zrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri YasamalRayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(004)2624/2019 saylı qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilmiş mülki işin baxılması üçün aidiyyəti üzrə İnzibati-İqtisqadi Məhkəməyə göndərilməsi barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)6027/2019 nömrəli qərardadı ilə Cavabdeh1 MMC-nin şikayəti təminolunmamış, Bakı şəhəri YasamalRayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 MMC və onun vəkili V1i oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 MMC və onun vəkili V1i oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həm kredit götürən, həm də ki bu kreditlərin təminatı kimi öz əmlaklarını ipoteka ilə yüklü etmiş şəxslərin hər üçü hüquqi şəxslərdirlər. Tərəflər arasında yaranmış mübahisə iqtisadi mübahisə olduğundan bu mülki iş baxılması üçün inzibati-iqtisadi məhkəməyə verilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin vəkili V1i oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiy i 23.04.2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərardadını dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 25.1.-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digə r münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Hazırkı iş üzrə iddiaçı hüquqi şəxs olsa da, cavabdeh fiziki şəxsdir, onun fərdi sahibkarlıq statusu yoxdur, eləcədə hazırkı mübahisə iqtisadi xarakterli deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)-6027/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5486/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5486/2019
02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver