Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-549/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X4 və X3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: evə köçürülmə) 31.01.2023 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, X4 və X3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2022-ci il tarixli 2(104)-2320/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) 2010ci ildə ailə qurmuş, 13 aprel 2011-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər.
2. Tərəflərin birgə nikahından 1 mart 2011-ci il təvəllüdlü X5 və 28 may 2013-cü il təvəllüdlü X6 anadan olmuşlar.
3. Ağstafa Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə cavabdehlərin istifadəsində və ya mülkiyyətində olan Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) köçürülmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, ailə qurduqdan sonra mübahisəli evdə yaşamışlar. iddiaçı hazırda müvəqqəti olaraq atasının evində yaşayır. Cavabdehlərə məxsus evin sənədləri barədə onda məlumat yoxdur.
6. Məhkəmə iclasında izahat verən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onu adına fərdi yaşayış evi yoxdur. Mübahisəli yaşayış evi atasınındır.
7. Məhkəmə iclasında çıxış edən cavabdeh X4 bildirmişdir ki, mübahisəli evin sənədləri yoxdur. Lakin ev ona məxsusdur. İddiaçının və nəvələrinin həmin yaşayış evinə köçürülməsini istəmir.
8. Məhkəmə Ağstafa RİHB-nin Qıraq Kəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli arayışa və 3 aprel 2013-cü il tarixli AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyənləşdirmişdir ki, iddiaçı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində qeydiyyatdadır, hal-hazırda kənddə yaşamır.
9. İş materiallarında olan JN-329F kod 50200058 saylı şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1997-ci il tarixli, 09 saylı qərarı ilə X2 və ailə üzvlərinə Ağstafa rayonunun Qıraq Kəsəmə kəndində 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir.
10. Ağstafa Rayon Məhkəməsinin 4 iyul 2022-ci il tarixli, 2(015)-528/2022 saylı qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbi təmin edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin həlli zamanı 1 oktyabr 2009-cu ildən qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad edilməlidir. Belə ki, ev ü zərində heç kəsin mülkiyyət hüququ tanınmamışdır. Üzərində mülkiyyət hüququ olmayan evdən istifadə hüququ yarana bilməz. Odur ki, iddiaçının evdən istifadə hüququnun olmaması tələbin təmin edilməsinə mane olmur. Bundan başqa, tərəflər ailə üzvü olmuşlar və cavabdehlərin razılığı ilə iddiaçı və uşaqları mübahisəli evə qeydiyyata düşmüşlər. İddiaçı cavabdehlərin razılığı ilə qeyd-şərtsiz daimi yaşamaqdan ötrü ailənin bir üzvü kimi sonuncuların istifadəsində olan mübahisəli evə gəlin köçmüşdür.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 158.1.2, 225, 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Ca vabdehlər qətnamədən birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev X1 mülkiyyətindədir. Cavabdehlərlə iddiaçının həmin evdə yaşaması barəsində aralarında heç bir razılaşma yoxdur. Belə olan halda məhkəmə iddianı təmin etməklə X1 mülkiyyət hüquqlarını pozmuşdur.
15. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** saylı 18 avqust 2022-ci il tarixli çıxarışa əsasən müəyyən olunmuşdur ki, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən, 97.8 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi X1 adına qeydiyyata alınmışdır.
16. Gəncə Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 16 sentyabr 2022-ci il tarixli, 2(104)-2320/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırki vəziyyətdə iddiaçı evin mülkiyyətçisi olan X1 ailə üzvü deyildir və ailə qanunvericiliyinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək hüququ yoxdur. X1 isə öz mülkiyyətində olan ev üzərindəki mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdırmamış, işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər tərəfindən təqdim olunan çıxarışın tarixinə diqqət etmədən ümumilikdə sübut kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı cavabdehin yazılı razılığı ilə həmin evə qeydiyyata düşmüş, evdən istifadə hüquq u yaranmışdır. Hal-hazırda iddiaçının cehiz əmlakı da mübahisəli mənzildədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
23. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə müba hisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüq uqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2320/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.