Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5486/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5486/21 (Açar sözlər: Artıq tutulmuş vəsaitin geri qaytarılması) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Salehzadə Ümman Tofiq oğlunun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əmək haqqından artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbi»nə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)694/2021 nömrəli, 26.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2003-cü ilin mart ayından 2018-ci ilin may ayına qədər cavabdeh təşkilatda kredit şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya illik 18% olmaqla, 5000 manat, 20.02.2015-ci iltarixli kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 5000 manat kredit xətləri açılmış, iddiaçı tərəfindən kredit vəsaiti təyinatı üzrə istifadə edilmişdir. İddiaçının bankdan götürdüyü kredit vəsaitləri üzrə əmək haqqı kartından hər ay müqavilə şərtlərinə uyğun şəkildə əsas və faiz ödənişləri vaxtı- vaxtında çıxılmışdır. İddiaçı bakndan işdən azad olunduqdan sonra kredit borclarına görə ondan artıq vəsait tutulmasını aşkar edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqından qanunsuz silinmiş 10.316 manat məbləğində son haqq-hesab, məzuniyyət pulunun qaytarılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini, cavabdehin qanunsuz əməllərinin aidiyyəti araşdırılmasından ötrü xüsusi qərardad çıxarılması və bununla bağlı Baş prokurora məlumat verilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsasla ndırmışdır ki, 2003-cü ilin mart ayından 2018-ci ilin may ayına qədər cavabdeh təşkilatda kredit şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Cavabdeh ASC ilə aralarında bağlanmış 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 18% olmaqla, 5.000 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 5.000 manat kredit xətləri açılmış, tərəfindən kredit vəsaiti təyinatı üzrə istifadə edilmişdir. Bankdan götürdüyü kredit vəsaitləri üzrə əmək haqqı kartından hər ay müqavilə şərtlərinə uyğun şəkildə əsas və faiz ödənişlərini vaxtı-vaxtında ödəmiş, əmək haqqı məbləğinə mütənasib olaraq ödənişlərini həyata keçirmişdir. Lakin sonralar maddi vəziyyətinin pisləşməsi səbəbindən əmək haqqı məbləğinin 60-65 faizi məbləğində ödəmələr aparmışdır. Son zamanlar bankda ba ş vermiş kadr dəyişikliyi ilə bağlı yeni rəhbərliyin təyin olunmasından sonra cavabdeh onun əmək haqqından qanunvericiliyin, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının metodiki qayda və göstərişlərinə zidd olaraq iradəsinin ziddinə artıq silinmələr (faizə faiz, ikiqat dəbbə, əldən çıxmış fayda və sair) aparmağa başlamışdır. O, bankda kredit şöbəsinin müdiri vəzifəsində işlədiyini, əmək haqqından yüz faiz silinmələrin akseptsiz qaydada silindiyini nəzərə alaraq, hər hansı bir formada cavabdehə təzyiq etmək imkanının olmaması səbəbindən bu vəziyyətə müəyyən müddət dözməli və bu halla barışmalı olmuşdur. 2018-ci ilin oktyabr ayında tutduğu vəzifənin ixtisara düşməsi səbəbindən cavabdeh tərəfindən ona ödənilmiş 7.658 manat əmək haqqından və xəstəlik vərəqəsinə əsasən ödənilmiş 2.658 manat məbləğin yuxarıda qeyd edildiyi qaydada kobud şəkildə silindiyinin şahidi olmuşdur. Cavabdeh özünün ilk silinmələrindən başlayaraq, əmək haqqından 50%-dən artıq silinmə etməməli olduğu halda ondan artıq vəsait silmiş, qanunun, bu sahədə qüvvədə olan təlimatların tələblərini pozmuşdur. Əmək haqqı kartından özünün kredit borcuna görə hər ay əmək haqqı məbləğinin 60-65%-ni ödədiyi üçün 2017-ci ilin dekabr ayında ona heç bir əsası olmadan töhmət də veriblər. 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ödəməli olduğu borca görə əsas borc üzrə 2.649 manat, faiz borcu üzrə 396 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.389 manat, faiz borcu üzrə 315 manat ödəniş olmalı idi. Hər iki kredit müqaviləsinə əsasən cəmi 4.759 manat silinmə aparılmalı i di. Lakin bank müvafiq olaraq 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2.873 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1.355 manat artıq silinmə aparmışdır. Hər iki kredit müqaviləsi üzrə müqavilənin bağlanmasından müqavilə müddətinin bitməsinə qədər və ondan sonra aparılan qanunsuz silinmələr nəticəsində əmək haqqından 4.228 manat artıq silinmə aparılmışdır ki, cavabdeh bu vəsaiti ona qaytarmağa borcludur.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(006)181/2020 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən təmin edilərək, Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş cəmi 1.191,97 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.221,97 manat məbləğində pulun alınaraq İddiaçı ödə nilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 165 manat pulun 100 manat hissəsinin iddiaçıdan, 65 manat hissəsinin cavabdehdən tutulması qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1092, 1092.2 və 1092.3-cü maddələrinə istinad edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı oğlu apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-694/2021 nömrəli, 26.04.2021-ci il tarixli li qətnaməsi ilə (hakim lər- V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-181/2020 saylı iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş cəmi 1191,97 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş 16.01.2013-cü il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.443,77 manat və 20.02.2015-ci il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.938,33 manat, cəmi 5.382,10 manat məbləğində pulun alınaraq İddiaçı ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh ASC -dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmlişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsası kimi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı, Mülki Məcəllənin 21, 445.7; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir.
9. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhk əmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh ASC kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, ziddiyətli ekspert rəyləri məhkəməyə təqdim edilmiş və məhkəmə isə bu halı ətraflı araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı və vəkili Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edi lməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq:
15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərəin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. İlk növbədə qeyd olunur ki, cavabdeh təşkilat iddiaçıdan kredit borclarına görə artıq vəsait tutmasını etiraf edir. Beləki, cavabdeh 1-ci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Həmin məhkəmə qanunsuz silinmiş cəmi 1.191,97 manat məbləğində pulun qaytarılmasını qət etmişdir, qətnamədən ancaq iddiaçı şikayət vermişdir. Deməli, hazırkı icraatda cavabdeh təşkilat iddiaçıd an qanunsuz olaraq tutulan pulun məbləği ilə bağlı mübahisə edir.
31. Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2021-ci il tarixli 9/5108 saylı ekspert rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdeh banka 16.01.2013-cü il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.443,77 manat, 20.02.2015-ci il tarixli kredit (xətti) müqaviləsi üzrə isə 2.938,33 manat artıq ödəniş edilmişdir.
32. Apelyasiya Məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh təşkilat rəyin qanunsuz tərtib edilməsi ilə bağlı bəyanat verməklə həmin rəyi qüvvədən sala bilməz. Rəy bu sahədə xüsusi biliyə malik olan şəxsin verdiyi qənaətdir. Onu qüvvədən salmaq üçün rəyin şübhə altına alınmasına dair sübutlar təqdim edilməlidir.
33. Nəzərə alm aq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Eyni zamanda qeyd olunur ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.
35. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegi yası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-694/2021 nömrəli, 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova