Məhkəmə qərarları › İş №2(102)-5489/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5489/2021

29.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5489/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5489/2021 (Açar sözlər: işə bərpa, ştatın ixtisarı) Bakı şəhəri, 29 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi (direktoru) X1, vəkil Məmmədov Adəm Məhərrəm oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2n iştirakı ilə, İddiaçı İddiaçı qızının cavabdeh Cavabdeh qar şı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(103)2895/2021 nömrəli qətnaməsindən İddiaçı qızının kassasiya şikayətinə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 01.05.2009-cu il tarixli 69 nömrəli əmrlə Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli Tam Orta Məktəbin informatika kabinetinə laborant vəzifəsinə təyin edilmiş, 2017-ci ildə analıq məzuniyyətinə çıxmışdır.

2. Analıq məzuniyyətindən qayıdandan sonra 27.02.2020-ci il tarixli, 22 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar), iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, laborant vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2008-ci il tarixdən Nərimanov rayonu 45 nömrəli Tam Orta Məktəbdə informatika laborantı vəzifəsində işləmiş, 2017-ci ildə analıq məzuniyyətinə çıxmışdır.

5. İddiaçıya işə qayıdan zaman yeni təyin edilmiş direktor Nəcibə Axundova tərəfindən ştat yerlərinin ixtisara düşməyi ilə bağlı işdən azad olunduğu bildirilmişdir. İddiaçı uzun müddətdir ki, həmin məktəbdə işləməsinə baxmayaraq, ondan az stajı olan və analıq məzuniyyətində olan Firuzə adlı şəxsin yerinə işləyən Sevinc adlı şəxs ştatda saxlanılmışdır.

6. İddiaçı artıq on ildən çoxdur ki, bu məktəbdə işlə yirdi. İddiaçı on il öz yerində işləmişdirsə, onu işindən uzaqlaşdırmaq, həmçinin 6-7 il kiminsə yerinə əvəzedici işləyən hansısa şəxsi saxlamaq düzgün deyil.

7. İddiaçı hərbçi arvadıdır, əri X7 ömrünün 33 ilini hərbə sərf etmişdir.

8. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri; - müvafiq dövrdə 45 nömrəli Tam Orta Məktəbdə 3 kompüter laborantı ştatı mövcud olmuşdur. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmışdır. Nəticədə hazırda məktəbdə 1 informatika kabineti fəaliyyəti göstərir; - mövcud vəziyyət nəzərə alınaraq 2019-2020-ci tədris ilinin başladığı 15.09.2019cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayının 2 vahid azaldılması nəzərdə t utulmuşdur. Üç kompüter laborantı arasında peşəkarlıq səviyyəsi və verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etdiyi üçün Sevinc Soltanovanın işdə saxlanılması, kompüter laborantı vəzifəsində çalışan və həmin dövrdə sosial məzuniyyətdə olan Mənsurə Qarayeva və İddiaçı ilə bağlanmış müqavilələrə isə onların sosial məzuniyyətdən qayıtdıqdan sonra xitam verilməsi qərara alınmışdır; - ştatının ixtisar olunacağı barədə iddiaçıya məktəb rəhbərliyinin adından rəsmi məktub ünvanlanaraq xəbərdarlıq olunmuş, məktəbin həmkarlar ittifaqı təşkilatının iclası keçirilmiş və həmin iclasda qeyd olunan vəziyyət nəzərə alınaraq iddiaçının ixtisar edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir; - Bakı şəhəri 45 nömrəli Tam Orta Məktəb üzrə verilmiş 27.02.2020-ci il tarixli, 22 nö mrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilmiş və iddiaçıya orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir; - Sevinc Soltanova isə 30.12.2010-cu il tarixdən həmin məktəbdə işləyir və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş müvafiq müsabiqədə iştirak edərək müvəffəqiyyət qazanaraq məktəbə 01.12.2016-cı il tarixdən daimi əsaslarla laborant vəzifəsinə təyin edilmişdir; - eyni zamanda iddiaçı ilə əmək müqaviləsinə 27 fevral 2020-ci ildə xitam verildiyi halda, iddiaçı hazırki tələblə məhkəməyə 22 oktyabr 2020-ci il tarixdə müraciət etməklə, qanunverciliklə müəyyən edilmiş 1 ay müddəti ötürmüşdür.

9. Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ayrıca ərizə də verilmişdir.

10. Nərimanov rayon Məhkəməsinin 2(005)-3958/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim Gültəkin Əsədova)

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı 01 may 2009-cu il tarili 69 nömrəli əmrlə Bakı şəhəri N.Nərimanov adına 45 nömrəli məktəbin informatika kabinetinə laborant vəzifəsinə təyin edilmiş, 27 fevral 2020-ci il tarixli 22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 25 iyun 2019-cu il tarixli, 3019-05/12 nömrəli məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində müvafiq sayda kompüter cihazları ilə təchiz olunaraq formalaşan informatika labotantı vəzifəsinin müəyyənləşdirildiyi” qeyd olunmuşdur. Həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə 3 kompyuter laborantı ştatı mövcud olmuş, lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompyuterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompyuterlərin sayı azalmış və nəticədə məktəbdə bir informatika kabineti fəaliyyəti göstərmişdir. 2019-2020-ci tədris ilinin başladığı 15 sentyabr 2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayının 2 (iki) vahid azaldılması nəzərdə tutulmuşdur. Üç kompüter laborantı arasında peşəkarlıq səviyyəsi və verilən tapşırıqların vaxtında və keyfiyyətli icrasını təmin etdiyi üçün X2n işdə saxlanılması, kompüter laborantı vəzifəsində çalışan və həmin dövrdə sosial məzuniyyətdə olan X3 və İddiaçı ilə bağlanmış müqavilələrə isə onların sosial məzuniyyətdən qayıtdıqdan sonra xitam verilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, ştatının ixtisar olunacağı barədə İddiaçı məktəb rəhbərliyinin adından müvafiq qaydada rəsmi məktub ünvanlanmış və xəbərdarlıq olunmuşdur. Bakı şəhəri 45 nömrəli tam orta məktəb üzrə verilmiş 27 fevral 2020-ci il tarixli, 22 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və ona Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir.

13. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, məhkəmədə araşdırılan mövcud sübutlarla isə işin faktiki halları öz təsdiqini tapmamışdır.

14. Birinci instansiya məhkəməsi ştatda saxlanılan X2n sosial məzuniyyətdə olan işçinin yerinə işləməsi barədə iddiaçının dəlilini əsassız sayaraq qeyd edib ki, X4 30 dekabr 2010-cu il tarixdən 45 nömrəli məktəbdə işləyir.

15. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 42, 70, 72, 77, 78-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini edilməsini xahiş etmişdir.

17. Apelly asiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.

18. Apellyasiya instamsiyası məhkəməsi X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş və S.Soltanova 2010-cu ildən həmin məktəbdə informatika üzrə laborant vəzifəsində işləməsi, vəzifəsinin öhdəsindən layiqincə gəlməsi, 2016-cı ildə isə imtahan komissiyasının təşkil etdiyi imtahanda iştirak edərək yüksək bal toplaması və daimi əsaslarla işə qəbul olunmasını, yəni, ştatlar ixtisar olunarkən ödənişli məzuniyyətdə olan işçinin yerinə çalışmadığını, daimi işçi olduğunu göstərmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2895/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3958/2020 saylı, 08.12.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Fuad Talışınski)

20. Apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən qeyd edib ki, bu normada işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən həyata keçirilməli olan bir sıra prosedur qaydalar nəzərdə tutmuşdur. Belə ki, işəgötürən, ştatların ixtisarı zamanı ilk növbədə müvafiq vəzifə üzrə işçilərin ixtisas və peşəkarlıq səviyyəsini qiymətləndirməli və son nəticədə peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamalıdır. Sözügedən qiymətləndirmənin həyata keçirilməsi işəgötürənin müstəsna səlahiyyətində olmaqla, real şəkildə həyata keçirilməli və onun nəticələri əsaslandırılmalıdır.

21. Apel lyasiya məhkəməsi işdəki sübutlara əsasən hesab etmişdir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericinin müəyyən etdiyi prosedur qaydalara əməl edilmişdir. Belə ki, Bakı şəhəri 45 nömrəli Tam Orta Məktəbdə 3 kompüter laborantı ştatı mövcud olmuş, onlardan birində İddiaçı, digərində Mənsurə Qarayevə, üçüncüsündə isə Sevinc Soltanova çalışmışdır. Lakin məktəbin balansında olan istismar müddəti bitmiş, yararsız olan kompüterlərin silinərək balansdan çıxarılması nəticəsində işlək kompüterlərin sayı azalmış və nəticədə hazırda yalnız bir informatika kabineti fəaliyyət göstərir. Mövcud vəziyyət nəzərə alınaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sözügedən məktəbdə 2019-2020-ci tədris ilinin başlandığı 15.09.2019-cu il tarixə məktəbin ştat cədvəlind ə müvafiq laborant ştatlarının sayının 2 vahid azaldılması nəzərdə tutulmuş və bununla bağlı məktəbin müdiriyyətinə məktub ünvanlanmışdır. Cavabdeh tərəfindən buna müvafiq olaraq hər üç işçinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı onların işlədikləri informatika kabinetinin rəhbərinə müraciət olunaraq, peşəkarlıq səviyyələrinə dair rəy verilməsi xahiş olunmuşdur. İnformatika kabinetinin rəhbəri X5 tərəfindən təqdim olunmuş 19.11.2019-cu il tarixli rəyə əsasən də Sevinc Soltanovanın peşəkarlıq səviyyəsinin daha yüksək olduğu müəyyən edilmişdir.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi real şəkildə həyata keçirilmiş və qiymətləndirmənin nəticələrinə uyğun olaraq peşəkarlıq səviyyəsi baxımından İddiaçı üstün o lan digər işçi Sevinc Soltanova işdə saxlanılmışdır. Belə olan halda isə, yəni peşəkarlıq səviyyələri eyni olmadığı hala, işçilərdən hər hansı birinin üstünlük hüququ yaranmır. Ona görə ki, qanunvericiliyə əsasən bu hüquq yalnız işçilərin ixtisasları və peşəkarlıq səviyyələri eyni olduqda nəzərə alınır.

23. Apellyasiya məhkəməsinin mövqeyinə görə qanunvericiliyə əsasən üstünlük hüququ yalnız işçilərin ixtisasları və peşəkarlıq səviyyələrinə əsasən müəyyən edildiyindən iddiaçının zabit arvadı olması ilə əlaqədar üstünlük hüququ üzrə əlavə araşdırma aparmağa zərurət yoxdur.

24. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, lazımi prosedur qaydalara uyğun şəkildə həyata keçirilmiş qiymətləndirmə nəticəsində peşəkarlıq səviyyəsi digərləri ilə müqayisədə aşağı olan işçilərlə əmək müqaviləsinə müva fiq hallarda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilə bilər. Hazırki işdə də Həmkarlar Təşkilatının 25.11.2019-cu il tarixli, 1 saylı protokoluna əsasən iddiaçının analıq məzuniyyətində olduğu nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə məzuniyyət müddəti bitdikdən və yenidən işə qayıtdıqdan sonra ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

25. Apellyasiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçıya əmək müqaviləsinin xitamı ilə bağlı doqquz təqvim həftəsi qabaqcadan rəsmi xəbərdarlıq edilərək, ona Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlar izah edilmişdir. Bu da göstərir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş təminat lara əməl olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş edib.

27. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında cavabdeh məktəbin nümayəndəsi (direktoru) X6 və vəkili Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70.(“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmə k müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini iş əgötürən müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. K assasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

36. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

37. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyinə istinad etmişdir.

38. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sözügedən məktəbdə 2019-2020-ci tədris ilinin başlandığı 15.09.2019-cu il tarixə məktəbin ştat cədvəlində müvafiq laborant ştatlarının sayının 2 vahid azaldılması nəzərdə tutulmuş, iddiaçı ilə əmək müqaviləsinə də həmin əsasla xitam verilmiş və bu zaman iddiaçının peşəkarlıq səviyyəsi əmək qanunvericiliyində nəzərdə tutulmuş təminat tədbirləri də görülmüşdür.

40. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbi q edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

41. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

42. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassa siya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(103)2895/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar