Məhkəmə qərarları › İş №2(102)-5489/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5489/2019

26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5489/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 mart 2018-ci il tarixli qətnaməsindən İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, c avabdehdən 500 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadiqov, İş № 2(103)3369/2019) iddiaçı “İddiaçı" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6902/2018 saylı iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3165 manat əsas borc, 30 manat dövlət rüsumu olmaqla, cəmi 319 5 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsi həm sonuncunun qismən etirafı, həm də iş materiallarında olan fotoşəkillər və aktlarla təsdiq olunur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarxli qətnaməsinin iddia tələbinin rədd edildiyi hissədə ləğv olunması və iddianın tam təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək ş ikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarxli qətnaməsinin iddia tələbinin rədd edildiyi hissədə ləğv olunması və iddianın tam təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Az ərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktik i hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən 8C saylı evin təbii qazla təchiz edilməsinə dair tərəflər arasında 07.12.2017-ci il tarixdə, T/16919 nömrəli qaz pay paylayıcıs: ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan ünvanda iddiaçının əməkdaşları təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.11.2016cı il tarixli, ******* saylı; 29.11.2016-cı il tarixli, ******* saylı; 17.01,2017-ci il tarixli, ******* saylı; 27.03.2017-ci il tarixli, ******* say 12.05.201 7-ci il tarixli, ******* saylı; 25.07.2017-ci il tarixli, ******* saylı; 16.11,2017-ci tarixli, ******* saylı; 22.12.2017- ci il tarixli, ******* saylı; 19.01,2018-ci il tarixli, ******* saylı; 09.02.2018-ci il tarixli, ******* saylı; 14.03.2018-ci il tarixli, ******* saylı; 17 apre 2018-ci il tarixli, ******* saylı; 16.05.2018-ci il tarixli, ******* saylı və 13.06.2018-c: tarixli, ******* saylı aktlar tərtib etmiş, aktlarda Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilərkən fərdi yaşayış evinin qaz xəttinin üzərində quraşdırılan qaz sayğacında'' kənar qeyri-qanuni təbii qazdan istifadə olunmasının aşkar olunduğu qeyd edilmişdir. Aktlar əsasında təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən cavabdehə 2016cı il üçün 451,40 manat, 2017-ci il üçün 1337 manat, 2018-ci il üçün 1333,40 man at borc hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə gəldiyi nəticə ondan ibarətdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh imkanı olmadığı üçün məcbur olub qaz xəttinə qanunsuz qoşulduğunu, lakin qazdan istifadəyə görə borcunun tələb olunandan az olduğunu bildirmiş, məhkəməyə ərizə təqdim edərək iddiaçıya 500 manat borcunun olduğunu yazılı etiraf etmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəllənin 107, 119.1, 191.3, 385.1, 386.1, 442 və 448.1 -ci, “Qaz təminatı haqqında” Qanunun 22-cl maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iş üzrə cavabdeh tərəfindən qaza qanunsuz istifadəyə görə iddiaçıya zərər dəydiyi təsdiq olunsa da, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla zərə rin faktiki dəyərini müəyyən etmək mümkün olmadığına görə iddia etiraf edilən həcmdə - 500 manat pulun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. İddiaçının təqdim etdiyi saldodan və apellyasiya şikayətindən görünür ki, cavabdehə tərtib olunmuş aktlar üzrə 2016-cı il üçün 451,40 manat, 2017-ci il üçün 1337 manat, 2018-ci il üçün 1333,40 manat borc hesablanmışdır. İddiaçı həmin sərfiyyatların 19.11.2016-13.06.2018-ci illər ərzində tərtib olunmuş 14 akt əsasında hesablandığını bildirir. Halbuki tər əflər arasında qazın alqı-satqısı barədə müqav ə yalnız 07.12.2017-ci il tarixdə bağlanmışdır. İddiaçının sübut kimi istinad etdiyi aktların surətlərindən görünür ki, yalnız 19.11.2016-ci il tarixdə tərtib olunmuş aktı cavabdeh tərəfindən imzalanmış, qalan bütün aktlarda aktı tərtib etmiş şəxslər abonentin onu imzalamaqdan imtina etdiyi barədə qeydlər aparmışlar. Beləliklə 19.11.2016-cı il tarixli akt istisna olmaqla digər bütün aktlar birtərəfli qaydada iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh aktları imzalamamışdır. Aktlarda cavabdehin onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Cavabdeh də aktların məlumatlarının mötəbərliyini mübahisələndirir və borcunun daha a z olduğunu bildirir Bununla yanaşı, 14.03.2018-ci il, 17 aprel 2018-ci il və 16.05.2018-ci il tarixli aktlar iddiaçının yalnız iki əməkdaşı tərəfindən imzalanmışdır. Eyni zamanda akta əsasən dəyən ziyanın hesablanması barədə 19.11.2016-cı il tarix akt üzrə tərtib edilmiş 30.11.2016-cı il tarixli; 17.01.2017-ci il tarixli akt üzrə tərtib edilmiş 30.10.2017-ci il tarixli; 12.05.2017-ci il tarixli akt üzrə tərtib edilmiş 23.05.2017-ci il tarixli; 25.07.2017-ci il tarixli akt üzrə tərtib edilmiş 31.07.2017-ci il tarixli; 16.11.2017-ci il tarixli akt üzrə tərtib edilmiş 23.11.2017-ci il tarixli; 22.12.2017-ci il tarixli akt üzrə tərtib edilmiş 29.12.2017-ci il tarixli; 09.02.2018-ci il tarixli akt üzrə tərtib edilmiş 16.02.2018-ci il tarixli 14.03.2018-ci il tarixli akt üzrə tərtib edilmiş 28.0 3.2018-ci il tarixli; 17 aprel 2018-ci il tarixli akt üzrə tərtib edilmiş 20.04.2018-ci il tarixli; 16.05.2018-ci il tarixli akt üzrə tərtib edilmiş 21.05.2018-ci il tarixli sənədlər (tələblər) komissiyanın bütün üzvləri tərəfindən imzalanmamışdır. İddiaçı 14 akt üzrə qanunsuz qoşulma faktını təsdiq edən sübut qismində yalnız 4 ədəd fotogörüntü təqdim etsə də, həmin fotoların hansı tarixlərdə, hansı ünvanda çəkildiyi və ya hansı akta aid olduğu müəyyən edilmir. Halbuki yaranmış vəziyyətdə Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, alqı-satqı müqaviləsi olmadan abonentə qaz satışının hansı əsasla həyata keçirildiyini, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzinaə cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərincə olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış 3165 manat borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. İş üzrə yeganə mötəbər sübut kimi qəbul edilə biləcək, cavabdehin də imzaladığı 19.11.2016-cı il tarixli akt üzrə tələb olunan 190,40 manat məbləğ cavabdehin etiraf etdiyi məbləğdən azdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya Məhkəməsi gəldi yi nəticəni hüquqi cəhətdən aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alq - satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alq - satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qa ydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsm iləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-c i yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegyası kassasiya şikayətinin qeyd edilən dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquq la bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Resp ublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar