Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5491/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Firidunoğlunun cavabdeh Muradov Firidun Ağamirzə oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5491/21 (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil4, Cavabdeh: X6 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)311/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayət i üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X5 qarşı iddia qaldıraraq, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evə köçürülməsi və həmin evə dair Muradov FiridunAğamirzə oğlunun adına verilmiş 27 mart 1998-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. X6 isə məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq, İddiaçı azyaşlı oğlu X10 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küsəçində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh X5 qarşı “evə köçürülmə və evə dair verilmiş Çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb gedib və onun mülkiyyətində ayrıca yaşayış sahəsi vardır. Mübahisəli evə dair Firidun Muradovun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi A.S.Məmmədov) X4 İddiaçı qarşı “azyaşlı oğlu X10 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində yerləşən 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” barədə iddiası təmin edilərək, İddiaçı (yetkinlik yaşına çatmayan oğlu X10 ilə birlikdə) Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi 49 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb gedib və onun mülkiyyətində ayrıca yaşayış sahəsi vardır. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 29.1, 152.1, 152.5ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı hər iki məhkəmə qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və A.N.İmanov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi və həmin məhkəmənin 27 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən s axlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəmələri İddiaçı iddiasını rədd, Firidun Muradovun iddiasını təmin edərkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələlərə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansi yası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil4 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Firidun Muradov və vəkili Ağarəhim Abdurahmanov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM- nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndir ilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə sinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını və iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Yasamal rayon XDS İcraiyyə Komitəsinin 16 noyabr 1990-cı il tarixli, 19/1 saylı qərarı ilə ünvan 1 ünvanda yerləsən ev X8 və İddiaçı ibarət ailə tərkibi ilə yaşamaq üçün X5 verilib. X8 və İddiaçı 25 fevral 1998-ci il tarixli ərizələrlə Reyestr Xidmətinə müraciət edərək, sözügedən evin X4 adına özəlləşdirilməsinə yazılı razılıq veriblər. Bundan sonra, sözügedən ev ilkin olaraq 27 mart 1998-ci il tarixdə mülkiyyət hüququ üzrə X4 adına qeydə alınıb. Daha sonra, apellyasiya in stansiyası məhkəməsi müəyyən edib ki, sözügedən ev ilkin olaraq 27 mart 1998-ci ildə X8 və İddiaçı 25 fevral 1998-ci il tarixli yazılı razılıq ərizələrinə əsasən X4 adına qeydə alınıb. Həmin evin 2 otağı 16 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 və İddiaçı yazılı razılıq ərizələrinə əsasən X2 və sonuncunun adına qeydə alındığı üçün evin keçmiş mülkiyyətçisi olan X6 və onun ailə üzvləri, o cümlədən İddiaçı evin həmin otaqlarına dair istifadə hüquqlarına xitam verilib. Hazırda sözügedən evin 2 otaqlı, yaşayış sahəsi 20,5 kv.metr olan hissəsi X4 xüsusi mülkiyyətindədir. Eyni zamanda Reyestr Xidmətinin 16 noyabr 2018-ci il tarixli arayışına əsasən, Bakı səhəri, Nərimanov rayonu, Sarabski küçəsi, 56 saylı evin 62 saylı mənzili hazırda mülkiyyət hüququ üzrə İddiaçı adına qey də alınıb. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Mə cəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən evin mülkiyyət hüququ üzrə Firidun Muradovun adına qeydə alınması ən azından 16 noyabr 2002-ci i l tarixli alqı-satqı müqaviləsi bağlandığı və 2 otağın onların istifadəsindən çıxdığı vaxtdan İddiaçıv bəlli olsa da, o, hazırki tələblə məhkəməyə 20 sentyabr 2018-ciil tarixdə iddia müddətini ötürməklə müraciət etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, evin mülkiyyət hüququ üzrə Firidun Muradovun adına qeydə alınması ilə bağlı hərəkətlərin qanunvericiliyə riayət edilib-edilmədən həyata keçirilməsi məsələsinin araşdırılması zəruriliyini aradan qaldırır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, X4 İddiaçı qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il qətnaməsinin əsaslılığını yoxlayıb haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstəril ir ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması- hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, İddiaçı və yetkinlik yaşına çatmayan övladı yaşayış sahəsinə olan ehtiyaclarını Bakı səhəri, Nərimanov rayonu, Sarabski küçəsi, 56 saylı evin 62 saylı mənzilindən istifadə etməklə qarşılamaq imkanı olduğundan və b ununla da, onun yetkinlik yaşına çatmayan övladı ilə birgə FiridunMuradova məxsus olan evə ehtiyaclarının aradan qalxması mənzildən istifadə hüququna xitam üçün əsasdır. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, onun iddiasının təmin, Firidun Muradovun iddiasının rədd edilməsi üçün əsasların olmasını və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu ola n apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(103)-311/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5491/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5491/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver